Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İqtisad universiteti «İQTİsadi HÜquq»



Yüklə 85,74 Kb.
tarix31.08.2018
ölçüsü85,74 Kb.

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTISAD UNIVERSITETI


«İQTİSADİ HÜQUQ» KAFEDRASI

«Azərbaycan Respublikasının Konstitusiyası və hüququnun əsasları»

kursunun tədris

P R O Q R A M I
Bakalavr təhsil pilləsi üzrə

B A K I – 2012

Proqram Azərbaycan Dövlət İqtisad Universitetinin

«İqtisadi hüquq» kafedrasında hazırlanmışdır


Elmi redaktor: h.e.d. O.F. Əfəndiyev

Tərtib edənlər: dos. J.V. Bədəlbəyli
b/m. N. Ə. Əhmədov

müəl. T.İ. Əliyeva

b/l. Ə. Ə. Mustafayeva
Rəyçilər: h.e.d. Ə.İ. Hüseynov

BDU-nin Əmək və ekologiya hüququ

kafedrasının müəllimi

Azərbaycan Dövlət İqtisad Universitetinin

«İqtisadi hüquq» kafedrasın dos. L.H. Mirzəzadə

GIRIŞ

Məlum olduğu kimi hər bir cəmiyyətin sistemli idarə olunmağa ehtiyacı vardır. Belə ki, cəmiyyət və dövlət məhz ictimai münasibətlərin nizamlandığı, ictimai qaydalara riayət olunduğu şəraitdə normal fəaliyyət göstərə bilir. İctimai həyatın təşkilində, o cümlədən insanların davranışının və onların fəaliyyətinin nizamlanmasında hüquq mühüm rol oynayır. Çünki insanlar həyatın bütün hallarında müxtəlif xarakterli ictimai münasibətlərə daxil olurlar ki, bu münasibətlərin də əksər hissəsini hüquq normaları ilə tənzim edilən hüquq münasibətləri təşkil edir. Müvafiq münasibətlərin yalnız hüquqla tənzmlənməsi isə hüquqi dövlətə xarakterik əsas əlamətdir.

“Azərbaycan Respublikasının Konstitusiyası və hüququnun əsasları” fənni onun pred­meti, obyekti, metodikası ilə yanaşı, kursun proqramına uyğun olaraq hüququn əsas anlayışları, kateqoriyaları, hüququn ayrı-ayrı sahələri, xüsusilə mülki hüquq sahəsinin əsas yarım sahələri - mülkiyyət hüququ və öhdəlik hüququnun ətraflı öyrənilməsi, habelə əmək hüququ, mülki prosessual hüquq və cinayət hüququnun əsaslarının tədris edilməsini əks nəzərdə tutur.

“Azərbaycan Respublikasının konstitusiyası və hüququn əsasları” kursunun məqsədi tələbələrə ümumilikdə konstitusion hüquqlar və iqtisadi fəaliyyət reallaşdırılan zaman bu və ya digər formada istinad edilən hüquq sahələri haqqında bilgilərin aşılanmasıdır. Bununla belə, tələbələrdə ümumilikdə hüquq sistemi və hüquq institutları, o cümlədən dövlət və siyasi hakimiyyət, hüquq sisteminin konstitusiya əsasları, Azərbaycan Respublikasında qanunvericilik, icra və məhkəmə hakimiyyəti, mülki hüquq münasibətləri, mülkiyyət hüququ, onun əldə edilməsi, itirilməsi və müdafiəsi, əmək hüququnun əsasları, cinayət hüququ və s. haqqında təsəvvürün yaradılması kursun tədrisinin mühüm məqsədlərin­dən hesab edilir.

“Azərbaycan Respublikasının konstitusiyası və hüququnun əsasları” kursu ümumilikdə, hüquq haq­qında təsəvvürə malik olmaqla yanaşı, hüquq sistemi və hüququ institutlarının təsnifatı, dövlət və siyasi hakimiyyət, hüquq sisteminin konstitusiya əsasları, Azərbaycan Respublikasında qanunvericilik prosesi, icra və məhkəmə hakimiyyəti orqanları, mülki hüquq münasibətləri, mülkiyyət hüququ, əmək hüququ, cinayət hüququ haqqında mülahizə yürütmək imkanı yaradır.

«Azərbaycan Respublikasının Konstitusiyası və hüququnun əsasları»

kursunun saatlarının
B Ö L G Ü S Ü


Sıra sayı


MÖVZULAR


Cəmi


Mühazirə


Məşğələ


1.

Hüququn əsas anlayışı


2

2

2



2.

Hüquq sisteminin konstitusiya əsasları


4

2



3.

Azərbaycan respublikasında qanunvericilik, icra və məhkəmə hakimiyyəti


4

2

2



4.

Mülki hüququn predmeti və mülki hüquq münasibətləri.


4

2

2



5.

Mülkiyyət hüququ, onun əldə edilməsi, itirilməsi və müdafiəsi


4

2

2



6.

Əmək hüququnun əsasları


4

2

2



7.

Cinayət hüququnun əsasları


4

2

2



8.

İnzibati hüququnun əsasları


4

2

2






CƏMİ:


30


16


14

Mövzu 1. HÜQUQUN ƏSAS ANLAYIŞI VƏ

KATEQORİYALARI
Hüququn anlayışı. Hüququn mahiyyəti. Hüququn əlamətləri. Çağdaş hüquq sistemləri. Azərbaycanın hüquq sistemi. Hüquq normaları. Hüquq normasının strukturu. İmperativ və dispozitiv normalar. Dövlət və hüququn qarşılıqlı əlaqəsi.

Hüququn mənbələri. Konstitusiya. Konstitusiya qanunları. Qanun və qanundan aşağı qüvvəli normativ aktlar. Prezident fərmanları. Nazirlər Kabinetinin qərarları.

Hüquq sahələri, anlayışı və sistemi. İqtisadi fəaliyyətlə əlaqəli hüquq sahələri.

Hüquq münasibətləri: anlayışı, xüsusiyyətləri və subyektləri. İqtisadi fəaliyyətlə əlaqəli hüquq münasibətləri.

Hüquq pozuntusunun anlayışı, tərkibi və növləri. Hüquqi məsuliyyətin anlayışı, əsas əlamətləri və növləri.

Mövzu 2. HÜQUQ SİSTEMININ KONSTITUSIYA ƏSASLARI


Dövlətin anlayışı. Dövlət və dövlət hakimiyyəti. Dövlət və vətəndaş cəmiyyəti. Hakimiyyətin cəmiyyətdə rolu və mahiyyəti.

Dövlətin əsas qanunu kimi konstitusiyanın anlayışı və onun sosial-iqtisadi mahiyyəti. Azərbaycan Respublikası Konstitusiyasının inkişaf mərhələləri. Azərbaycan dövlətinin konstitusiya statusu.

İnsan və vətəndaşın hüquqi statusunun anlayışı və prinsipləri. Azərbaycan Respublikası vətəndaşlığının əldə olunması. İnsan və vətəndaşın əsas hüquq və azadlıqları: sosial-iqtisadi hüquqlar.

Qeyri-hökumət təşkilatlarının (İctimai birliklərin) hüquqi statusunun əsasları.

Mövzu 3. AZƏRBAYCAN RESPUBLIKASINDA QANUNVERİCİLİK, İCRA VƏ MƏHKƏMƏ HAKİMİYYƏTİ
Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətinin əsasları. Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətləri. Milli Məclis deputatının hüquqi statusu. Qanunvericilik prosesi. Qanunvericilik hakimiyyətinin hakimiyyət bölgüsü sistemində yeri və onun digər hakimiyyət qolları ilə qarşılıqlı əlaqəsi.

Azərbaycan Respublikası Prezidentinin Konstitusiya statusunun əsasları. Azərbaycan Respublikası Prezidentinin seçilməsi və səlahiyyətlərinin xitam edilməsi qaydaları. Azərbaycan Respublikası Nazirlər Kabineti Prezidentin yanında icra hakimiyyətinin yuxarı orqanı kimi.

Məhkəmə hakimiyyəti - dövlət hakimiyyətinin müstəqil qolu kimi. Azərbaycan Respublikasının məhkəmə sistemi: məhkəmə müdafiə hüququ və məhkəmə üsulunun formaları. Hakimlərin hüquqi statusu. İxtisaslaşmış məhkəmələr: İnzibati və iqtisad məhkəmələri.

Azərbaycan Respublikası Prokurorluğu.

Mövzu 4. MÜLKİ HÜQUQUN PREDMETİ VƏ MÜLKİ HÜQUQ MÜNASİBƏTLƏRİ
Mülki hüququn anlayışı və sistemi. Mülki qanunvericiliyin ümumi səciyyəsi.

Mülki hüquq münasibətlərinin anlayışı, növləri və məzmunu. Mülki hüquq münasibətlərinin subyektləri. Fiziki şəxlər mülki hüququn subyekti kimi. Hüquqi şəxslər və onların növləri. Mülki hüququn digər subyektləri.

Mülki hüquq münasibətlərinin obyektləri: əşyalar, yaradıcılıq fəaliyyətinin nəticələri, işlər və xidmətlər, qeyri-maddi nemətlər.

Mülki hüquqda əqdlər. Mülki hüquqi müqavilə və onun əsas növləri. Mülki hüquqi müqavilədən irəli gələn öhdəliklər.

Mülki hüquq pozuntularının (deliktlərin) məhkəmə qaydasında müdafiəsi. İddia müddəti.
Mövzu 5. MÜLKİYYƏT HÜQUQU
Mülkiyyətin sosial-iqtisadi mahiyyəti. İctimai münasibətlərin əsası kimi mülkiyyətin rolu.

Mülkiyyət hüququnun anlayışı və məzmunu. Mülkiyyət hüququnun formaları və növləri.

Mülkiyyətin konstitutsion əsasları. Dövlət, bələdiyyə və xüsusi mülkiyyət formaları.

Mülkiyyət hüququnun əldə edilməsi və itirilməsi (xitamı). İlkin və törəmə üsulları. Müsadirə və rekvizisiya.

Mülkiyyət hüququnun və digər əşya hüquqlarının müdafiəsi. Vindikasiya və neqator iddiaları.

Mövzu 6. ƏMƏK HÜQUQUNUN ƏSASLARI


Əmək hüququnun anlayışı və mənbələri. Əmək hüququnun konstitutsion əsasları.

Əmək hüquq münasibətləri. Əmək hüququnun subyektləri və obyektləri. İşçi, işəgötürən və həmkarlar təşkilatı əmək hüququnun subyekti kimi.

Kollektiv müqavilə və saziş.

Əmək müqaviləsi: anlayışı, tərəfləri və məzmunu.

Əmək müqaviləsinin bağlanması qaydası və əmək müqaviləsinə xitam verilməsinin əsasları.

İş vaxtının və istirahət vaxtının anlayışı. Tam, qısaldılmış, natamam iş vaxtı. İş vaxtının rejimi. Əmək məzuniyyətinin anlayışı, müddətləri və onun verilməsi qaydası.

Əmək haqqı və onun hüquqi əsasları.

Əmək və icra intizamı. Maddi məsuliyyət. Əməyin mühafizəsi.

Əmək mübahisələri: fərdi və kollektiv əmək mübahisələri.

Mövzu 7. CİNAYƏT HÜQUQUNUN ƏSASLARI


Cinayət hüququnun anlayışı və vəzifələri. Cinayət hüququnun əsas prinsipləri: qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət (təqsirsizlik prezumsiyası), ədalət və humanizm prinsipi.

Cinayət qanunu və cinayətin anlayışı. Cinayətin növləri: böyük ictimai təhlükə yaratmayan cinayətlər, az ağır cinayətlər, ağır cinayətlər, xüsusilə ağır cinayətlər.

Cinayət məsuliyyətinin anlayışı və əsasları. Yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti.

Cinayətdə iştirakçılıq: təşkilatçı, təhrikçi, köməkçi, icraçı. Mütəşəkkil cinayətkarlıq.

Əməlin cinayət olmasını aradan qaldıran hallar: zəruri müdafiə, son zərurət, əsaslı risk, cinayətkarın saxlanılması, əmrin və ya sərəncamın yerinə yetirilməməsi.

Cəzanın anlayışı və məqsədi. Cəzanın sistemi və növləri.

Mülkiyyət əleyhinə olan cinayətlər. İqtisadi fəaliyyət sahəsində olan cinayətlər. Dövlət hakimiyyəti, dövlət qulluğu mənafeyi və yerli özünüidarəetmə orqanlarında qulluq mənafeyi əleyhinə olan cinayətlər.

Mövzu 8. İNZIBATI HÜQUQUN ƏSASLARI


İnzibati hüququn anlayışı, predmeti, metodu. İnzibati hüququn digər hüquq sahələri ilə qarşılıqlı əlaqəsi.

İnzibati hüququn mənbəyi. Azərbaycan Respublikasının qanunları. Prezident fərmanları. Nazirlər Kabinetinin qərarları. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları.

İnzibati hüququn sistemi: ümumi və xüsusi hissə. Dövlət idarəetməsi. Ayrı-ayrı idarəetmə sahəsində ictimai münasibətlərin tənzimlənməsi.

İnzibati hüquq münasibətləri və onun anlayışı. İnzibati hüquq münasibətlərinin subyektləri. İcra hakimiyyəti orqanları, fiziki şəxslər inzibati hüquq münasibətlərinin subyekti kimi.



İnzibati məsuliyyət və onun anlayışı. İnzibati xəta. İnzibati xəta tərkibi. İnzibati tənbeh və onun növləri. Xəbərdarlıq, inzibati cərimə, müsadirə, inzibati həbs.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT


  1. Azərbaycan Respublikasının Konstitusiyası.

  2. «Normativ hüquqi aktlar haqqında» AR-nın 26.11.1999-cu il tarixli Qanunu.

  3. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. 26 may 2012

  4. Azərbaycan Respublikasının Əmək Məcəlləsi. 2012

  5. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin Kommentariyası. Bakı, 2007

  6. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının 21 iyul 2001-ci il tarixli Qanunu.

  7. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. 2012

  8. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Kommentariyası. Bakı, 2009

  9. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi. 2012

  10. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Kommentariyası. Bakı - 2010

  11. Z.Əsgərov, E.Nəsirov, M.İsmayılov. AR Konstitusiyası və hüququnun əsasları. Dərslik. Bakı-2005

  12. Z.Əsgərov. Konstitusiya hüququ. Dərs vəsaiti. Bakı, BDU-nun nəşriyyatı, 2002

  13. Z.Əsgərov. Naxçıvan Muxtar Respublikasının Konstitusiya statusu. Bakı, 1999

  14. E.Nəsirov. Yerliözünüidarəetmənin hüquqi tənzimi. «Qanun» jurnalı1998. №6.

  15. Ş.Əliyev. Prezidentlik institutu. Bakı, 1994.

  16. S.S. Allahverdiyev. Mülki hüquq. Dərslik. Bakı-2008 -2009, 3 cilddə

  17. S.X. Aslanov. «Sahibkarlıq hüququ». Bakı-2005

  18. S.S. Allahverdiyev. Vərəsəlik hüququ. Dərslik. Bakı-2004

  19. X.Məmmədov. Mülkiyyət hüququnun əmələ gəlməsi və xitamı.Bakı, «Qanun» jurnalı, 1999, №2

  20. X.Məmmədov. Mülkiyyət hüququnun və digər əşya hüquqlarının müdafiəsi. Bakı, «Qanun» jurnalı, 1999, №1-2

  21. Е.А. Суханов. Лекции о праве собсtвенносtи.

  22. A.M Qasımov. Əmək hüququ. Dərslik. Bakı, 2007

  23. A.M Qasımov. Əmək və bəzi mülki hüquq münasibətlərinin oxşar və fərqli cəhətləri. Dərs vəsaiti. BDU-nun nəşriyyatı. Bakı, 1994

  24. Ə.Ə. Mustafayeva. «Vətəndaşların əmək hüquqlarının hüquqi təminatlarının anlayışı və növləri». Azərbaycan Respublikasında dövlət və hüquq qurculuğunun aktual problemləri. Elmi məqalələr məcmuəsi, 01/2009

  25. F.Y. Səməndərov. Cinayət hüququ. Bakı, 2009

  26. F.Y. Səməndərov. Cinayət hüququnda cəzanın nəzəri problemləri. Dərs vəsaiti. Bakı, 2009.

  27. A.V. Naumov. Cinayət hüququ. Bakı, 1998

  28. S.S. Allahverdiyev.

  29. F. Mehdiyev. İnzibati idarəetmə hüququ. Dərs vəsaiti. 2008

  30. E.İ. Abdullayev. Azərbaycanın inzibati hüququ. Dərslik. Bakı, 2007.

  31. E.İ. Abdullayev. İnzibati hüquq. Dərslik . Bakı, 2001.

  32. М.Н. Марченко, Е.М. Дерябина. Основы права. Учебник. Москва.2009

  33. Основные правовые системы современности. М., Юристь, 1999

  34. М.Н. Марченко. Теория государства и права. Учебник. Москва. 2008.

  35. Иностранное конституционное право. М., Юристь, 1996.

  36. Конституционное государство. Сборник статей. С.-Петербург, 1995.

  37. Л.Г. Международная ответственность государств за нарушение прав человека. Киев, 2000

  38. Общая теория прав человека. М., Норма, 1996

  39. Исполнительная власть: Сравнительно-правовое исследование.М., 1995

  40. А.М. Барнашев. Теория разделения властей: Становление, развитие, применение. Томск. 1998.

  41. Депутат парламента в зарубежных государствах. М.,1995

  42. Парламентское право России. М., Юристь, 1999

  43. Гражданское право. Учебник. М., 2001 г. Под. редакцией А.П.Сергеева, Ю.К. Толстого

  44. Германское право. Гражданское уложение. Часть I. И., 1996

  45. А.Г. Калпин, А.И. Маслаяев. Гражданское право. М., 1997

  46. В.В. Витрянский. Проблемы арбитражною-судебный защиты гражданских прав участников имущественного оборота. Автореф. док. дис. М., 1996

  47. А.А. Иванов. Право собственности и товарно-денежные отношения. Автореферат канд. дис. Л., 1991.

  48. Трудовое право. Учебник. Под ред. О.В. Смирнова. М., 2001

  49. В.М. Лебедев, Е.Р. Воронкова, В.Г. Мельникова. Современное трудовое право. М., Статут, 2007

  50. В.М. Луганцев. Проблемные вопросы сферы действия современного трудового права. Государство и право, 2004, №5, с.28-37

  51. А.Э. Мустафаева. «Категории правового статуса (правового положения) и трудовой правосубъективности в науке трудового права». Пробелы в Российском законодательстве. Москва - №4, 2009

: images -> tedrisprogramlari -> iqhuq
tedrisprogramlari -> Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikasının Təhsil Problemləri
tedrisprogramlari -> «İnnovasiya menecmenti» fənni üzrə tədris proqrami bakı 2015 FƏSİl I. İnnovasiya nəZƏRİYYƏSİNİn və metodologiyasinin əsaslari
tedrisprogramlari -> Kursu üZRƏ Tədrİs proqramı
iqhuq -> Mülki hüquq” kursunun TƏDRİs proqrami baki 2012
tedrisprogramlari -> Tədris proqramı Fənnin kodu: 050407 Tərtib etdi
iqhuq -> TəDRİs proqrami baki 2012 Tərtib edən: “İqtisadi hüquq” kafedrasının baş müəllimi Nizami Əhmədalı oglu Əhmədov Elmi redaktor
iqhuq -> Baki 2010 Tяrtib edяn: и е. н., б/м С. З. Исайев Елми редактор
iqhuq -> İNZİbati HÜquq” kursunun TƏDRİs proqrami
iqhuq -> «İQTİsadi HÜquq» kafedrası Bakalavr təhsil pilləsi üzrə «ƏMƏk hüququ» kursunun təDRİs proqram I baki 2012


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə