XV
FƏSIL
BEYNƏLXALQ İNSAN HÜQUQLARI HÜQUQU
1.
Beynəlxalq insan hüquqları hüququnun anlayışı
və inkişaf tarixi
İnsan hüquqlarının müdafiəsi ideyası özü-özlüyündə dövlətda- xili
hüququn məhsuludur. Bu ideyanın məğzi ondan ibarətdir ki, istənilən fərd
məhz insan varlığı olduğuna görə doğulduğu andan müəyyən ayrılmaz
hüquqlara malikdir və dövlət bərabər əsasda, heç bir ayrı-seçkilik olmadan
bu hüquqları qanunvericilikdə və praktikada təmin etməlidir. Göstərilən
ideyanın hüquqi normada öz ifadəsini tapması (yəni pozitivləşməsi)
dövlətdaxili hüquq sistemlərinə çoxdan məlumdur. Müasir beynəlxalq
hüququ səciyyələndirən məqamlardan biri kimi biz dərsliyin I fəslində
göstərmişdik ki,
insan hüquqları ideyası İkinci Dünya müharibəsindən
sonra beynəlxalq səviyyəyə çıxmış və dövlətlərin müvafiq öhdəlikləri
şəklində təsbit olunmuşdur.
Əsas etibarilə, suveren və müstəqil dövlətlər
arasmda münasibətləri tənzimləmək missiyasmı yerinə yetirən beynəbcalq
hüquqda fərdlərin əsas hüquq və azadlıqlanm nizamlayan norma və
prinsiplərin inkişaf etməsi çox böyük əhəmiyyət kəsb edir. Bu norma və
prinsiplərin məcmusu beynəlxalq insan hüquqları hüququnu (International
human rights law) təşkil edir.
Beynəlxalq hüququn bu sahəsi ədəbiyyatda müxtəlif cür adlandırılır:
«insan hüquqlarının beynəlxalq müdafiəsi», «beynəlxalq hüquqda insan
hüquqları», «beynəlxalq insan hüquqlan hüququ», «beynəlxalq humanitar
hüquq» və s. Bundan sonrakı fəsildə biz görəcəyik ki, beynəlxalq humanitar
hüquq beynəlxalq hüququn digər bir müstəqil sahəsidir və müharibə adət və
qanunlannı əhatə edir. Beynəlxalq hüquq elmində, demək olar ki, hamılıqla
qəbul
156
Beynolxalq
insan
hüquqları
hüququnun
tarixi
BMT
Nizamnaməsindən başlamışdır. Bundan əwəl ayn-ayn aktlar mövcud olsa
da (məsələn, köləliyin ləğvi, milli azlıqlann müdafiəsi və s. ilə bağlı), insan
hüquqlannm universal səviyyədə müdafiəsi ideyası ilk dəfə olaraq məhz
BMT Nizamnaməsində öz əksini tapmışdır. Burada «irqinə, cinsinə, dilinə
və ya dini mənsubiyyətinə fərq qoyulmadan bütün insanlann əsas
hüquq və
azadlıqlanna hörmətin dəstəklənməsi və həvəsləndirilməsi» BMT-nin əsas
məqsədlərindən biri kimi bəyan edilir (1-ci maddə). «Bütün insanlann əsas
hüquq və azadlıqlanna hamıhqla hörmət edilməsinə və riayət edilməsinə
dəstək verilməsi» (55-ci maddə) və bunun üçün BMT ilə birgə və ya
müstəqil tədbirlər görülməsi (56-cı maddə) dövlətlərin üzərinə vəzifə kimi
qoyulur. Gördüyümüz kimi, bu öhdəliklər dəqiq və birmənalı ifadə
olunmamışdır. Daha doğrusu, söhbət burada insan hüquqlannm təmin
edilməsi və ya insan hüquqlanna hörmət edilməsi vəzifəsindən deyil, bu
hüquqlara hörmətin «dəstəklən- məsi və hovəslondirilmosi» vəzifəsindən
gedir. Bu vəzifənin məzmununu konkret situasiyalara tətbiq
etmək olduqca
çətindir. Praktik olaraq bu o deməkdir ki, yalnız insan hüquqlanna tam
etinasızlıqla yanaşan, bu hüquqlan kobud və kütləvi şəkildə pozan dövlət
yuxarıda göstərilən Nizamnamə öhdəliyini yerinə yetirməmiş olur.
Məsələn,
Tehran girovları haqqında işdə
(ABŞ/İran - 1980-ci il)
BMT Beynolxalq
Məhkəməsi qeyd etmişdi ki, «insanlann qanunsuz olaraq
azadlıqdan məhrum edilməsi və onlann ağır şəraitdə fiziki təzyiqlərə məruz
qoyulması -• Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin prinsiplərinə...
tamamilə ziddin>.
Namibiya işində
(1971-ci il) Beynəlxalq Məhkəmə Cənubi Afrika
Respublikasının bu ərazidə yeritdiyi irqi ayn-seçkilik siyasətini «BMT
Nizamnaməsinin məqsəd və prinsiplərinin kobud po- zuntusu» kimi
səciyyələndirmişdi.
İkinci bir tərəfdən, BM'f Nizamnaməsində konkret insan hüquq və
azadlıqları sadalanmır. Hansı hüquqların əsas insan hüquqlanna aid
olduğunu və onların «beynəlxalq kataloqunu» müəyyən etmək üçün
1948-ci il dekabnn lO-da BMT Baş Məclisinin 217 (III) nömrəli qətnaməsi
ilə
Ömumdünya İnsan Hüquqları Bəyannaməsi
qəbul edildi. 58 BMT
üzvündən 48-i Nizamnamənin
lehinə
158