Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə48/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   114

6.
 
Diplomatik korpus 
«Diplomatik korpus» ifadosi dar monada vo geniş mənada işlədilir. 
Dar  mənada  diplomatik  korpus  dövlətdə  olan  bütün  diplomatik 
nümayəndəliklərin başçılannm cəmi kimi başa düşülür. Geniş mənada isə 
bu  termin  dövlətdoki  xarici  diplomatik  nümayəndəliklərin  diplomatik 
heyətinin üzvlərini və habelə onlann ailə üzvlərini əhatə edir. Diplomatik 
korpus,  əsasən,  qəbul  edən  dövlətdə  müəyyən  təntənələr  zamanı  birgə 
çıxışlar edir. 
Diplomatik  korpusa  diplomatik  nümayəndələrdən  öz  dərəcəsinə  və 
akkreditə vaxtına görə ən böyüyü - 
duayen
 rəhbərlik edir. 
7.
 
Diplomatik imtiyaz vo immunitetlər 
Diplomatik  nümayəndəliklər  öz  fiınksiyalannı  normal  həyata 
keçirmək  üçün  qəbul  edən  dövlətin  nəzarətindən  kənarda  olmalıdırlar. 
Dövlətin malik olduğu immunitet, təbii ki, onu rəsmi təmsil edən orqanlara 
və  ya  şəxslərə  də  təmin  olunmalıdır.  Bu  baxımdan,  xarici  diplomatik 
nümayəndəliklərə  və  onların  əməkdaşlanna  beynəlxalq  hüquq  normaları 
əsasında xüsusi güzəşt və üstünlüklər verilir ki, bunlara diplomatik imtiyaz 
və  immunitetlər  deyilir.  Tərifdən  göründüyü  kimi,  diplomatik  imtiyaz  və 
immunitetlər 
iki qrupa
 ayrılır: 1) diplomatik nümayəndəliklərin imtiyaz və 
immunitetləri və 2) şəxsi imtiyaz və immunitetlər. 
Diplomatik  nümayəndəliklər  aşağıdakı  imtiyaz  və  immunitetlərə 
malikdir: 
1,
 
Nümayəndəliyin binalarının toxunulmazlığı 
Qəbul edən dövlətin hakimiyyət orqanlan diplomatik nümayəndəliyin 
başçısının  icazəsi  olmadan  nümayəndəliyin  ərazisinə  və  onun  binalanna 
daxil  ola  bilməzlər.  Binalann  özü,  onlann  içində  olan  əmlak,  habelə 
nəqliyyat  vasitələri  axtanşa,  rekvizisiyaya,  həbsə  və  icra  hərəkətlərinə 
məruz qala bilməz. 1961-ci il Konven- 
147 


siyasında  (22-ci  maddə)  göstərilir  ki,  qəbul  edən  dövlət  diplomatik 
nümayəndəliyin  binalarını  istənilən  müdaxilədən  və  ya  zərər 
yetirilməsindən  qorumaq,  nümayəndəliyin  rahatlığının  hər  cür  pozulması 
hallarının və ya onun ləyaqətinin təhqir edilməsinin qarşısını almaq üçün 
bütün müvafiq tədbirləri görməlidir. 
2.
 
Fiskal immuniteti 
Nümayəndəliyin  binaları  bütün  dövlət  və  bələdiyyə  vergi  və 
rüsumlarından (konkret xidmətlərə görə ödəniş haqqından başqa) azaddır. 
3.
 
Arxiv V3 sənədlərin toxunulmazlığı 
Nümayəndəliyin bütün arxivləri, sənədləri və habelə rəsmi yazışmaları 
toxunulmazdır. 
4.
 
Nümayəndəliyin  öz  dövlətinin  hökuməti  və  digər  diploma^-  tik 
nümayəndəlikləri ilə əlaqədə olmaq azadlığı 
Bu  əlaqələri  həyata  keçirmək  üçün  nümayəndəlik  bütün  müvafiq 
vasitələrdən,  o  cümlədən  diplomatik  kuryerlərdən  sərbəst  və  maneəsiz 
istifadə edə bilər. 1961-ci il Vyana Konvensiyası habelə diplomatik poçtu 
təyinatı üzrə çatdırdığı ana qədər immunitetə malik olan müvəqqəti (ad hoc) 
kuryerlərin təyin olunmasını mümkün sayır. 
5.
 
Gömrük imtiyazları 
Diplomatik nümayəndəlik öz rəsmi istifadəsi üçün ölkəyə gətirdiyi və 
ölkədən çıxardığı mallara görə gömrük rüsumları ödəməkdən azaddır. 
6» Bayraq və emblemdən istifadə hüququ 
Diplomatik  nümayəndəlik  və  onun  başçısı  nümayəndəliyin  binalan 
üzərində və nəqliyyat vasitələrində öz dövlətinin bayraq və emblemindən 
sərbəst istifadə edə bilər. 
Şəxsi  imtiyaz  və  immunitetlər,  yəni 
diplomatik  nümayəndəliyin 
başçısının və  diplomatik heyətinin  digər  üzvlərinin
  (habelə  onların  ailə 
üzvlərinin) imtiyaz və immunitetləri aşağıdakılardan ibarətdir: 
1)
 
şəxsi toxunulmazlıq; 
2)
 
mənzil toxunulmazlığı; 
3)
 
yurisdiksiya immuniteti
4)
 
fiskal immuniteti; 
148 


5)
 
gömrük imtiyazları; 
6)
 
hərbi və digər şəxsi mükəlləfiyyətlərdən azad olunma. 
İnzibati-texniki heyətin üzvləri
 də, demək olar ki, eyni imtiyaz
 
və immunitetlərdən istifadə edirlər. Bu şəxslərin mülki-hüquqi və inzibati 
yurisdiksiyadan immuniteti onlar yalnız öz xidməti vəzifələrini icra etdiyi 
zaman qüvvədə olur. 
Xidmətçi  heyətin  üzvləri
  xidməti  vəzifələrini  icra  etdikləri  zaman 
törətdikləri  hərəkətlərlə  bağlı  immunitetə  malikdirlər  və  onlar  aldıqları 
məvacibdən vergi və rüsum ödəməkdən azaddırlar. 
8.
 
Dövlətlərin beynəlxalq təşkilatlar 
yanında nümayəndəlikləri 
Dövlətlərin  beynəlxalq  təşkilatlar  yanında  daimi  nümayəndəlikləri 
diplomatiya  və  konsulluq hüququnun  nisbətən  yeni institutu  hesab  edilir. 
Bu institutun yaranması və inkişafı müxtəlif səpkili beynəlxalq təşkilatlann 
meydana  gəlməsi  və  beynəlxalq  məsələlərin  həllində  onlann  artan  rolu, 
dövlətlərlə  həmin  beynəlxalq  təşkilatlar  arasındakı  əlaqələrin  səmərəli 
qurulması  zərurəti  ilə  əlaqədardır.  Dövlətlərin  Birləşmiş  Millətlər 
Təşkilatında,  BMT-nin  ixtisaslaşmış  təşkilatlarında,  regional  təşkilatlarda 
daimi  nümayəndəlikləri  vardır.  Təşkilatın  nizamnaməsi  bunu  nəzərdə 
tutursa,  həmin  təşkilatın  yanında  onun  üzvü  olmayan  dövlətlərin  daimi 
müşahidəçi missiyalan olur. 
Beynəlxalq 
təşkilat 
yanında 
nümayəndə 
təşkilatın 
mənzil-qərargahının  yerləşdiyi  dövlətdə  akkreditə  olunmur,  o  öz 
dövlətini beynəlxalq təşkilatda (onun orqanında) təmsil edir.
 Bu faktın 
özündən  aşağıdakı  hüquqi nəticələr  ortaya çıxır:  a)  həmin  nümayəndənin 
təyin  olunması  üçün  beynəlxalq  təşkilatdan  və  ya  təşkilatın  yerləşdiyi 
dövlətdən aqreman alınması tələb olunmur; b) bu nümayəndələr ikitərəfli 
diplomatiyada tətbiq olunan qaydalar əsasında persona non grata elan oluna 
bilməzlər;  c)  təşkilatın  yerləşdiyi  dövlət  onlara  münasibətdə  qarşılıqlı 
əsasda hər hansı tədbir görə bilməz. 
149 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə