öz müqəddəratını təyin etmək hüququnu həyata keçirmək üçün
müstəmləkə hökmranlığına və xarici işğala, habelə irqçi rejimlərə qarşı
xalqların apardıqları silahlı mübarizə
də beynəlxalq silahlı münaqişə
hesab edilir (bax: Cenevrə Konvensiyalarına I Əlavə Protokolun 1-ci
maddəsinin 4-cü bəndi).
Bundan əlavə, beynəlxalq humanitar hüquq
qeyri-beynəlxalq
xarakterli (daxili) silahlı münaqişələrə
şamil edilir. Bu, Cenevrə
Konvensiyaları üçün ümumi olan 3-cü maddədə göstərilmişdir. Cenevrə
Konvensiyalarına II Əlavə Protokolun 1-ci maddəsinin 1-ci bəndində bu cür
silahlı münaqişələrin səciyyəvi cəhətləri dəqiqləşdirilmişdir:
-
bir dövlətin ərazisində baş verir;
-
həmin dövlətin silahlı qüvvələri ilə müxtəlif silahlı qüvvələr və ya
digər mütəşəkkil silahlanmış qruplar arasında olur;
-
hökumət əleyhinə olan qüvvələr məsul komandanlıq altında
olmaqla, dövlətin ərazisinin bir hissəsi üzərində elə nəzarət həyata keçirirlər
ki, bu, onlara fasiləsiz və razılaşdınlmış hərbi əməliyyatlar aparmağa və
müvafiq beynəlxalq humanitar hüquq normalarını tətbiq etməyə imkan
verir.
Cenevrə Konvensiyalan üçün ümumi olan 3-cü maddədə dövlətlərin
suverenliyi və ərazi bütövlüyü baxımından belə bir mühüm müddəa təsbit
olunmuşdur ki,
müvafiq beynəlxalq humanitar hüquq normalarının
tətbiqi münaqişədə olan tərəflərin hüquqi statusuna heç bir xələl
gətirmir.
Beynəlxalq humanitar hüquq habelə son onilliklər üçün səciyyəvi olan
qarışıq silahlı münaqişələr - beynəlxalq münaqişələrin əlamətlərini kəsb
edən,
yəni
digər dövlətin birbaşa hərbi müdaxilə etdiyi daxili silahlı
münaqişələr -
dövründə də tətbiq olunur.
Nikaraqua işində
BMT-nin Beynəlxalq Məhkəməsi, Amerika
Birləşmiş Ştatlannm Nikaraquadakı «kontras»lara yardımı məsələsini
nəzərdən keçirərkən, nəinki müdaxilə edən dövlətin özünün humanitar
hüquqa riayət etməli olduğunu qeyd etmişdi, həmçinin göstərmişdi ki,
həmin dövlət, - Cenevrə Konvensiyalan üçün ümumi olan 1-ci maddənin
tələblərindən irəli gələrək, - yardım etdiyi qüvvələr tərəfindən do humanitar
hüquqa riayət olunmasını təmin etməlidir.
186
Beynəlxalq humanitar hüquq normaları daxili gərginlik hallan- na,
daxili iğtişaşlara, sporadik zorakılıq aktlarına tətbiq olunmur. Bu cür hallara
beynəlxalq insan hüquqları standartları şamil edilir.
3.
Beynəlxalq humanitar hüququn prinsipləri
Beynəlxalq humanitar hüquq onun məqsəd və vəzifələrini əks etdirən
bir sıra
prinsiplərə
söykənir. Bu prinsiplər aşağıdakılardır:
a)
silahlı münaqişələrin humanistləşdirilməsi;
bu, əslində
beynəlxalq humanitar hüququn başlıca prinsipidir.
b)
döyüş aparılmasının metod və vasitələrinin seçilməsində vuruşan
tərəflərin üzərinə məhdudiyyətlər qoyulması;
c)
müharibə qurbanlarının bcynəlxalq-hüquqi müdafiəsi;
ç) mülki obyektlərin və mədəni mülkiyyətin mühafizəsi;
d)
hərbi zərurətin və ictimai qaydanın qorunmasının insana hörmətlə
uzlaşdırılması;
e)
düşmən tərəfə, müharibənin məqsədinə (məsələn, düşmənin hərbi
gücünün məhv edilməsi və ya zəiflədilməsi və s.) uyğun gəlməyən ziyan
vurulmasının yolverilməzliyi;
ə) neytral dövlətlərin mənafelərinin qorunması.
4.
Beynəlxalq humanitar hüququn əsas normaları
Beynəlxalq humanitar hüququ təşkil edən bütün normativ massivi ən
yığcam formada belə ifadə etmək olar:
1.
Sıradan çıxmış şəxslər, habelə hərbi əməliyyatlarda bilavasitə
iştirak etməyən şəxslər, xüsusilə mülki əhali, onlann həyatma və fiziki
toxunulmazlığına hörmət edilməsi hüququna malikdirlər. Bütün hallarda
onlarla heç bir fərq qoyulmadan, insani rəftar edilməlidir.
2.
Təslim olan və ya hərbi əməliyyatlarda artıq iştirak etməyən
düşməni öldürmək və ya ona xəsarət yetirmək qadağandır.
3.
Yaralılar və xəstələr
yerdən götürülməli və onlara lazımi yardım
göstərilməlidir. Tibbi heyət, tibbi müəssisələr və nəqliyyat
187
vasitələri də müdafiə altındadır. Qızıl xaç və qızıl aypara nişanına hörmət
edilməlidir.
4.
Əsir götürülmüş
döyüş iştirakçıları (kombatantlar) və düşmən
tərəfin əlində olan
mülki şəxslər
onların həyatına, ləyaqətinə, şəxsi
hüquqlarına və əqidələrinə hörmət edilməsi hüququna malikdirlər. Onlar
istənilən zorakılıq aktlarından müdafiə olunmalıdırlar. Onlar öz ailələri ilə
məktublaşmaq və kömək almaq hüququna malik olmalıdırlar.
5.
Hər kəsin əsas məhkəmə təminatlanna hüququ vardır. Heç kəs
törətmədiyi hərəkətlərə görə məsuliyyət daşımır. Heç kəs fiziki və ya psixi
işgəncələrə, cismani cəzalara, qəddar və ya alçaldıcı rəftara məruz
qalmamalıdır.
6.
Münaqişənin tərəflərinin və onlann silahlı qüvvələrinin döyüş
apanimasının metod və vasitələrini seçmək hüququ qeyri-məhdud deyildir.
Artıq dağıntılar və ya hədsiz əzab-əziyyət törətməyə qabil olan silahlann və
döyüş apaniması metodlannm tətbiqi qadağandır.
7.
Münaqişənin tərəfləri, mülki əhalini və mülki obyektləri qorumaq
məqsədilə mülki əhali və kombatantlar arasında həmişə fərq qoymalıdırlar.
Nə bütövlükdə mülki əhali, nə də ayn-ayn mülki şəxslər hücuma məruz
qalmamalıdır. Hücum yalnız hərbi obyektlərə qarşı yönəlməlidir.
5.
Müharibənin başlamasının hüquqi nəticələri
Müharibənin başlaması ilə, bir qayda olaraq, aşağıdakı hüquqi
nəticələr ortaya çıxır:
1)
dövlətlər arasında diplomatik, konsulluq və digər münasibətlər
kəsilir;
2)
səfirlik və konsulluq binalarının, onlann əmlakı və arxivləri ilə bir
yerdə mühafizəsi
Himayəçi Dövlətə
(vuruşan tərəflərin təyin etdiyi və
onların mənafelərini qorumalı olan hər hansı dövlət belə adlanır) və ya onu
əvəz edən hər hansı qərəzsiz təşkilata, adətən. Beynəlxalq Qızıl Xaç
Komitəsinə (buna humanitar hüquqda
«substitut»
deyilir) etibar edilir.
188
Dostları ilə paylaş: |