Економиксин принсипляри
655
şəhadət edir ki, qiymətlərin artma tempi yüksəldikcə inflyasiya məsələsi əsas
milli problemlərdən birinə çevrilir.
Heç dərəcəsində inflyasiyanın üstünlükləri ilə ona çatmaq üçün
məsrəfləri tutuşdurmaq vacibdir. Qiymətlərin artma templərinin azalması
iqtisadiyyatın yüksək işsizlik və istehsalın aşağı səviyyəli dövründən keçmə-
yini nəzərdə tutar. (qısamüddətli dövrdə Filipsin əyrinə uyğun olaraq). Lakin
resessiya müvəqqəti xarakter daşıyır. İqtisadi subyektlər siyasətçilərin
qiymətlərin qalxma tempinin sıfıra enməsinə can atdıqlarına inandıqları ondan,
inflyasiya gözləmələri azalır, bu da qısamüddətli dövrdə qiymətlərin qalxması
ilə işsizlik arasında daha əlverişli seçimə gətirib çıxarır. İnflyasiya gözləmələri
dürüstləşdirildiyindən, uzunmüddətli dövrdə qiymətlərin qalxması ilə işsizlik
arasında seçim olmur.
Deməli, antiinflyasiya siyasəti müvəqqəti məsafələrə və daimi üs-
tünlükləri ilə xarakterizə olunur. Yəni, tənəzzül başa çatdıqda, heç dərəcəsin-
dəki inflyasiyadan olan fayda gələcəkdə də olur və uzaqgörən siyasətçilər
daimi üstünlük əldə etmək üçün müvəqqəti məsafələrə hazırlıqla gedirlər. Belə
hərəkətə nümunə olaraq P.Volkerin siyasətini hesab etmək qəbul olunub. Onun
cəhdləri ABŞ inflyasiyasının templərinin 1980-cı ildə 10%-dən 1983-cü ildə
4%-ə qədər enməsinə gətirib çıxarırdı. Baxmayaraq ki, 1982-ci ildə işsizlik
Böyük depresiya vaxtından bəri işsizlik özünün ən yüksək səviyyəsinə
çatmışdı, amerika iqtisadiyyatı nəticədə aşağı inflyasiyanı saxlamaq çətinliyi
dəf edərək böhrandan çıxır. Bu gün Pol Polker MB ən görkəmli başçılarından
biri sayılır.
Bundan başqa, inflyasiyanın azaldılması məsrəfləri bəzi iqtisadçıların
dediyi kimi, həmişə o qədər də çox olmur. Əgər MB qiymətlərin qalxmasının
sıfır templərinə cəhdi haqda bəyan edirsə və onun bəyanı iqtisadi subyektlərdə
müsbət reaksiya doğurursa, inflyasiya gözləntiləri azala bilər, bu da
qiymətlərin böyüməsi ilə işsizlik arasında qısamüddətli dövrdə seçimin
yaxınlaşmasına gətirib çıxaracaq. Münasib olaraq iqtisadiyyat inflyasiyanın
aşağı səviyyəsinə az məsafələrlə çatacaq. Bu strategiyanın uğurunun həlledici
faktoru-mötəbərlikdir:
iqtisadi
agentlər
MB
niyyətlərinə
etibarla
yanaşmalıdırlar. Pul hakimiyyətlərinə qanunvericilik orqanları onun deflyasiya
siyasətini qanunla bərkidib böyük dəstək vermiş olardılar. Bu cür qanun sıfır
inflyasiyasına daha az məsafələrlə və onun bütün qazanclarını saxlamaqla
çıxmağa kömək göstərə bilərdi.
Sıfır inflyasiyasının üstünlüklərindən biri də ondadır ki, sıfır-istənilən
başqa kəmiyyətlərlə müqayisədə ən üstün siyasi məqsəddir. Fərz edək ki, FES
inflyasiyanın səviyyəsini 3%-də saxlamaq niyyətində olduğunu bəyan edir
(1990-cı ilin birinci yarısında ABŞ qiymətlərin artım tempi səviyyəsində).
Həqiqətənmi FES 3% can atacaq? Əgər gözlənilməz hadisələr inflyasiyanın 4,
yaxud 5% qaldıracaqsa, onda nə üçün MB məqsəd səviyyəsini sadəcə
Н. Грегори Менкйу
656
qaldırmasın? Axı 3 rəqəmində heç bir qeyri-adilik yoxdur. Əksinə sıfır-FES-ə
qiymətlərin sabitliyi və inflyasiya məsrəflərinin tamamilə aradan
götürüldüyünə çatdığı haqda bəyan verməyə imkan verən yeganə rəqəmdir.
Sıfır inflyasiyasına can atmağın «əleyhinə» olan fikirlər
Digər tərəfdən sıfır informasiyasının qiymətlərin bir az qalxması ilə müqa-
yisədə üstünlüyü nisbətən çox deyil, eyni zamanda sıfır qiymət artımına nail
olmaq üçün məsafələr xeyli çoxdur. İtkilər əmsalının qiymətləndirilməsi
nəzərdə tutur ki, inflyasiya səviyyəsinin 1% enməsi illik istehsal həcminin 5%
enməsi deməkdir. İnflyasiyanı məsələn 4%-dən sıfıra endirmək üçün ümumi
məhsulun həcminin 20% azalması ilə reallaşmaq lazım gələcək, bu isə artıq
böyük kəmiyyətdir. ABŞ ümumi məhsulunun təqribən 9 trln. dollar
səviyyəsində məsrəflər 1,8 trln. dollar yaxud da əhalinin sayına görə adam
başına 6500% çatır. Əhalinin, şübhəsiz ki, inflyasiya xoşuna gəlmir, lakin
çoxlarını bu cür xərclərlə razılaşır?
Bundan əlavə, ABŞ-da inflyasiyadan yaxa qurtarmaq üçün ictimai xərclər
bizim hesabladığımızdan qat-qat çoxdur, çünki alınmamış gəlirlər barəbər
olaraq paylanmır. Məcmu gəlirin düşməsi, ilk növbədə işini itirənlər çiyinlərinə
düşür, özü də adətən ən tez zərbəni daha az ixtisaslı və təcrübəsi az olan işçilər
alır. İnflyasiyanın azaldılması üzə xərclərin böyük hissəsini məhz pulu az
olanlar çəkməli olur.
İqtisadçılar inflyasiya məsələlərinin bir neçə növünü seçirlər, lakin
onların ölçüsünə dair fikir müxtəlifliyi var. «Köhnə başmaq», «menyu» və
digər məsrəflər bir o qədər də çox deyil, əsasən də qiymətlərin azacıq qalxdığı
zaman. Düzdü, inflyasiya ictimaiyyətin xoşuna gəlmir, lakin onun nəticələrinə
gəldikdə onlarda yalnış fikir ola bilər, çünki onlar heç də düz olmayan
söhbətlərə inanmırlar ki, qiymətlərin qalxması həyat səviyyəsinin enməsinə
gətirib çıxarır. İqtisadçılar başa düşürlər ki, vətəndaşların rifahı pul
siyasətindən yox, əmək məhsuldarlığından asılıdır.
Nominal gəlirlərin artmasının inflyasiya ilə əl-ələ getdiyindən qiymətlərin
artım tempinin düşməsi heç də real gəlirlərin artması demək deyil.
Bundan başqa, siyasətçilərin cari inflyasiyanın bir çox məsrəflərini
azaltmaq imkanı var. Belə ki, indeksə olunmayan vergi sistemi ilə bağlı
problemi aradan qaldırmaq üçün vergi qanunvericiliyini elə dəyişmək ki,
qiymətlərin qalxması təsirini nəzərə ala bilsin, yaxud da indeksə edilmiş dövlət
istiqrazlarını buraxaraq, gözlənilməz informasiyanın doğurduğu dövlətin
kreditorlarla debitorlar arasında kortəbii təkrar paylanmasını azaltsın. Bu cür
qərar dövlət qiymətli kağızları sahiblərinin inflyasiyadan yaxasını qurtarır.
Bundan başqa, hökumət azad istiqrazçını və kreditorları qiymətlərin qalxmasını
nəzərə alaraq indeksə edilmiş istiqraz razılıqlarını bağlamağa həvəsləndirər.