DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə272/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   268   269   270   271   272   273   274   275   ...   281

Економиксин принсипляри 

 

657 



İnflyasiyadan yaxa qurtarmaq o vaxt məqsədə uyğundur ki, əgər o böyük 

xərclərlə  başa  gəlmir,  bunu  da  bəzi  iqtisadçılar mümkün  hesab  edirlər.  Lakin 

belə senarinin praktiki reallaşması çətin ki baş verə. İnflyasiyanın səviyyəsinin 

azaldılması  praktiki  olaraq  həmişə  işsizliyin  səviyyəsinin  artması  və  istehsal 

həcminin  azalması  ilə  müşayiət  olunur.  MB-in  iqtisadi  subyektləri 

antiinflyasiya  siyasətinin  sərtliyində  inandıra  biləcəyi  və  nəzarətsiz  qiymət 

artımı yanğının ağrısız söndürə biləcəyi böyük şübhə doğurur.  

Şübhəsiz  ki,  iqtisadi  tənəzzül  iqtisadiyyatda  dərin  iz  buraxır.  Bütün 

sahələrdə  yeni  zavodların  tikilməsinə  və  avadanlığın  alınmasına  lazım  olan 

xərclər  azalır,  investisiyalar  isə  ÜM  ən  dəyişən  komponentinə  çevrilir. 

Resessiya  dövrü  başa  çatdıqdan  sonra  isə  yığılmış  kapitalın  azalması  əmək  

məhsuldarlığının,  gəlirlərin    azalmasına  və  həyat  səviyyəsinin  düşməsinə 

gətirib  çıxaracaq.  Bundan  başqa,  tənəzzül  vaxtı  işini  itirmiş  fərdlər,  peşəkar-

lıqlarını itirir. Hətta iqtisadiyyatın bərpasından sonra onların işçi kimi dəyərləri 

azalır. Bəzi iqtisadçılar iddia edirlər ki, bir çox avropa  ölkələrindəki işsizliyin 

yüksək səviyyə alması – 1980-cı illərdə inflyasiyanın olmamasından irəli gəlir.  

Tənəzzül və haqsızlığın artması yolu ilə sıfır inflyasiyaya doğru  getmək 

nə  qədər  məqsədəuyğundur?  FES-in  lise  prezidenti  iqtisadçı  Alan  Blaynder 

«Möhkəm başlar» kitabında bu cür siyasətin məhvedici olduğuna təkid edir.  

ABŞ-da sənaye cəhətdən inikşaf etmiş digər ölkələrdə inflyasiyanın aşağı 

və  mülayim  templəri  ilə  bağlı  məsrəflər  xeyli  mülayim  görünür-cəmiyyətin 

«xərçəngindən»  çox  «zökəmə»  bənzəyir.  Biz,  rasional  fikirləşən  fərdlər  kimi, 

başağrısı olarkən dalından danışmaq fikrində deyilik, ictimaiyyət kimi, nədənsə 

onun  iqtisadi  ekvivalentini  (yüksək  işsizliyi)  inflyasiya  soyuqdəyməsindən 

dərman kimi təyin edirik.  

Ona  görə  də  A.Blayder  qiymətlərin  mülayim  artımı  şəraitində  yaşamağı 

öyrənməyin vacibliyi qənaətinə gəlir.  

 

Dövlət büdcəsinin gəlir və xərclərinin tarazlığı 

Ola  bilsin  ki,  son  illərdə  federal  hökumətin  büdcə  haqqında  süal-ictimai  və 

elmi diskussiyaların ən populyar mövzusundan biridir. Büdcə defisiti-hökumət 

xərclərinin gəlirləri üstələməsidir. Hökumət büdcə defisitini istiqrazlarla örtür, 

bununla da dövlət borcunu artırır. Maliyyə bazarlarını nəzərdən keçirərək, biz 

büdcə  defisitinin  əmanətlər  investisiyalarla  və  faiz  stavkasına  təsirini  təhlil 

etdik (fəsil 25).  

Lakin  ABŞ-da  vəziyyət  1990-cı  illərin  sonunda  dəyişməyə  başladı.  Bu 

zaman  bəzi  vergilərin  qaldırılmasının,  xərclərin  azaldılması  və  sabit    iqtisadi 

artımın  bir-biri  ilə  uyğunlaşması  nəticəsində  dövlət  büdcəsinin  defisitini  yox 

etmək və hətta, onun kiçicik prfisitini təmin etmək mümkün olur.    Dördüncü 

problemi  müzakirə  edərkən  biz  pul-kredit  siyasətinin  həyata    keçirilməsinə 

cavabdeh  dövlət  xidmətlərinin  bu  profisiti  dövlət  borcunun    azaldılması  üçün 



Н. Грегори Менкйу 

 

 



658 

istifadə  etməli  olduqlarını  aşkarlamağa  cəhd  edəcək;  bu  zaman  profisitin 

vergilərin  azaldılması,  yaxud  xərclərin  artırılması  hesabına    tam  aradan 

qaldırılması alternativ variant kimi çıxış edir.  



 

Bərabərçəkili büdcənin «leyhinə» mülahizələr 

1980-cı  illərin  əvvəlindən  amerika  hökumətinin  xərclərinin  ümumi  məbləği 

onun  vergi  daxilolmalarını  ötüb  keçmişdir.  Büdcə  defisiti  özünü  onda 

göstərmişdir ki, federal hökumətin borcu 1980-cı ildə 710 mlrd.$ 1999-cu ildə 

3,7  trln  $-a  qədər  artmışdır.  Əgər  biz  ABŞ  dövlət  borcunu  əhalinin  sayına 

bölsək, onda hər amerikalının payı təqribən 14 min $ olar.  

Dövlət  borcunun  əhəmiyyəti  ondadır  ki,  onun  qaytarılmasının  ağırlığı 

vergi  ödəyicilərinin  gələcək  nəslin  üzərinə  düşür.  Borcun  əsas  məbləğinin  və 

yığılmış  faizlərin  qaytarılması  vaxtı  gəlib  çıxanda  vətəndaşlar  çətin  seçim  

qarşısında  olacaqlar:  ya  onlar  daha  yüksək  vergi  verməlidirlər,  ya  hökumət 

xərclərinin  azaldılması  ilə  razılaşmalıdırlar,  ya  da  bu  ölçülərin  hər  ikisindən 

istifadə etməlidirlər. Daha bir variant var-ödəniş vaxtını sonraya saxlamaq və 

yenidən  borc  götürərək,  hökumətin  borcunu  daha  artırmaq.  Büdcə  defisiti  o 

deməkdir ki, hökumət vergidə ödəyicilərinə dövlətin xərclərini gələcək nəslin 

üzərinə  qoymağa  icazə  verir.  «Atalarım»  borcunu  «miras»  almaq    böyüyən 

nəslin həyat səviyyəsinin düşməsi deməkdir.  

Birbaşa  təsirdən  başqa,  büdcə  defisiti  digər  makroiqtisadi  nəticələrə  də 

gətirib  çıxarır.  Özlüyündə  mənfi  ictimai  əmanət  olduğundan,  milli  əmanət 

(xüsusi  və  ictimai  əmanətin  cəmin)  azalır.  Milli  əmanətin  azalması  real  faiz 

stavkasının  çoxalmasına  və  investisiyanın  səviyyəsinin  azalmasına  gətirib 

çıxarır,  bu  da  yığılmış  kapitalın  mütləq  azalması  və  münasib  olaraq  əmək  

məhsuldarlığının  real  əmək  haqqının  və  iqtisadiyyatda  əmtəə  və  xidmətlərin  

istehsal  həcminin  düşməsi  deməkdir.  Beləliklə,  dövlət  borcun  artmasının 

uzunmüddətli  nəticəsi  iqtisadi  subyektlərin  gəlirlərinin  azalması  və  eyni 

zamanda  vergi yükünün artırılmasıdır.  

Lakin  unutmamaq  lazımdır  ki,  bəzi  hallarda  büdcə  defisiti  özünü 

doğruldur.  Hökumətin  borcunun  artması  səbəbinin  ən  yayılmış-dövlətin 

müharibədə  iştirak  etməsidir.  Hərbi  konflikt  müvəqqəti  olaraq  hökumətin 

xərclərini  çoxaldır,  əlavə  xərclərin  borcagötürməklə  maliyyələşdirilməsi  əqlə 

uyğun hesab olunur, çünki onun alternativi-vergilərin xeyli artırılmasıdır ki, bu 

da  vergiödəyiciləri  həvəsdən  salır  və  geri  qayıtmayan  böyük  itkilərə  gətirib 

çıxarır.  Bundan  başqa,  vergilərin  yüksək  stavkaları  vergiödəyiciləri    nəslinə 

qarşı ədalətsizlik, çünki məhz onların üzərinə müharibənin ağırlığı düşür.  

İqtisadi  fəallığın  müvəqqəti  tənəzzülü  dövrü  də  büdcənin  defisitini  

artırmaq  da  məqsədəuyğundur.  İqtisadiyyat  resessiya  dövrünə  geridə,  vergi  

daxiolmaları avtomatik olaraq azalır, çünki gəlirlərə və əmək haqqına  qoyulan 

vergilər  onların  mütləq  göstəricilərinə  görə  hesablanır.  Əgər  iqtisadi  tənəzzül 



Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   268   269   270   271   272   273   274   275   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə