Dərslikdə yığcam və anlaşıqlı şəkildə müasir beynəlxalq hüququn



Yüklə 11,32 Kb.
Pdf görüntüsü
səhifə24/114
tarix18.04.2018
ölçüsü11,32 Kb.
#39029
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   114

Hor  bir  dövlət  öz  sərhədlərinin  toxunulmazlığını  təmin  etmək  üçün 
müvafiq 
hüquqi rejim
 müəyyən edir; bu rejim beynəlxalq müqavilələrə və 
daxili qanunvericiliyə əsaslanır. Məsələn, «Azər- baycan Respublikasının 
dövlət  sərhədi  haqqmda»  Qanunun  II  fəsli  bütövlükdə  bu  məsələyə  həsr 
olunmuşdur.  Sərhəd  rejimi  aşağıdakı  məsələləri  əhatə  edir:  1)  dövlət 
sərhədinin lazımi vəziyyətdə saxlanması; 2) dövlət sərhədindən şəxslərin və 
nəqliyyat vasitələrinin keçmə qaydası (o cümlədən quru sərhədində keçid 
məntəqələrinin və hava sərhədində uçuş koridorlannm müəyyən olunması); 
3) dövlət sərhədindən mallann və yüklərin buraxılması qaydası; 4) dövlət 
sərhədində  təsərrüfat  və  ya  digər  fəaliyyətin  (ov,  balıqçılıq,  dağ-  mədən 
işləri və s.) həyata keçirilməsi qaydası; 5) sərhəd rejiminin pozulması ilə 
bağlı insidentlərin müvafiq dövlətlərlə birgə həll olunması qaydası. 
Sərhəd  rejiminə  riayət  olunmasına  nəzarət  etmək  və  sərhəd 
insidentlərini  həll  etmək  üçün  müvafiq  dövlətlər,  adətən, 
sərhəd 
komissarları (sərhəd nümayəndələri)
 təyin edirlər. 
((Azərbaycan  Respublikasının  dövlət  sərhədi  haqqında»  Qanunun 
21-ci maddəsinə əsasən: 
((Azərbaycan Respublikasının dövlət sərhədi rejiminin qorunması ilə 
əlaqədar  məsələləri  həll  etmək,  habelə  sərhəd  münaqişələrini  nizama 
salmaq  üçün  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  sərhəd 
qoşunlarının  zabitləri  sırasmıian  Azərbaycan  Respublikası  dövlət 
sərhədinin  müəyyən  hissələri  üzrə  Azərbaycan  Respublikasının  sərhəd 
nümayəndələrini təyin edir. 
Azərbaycan 
Respublikası 
dövlət 
sərhədinin 
Azərbaycan 
Respublikasının  xüsusi  təyin  edilmiş  sərhəd  nümayəndələri  olmayan 
hissələrində onların funksiyalannı sərhəd qoşunlarının müvafiq hissələrinin 
komandirləri yerinə yetirirlər. 
Azərbaycan  Respublikasının  sərhəd  nümayəndələri  Azərbaycan 
Respublikasının qanunlarını, Azərbaycan Respublikasının döv- lətlərarası 
müqavilələrini, 
habelə 
Azərbaycan 
Respublikasının 
səlahiyyətli 
orqanlarının qəbul etdikləri aktları rəhbər tuturlar. 
Sərhəd  nümayəndələri  tərəfindən  nizama  salınmayan  məsələlər 
diplomatik qaydada həll edilir». 
74 


Dövlot  sorhodinin  hüquqi  rejimi  özündo 
sərhədhoyu  rejimi
  ehtiva 
edir.  Bu  rejim 
sərhədboyu  zonada
  vo 
sərhədboyıı  zolaqda
  mü-  əyyon 
olunur. 
Bu məsələlər «Azərbaycan Respublikasının dövlət sərhədi haqqmda» 
Qanunda öz geniş həllini tapmışdır. Məsələn, Qanunun 22-ci maddəsində 
deyilir: 
«...  Sərhədboyu  zonanın  hüdudlannı  Azərbaycan  Respublikasının 
Nazirlər  Kabineti  sərhədyanı  rayonların  ərazisində,  yerli  şəraitdən  asılı 
olaraq  müəyyən  edir.  Müəyyən  edilmiş  sərhədboyu  zonanın  tərkibinə 
Azərbaycan Respublikasının ərazi və daxili suları da aid edilir. 
...  Eni  1  kilometrədək  olan  sərhədboyu  zolaq  vasitəsilə  Azərbaycan 
Respublikasının  dövlət  sərhədi  xətti  boyunca  quru  hissələrdə  və  ya 
sərhədboyu  çaylann,  göllərin  və  başqa  sututarlann  Salıilləri  boyunca 
müəyyən  edilir.  Azərbaycan  Respublikası  dövlət  sərhədinin  qorunması 
naminə  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  texniki  çəpərlərin 
düzəldilməsi, sərhədboyu yollann, körpülərin çəkilməsi, başqa obyektlərin 
tikilməsi üçün sərhəd qoşunlannm müddətsiz istifadəsinə həm sərhədboyu 
zolaqda,  həm  də  onun  hüdudlarından  kənarda  30-50  metr  enində  lazımi 
torpaq  zolaqlan,  habelə  Azərbaycan  Respublikasının  dövlət  sərhədi 
boyunca 5 metrlik zolaq vcrİD>. 
Qanunun  23-cü  maddəsinə  müvafiq  olaraq,  «sərhədboyu  rejim... 
Azərbaycan  Respublikası  vətəndaşlannm  və  başqa  şəxslərin  gəlməsi, 
müvəqqəti  yaşaması,  bir  yerdən  başqa  yerə  getməsi,  işlərin  görülməsi, 
motorlu  və  motorsuz  gəmilərin  yanalma  körpülərində  uçota  alınması  və 
saxlanması, Azərbaycan Respublikasımn ərazi və daxili sulannda onların 
üzməsi və hərəkət etməsi qaydalannı tənzimləyin). 
Dövlət  sərhədləri  haqqında  müqavilələr  olduqca  mühüm  bir 
xüsusiyyətə  malikdir:  onlar 
daimi  müqavilələr
  sayılır.  Belə  ki,  bu 
müqavilələr: a) müvəqqəti müddətə bağlanmır (onların məqsədi iki dövlət 
arasında  sərhədin  tam  və  qəti  müəyyən  olunmasıdır);  b)  dc-  nonsasiya 
olunmur,  çünki  belə  müqavilələrdə  denonsasiya  haqqında  müddəalar 
nəzərdə tutulmur; e) müharibənin başlanması ilə öz qüvvəsini dayandırmır; 
ç)  müqavilənin  subyektinin  yox  olması  nəticəsində  xitam  olunmur;  d) 
birtərəfli qaydada, - hətta şəraitin köklü dəyişməsi prinsipi əsasında belə, - 
ləğv oluna bilməz; e) dövlətlərin varisliyi zamanı toxunulmamış qalır. 
75 


4.
 
Beynəlxalq çaylar 
Beynəlxalq  çaylar  -  iki  və  daha  artıq  dövlətin  ərazisi  ilə  axan  və 
razılaşdırılmış qaydada istifadə olunan çaylara deyilir. 
Hər  bir  dövlət  beynəlxalq  çayın,  öz  ərazisində  yerləşən  hissəsi 
üzərində  suverenliyə  malikdir.  Bununla  belə,  sahilyam  dövlət  çaym  bu 
hissəsindən elə istifadə etməlidir ki, hər hansı digər sahilyam dövlətə zərər 
dəyməsin. Beynəbcalq çaylann rejimi ilə bağlı vahid beynəbcalq- hüquqi 
yoxdur.  Bu  sahədə  yalnız,  tövsiyə  xarakteri  daşıyan,  1966-cı  ildə 
Beynəlxalq  Hüquq  Assosiasiyası  (beynəbcalq  qeyri-hökumət  təşkilatı) 
tərəfindən  işlənib  hazırlanmış 
Helsinki  qaydaları
  mövcuddur.  Sahilyanı 
dövlətlər beynəbcalq çaylann gəmiçilik, habelə sənaye və kənd təsərrüfatı 
məqsədləri üçün istifadəsi və həmin çaylann qorunub saxlanması haqqında 
konkret  müqavilələr  bağlayır  (məsələn, 
Dunayda  gəmiçilik  rejimi 
haqqında  1948-ci  il  Konvensiyası,
  Argentina  və  Uruqvay  arasmda 
Uruqvay çayının sularına dair 1946-cı il Sazişi,
 BƏR və Sudan arasında 
Nil  çayının  sularına  dair  1959-cu  il  Sazişi
  və  s.)  Bu  müqavilələr,  bir 
qayda olaraq, bütün sahilyanı dövlətlər üçün, bəzən isə bütün ölkələr üçün 
gəmiçilik azadlığı nəzərdə tutur. Müqavilədə nəzərdə tutulmayıbsa, qeyri 
dövlətlərin  gəmilərinin  müəyyən  beynəlxalq  çaydan  üzüb  keçməsi 
qadağandır. 
1997-ci  ildə 
Beynəlxalq  suaxarlarının  qeyri-gəmiçilik  məqsədləri 
üçün  istifadəsi  hüququ  haqqında  Konvensiya
  qəbul  olunmuşdur. 
Konvensiya  hələ  qüvvəyə  minməmişdir.  Konvensiya,  hissələri  müxtəlif 
dövlətlərin  ərazisində  yerləşən  səth  sulanmn  və  qrunt  sularının 
qeyri-gəmiçilik  məqsədləri  üçün  istifadəsini  tənzimləmək,  habelə  onların 
mühafizəsi,  qorunub  saxlanması  və  idarə  olunması  ilə  bağlı  tədbirləri 
müəyyənləşdirmək  məqsədi  daşıyır.  Konvensiya  onun  iştirakçısı  olan 
dövlətlərin bundan əvvəl bağladıqları müvafiq sazişlərdən irəli gələn hüquq 
və  öhdəliklərinə  xələl  gətirmir.  Konvensiyaya  görə,  iştirakçı  dövlətlər 
beynəlxalq suaxarlarından «ədalətlə və ağlabatan surətdə» istifadə etməli, 
digər müvafiq dövlətlərə «əhəmiyyətli zərər» vurulmasının qarşısını almalı, 
Konvensiyanın  obyekti  və  məqsədləri  ilə  bağlı  məsələlərin  həllində 
əməkdaşlıq etməlidirlər. 
76 


Yüklə 11,32 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə