Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə44/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   114

habelə  Təşkilatın  əsas  məhkəmə  orqanı  olacaq  Afrika  Məhkəməsinin 
yaradılması  nəzərdə  tutulmuşdur;  müvafiq  Protokol  15  dövlət  tərəfindən 
ratifikasiya edildikdən sonra qüvvəyə minməlidir. 
Amerika  Dövlətləri  Təşkilatı  (ADT).  1948-ci  ildə  yaradılmışdır. 
Təşkilatın təsis sonodləri üç aktdan ibarətdir: 1) Qarşılıqlı yardım haqqında 
1947-ci il Ümumamerika müqaviləsi; 2) AD'f-nin Nizamnaməsi (1948-ci il 
aprelin  30-da  qəbul  olunmuşdur;  1951-ci  il  dekabrın  13-də  qüvvəyə 
minmişdir);  3)  Mübahisələrin  dinc  həll  olunması  haqqında  1948-ci  il 
Ümumamerika  müqaviləsi  (Boqota  Paktı).  Hazırda  35  dövlət  ADT-nin 
üzvüdür. 
Təşkilatın  əsas  məqsədi  Amerika  dövlətlərinin  həmrəyliyinin 
möhkəmləndirilməsindən  və  onların suverenliyinin, ərazi  bütövlü-  )dinün 
və müstəqilliyinin qorunmasından ibarətdir (ADT-nin Nizamnaməsinin 1-ci 
maddəsi). 
Nizamnamə  üzv  dövlətlərin  kollektiv  təhlükəsizliyini  nəzərdə  tutur. 
Amerika  dövlətlərindən  birinin  ərazi  bütövlüyünə  və  ya  siyasi 
müstəqilliyinə qarşı hər hansı bir dövlətin təcavüzü bütün qalan Amerika 
dövlətləri  əleyhinə  təcavüz  aktı  sayılır  (27-ci  maddə).  İstənilən  Amerika 
dövlətinin toxunulmazlığı, ərazi bütövlüyü və ya suverenliyi, habelə siyasi 
müstəqilliyi  silahlı  basqın  nəticəsində  və  ya  Amerika  dövlətləri  arasında 
münaqişə nəticəsində, yaxud Amerikada sülhü təhlükə altına qoya bilən hər 
hansı  digər  fakt  və  ya  situasiyasının  nəticəsində  pozularsa,  Amerika 
dövlətləri özlərinin kollektiv özünümüdafiə hüququnun həyata keçirilməsi 
çərçivəsində tədbirlər görürlər (28-ci maddə). 
ADT-nin  aşağıdakı  orqanlan  vardır:  Baş  Məclis;  Xarici  işlər 
nazirlərinin Konsultativ müşavirəsi; Şuralar (Daimi Şura; Amerika İqtisadi, 
Təhsil,  Elm  və  Mədəniyyət  Şurası);  Amerikaarası  Hüquqi  Komitəsi; 
Amerikaarası İnsan Hüquqlan Komissiyası; Baş Katiblik. 
Cənub-Şərqi  Asiya  Dövlətləri  Assosiasiyası  (ASEAN).  1967-ci  ildə 
yaradılmışdır.  ASEAN-ın  təsis  sənədləri  cənub-şərqi  Asiyada  dostluq  və 
əməkdaşlıq  haqqında  Müqavilə  və  ASEAN  Razılıq  Bəyannaməsidir. 
Hazırda 10 üzvü vardır. 
ASEAN-ın  əsas  məqsədləri  cənub-şərqi  Asiyada  iqtisadi,  sosial  və 
digər sahələrdə əməkdaşlığı təşkil etməkdən, sülhün və sabitliyin bərqərar 
olmasına yardım etməkdən ibarətdir. 
135 


Təşkilatın aşağıdakı orqanları vardır: Dövlət və hökumət başçılarının 
Konfransı;  Xarici  işlər  nazirlərinin  Konfransı;  Daimi  komitə  (onun 
tərkibinə üzv dövlətlərin xarici işlər nazirləri və səfirləri daxildir); Katiblik; 
sahəvi komitələr (ticarət, sənaye, kənd təsərrüfatı, nəqliyyat və s. üzrə). 
ASEAN-ın  çərçivəsində  hər  il  bu  təşkilat  və  digər  ölkələr  arasında 
(ABŞ, Yaponiya, Kanada, Koreya, Rusiya, Çin və s.) Asiya- Sakit okean 
regionunda 
müxtəlif 
məsələlərlə 
bağlı 
əməkdaşlıq 
barəsində 
məsləhətləşmələr keçirilir. 
Avropada  Təhlükəsizlik  və  Əməkdaşlıq  Təşkilatı  (ATƏT).  ATƏT 
vahid  təsis  aktı  olmayan,  formalaşmaqda  olan  regional  təşkilatdır.  Onun 
təsis aktları aşağıdakılardır: 1975-ci il Helsinki Yekun Aktı; Yeni Avropa 
üçün Xartiya (1990-cı il); Helsinki (1992-ci 
il)  və Budapeşt (1994-cü il) sammitlərinin qərarları. Budapeşt sammitinin 
qərarlarına müvafiq olaraq, təxminən iyirmi il mövcud olmuş beynəlxalq 
konfrans  -  Avropada  Təhlükəsizlik  və  Əməkdaşlıq  üzrə  Müşavirə 
beynəlxalq təşkilata - Avropada Təhlükəsizlik vo Əməkdaşlıq Təşkilatına 
çevrilmişdir, 
onun 
məqsədləri 
dəqiqləşdirilmiş 
və 
strukturu 
təkmilləşdirilmişdir. Hazırda 56 dövlət ATƏT-in üzvüdür. 
ATƏT-in  başlıca  məqsədləri  aşağıdakılardır:  uzunmüddətli  sülhün 
təmin  edilməsi  üçün  şəraitin  yaradılması;  təhlükəsizlik,  tərksilah, 
münaqişəli  situasiyalann  qarşısının  alınması,  iqtisadiyyat,  mədəniyyət, 
insan hüquqlan və digər sahələrdə əməkdaşlıq və s. 
ATƏ r hazırda belə struktura malikdir: iki ildən bir çağırılan Dövlət və 
hökumət başçılarının Müşavirəsi (ali orqan); ildə bir dəfə çağırılan, xarici 
işlər  nazirlərindən  ibarət  olan  Nazirlər  Şurası  (mərkəzi  rəhbər  orqan); 
Daimi şura (siyasi məsləhətləşmələrin aparılması və cari qərarların qəbul 
edilməsi üçün ATƏT-in strukturunda əsas orqan); Parlament Assambleyası; 
Katiblik (ona üç il müddətinə seçilən Baş Katib başçılıq edir); Demokratik 
institutlar və insan hüquqları üzrə Büro; Münaqişələrin qarşısının alınması 
üzrə Mərkəz; Milli azlıqlar üzrə Ali Komissar. 
Avropa  Şurası.  1949-cu  ildə  on  Avropa  dövləti  tərəfindən 
yaradılmışdır.  Avropa  Şurasının  Nizamnaməsi  1949-cu  il  mayın  5-də 
Londonda imzalanmışdır; 1949-cu il avqustun 3-də qüvvəyə min 
136 


mişdir.  Hazırda  47  üzvü  vardır.  Azərbaycan  Respublikası  2001  -ci  il 
yanvann 25-dən Avropa Şurasının üzvüdür. 
Avropa Şurasının başlıca məqsədi Təşkilatın «üzvləri arasında, onlann 
ümumi  sərvəti  olan  ideal  və  prinsiplərin  müdafiəsi  naminə  daha  böyük 
vəhdətin  əldə  edilməsinə  nail  olmaqdan  və  onlann  iqtisadi  və  sosial 
tərəqqisinə  dəstək  verməkdən  ibarətdir»  (Nizamnamənin  1-ci  maddəsi). 
Təşkilat  bu  məqsədlə  insan  hüquqlannın  müdafiəsi  və  demokratiyanın 
genişləndirilməsi;  hüquq,  mədəniyyət,  təhsil,  informasiya,  ətraf  mühitin 
mühafizəsi  və  səhiyyə  sahələrində  əməkdaşlıq  kimi  vəzifələri  həyata 
keçirir. 
Avropa Şurasının Nizamnaməsində bu Təşkilata daxil olmaq istəyən 
dövlət üçün (Təşkilat yalnız Avropa dövlətləri üçün açıqdır) üç başlıca şərt 
göstərilmişdir: plüralist demokratiya, insan hüquqlarının təmin edilməsi və 
hüququn aliliyi. 
Avropa  Şurası  çərçivəsində  indiyə  qədər  insan  hüquqlarına,  təhsil, 
mədəniyyət, səhiyyə, sosial təminat, idman, mülki, inzibati, cinayət hüququ 
və prosesi məsələlərinə həsr olunmuş 200-dən artıq konvensiya, protokol və 
saziş qəbul olunmuşdur. Onlardan ən əsası 1950-ci ildə qəbul olunmuş və 
1953-cü ildə qüvvəyə minmiş Avropa İnsan Hüquqları Konvensiyasıdır. Bu 
Konvensiyasız  və  onun  əsasında  yaradılmış  mexanizmsiz  (Avropa  İnsan 
Hüquqları Məhkəməsi) Avropa Şurasını təsəvvür etmək mümkün deyildir. 
Konvensiyaya indiyə qədər on dörd Protokol əlavə olunmuşdur. 11 nömrəli 
Protokol Konvensiyaya olduqca mühüm dəyişikliklər və əlavələr etmişdir. 
Avropa  Şurasının  əsas  orqanları  aşağıdakılardır:  Nazirlər  Komitəsi; 
Parlament Assambleyası, Avropa yerli və regional hakimiyyətlər Konqresi, 
Katiblik. 
Nazirlər  Komitəsi
  Şuranın  ali  orqanıdır.  O,  üzv  dövlətlərin  xa-  riei 
işlər nazirlərindən ibarətdir. Nazirlər səviyyəsində Komitə ildə iki dəfədən 
az  olmayaraq  sessiyalar  keçirir,  üzv  dövlətlərin  daimi  nümayəndələri 
səviyyəsində  isə  müntəzəm  fəliyyət  göstərir.  Nazirlər  Komitəsi 
əməkdaşlığın siyasi aspektlərini müzakirə edir, Avropa Şurasının fəaliyyət 
proqramını  işləyib  hazırlayır,  eari  büdeəni  təsdiq  edir.  Parlament 
Assambleyasının tövsiyələrini nəzərdən keçirir, yekdillik prinsipi əsasında 
üvz dövlətlərə tövsiyələr 
137 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə