Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə53/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   114

dən bu müqavilələrə misal olaraq aşağıdakıları göstərmək olar: 
Qadınların 
siyasi  hüquqları  haqqında  1952-ci  il  Konvensiyası;  Uşaq  hüquqları 
haqqında  1989-cu  il  Konvensiyası; Bütün  miqrant işçilərin və  onların 
ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqın- da 1990-cı il Beynəlxalq 
Konvensiyası;  Miqrant  işçilərin  hüquqi  statusu  haqqında  1977-ci  il 
Avropa  Konvensiyası;  Milli  azlıqların  müdafiəsi  haqqında  1995-ci  il 
Çərçivə Konvensiyası; Müstəqil ölkələrdə köklü və tayfa xalqlarına dair 
1989-cu il 169 nömrəli BƏT Konvensiyası
 və s.
 
4)
 
Ayrı-seçkilik  məsələsinə  aid  olan  müqavilələr.
  Bu  müqavilələr 
irqi  və  ya  cinsi  əsaslara  görə  təhsil,  işodüzəlmə  və  s.  sahələrdə 
ayrı-seçkiliyin qarşısını almaq məqsədi daşıyır. Bu məsələ ilə bağlı bir sıra 
universal  müqavilələr  mövcuddur,  məsələn: 
İrqi  ayrı-  seçkiliyin  bütün 
formalarının  ləğv  edilməsi  haqqında  1965-ci  il  Beynəlxalq 
Konvensiyası; 
Aparteid 
cinayətinin 
qarşısının 
alınması 
və 
cəzalandırılması  haqqında  1973-cü  il  Beynəlxalq  Konvensiyası; 
Qadınlara  qarşı  ayrı-seçkiliyin  bütün  formalarının  ləğv  edilməsi 
haqqında  1979-cu  il  Konvensiyası;  Təhsil  sahəsində  ayrı-seçkilik 
əleyhinə 1960-cı il YUNESKO Konvensiyası
 və s.
 
İnsan  hüquqlannm  beynəlxalq-hüquqi  müdafiəsi  sahəsində 
adət 
normalarının
 da müəyyən rolu vardır. Beynəlxalq hüquqi adətin bu sahədə 
rolu  müvafiq  müqavilo  müddəalannm  qeyri-işti-  rakçı  dövlətlərə  şamil 
edilməsi  və  həmin  müqavilələrdə  nəzərdə  tutulmamış  hüquqi  müdafiə 
vasitələrinin  təmin  edilməsilə  məhdudlaşır.  Əsas  insan  hüquqlarının 
müəyyən  hissəsi  artıq  ümumi  beynəlxalq  adət  hüququnun  bir  hissəsinə 
çevrilmişdir  və  hər  hansı  bir  müqavilənin  iştirakçısı  olub-olmamasından 
asılı  olmayaraq  bütün  dövlətlər  üçün  məcburidir.  Məsələn,  indi  heç  bir 
dövlət  Vətəndaş  və  siyasi  hüquqlar  haqqında  1966-cı  il  Paktında  iştirak 
etmədiyini bəhanə gətirərək (belə dövlətlərin sayı 30-dan artıqdır), işgən- 
eələr tətbiq edə bilməz və  ya şəxsi özbaşına, yaxud qanuni əsas olmadan 
həyatdan məhrum edə bilməz. Dövlətlərin aşağıdakı hüquqa zidd əməlləri 
beynəlxalq  adət  hüququnun  pozuntusu  kimi  tövsif  edilə  bilər:  soyqınm; 
aparteid;  köləlik;  bir  sıra  insan  hüquq-  lannın  aşağıdakı  sistematik  və  ya 
kobud  pozuntulan  (şəxsin  qanunsuz  həyatdan  məhrum  edilməsi;  işgəncə; 
irqi ayn-seçkilik; uzunmüddətli 
162 


özbaşına  həbs;  şəxsin  zorla  müəyyən  ərazidən  çıxaniması;  minimal 
məhkəmə təminatlannm pozulması; qanunun geriyə tətbiqi). 
İnsan hüquqlan sahəsində 
tövsiyə xarakterli sənədlər
 köməkçi hüquq 
mənbəyi  kimi böyük əhəmiyyətə  malikdir. Bu cür sənədlərə misal olaraq 
aşağıdakıları göstərmək olar: BMT Baş Məclisinin qətnamələri, o cümlədən 
bu qətnamələrlə qəbul olunmuş aktlar (məsələn, 
Dözümsüzlüyün və din və 
ya  əqidələr  əsasında  ayrı-seçkiliyin  bütün  formalarının  ləğv  edilməsi 
haqqında  1981-ci  il  Bəyannaməsi;  Yetkinlik  yaşına  çatmayan  şəxslərə 
münasibətdə ədalət mühakiməsinin həyata keçirilməsinə dair BMT-nin 
Minimal standart qaydaları (1985-ci il); Milli, etnik, dil və dini azlıqlara 
mənsub  olan  şəxslərin  hüquqları  haqqında  1992-ci  il Bəyannaməsi 
və 
s.); beynəlxalq konfranslann aktları (məsələn, 1990-cı il sentyabrın 30-da 
Uşaqlar  naminə  yüksək  səviyyədə  Ümumdünya  görüşü  zamanı  qəbul 
olunmuş 
Uşaqların  yaşaması,  müdafiəsi  və  inkişafının  təmin  edilməsi 
haqqında Ümumdünya Bəyannaməsi:
  İnsan  hüquqlan  üzrə  Ümumdünya 
Vyana  Konfransında  (14-25  iyun  1993-cü  il)  qəbul  olunmuş 
Vyana 
Bəyannaməsi
  və 
Hərəkət  Proqramı
  və  s.);  ATƏM  (indiki  ATƏT) 
çərçivəsində  qəbul  olunmuş  və  özündə  siyasi  öhdəliklər  ehtiva  edən 
sənədlər və b. 
Bu sənədlərdə həm bütövlükdə insan hüquqlarının müdafiəsi, həm də 
konkret  insan  hüquqlarının  həyata  keçirilməsi  ilə  bağlı  tövsiyə  xarakterli 
standartlar müəyyən olunur. Adətən, dövlətlər bu standartlara riayət etməyə 
çalışır, bəzi hallarda isə onları, hətta öz qanunvericiliyinə daxil edirlər. 
3.
 
İnsan hüquqlarının təsnifatı 
İnsan hüquqlarının ən sadə təsnifatı onların vətəndaş, siyasi, iqtisadi, 
sosial  və  mədəni  hüquqlara  aynimasıdır.  Universal  və  regional  səviyyədə 
bağlanan ümumi müqavilələr çox zaman bu bölgüyə uyğunlaşdınlır. Geniş 
yayılmış daha bir təsnifat isə tarixi meyara söykənir. Söhbət fransız alimi 
K.Vasak  tərəfindən  irəli  sürülmüş 
«insan  hüquqlarının  üç  nəsli» 
konsepsiyasından
 gedir. Bu 
163 


konsepsiyaya  görə,  hazırda  mövcud  olan  bütün  əsas  insan  hüquqları  öz 
inkişaf tarixində üç mərhələ keçmişdir və bu mərhələlər əsasında üç nəsil 
fərqləndirilir. 
Birinci  nəslə
  vətəndaş  hüquqları  və  siyasi  hüquqlar  aiddir;  Qərb 
ölkələrinin məşhur sənədlərində yalnız bu hüquqlar öz əksini tapmışdı. Bu 
hüquqlar  aşağıdakılardır:  yaşamaq  hüququ;  işgəncəyə  və  qəddar, 
qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamaq 
hüququ; köləlikdə və ya asılı vəziyyətdə saxlanılmamaq hüququ; azadlıq və 
toxunulmazlıq hüququ; sərbəst hərəkət etmək hüququ; fikir, vicdan və din 
azadlığı;  söz  azadlığı;  sərbəst  toplaşmaq  azadlığı;  birləşmək  azadlığı; 
dövlət işlərinin aparılmasında iştirak etmək hüququ və s. 
XX əsrin əvvəllərində Meksikanın (1917-ci il) və Rusiyanın (1918-ci 
il)  Konstitusiyalannda  insan  hüquqlanmn 
ikinci  nəsli  - 
sosial-iqtisadi  və 
mədəni hüquqlar ortaya çıxır və İkinci Dünya müharibəsindən sonra isə bu 
hüquqlar  bir  sıra  beynəlxalq  müqavilələrdə  (1961-ci  il  Avropa  Sosial 
Xartiyasında;  İqtisadi,  sosial  və  mədəni  hüquqlar  haqqında  l966-cı  il 
Beynəlxalq  Paktında  və  s.)  aynca  təsbit  olunur.  Söhbət  burada  aşağıdakı 
hüquqlardan gedir: işləmək hüququ; həmkarlar ittifaqlan yaratmaq hüququ; 
tətil  hüququ;  sosial  təminat  hüququ;  minimal  həyat  səviyyəsi  hüququ; 
istirahət  hüququ;  sağlamlığın  qorunması  hüququ;  təhsil  hüququ;  mədəni 
həyatda iştirak etmək və mədəni sərvətlərdən istifadə etmək hüququ və s. 
Üçüncü  nəslin  yaranması  son  dövrün  inkişaf  xüsusiyyətləri  ilə  izah 
edilir. Bu izaha görə, indi obyektiv olaraq elə hüquqlar meydana gəlmişdir 
ki, onlar ayrılıqda fərdə və ya fərdlər qrupuna deyil, bütövlükdə məcmuya, 
xalqa  məxsusdur:  məsələn,  inkişaf  hüququ;  sülh  hüququ;  sağlam  ətraf 
mühitdə  yaşamaq  hüququ  və  s.  Bu  hüquqlar  «kollektiv  hüquqlan)  və  ya 
«həmrəylik  hüquqlan»  adlanır.  Lakin  göstərilən  hüquqlar  hələ  tam 
formalaşmamışdır  və  onlar  dəqiq  normativ  məzmuna  malik  deyildir. 
Məsələ burasındadır ki, bu hüquqlan fərdin dövlətə qarşı subyektiv tələbi 
şəklində  formu-  lə  etmək,  demək  olar  ki,  qeyri-mümkündür.  Məsələn, 
inkişaf hüququnu və ya sülh hüququnu iddia qaydasında məhkəmədə necə 
müdafiə etmək olar? Hüquq yalnız o yerdə var ki, orada onun mü 
164 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə