Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə56/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   114

Yaradılması  əsasına  göro  institusional  mcxanizmlor 
müqavilə
  və 
qeyri-müqavilə mexanizmlərinə
 bölünür. 
Müqavilə  mexanizmləri
 
beynəlxalq  müqavilələrdə  nəzərdə 
tutulmuşdur.  Bu  mexanizmlər,  bir  qayda  olaraq,  aşağıdakı  səlahiyyətlərə 
malik  olur:  a)  dövlətlərin  müvafiq  müqavilədən  irəli  gələn  öhdəliklərinin 
yerinə yetirilməsi haqqında məruzələrinin dinlənil- məsi; b) yerlərdə ümumi 
situasiyanın öyrənilməsi və ya konkret problemin həlli ilə bağlı təhqiqatlann 
apanlması;  v)  insan  hüquqla-  nnın  pozulmasını  iddia  edən  fərdi  və  ya 
dövlətlərarası şikayətlərə baxılması. 
Universal  səviyyədə  mövcud  olan  müqavilə  mexanizmləri 
aşağıdakılardır: 
İnsan hüquqları komitəsi: İrqi ayrı-seçkiliyin ləğvi üzrə 
komitə;  İşgəncə  əleyhinə  komitə;  İşgəncənin  qarşısının  alınması  üzrə 
Altkomitə; Qadınlara qarşı irqi ayrı-seçkiliyin ləğvi üzrə komitə: Bütün 
miqrant işçilərin və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə 
Komitə; Uşaq hüquqları komitəsi; Üçlər qrupu; Əlillərin hüquqları üzrə 
Komitə;  Məcburi  yoxa  çıxmalar  üzrə  Komitə.
  Buraya  habelə  İqtisadi, 
sosial  və  mədəni  hüquqlar  haqqında  Paktın  yerinə  yetirilməsinə  nəzarət 
edən, amma əslində Paktın əsasında deyil, EKOSOK-un qətnaməsinə uyğun 
olaraq 1985-ci ildə təsis olunmuş 
İqtisadi, sosial və mədəni hüquqlar üzrə 
komitəni,
 Beynəlxalq Əmək Təşkilatı və YUNESKO çərçivəsində fəaliyyət 
göstərən  insan  hüquqlannm  müdafiəsi  mexanizmlərini  əlavə  etmək  olar. 
Yuxarıda sadalanan orqanlardan ilk beşi fərdi və dövlətlərarası şikayətlərə 
baxmaq səlahiyyətinə malikdir. 
İnsan  hüquqları  komitəsi
  Vətəndaş  və  siyasi  hüquqlar  haqqında 
Paktın  28-ci  maddəsi  əsasında  yaradılmışdır.  Komitə  Paktın  iştirakçıları 
tərəfindən 4 il müddətinə seçilən, amma öz dövlətlərini təmsil etməyən 18 
ekspertdən  ibarətdir.  Paktın  40-cı  maddəsinə  görə.  Komitə  işirakçı 
dövlətlərdən öz öhdəliklərini yerinə yetirməkləri barədə vaxtaşın (5 ildən 
bir)  məruzələr  alır  və  bu  məruzələrlə  bağlı  öz  irad  və  tövsiyələrini  irəli 
sürür. 
Paktın 41-ci maddəsinə müvafiq olaraq, İnsan hüquqlan komitəsi bir 
iştirakçı  dövlətin  digər  iştirakçı  dövlətə  qarşı  verdiyi  və  həmin  dövlətin 
Paktdan  irəli  gələn  öhdəliklərini  pozduğunu  iddia  edən  şikayətə  baxmaq 
səlahiyyəti vardır. Lakin bu prosedurdan 
171 


yalnız onu qəbul edən, yəni 41-ci maddənin əsasmda xüsusi bəyanat təqdim 
edən dövlətlər istifadə edə bilərlər. Pakta görə, belə bir şikayəti qəbul edən 
Komitə  əwəleə  vasitəçilik  cəhdi  edir,  bir  nəticə  hasil  olmadıqda  isə,  o, 
tərəflərin  razılığı  ilə  məsələni 
ad  hoc
  razılaşma  komissiyasına  göndərə 
bilər. Komitənin axır mərhələdə çıxardığı qərar məcburi xarakter daşımır. 
Qeyd  edək  ki,  siyasi  mülahizələr  ucbatından  dövlətlərarası  şikayət 
proseduru bir dəfə də olsun istifadə olunmamışdır. 
İnsan  hüquqları  komitəsinin  daha  bir  səlahiyyəti  1966-cı  ildə  qəbul 
olunmuş 
Fakültativ  Protokolla
  müəyyən  olunmuşdur.  Protokolun  1-ci 
maddəsinə  görə.  Komitə  özünü  Paktda  təsbit  olunmuş  hər  hansı  bir 
hüququn qurbanı hesab edən şəxsdən müvafiq dövlətə qarşı şikayət qəbul 
edə  bilər  və  ona  baxa  bilər.  Protokolun  adından  göründüyü  kimi,  fərdi 
şikayət proseduru məcburi deyildir və 
0
, yalnız Protokolu ratifikasiya etmiş 
Paktın iştirakçılanna (hazırda - 110 dövlət) şamil edilir. Şübhəsiz ki, İnsan 
hüquqlan komitəsinin yuxanda göstərilmiş ilk iki səlahİ
30
^ətinə nisbətən, 
fərdi şikayət proseduru daha əhəmiyyətli və daha səmərəlidir. Şəxsin onun 
hüququnu pozan dövlətə qarşı çıxış edə  bilməsi və beynəlxalq səviyyəyə 
çıxması  dövlət  üzərində  mühüm  nəzarət  vasitəsidir.  Komitənin  fərdi 
şikayəti  qəbul  etməsi  üçün  müə
5
^ən  şərtlər  mövcuddur:  a)  şəxs  yalnız 
dövlətdə olan bütün səmərəli hüquq müdafiə vasitələrindən (məsələn, bütün 
məhkəmə  instan-  siyalanndan)  istifadə  etdikdən  və  müsbət  nəticə  əldə 
etmədikdən sonra şikayət vermək hüququ qazanır; əks halda ərizə baxılmaq 
üçün qəbul edilməyəcəkdir; b) dövlətdaxili orqanın çıxardığı qəti qərardan 
sonra altı aydan artıq müddət keçməməlidir; c) ərizə anonim olmamalıdır; 
ç)  ərizə abstrakt olmamalıdır:  şəxs  Paktın  konkret  maddəsinin  pozulması 
nəticəsində  bilavasitə  ona  zərər  dəydiyini  göstərməlidir  və  s.  Adətən, 
Komitədə ərizəyə baxılması, daha doğrusu, ərizə verildiyi andan Komitə öz 
qərannı çıxarana qədər xeyli müddət çəkir (bəzən 5-6 il). Dövlət tərəfindən 
insan  hüquqlanmn  pozulduğunu  müəyyən  etdiyi  hallarda  Komitə  onun 
qarşısında  aşağıdakı  tələbləri  qoya  bilər:  hüquqa  zidd  əməlin 
dayandıniması;  bu  cür  pozuntuları  gələcəkdə  təkrar  etməmək  barədə 
təminat verilməsi; əvvəlki vəziyyətin (status quo ante-nin) 
172 


bərpa  edilməsi  (məsələn,  qanunsuz  həbsdə  saxlanılan  şəxsin  buraxdın 
İması;  əmlakın  iddiaçıya  geri  qaytarılması  və  s.);  şəxsə  dəyən  zərərin 
ödənilməsi  və  s. 
Lakin  İnsan  hüquqları  komitəsinin  çıxardığı  qərarlar 
hüquqi cəhətdən məcburi deyildir.
  Dövlət  bu  qəran yerinə  yetirməyə  də 
bilər və təəssüf ki, praktikada belə hallar az deyildir; bu halda həmin dövlətə 
qarşı  Komitənin  elə  bir  səmərəli  tədbir  görmək  imkanı  yoxdur.  Bununla 
belə,  əksər  qərarlar  dövlətlər  tərəfindən  icra  olunur,  gələcəkdə  belə 
pozuntulara yol verməmək üçün lazımi qanunvericilik, inzibati, təşkilati və 
s. tədbirlər görülür. 
İşgəncə  əleyhinə  komitə
  İşgəncə  və  qəddar,  qeyri-insani  və  ya 
ləyaqəti  alçaldan  rəftar  və  ya  cəza  əleyhinə  1984-cü  il  Konvensiyasının 
əsasında (17-ci maddə) təsis olunmuşdur. Konvensiyanın iştirakçı dövlətləri 
tərəfindən  2  il  müddətinə  seçilən  10  ekspertdən  ibarətdir.  Dövlətlərin 
vaxtaşırı məruzələrini qəbul etmək və insan hüquqlarının pozulması hallan 
ilə  bağlı  fərdi  və  dövlətlərarası  şikayətlərə  baxmaqla  yanaşı,  İşgəncə 
əleyhinə  komitəyə  daha  bir  səlahiyyət  verilmişdir;  belə  ki,  dövlətin 
ərazisində  sistematik  işgəncə  tətbiq  olunduğu  barədə  əsaslı  məlumat 
aldıqda,  o  öz  üzvlərindən  birini  və  ya  bir  neçəsini  konfıdensial  təhqiqat 
aparmaq üçün (dövlətin razılığı olduqda, habelə onun ərazisində) təyin edə 
bilər və bu təhqiqatın nəticələrinə uyğun olaraq, dövlətə müvafiq tövsiyələr 
verə bilər. 
2002-ci  il  dekabnn  18-də  İşgəncə  əleyhinə  Konvensiyaya  Fakültativ 
Protokol qəbul olunmuşdur. Hazırda 61 dövlətin iştirakçısı olduğu Protokol 
2006-cı  il  iyunun  22-də  qüvvəyə  minmişdir.  Protokol  əsasında  yeni  bir 
orqan  - 
İşgəncənin  qarşısının  alınması  üzrə  Altkomitə
  yaradılmışdır. 
Altkomitə  Avropa  Şurası  çərçivəsində  fəaliyyət  göstərən 
İşgəncənin
  va 
qeyri-insani  və  ya  ləyaqəti  alçaldan  rəftar  və  ya  cəzanın  qarşısının 
alınması  üzrə  Avropa  komitəsinin
  universal  səviyyədə  analoqu  kimi 
nəzərdə tutulmuşdur. O, Protokolun iştirakçı dövlətlərinə mütəmadi əsasda 
səfərlər  edir  və  orada  azadlıqdan  məhrum  edilmiş  şəxslərin  saxlandığı 
yerləri müayinə edir. Hazırda 25 ekspertdən ibarət olan Komitə 2007-ci ilin 
fevralında öz fəaliyyətinə başlamışdır. 
173 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə