olunması və onların məhv olunması haqqında Konvensiya (10 aprel 1972);
•
Ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya istənilən
digər düşmən məqsədlərlə istifadə olunmasının qadağan edilməsi haqqında
Konvensiya (10 dekabr 1976);
•
1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyalanna Əlavə
Protokollar:
-
Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair
Protokol (1 Protokol) - 8 iyun 1977;
-
Qeyri-beynəlxalq xarakterli silahlı münaqişə qurbanlanmn
müdafiəsinə dair Protokol (II Protokol) - 8 iyun 1977;
•
Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən
müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya
məhdudiyyətlər haqqında Konvensiya (10 oktyabr 1980).
Konvensiyaya 3 Protokol əlavə olunmuşdur:
-
Aşkar edilməyən qəlpələr haqqında Protokol (I Protokol).
-
Minalann, mina-tələlərin və digər qurğularm tətbiqinə qoyulan
qadağalar və ya məhdudiyyətlər haqqmda Protokol (II Protokol).
-
Yandırıcı silahların tətbiqinə qoyulan qadağalar və
məhdudiyyətlər haqqında Protokol (III Protokol);
•
Kimyəvi silahların işlənib hazırlanması, istehsal edilməsi, ehtiyat
yığılması və tətbiq edilməsinin qadağan olunması və onların məhv olunması
haqqmda Konvensiya (1993).
Sadalanmış bu beynəlxalq müqavilələr içərisində beynəlxalq
humanitar hüquq üçün ən əhəmiyyətlisi, şübhəsiz ki.
Müharibə
qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyaları
və
onlara 1977-ci il Əlavə Protokollarıdır.
Beynəlxalq humanitar hüquqda
adət normaları
da əhəmiyyətli rol
oynayır. Bu normaların əksər hissəsi ümumi beynəlxalq hüququn bir
hissəsidir və bütövlükdə beynəlxalq birlik tərəfindən jus cogcns normaları
kimi tanınmışdır. Bu cür normalar, yuxarıda göstərilən hər hansı
konvensiyanın iştirakçısı olub-olmadığından asılı olmayaraq, dünyanın hər
bir dövləti üçün məcburidir.
Məsələn, Yuqoslaviya tribunalı
Duşko Tadiç işində
(1995) qeyd
etmişdir ki, daxili silahlı münaqişələr dövründə
müharibə
184