Економиксин принсипляри
651
Böyük vaxt məsamələrinin olması onu nəzərdə tutur ki, iqtisadiyyatın
stabilləşməsi məqsədini güdən siyasətçilər real iqtisadi şəraitdə yox,
iqtisadiyyatın vəziyyətinin proqnozlarına istinad edirlər. Təəssüf ki, bir
tərəfdən makroiqtisadiyyatın «kobud» elm olması, digər tərəfdən iqtisadiyyatın
fluktasiyalarını doğuran şok dəyişikliklərin gözlənilməzliyindən proqnozlaşma
dəqiq olmur. Beləliklə, monetar, yaxud maliyyə-büdcə siyasətinin
dəyişiklikləri haqqında qərar qəbul edərkən siyasətçilər gələcək iqtisadi şərait
haqqında fərziyələrə arxalanmalıdırlar.
Lakin iqtisadi siyasətə cavabdeh dövlət xadimləri tez-tez tam əksinə
aparırlar. Siyasi aksiyanın başlandığı andan, götürülən ölçülərin təsir etməsi
başlayanacan iqtisadi situasiya bir neçə dəfə dəyişə bilər. Dövlət tənzimlənməsi
bəzən nəinki iqtisadiyyatın bu və ya digər tərəfə ləngər vurulmasını azaldır,
hətta əksinə «qayğı daha da yırğalayır». Bəzi iqtisadçılar iddia edirlər ki, bir
çox iqtisadi foluktasiyalar 30-cu illərin Böyük depressiyası daxil olmaqla,
dövlətin destabilləşdirmə təsirinin nəticəsi olmuşdur.
Yaxşı həkimin qaydalarından birində deyilir, «xəstəyə ziyan vurma»
çünki insanın orqanizmi bərpa edilməsinin təbii ehtiyatlarına malikdir. Əgər
diaqnoz təyin olunmursa, həkim xəstəni rahat buraxsa daha yaxşı olar, çünki
xəstəlik haqqında etibarlı informasiyanın olmaması şəraitində onun müdaxiləsi
xoşagəlməz nəticələr verə bilər.
Eyni şeyləri «xəstə» iqtisadiyyatın sağaldılması haqqında da demək olar.
İqtisadi fluktasiyanın aradan qaldırılması şübhəsiz ki, yaxşı şeydir, lakin
mövcud makroiqtisadi biliklərin məhdudiyyətləri və dünyada baş verilən
hadisələrin gözlənilməz olmağı qoyulmuş məqsədə çatmağı qeyri-realdır.
Siyasətçilər pul-kredit və maliyyə büdcə siyasətinin kobud «rıçaqlarından» çox
ehtiyatla istifadə etməlidirlər və onu başa düşməlidirlər ki, onların müdaxiləsi
daha böyük fəlakətlərə gətrib çıxara bilər.
Normativ və diskresiyalı pul-kredit siyasəti
Amerikanın iqtisadiyyatında monetar siyasətin həyata keçirilməsinə
cavabdehlik FRS açıq bazarında əməliyyatlar üzrə komitənin üzərinə qoyub.
Bu komitənin iclasları təxminən altı həftədən bir keçirilir (fəsil 27).
Situasiyanın cari qiymətləndirilməsinə və ona inkişafı proqnozlarına əsas-
lanaraq, komitə qısa müddətli dövrdə faiz stavkalarının səviyyəsi haqqında
qərar qəbul edir və buna münasib olaraq FES pulun təklifini dəyişir.
Pul siyasətinin aparılması məsələlərində açıq bazarda əməliyyatlar üzrə
Komitənin hərəkətləri (FKOOP) xüsusi ehtiyatlılığı ilə seçilir, çünki FPS
haqqındakı federal qanunlar onun məqsədlərini xeyli dumanlı müəyyən edir,
onlara çatmaq üsullarına isə, «düzgün hərəkət etməli» bəyanı istisna olmaqla
ümumiyyətlə baxılmır.
Н. Грегори Менкйу
652
Bəzi iqtisadçılar belə vəziyyətə tənqidi yanaşırlar. İqtisadi siyasətin ikinci
sualı anladır ki, FES-nin monitar siyasəti qoyulmuş qaydalara münasib həyata
keçirilməlidir, yaxud da hakimiyyət hərəkətlərdə sərbəstlik verməlidir.
Normativ pul-kredit siyasəti «leyhinə» mülahizələr
Diskresiyalı, «azad» monetar siyasətin iki problemi ola bilər. Birincisi ola bilər
ki, sərbəst buraxılış pul-kredit siyasəti həyati vacib sferada qeyri-kompetent
hərəkətlər və sui-istifadələrin riskini artırsın. Məsələn, vətəndaş asayişinin
qorunması siyasəti onun həyata keçirilməsinin sərt qaydaları üzərində qurulur
ki, bu da hakimiyyətdən sui-istifadədən ola biləcək ziyanın minimallaşdırır.
Lakin o zaman ki, cəmiyyət mərkəzi başqa (MB) iqtisadi asayiş qorumaq
səlahiyyəti verir, o, ona konkret tapşırıq verir və deməli, onun rəhbərliyinə
praktiki olaraq hüququ olmayan fəaliyyət azadlığı verilmiş olur.
Hakimiyyətdən sui-istifadəyə misal kimi MB pul siyasətinin seçkilərin
nəticələrinə təsir göstərmək məqsədilə istifadəsini göstərmək olar. Fərz edək
ki, prezident seçkilərinin nəticələri əsasən seçkiqabağı kompaniya vaxtı iqtisadi
şəraitlə müəyyən edilir. İqtidarda olan prezidentə simpatiya bəsləyən MB
rəhbərliyinin bu periodda istehsalı və işlə təmin olunmasını stimullaşdıraraq
ekspansionist monetar siyasətini həyata keçirmək imkanı var, çünki gözəl başa
düşürlər ki, qiymətlərin qalxması yalnız kompaniyanın başa çatmasından sonra
özünü «necə lazımdır» göstərəcək. Beləliklə, MB nümayəndələri özlərini
siyasətçilərin müttəfiqləri saydıqları dərəcədə onların hərəkət azadlığı seçkilər
zamanı iqtisadi fluktuasiyalarda əks edilir. İqtisadçılar belə dəyişmələr
periodunu işgüzar fəallığın siyasi tsikli adlandırırlar.
Pul-kredit siyasətinin ikinci, daha mürəkkəb problemi informasiya
səviyyəsinin tənzimlənməsi ilə əlaqıdardır. MB nümayəndələrinə məlumdur ki,
uzunmüddətli periodda inflyasiya ilə işsizlik arasında seçim yoxdur, lakin onlar
qiymətlərin artırılmasına nail olmaq niyyətlərini bəyan edirlər. Lakin,
qiymətlərin stabilliyi praktiki olaraq nail olunmaz bir şeydir. Nə üçün? Ola
bilsin, ona görə ki, iqtisadi subyektlərdə gözlənilən inflyasiya səviyyəsi
haqqında müəyyən təsəvvür formalaşan kimi, siyasətçilər qiymətlərin qalxması
ilə qısamüddət dövründə işsizlik arasında seçim qarşısında qalırlar. Daha
yüksək məşğulluq səviyyəsinə çatmaq üçün qiymətlərin stabilliyi haqqında
bəyanlardan imtina etmək çox cəlbedicidir. Bu söz ilə (atılacaq addımlar
haqqında siyasətçilərin bəyanları) iş arasında (real hərəkət) bu ziddiyyət
zamanda ardıcıl olmayan siyasət adlanır. Siyasətçilərin özlərini tez-tez qeyri-
ardıcıl apardıqlarından, iqtisadi subyektlər MB nümayəndələrinin inflyasiyanın
səviyyəsini endirmək niyyətləri haqqında bəyanlarına skeptik münasibət
bəsləyirlər. Deməli, qiymətlərin qalxmasının gözlənməsi həmişə siyasətçilərin
dediyi səviyyədən çox olur. Yüksək informasiya gözlənmələri öz növbəsində