dəqiq müəyyən olunmuş öhdəliklər nəzərdə tutur. Paktda nəzərdə tutulmuş
başlıca öhdəlik ondan ibarətdir ki, dövlət öz ərazi hüdud- lannda və
yurisdiksiyası çərçivəsində olan hər bir şəxsin bu Paktda təsbit olunmuş
hüquqlanna
hörmət etməli
və onlan
təmin etməlidir
(2- ci maddənin 1-ci
hissəsi). Paktdan irəli gələn öhdəliklərini həyata keçirmək üçün dövlət
zəruri qanunvericilik, inzibati və digər tədbirlər görməli (2-ci maddənin 2-ci
hissəsi), habelə pozulmuş hüquqların müdafiəsi və bərpası məqsədilə şəxsə
səmərəli dövlətdaxili hüquqi müdafiə vasitələri təmin etməlidir (2-ci
maddənin 3-cü hissəsi). Vətəndaş və siyasi hüquqlar haqqında Paktın daha
bir üstün cəhəti ondadır ki, o, iştirakçı dövlətlərin öz öhdəliklərini yerinə
yetirmələrinə nəzarət etmək məqsədilə xüsusi mexanizm nəzərdə tutur. Bu,
28-ci maddənin əsasında təsis olunmuş tnsan hüquqlan komitəsidir (bu
barədə aşağıda bəhs ediləcəkdir). Pakta iki protokol əlavə olunmuşdur:
İnsan hüquqlan komitəsinə fərdi şikayətlərə baxmaq səlahiyyəti verən
1966-cı il Fakültativ Protokolu
və
Ölüm cəzasının ləğvinə yönəlmiş
İkinci Fakültativ Protokol
(1989-cu il).
Beynəlxalq insan hüquqları hüququnun sonrakı inkişafı ayn- ayrı
insan hüquqlarına həsr olunmuş müqavilələrin bağlanması və insan
hüquqlan sahəsində beynəlxalq mexanizm və prosedurlann inkişaf
etdirilməsi və təkmilləşdirilməsi ilə əlamətdardır. Bu gün beynəlxalq insan
hüquqları hüququ beynəlxalq hüququn ən intensiv inkişaf edən və
dövlətdaxili hüquq ilə ən sıx «əməkdaşlıq edən» sahələrindən biridir.
2.
Beynəlxalq insan hüquqları
hüququnun mənbələri
İnsan hüquqlan sahəsindəki beynəlxalq öhdəliklər, əsas etibarilə,
müqavilə mənşəlidir. Müqavilənin üstünlüyü ondadır ki, o, dövlətlərin
konkret insan hüquqlannın müdafiəsi ilə bağlı öhdəliklərini dəqiq
müəyyən
edir və ən əsası, bu öhdəliklərin yerinə yetirilməsini təmin etməli olan
xüsusi mexanizm və prosedurlar nəzərdə tutur.
160
Hazırda insan hüquqları sahəsində 70-dən artıq beynəlxalq müqavilə
vardır. Bundan əlavə, Beynəlxalq Əmək Təşkilatı (BƏT) çərçivəsində bəzən
sosial ədalətin
corpııs jurisA
adlanan çoxlu sayda konvensiyalar qəbul
olunmuşdur.
İnsan hüquqlan sahəsindəki mövcud beynəlxalq müqavilələri dörd
kateqoriyaya bölmək olar:
1)
Ümumi müqavilələr.
Bu müqavilələrdə, demək olar ki, bütün əsas
insan hüquqlan və ya onlann böyük bir hissəsi təsbit olunur. Ümumi
müqavilələr həm universal, həm də regional səviyyədə mövcuddur.
Universal müqavilələrə
İqtisadi, sosial və mədəni hüquqlar haqqında
1966-cı il Beynəlxalq Paktı
və
Vətəndaş və siyasi hüquqlar haqqında
1966-cı il Beynəlxalq Paktı
aiddir. Ümumi regional müqavilələr
aşağıdakılardır:
İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi
haqqında 1950-ci il Konvensiyası (Avropa İnsan Hüquqları
Konvensiyası); Avropa Sosial Xartiyası; Amerika İnsan Hüquqları
Konvensiyası; İqtisadi, sosial və mədəni hüquqlar sahəsində Amerika
İnsan Hüquqları Konvensiyasına 1988-ci il Əlavə Protokolu; İnsan və
xalqların hüquqları haqqında 1981-ci il Afrika Xartiyası.
2)
Xüsusi müqavilələr.
Bu müqavilələr konkret insan hüquqla- nmn
müdafiəsinə yönəlmişdir. Xüsusi müqavilələr də universal və regional
səviyyədə bağlanır. Universal müqavilələr, əsasən, bunlardır:
Soyqırım
cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında 1948-ci il
Konvensiyası; 1926-cı il Köləlik Konvensiyası; Köləliyin, qul ticarətinin
və köləliyə oxşar institut və adətlərin ləğv edilməsi haqqında 1956-cı il
Əlavə Konvensiyası; İcbari əməyin ləğv olunması haqqında 1957-ci il
105 nömrəli BƏT Konvensiyası; İşgəncə və qəddar, qeyri-insani və ya
ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə 1984-cü il Konvensiyası.
Regional səviyyədə bağlanmış xüsusi müqavilələrə bir sıra misallar gətirək:
İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın
qarşısının alınması haqqında 1987-ci il Avropa Konvensiyası;
İşgəncənin qarşısının alınması və cəzalandırılması haqqında 1985-ci il
Amerika Konvensiyası; Sosial təminat haqqında 1972-ci il Avropa
Konvensiyası,
3)
Ayrı-ayrı qrupların müdafiəsinə yönəlmiş müqavilələr.
Cəmiyyətin ayrı-ayrı təbəqələrinin hüquqlarını qorumaq
məqsədi gü
161