Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə40/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   114

olan başqa bir təşkilata qarşı olan istənilən öhdəliklərin (məsolən, maliyyə 
öhdəliklərinin) pozulması). 
a)
 
Təşkilata  üzvlükdən  irəli  gələn  hüquq  və  imtiyazların  (səsvermə 
hüququ, texniki yardım almaq hüququ və s.) dayandıniması; 
b)
 
BMT-nin ixtisaslaşmış təsisatlanmn orqanlannm işində iştirakdan 
kənar etmə. 
II.
 
Prosessual normaların pozulmasına görə: 
(Məsələn,  dövlətin  'Fəşkilatdakı  nümayəndəsinin  səlahiyyətlərini 
rəsmiləşdirməməsi, Təşkilatın iclaslannın aparılması qaydasına, səsvermə 
qaydasına riayət etməməsi və s.) 
a)
 
səsvermə  hüququndan  və  sessiya  və  ya  iclasın  yekun  aktını 
imzalamaq hüququndan məhrum etmə
b)
 
Təşkilatın orqanının işində iştirakdan kənar etmə
c)
 
dövlətin nümayəndəsinin çıxış müddətinin məhdudlaşdınl- ması və 
ya çıxış hüququndan məhrum edilməsi
ç) səsvermənin nəticələrinin etibarsız hesab olunması. 
6.
 
Beynəlxalq təşkilaäarın təşkilati strukturu 
Bir  qayda  olaraq,  beynəlxalq  təşkilat  aşağıdakı  orqanlardan  ibarət 
olur: 
1)
 
ali orqan 
2)
 
icra orqanı 
3)
 
inzibati orqan (beynəlxalq təşkilatların katibliyi) 
4)
 
xüsusi komitə və komissiyalar. 
Ali orqan
 (məsələn. Konqres (Ümumdünya Poçt İttifaqı); Assambleya 
(İKAO, İMO, Ümumdünya Səhiyyə Təşkilatı); Baş Konfrans (YUNESKO, 
Beynəlxalq Əmək Təşkilatı) və s.) üzv olan bütün dövlətləri əhatə edir. O, 
adətən,  aşağıdakı  səlahiyyətləri  həyata  keçirir:  a)  Təşkilata  yeni  üzvlərin 
qəbul edilməsi; b) Təşkilatın baş vəzifəli şəxsinin seçilməsi; c) icra orqanı 
üzvlərinin seçilməsi; ç) büdcənin müəyyən edilməsi; d) Təşkilatın fəaliyyəti 
barədə  hesabatlann  dinlənilməsi;  e)  Təşkilatın  fəaliyyəti  ilə  bağlı  bütün 
məsələlərin müzakirəsi. 
123 


icra  orqanı
  (məsolon,  Şura  (Beynəlxalq  Mülki  Aviasiya  Təşkilatı 
(İKAO),  Beynəlxalq  Dəniz  Təşkilatı  (İMO),  Ərzaq  və  Kənd  təsərrüfatı 
Təşkilatı  (FAO));  İcra  Şurası  (Ümumdünya  Poçt  İttifaqı),  İnzibati  Şura 
(Beynəlxalq  Elektron  Rabitəsi  İttifaqı  və  s.)  ali  orqanın  sessiyaları 
arasındakı  müddətdə  Təşkilatın  fəaliyyətinə  rəhbərlik  edir.  O,  ali  orqan 
tərəfindən,  üzv  olan  dövlətlərin  sırasından  seçilir.  İcra  orqanının  əsas 
funksiyaları  aşağıdakılardır:  a)  Təşkilatın  səmərəli  fəaliyyətinin  təmin 
edilməsi: b) üzv olan dövlətlərlə və digər beynəlxalq təşkilatlarla əlaqənin 
həyata keçirilməsi
c)
 
Təşkilatın  büdcəsinin  tərtib  olunması;  ç)  ali  orqanın  iclaslannm 
gündəliyinin hazırlanması; d) heyətlə bağlı məsələlərə baxılması. 
İcra  orqanlarında  dövlətlərin  təmsil  olunması  müəyyən  prinsiplərə 
(meyarlara) söykənir: 
1.
 
Ədalətli  coğrafi  təmsilolunma  prinsipi
  (BMT  Təhlükəsizlik 
Şurası, Ümumdünya Meteorologiya Təşkilatı) 
2.
 
Xüsusi maraqlar prinsipi
 (İMO)
 
3.
 
Üst-üstə düşməyən maraqları olan dövlətlər qrupunun bərabər 
təmsilolunma prinsipi
 (Dənizin dibi üzrə Orqanın Şurası)
 
4.
 
Daha  çox  maliyyə  töhfəsi  prinsipi
  (Beynəlxalq  Valyuta  Fondu, 
Beynəlxalq Bərpa və İnkişaf Bankı, İNMARSAT və s.) 
İnzibati  orqan
  (beynəlxalq  təşkilatın 
katibliyi)
  bu  cür  funksiyalar 
həyata keçirir: a) Təşkilatın orqanlan tərəfindən qəbul edilmiş sənədlərin 
dərc edilməsi; b) Təşkilatın fəaliyyəti barədə hesabatların tərtib edilməsi; c) 
Təşkilatın fəaliyyətinə aid olan bütün məsələlər üzrə məlumat toplanması; 
ç) büdcənin layihəsinin hazırlanması və s. 
İnzibati orqana, bir qayda olaraq, aşağıdakı əməkdaşlar daxildir: 
a)
 
ali inzibati vəzifəli şəxslər: baş katib və onun müavinləri
b)
 
mütəxəssislər; 
c)
 
xidməti heyət. 
Xüsusi komitə və komissiyalar
 Təşkilatın fəaliyyəti ilə bağlı bu və ya 
digər  konkret  məsələni  həll  etmək  üçün  daimi  və  ya  müvəqqəti  əsasda 
yaradılır  və  köməkçi  orqan  kimi  çıxış  edir  (məsələn,  BMT-də:  Tərksilah 
üzrə  Komissiya,  Təbii  ehtiyatlar  üzrə  Ko-  mito.  Kosmik  fəzadan  dinc 
məqsədlərlə istifadə üzrə Komitə; İKAO-da Avronaviqasiya Komissiyası). 
124 


7.
 
Birləşmiş Millətlər Təşkilatı (BMT) 
BMT bütün dünyada sülhün vo təhlükəsizliyin qorunub saxlanması və 
dövlətlər arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə yaradılmış 
universal beynəlxalq təşkilatdır. BMT-nin Nizamnaməsi 1945-ei il iyunun 
26-da  imzalanmış  və  1945-ei  il  oktyabrın  24-də  qüvvəyə  minmişdir. 
Birləşmiş Millətlər 'fəşkilatmın özünün xüsusi statusunu, siyasi çəkisini və 
beynəlxalq  həyatdakı  rolunu,  Nizamnamənin  xüsusi  növ  (sui  generis) 
beynəlxalq müqavilə olduğunu və onun hüquqi qüvvəsini (bu barədə bax: 
Nizamnamənin  103-eü  maddəsi)  nəzərə  alaraq,  Nizamnaməni  beynəlxalq 
birliyin 
Konstitusiyası
 adlandırmaq olar. 
Hazırda BMT-nin 193 üzvü vardır. 
BMT-nin  193-cü  üzvü 
Cənubi  Sudan  Respublikasıdır.
  2011-ei  ilin 
yanvannda  beynəlxalq  nəzarət  altında  keçirilmiş  referendumun  nəticəsi 
olaraq. Cənubi Sudan Respublikası 2011-ci il iyulun 9-da Sudandan rəsmi 
surətdə ayrılmış, 2011-ci il iyulun 14-də BMT-nin Baş Məclisi tərəfindən 
yeni üzv dövlət kimi BMT-yə qəbul edilmişdir. 
BMT-nin  altı  əsas  orqanı  vardır:  Baş  Məclis,  Təhlükəsizlik  Şurası, 
İqtisadi  və  Sosial  Şura,  Qəyyumluq  Şurası,  Beynəlxalq  Məhkəmə  və 
Katiblik. 
Baş Məclis BMT-nin nümayəndəli orqanıdır; BMT-nin bütün üzvləri 
Baş  Məclisdə  təmsil  olunmuşdur.  Baş  Məclisin  səlahiyyətinə  BMT 
Nizamnaməsinin tətbiq dairəsində olan istənilən məsələ aiddir. O, sülhün və 
beynəlxalq  təhlükəsizliyin  qorunub  saxlanması  ilə  bağlı  dövlətlərin 
əməkdaşlığının  ümumi  prinsiplərini,  o  cümlədən  tərksilah  məsələlərini 
nəzərdən keçirə bilər, siyasi, iqtisadi, sosial və mədəni sahələrdə əməkdaşlıq 
məsələlərini,  insan  hüquq  və  azadlıqlarının  həyata  keçirilməsinə  dəstək 
verilməsi, 
beynəlxalq 
hüququn 
mütərəqqi 
inkişafı 
və 
onun 
məcəllələşdirilməsi məsələlərini müzakirə edə bilər və Birləşmiş Millətlərin 
Üzvlərinə və/və ya Təhlükəsizlik Şurasına hər hansı bu cür məsələ və ya 
işlər üzrə tövsiyələr edə bilər. 
125 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə