DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə265/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   261   262   263   264   265   266   267   268   ...   281

Економиксин принсипляри 

 

639 



həcmi  isə  Y

1

-dən  Y



2

-yə  düşür.  Belə  iqtisadi  situasiya  staqflyasiya  adını 

almışdır. 

 

 



 

  

 



 

 

 



 

 

 



 

 

 



Məcmu  təklifin  yerdəyişməsi  qısamüddətli  Fillips  əyrisinin  analoci 

yerdəyişməsi  ilə  bağlıdır.  İstehsalın  həcminin  azalması  firmaları  iş  yerlərinin  

sayını  ixtisar  etməyə  məcbur  edir,  işsizliyin  səviyyəsi  artır.  Qiymətlərin 

səviyyəsinin  yüksəlməsi  inflyasiyanın  sürətinin  artımı  deməkdir  (əvvəlki  illə 

müqayisədə  qiymətlərin  səviyyəsinin  dəyişməsinin  %-lə  ifadəsi)  Beləliklə, 

məcmu  təklifin  yerdəyişməsi  işsizliyin  səviyəsinin  və  inflyasiyanın  sürətinin 

artmasına gətirib çıxarır. İnflyasiya və işsizliyin qısamüddətli asılılığının əyrisi 

sağa Pc


1

-dən Pc


2

-yə yerini dəyişir. 

Məcmu  təklifin  əlverişsiz  yerdəyişməsi  ilə  üzləşən  siyasətçilər  çətin 

seçim  qarşısında  dururlar.  Əgər  onlar  məcmu  tələbi  məhdudlaşdırsalar 

(inflyasiya  ilə  mübarizə)  işsizlik  daha  çox  artır.  Məcmu  tələbin  genişləndi-

rilməsi  siyasəti  (işsizliklə  mübarizə)    isə  inflyasiyanın  sürətinin  artırılması 

deməkdir.  Başqa  sözlə,  dövlət  xadimlərinin  üzləşdikləri  inflyasiya  və  işsizlik 

arasındakı  seçim  məcmu  təklifin  yerdəyişməsinə  qədərki  seçimdən  daha 

əlverişsizdir,  çünki  ya  verilən  işsizlik  səviyyəsi  üçün  inflyasiyanın  sürətinin 

artması  ilə,  ya  qiymətlərin  verilən  artım  göstəriciləri  üçün  işsizliyin  yüksək 

səviyyəsi  ilə,  ya  da  daha  yüksək  işsizlik  səviyyəsi  və  yüksək  inflyasiya 

sürətinin hər hansı digər kombinasiyası ilə barışmaq lazım gəlir.  

Fillips  əyrisinin  əlverişsiz  yerdəyişməsinin  müddətləri  barədə  sual 

xüsusilə vacibdir. cavab inflyasiya gözləmələrinin dəyişməsindən asılıdır. Əgər 

iqtisadi  subyektlər  qiymətlərin  artımını  müvəqqəti  hal  hesab  edirlərsə, 

inflyasiya  gözləmələri  dəyişmir  və  Fillips  əyrisi  çox  güman  ki,  əvvəlki 

vəziyyətinə  qayıdacaq.  Lakin  əgər  iqtisadi  aqentlər  şok  dəyişikliklərə 



Н. Грегори Менкйу 

 

 



640 

qiymətlərin  yüksək  artım  sürəti  erasının  başlanğıcı  kimi  baxırlarsa,  inflyasiya 

gözləmələri artır və Fillips əyrisi yeni xoşagəlməz vəziyyətdə qalır. 

1970-ci illər ərzində ABŞ iqtisadiyyatında inflyasiya  gözləmələri daim 

artmışdır, bu da daha çox FES-nin təklifdəki şok dəyişikliklərə pul kütləsinin 

artım sürətinin yüksəldilməsi vasitəsilə uyğunlaşmağa çalışması cəhdi ilə bağlı 

idi.  (Belə  deyirlər  ki,  siyasətçilər  o  zaman  təklifdəki  şok  dəyişikliklərə 

uyğunlaşırlar  ki,  onların  fəaliyyəti  məcmu  tələbin  genişləndirilməsinə 

yönəldilmiş tədbirlərdən ibarət olsun (Fəsil 30)).  Beldə siyasi qərarın  nəticəsi 

ondan  ibarət  idi  ki,  təklifin  şok  dəyişikliyinin  ardınca  baş  verən  böhranın 

qarşısını  almıq  mümkün  oldu,  lakin  ABŞ  uzun  illər  boyu  inflyasiya  və 

işsizliyin  məngənəsində  qaldı.  1979-cu  ildə  problem  daha  da  dərinləşdi.  Bu 

zaman OPEc bazar üzrində hökmüranlığından istifadə edərək neftin qiymətini 

bir  daha  2  dəfədən  də  artıq  qaldırdı.

 

Şəkil  32.9-da  bu  dövrdə  ABŞ 



iqtisadiyyatında  inflyasiyanın  və  işsizliyin  səviyyəsinə  dair  müvafiq 

məlumatlar verilmişdir.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Beləliklə, neftin qiymətinin artırılması ilə meydana çıxan təklifin 2 şok 

dəyişikliyindən  sonra  1980-cı  ildə  ABŞ-da  inflyasiyanın  sürəti  9%-i  keçdi, 

işsizliyin  səviyyəsi  isə  təxminən  7%  təşkil  etdi:  uyğun  olaraq  nəzərdən 

keçirilən müddətdə yoxsulluq indeksi ən yüksək səviyyəyə çatdı. İnflyasiya və 

işsizliyin  belə  kombinasiyası  1960-cı  illərdə  mümkün  olan  kompromiss 

göstəricilərdən  çox  uzaq  idi.  (1960-cı  illərdə  işsizliyin  7%  səviyyəsinə 

inflyasiyanın  sürətinin  1%  artımı  uyğun  gəlirdi.  Qiymətlərin  9%  artması 

ağlasığmaz  idi).  ABŞ  əhalisi  həyata  keçirilən  makroiqtisadi  siyasətin 

nəticələrindən  çox  narazı  idi.  Məhz  daha  çox  iqtisadi  siyasətin  uğursuzluğu 

nəticsində 1980-cı ilin noyabrında cimmi Karterin yerinə Ronald Reyqan gəldi. 



Економиксин принсипляри 

 

641 



İslahatların aparılmasnın vacibliyi aşkar hiss olunurdu və çox keçmədi ki, onlar 

həyata keçirildi. 

 

 

 



«Siz  hələ köhnə zamanları xatırlayarsız, bir vaxtlar  

iqtisadiyyat yalnız yüngül quruluşu tələb edirdi?» 

 

Antiinflyasiya siyasətinin məsrəfləri 

1979-cu  ildə  neftin  qiymətinin  2  -ci  qəfil  qalxmasından  və  dünya  iqtisadiy-

yatında  təklifin  müvafiq  şok  dəyişikliyindən  sonra  2  ay  əvvəl  FES-in  sədri 

vəzifəsinə  təyin  edilmiş  Pol  Volker  cavab  tədbirləri  barədə  qərar  qəbul  etdi. 

Milli pul sisteminin qoruyucusu kimi o, başa düşürdü ki,  yalnız bir çıxış yolu 

var  -    antiinflyasiya  siyasəti.  Pol  Vorker  FES-nin  tabeçiliyində  olan  alətlərin 

(pul  kütləsinin  idarə  olunması)  inflyasiyanın  sürətini  azaltmağa  imkan 

verəcəyinə şübhə etmirdi. Lakin qısamüddətli dövrdə antiinflyasiya siyasətinin 

məsrəfləri nədir? Bu suala cavab vermək çox çətin idi.  

 

Ġtkilərin əmsalı  

İnflyasiyanın sürətinin azaldılmasına nail olmaq üçün FES sərt monetar siyasət 

həyata  keçirməlidir  (Şəkil  32.10-da  bunun  bəzi  nəticələri  göstərilmişdir).  Pul 

kütləsinin  artım  sürətinin  azaldılması  məcmu  tələbin  məhdudlaşdırılmasına 

səbəb olur, bu isə öz növbəsində əmtəə və xidmətlərin istehsalının həcminin və 

işsizliyin  səviyəsinin azalmasına gətirib çıxarır. İlkin vəziyyətdə iqtisadiyyat A 

nöqtəsində  yerləşir, sonra isə aşağı inflyasiya və  yüksək işsizliklə xarakterizə 

olunan  qısamüddətli  Fillips  əyrisi  boyunca  B  nöqtəsinə  tərəf  yerini  dəyişir. 

Müəyyən  müddətdən  sonra  iqtisadi  aqentlər  qiymətlərin  artım  sürətinin 

azaldığını  anladıqca,  inflyasiya  gözləmələri  aşağı  düşür,  qısamüddətlli  Fillips 

əyrisi  aşağıya  tərəf  yerini  dəyişir  və  iqtisadiyyat  B  nöqtəsindən  c-yə  keçir. 

Qiymətlərin artım sürəti azalır, işsizlik isə təbii səviyyəsinə qayıdır. 



Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   261   262   263   264   265   266   267   268   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə