Н. Грегори Менкйу
642
Bunu anlamaq vacibdir ki, inflyasiyanın sürətinin azaldılmasına
Yönədilmiş sərt monetar siyasətin mütləq nəticəsi işsizliyin səviyyə-
sinin artması və istehsalın həcminin azalmasıdır. Şəkil 32.10-da antiinflyasiya
siyasətinin məsrəfləri iqtisadiyyatın B nöqtəsindən keçmək şərti ilə A
nöqtəsindən c nöqtəsinə yerdəyişməsi ilə göstərilmişdir. Məsrəflərin ölçüləri
Fillips əyrisinin bucaq əmsalı və yeni pul-kredit siyasətilə uyğun olaraq
inflyasiya gözləmələrinin təsbit olunma sürətindən asılıdır.
İnflyasiyanın azaldılması xərclərinin qiymətləndirilməsi çox vaxt
nəticələri itkilərin əmsalı adını almış statistik göstəricidə ümumiləşdirilən bir
çox tədqiqatların mərkəzində dururdu. Ġtkilərin əmsalı - inflyasiyanın
sürətinin 1% azalması zamanı məhsul buraxılışı həcminin (ÜDM-un real
həcmi) orta illik azalması göstəricisinin faizlə ifadəsidir. İtkilərin əmsalının
tipik göstəricisi 5-ə bərabərdir, yəni inflyasiyanın hər 1% azaldılması orta illik
məhsul buraxılışı həcminin 5% azalması hesabına başa gəlir.
Belə qiymətləndirmə Pol Volkeri narahat edə bilməzdi. Amerika
iqtisadiyyatında inflyasiyanın göstəricisi ildə 10%-ə çatırdı. Qiymətlərin aşağı
düşməsi (fərz edək ki, ildə 4%) 30% orta illik məhsul buraxılışının qurban
verilməsi deməkdir. Fillips əyriləri və antiinflyasiya siyasətinin məsrəflərinin
tətqiqi əsasən qurban vermənin müxtəlif formalarına yol verilir. «İnflyasiya»
lokomotivinin qəfil dayandırılması il ərzində məhsul buraxılışı həcminin 30%
ixtisar edilməsinə bərabər «əylənc yolu» demək idi. Lakin əlbəttə ki, P.Volker
kimi antiinflyasiya «şahini» üçün belə nəticə yol verilməz idi. Çoxları qeyd
edirdi ki, məsrəfləri bir neçə il «uzatmaq» yaxşı olardı. Misal üçün əgər
inflyasiyanın sürətinin azaldılmasına 5 il ayrılarsa, bu dövr ərzində məhsul
buraxılışı həcmi təxminən illik məhsul buraxılışı həcminin trendindən yalnız
6% aşağı ola bilər. Lakin istənilən halda itkilər əmsalının minimumlaşdırılması
praktiki cəhətdən çox mürəkkəb məsələdir.
Səmərəli gözləmələr və antiinflyasiya siyasətinin imkanları
Економиксин принсипляри
643
Məhs Pol Volker məsrəflərin minumumlaşdırılması yollarını axtardığı zaman
intellektual inqlab baş verdi, buna bir qrup ekonomiks professorları başçılıq
edirdi (Robert Lukas, Tomas Sarcent və Robert Barro),onlar hamı tərəfindən
qəbul olunmuş itkilər əmsalı məntiqinə qarşı çıxırdılar. Ekonomiksə və siyasətə
yeni yanaşma səmərəli gözləmələr nəzəriyyəsi adını aldı. Bu nəzəriyyəyə görə
iqtisadi subyektlər öz proqnozlarında dövlət tərəfindən həyata keçirilən siyasət
də daxil olmaqla ixtiyarlarında olan bütün informasiyanı istifadə edirlər.
İnflyasiya və işsizlik arasındakı əks asılılığın öyrənilməsi üçün istifadə
olunduqda səmərəli gözləmələr nəzəriyyəsi çox mühüm əhəmiyyət kəsb edirdi.
M.Fridmen və E.Felpsin qeyd etdiyi kimi inflyasiya gözləmələri uzunmüddətli
dövrdə deyil, qısamüddətli dövrdə qiymətlərin artımı və işsizlik arasındakı əks
asılılığın izah olunması üçün çox vacibdir. Qısamüddətli asılılığın nə qədər tez
öz qüvvəsini itirməsi inflyasiya gözləmələrinin dəyişmə sürətindən asılıdır.
Səmərəli gözləmələr nəzəriyyəsinin tərəfdarları M.Fridmen və E.Felps təhlilə
əsaslanaraq, iddia edirdilər ki, iqtisadi siyasət dəyişdikdə uyğun olaraq iqtisadi
aqentlərin inflyasiya gözləmələri də dəyişir. Alimlərin dövlətin monetar
siyasətinin inflyasiya gözləmələrinə birbaşa təsirini nəzərə alaraq itkilərin
əmsalını qiymətləndirmək cəhti baş tutmadı. Səmərəli gözləmələr
nəzəriyyəsinin tərəfdarları belə hesab edirdilər ki, deməli onlara iqtisadiyyatın
etibarlı istiqamətləndiriciləri kimi baxmaq olmaz.
«Dörd böyük inflyasiyanın sonu» məqaləsində (1981) Tomas Sarcent
yeni nəzəriyyəni belə izah edir:
Alternativ «səmərəli gözləmələr nəzəriyyəsinin» tərəfdarları belə hesab
edirlər ki, inflyasiya-kifayət qədər ətalətli prosesdir. Onlar hesab edirlər ki,
əgər firma və fəhlələr inflyasiyanın yüksək sürətini gözləyirlərsə müqavilələri
bağlayarkən onlar iqtisadi vəziyyətin perspektivləri barədə öz fikirlərinə
əsaslanırlar. Lakin iqtisadiyyatın smübyektləri inflyasiyanın yüksək sürətini
ona görə gözləyirplər ki, hökumətin cari moneta rvə fiskal siyasətləri onların
fikirlərini təsdiq edir… Burdan beldə çıxır ki, qiymətlərin artım sürəti
«ətalətli»
yanaşmanın tərəfdarlarının hesab etdiyindən daha tez
məhdudlaşdırıla bilər və sonuncuların məhsul buraxılışı terminlərində
inflyasiyanın dayandırılması üçün lazım olan vaxt və xərclər barədə fikirləri
yanlışdır… Bu o demək deyil ki, hökumət inflyasiyanın qarşısını heç bir
problemsiz alacaq. Əksinə, onun cilovlanması böyük cəhd tələb edəcək və mü-
vəqqəti məhdudlaşdırıcı maliyyə-büdcə və pul-kredit tədbirləri ilə bitməyəcək.
O, siyasi recimdə dəyişikliklər edilməsini təklif edir…Məhsul buraxılışı
terminlərində bununla bağlı xərclərin kəmiyyəti və arzu olunan nəticələrin əldə
olunması müddəti daha çox hökumətin inflyasiyanın aradan qaldırılmasına nə
qədər sadiq və qərarlı olmasından asılıdır.
T.Sarcentə görə itkilərin əmsalı gözlənildiyindən əhəmiyyətli dərəcədə
az ola bilər. Doğrudan da fövqəladə vəziyyətdə o, sıfıra bərabər ola bilər. Əgər
hökumət aşağı inflyasiya sürətinə inandırıcı sadiqlik göstərirsə iqtisadi aqentlər
qiymətlərin artması gözləmələrini dərhal buna uyğun dəyişdirmək üçün kifayət
qədər çevikdilər. Qısamüddətli Fillips əyrisi aşağıya tərəf yerini dəyişəcək və