Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə38/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   114

Denonsasiya dövlotin, müqavilədə göstərilən şərtlərlə, digər iştirakçı 
dövlətləri  qabaqcadan  xəbərdar  etməklə,  müqavilədən  imtina  etməsi 
deməkdir.  Deməli,  müqavilənin  özündə  əgər  belə  imkan  nəzərdə 
tutulmayıbsa, o, denonsasiya oluna bilməz. 
Müharibə  qurbanlarının  müdafiəsi  haqqında  1949-cu  il  Cenevrə 
Konvensiyalarında  belə  bir  müddəa  nəzərdə  tutulmuşdur  ki,  bu 
Konvensiyaların müharibə zamanı, sülh bağlanana qədər denonsa- siyasına 
yol verilmir. 
6)
 
müqavilənin birtərəfli qaydada ləğv edilməsi 
Bu halda dövlət iştirakçısı olduğu beynəlxalq müqavilədən, ciddi əsas 
gətirməklə, birtərəfli qaydada imtina edir. Müqavilədən birtərəfli imtinaya, 
ümumiyyətlə,  yol  verilmir.  Beynəlxalq  hüquq  bunu  yalnız  üç  halda 
mümkün hesab edir: 
1)
 
müqavilənin  digər  iştirakçı  dövlət  tərəfindən  əsaslı  pozulması,
 
Lakin bu əsas insan hüquqları haqqında beynəlxalq müqavilələrin btrtərəfli 
qaydada  xitam  olunması  və  bu  müqavilələrin  qüvvəsinin  müvəqqəti 
dayandırılması üçün istifadə oluna bilməz. 
2)
 
müqavilənin  bağlandığı  vaxt  mövcud  olmuş  halların  əsaslı 
surətdə  dəyişməsi  (rebus  sic  stantibus  prinsipi).
  Lakin  buna  o  zaman 
istinad  etmək  olar  ki,  belə  halların  mövcud  olması  vaxtilə  müqavilənin 
məcburiliyinə razılıq verilməsinin əsasını təşkil etmişdi və vəziyyətin belə 
dəyişməsi  hələ  yerinə  yetirilməli  olan  müqavilə  öhdəliklərinin  həcmini 
köklü  surətdə  dəyişir.  Qeyd  edək  ki,  rebus  sic  stantibus  prinsipi  dövlət 
sərhədini müəyyən edən  müqavilələrə şamil edilmir. Bu prinsip habelə o 
zaman  tətbiq  olunmur  ki,  vəziyyətin  əsaslı  surətdə  dəyişməsi  göstərilən 
prinsipə  istinad  edən  dövlətin  öz  beynəlxalq  öhdəliklərini  pozması 
nəticəsində baş vermişdir. 
3)
 
müqavilənin  yerinə  yetirilməsinin  qeyri-mümkünlüyü.
  Bu, 
əsasən,  müqavilənin  obyektinin  məhv  olduğu  və  ya  yoxa  çıxdığı  zaman 
(məsələn, adanın suya batması, çayın quruması və s.) baş verir. 
117 


XIII
 
FƏSIL
 
BEYNƏLXALQ TƏŞKİLATLAR HÜQUQU 
1.
 
Beynəlxalq təşkilatlar hüququnun 
anlayışı və mənbələri 
Beynəlxalq  təşkilatlar  hüququ  -  dövlətlərarası  (hökumət- 
lərarası)  təşkilatların  statusunu,  strukturunu,  onların  orqanlarının 
səlahiyyətlərini  və  fəaliyyət  qaydasını  nizama  salan  normaların 
məcmusuna deyilir. 
Dövlətlərarası  əməkdaşlığın  ən  mühüm  təşkilati  formalanndan  biri 
kimi  beynəlxalq  təşkilatlar  XIX  əsrin  ikinci  yarısında  meydana  gəlməyə 
başlamışdır.  İlk  beynəlxalq  təşkilatlar  aşağıdakılar  idi:  1)  Torpağın 
ölçülməsi  üzrə  Beynəlxalq  ittifaq  (1864);  2)  Beynəlxalq  Teleqraf  İttifaqı 
(1874); 3) Ümumdünya Poçt İttifaqı (1874); 
4)
 
Beynəlxalq  ölçü  və  çəki  komitəsi  (1875);  5)  Sənaye  mülkiyyətinin 
mühafizəsi üzrə I3eynəlxalq ittifaq (1883); 6) Ədəbi və bədii mülkiyyətin 
mühafizəsi üzrə Beynəlxalq ittifaq (1886); 7) Gömrük tariflərinin nəşri üzrə 
Beynəlxalq ittifaq (1890); 8) Köləlik əleyhinə Beynəlxalq ittifaq (1890); 9) 
Dəmiryol mal daşımalan üzrə Beynəlxalq ittifaq (1890). 
Hazırda  300-dən  artıq  beynəlxalq  hökumətlərarası  təşkilat 
mövcuddur.  Geniş  mənada  beynəlxalq  təşkilatlann  (qeyri-hökumət 
təşkilatları da daxil olmaqla) sayı isə 4 mindən artıqdır. 
Beynəlxalq  təşkilatlar  hüququ  sahəsində  vahid  məcəllələşdi-  rilmiş 
akt yoxdur. Ona görə də beynəlxalq təşkilatların statusu, təşkili və fəaliyyəti 
ilə  bağlı  normaları  müxtəlif  xarakterli  beynəlxalq  müqavilələrdə  tapmaq 
olar. 
1) Beynəlxalq təşkilatların təsis aktlan (nizamnamələri). 
118 


Hər  bir  beynəlxalq  təşkilat  təsisçi  dövlətlərin  işləyib  hazırladığı  və 
qəbul  etdiyi  beynəlxalq  müqavilə  (nizamnamə)  əsasında  yaradılır  və 
fəaliyyət göstərir. Nizamnamədə müvafiq beynəlxalq təşkilatın məqsəd və 
vəzifələri,  strukturu,  onun  orqanlannın  səlahiyyətləri  və  fəaliyyət  qaydası 
təsbit  olunur,  təşkilata  üzvlük,  təşkilatdan  çıxan  1-  ma,  inzibati  və  büdcə 
məsələləri və s. öz həllini tapır. 
2)
 
Beynəlxalq təşkilatlann statusu ilə bağlı ayrı-ayn məsələləri nizama 
salan  aşağıdakı  universal  sazişlər: 
Dövlətlərin  universal  xarakterli 
beynəlxalq  təşkilatlarla  münasibətlərdə  nümayəndəlikləri  haqqında 
1975-ci  il  Vyana  Konvensiyası  və  Dövlətlər  və  beynəlxalq  təşkilatlar 
arasında  və  beynəlxalq  təşkilatlar  arasında  müqavilələr  hüququ 
haqqında 1986-cı il Vyana Konvensiyası. 
3)
 
Beynəlxalq  təşkilatlann,  onların  mənzil-qərargahlannm  yerləşdiyi 
dövlətlərlə bağladığı müqavilələr (məsələn. 
Birləşmiş Millətlər Təşkilatı və 
ABŞ Hökuməti arasında 1947-ci il 26 iyun tarixli Saziş).
 
2.
 
Beynəlxalq təşkilatın hüquqi təbiəti 
Yuxanda qeyd etmişdik ki, beynəlxalq təşkilatlar beynəlxalq hüququn 
törəmə subyektidir; onun beynəlxalq-hüquqi subyektliyi funksional xarkter 
daşıyır. Beynəlxalq təşkilatın aşağıdakı əlamətləri vardır: 
a)
 
müqavilə əsasında yaradılır; 
b)
 
müvafiq təşkilati struktura malikdir
c)
 
müəyyən məqsəd və vəzifələri vardır; 
ç) beynəlxalq hüquq və öhdəliklərə malikdir. 
Beləliklə, beynəlxalq təşkilat - müəyyən məqsədləri həyata keçirmək 
üçün  beynəlxalq  müqavilə  əsasında  yaradılmış,  daimi  fəaliyyət  göstərən, 
müvafiq  orqanlar  sisteminə  malik  olan,  üzv  dövlətlərin  hüquq  və 
öhdəliklərindən  fərqli  hüquq  və  vəzifələrə  malik  olan  dövlətlər  birliyinə 
deyilir. 
Beynəlxalq təşkilatların aşağıdakı növləri
 
vardır: 
I - üzv dövlətlərin əhatə dairəsinə görə: 
119 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə