İƏT-in aşağıdakı moqsodləri vardır: müsolman homroyliyinin
möhkəmləndirilməsi; iqtisadi, sosial, mədəni, elmi sahələrdə əməkdaşlığın
inkişafı; irqçiliyin və müstəmləkəçiliyin ləğvinə dəstək vermək; beynəlxalq
təşkilatlarda üzv dövlətlər arasında məsləhətləşmələr apannaq; müsəlman
xalqlannı onların milli müstəqillik uğrunda
mübarizəsində birləşdirmək; öz
ərazisinin azad edilməsi uğrunda mübarizə aparan Fələstin xalqına kömək
göstərmək.
İƏT-in ali orqanı İslam Sammitidir. Sammit üç ildən bir çağırılır.
Təşkilatın fəaliyyətinin cari problemlərini müzakirə etmək üçün hər il
Xarici işlər nazirləri Şurası
çağırılır. 1980-ci ildə daimi fəaliyyət göstərən
Nazirlər Komitəsi
yaradılmışdır. Onun tərkibinə 11 nazir və İƏT-in Baş
Katibi daxildir. Komitənin başlıca funksiyası üzv dövlətlərin birində baş
vermiş fövqəladə situasiyanı və ya böhranı nəzərdən keçirmək, müsəlman
ölkələri arasında olan münaqişə və mübahisələri nizamlamaqdır. İƏT
çərçivəsində bir sıra
daimi komitə və komissiyalar
fəaliyyət göstərir.
Baş
Katibliyə
iki il müddətinə seçilən Baş Katib rəhbərlik edir.
GUAM 1997-ci ilin oktyabnnda dörd dövlətin (Azərbaycan
Respublikası, Gürcüstan, Ukrayna və Moldova) məşvərətçi forumu kimi
fəaliyyətə başlamışdır. Özbəkistan 1999-cu ildə GUAM-a qoşulsa da,
2005-ci ilin mayında birlikdən çıxmışdır. 2006-cı ilin mayında qəbul
olunmuş Nizamnaməyə uyğun olaraq, birlik «GUAM - Demokratiya və
İqtisadi İnkişaf Naminə Təşkilat» adlanan regional təşkilata çevrilmişdir.
GUAM-ın əsas orqanları aşağıdakılardır:
Prezidentlərin
ildə bir dəfə
keçirilən
zirvə görüşləri
(ali orqan);
Xarici işlər nazirləri şurası
(icra
orqanı);
Milli koordinatorlar komitəsi
(işçi orqan);
Parlament
Assambleyası
və
Katiblik.
Kiyev şəhərində yerləşən Katiblik GUAM-a
təşkilati-tcxniki yardım göstərir. Ona Baş katib rəhbərlik edir. Bunlardan
əlavə, 'fəşkilat çərçivəsində müxtlif məsələlər (enerji, nəqliyyat, ticarət və
iqtisadiyyat, mədəniyyət, elm və təhsil; turizm; terrorçuluğa, mütəşəkkil
cinayətkarlığa və narotik- lərin yayılmasına qarşı mübarizə və s. məsələlər)
üzrə işçi qrupları fəaliyyət göstərir.
139
XIV
FƏSIL
DİPLOMATİYA VƏ KONSULLUQ HÜQUQU
1.
Diplomatiya və konsulluq hüququnun anlayışı
və mənbələri
Diplomatiya vo konsulluq hüququ - dövləti beynəlxalq ünsiyyətdə
təmsil edən dövlət orqanlarının statusunu və funksiyalarını
tənzimləyən beynəlxalq hüquq normalarının məcmusuna deyilir.
Beynəlxalq hüququn bu ən qədim və ənənəvi sahəsinin məzmunu
indiki dövrdə xeyli genişlənmişdir; diplomatiya və konsulluq hüququna
hazırda bir sıra digər yeni məsələləri, o cümlədən dövlətlərin beynəlxalq
təşkilatlardakı nümayəndəliklərinin, təntənəli tədbirlərdə, danışıqlar
aparılmasında və s. iştirak etmək üçün digər dövlətlərə göndərilən xüsusi
missiyaların funksiyalarını, beynəlxalq təşkilatların və onlann
əməkdaşlarının imtiyaz və immunitetlərini nizama salan normalar da
daxildir.
Diplomatiya və konsulluq hüququnun əsas mənbələri kimi beynəlxalq
müqavilə və beynəlxalq hüquqi adət çıxış edir. Dövlətlər arasında
diplomatik və konsulluq münasibətləri uzun tarixi dövr ərzində beynəlxalq
adət normalarına söykənmişdir. İkinci dünya müharibəsindən sonrakı
illərdə
bu normalar bir neçə universal konvensiya şəklində
məcəllələşdirilmişdir. Diplomatiya və konsulluq hüququ sahəsində əsas
beynəlxalq konvensiyalar aşağıdakılardır: 1)
Diplomatik münasibətlər
haqqında 1961-ci il Vyana Konvensiyası;
2)
Konsulluq münasibətləri
haqqında 1963-cü il Vyana Konvensiyası;
3)
Xüsusi missiyalar
haqqında 1969-cu il Konvensiyası;
4)
Beynəlxalq səviyyədə müdafiə
olunan şəxslər, o
140