DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə65/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   281

Н. Грегори Менкйу 

 

 



152 

 

 



 

 

 



 

 

 

 

 

 

 

ġəkil 7.3. Qiymətlərin səviyyəsinin istehlakçı gəlirlərinə təsiri 

 

Şəkildə  adi,  aşağı  istiqamətlənən  tələbat  əyrisi  verilmişdir.  İki  əvvəlki 



şəkildə verilən tələbin pilləli əyrilərdən formaca bir qədər fərqlənməsinə bax-

mayaraq,  biz  əvvəlki  kimi,  belə  bir  tezis  istifadə  edirik  ki,  istehlak  gəliri 

qiymətin  səviyyəsi,  tələb  əyrisi  və  ordinat  oxu  ilə  məhdudlaşdırılan  fiqurun 

sahəsidir.  Qrafikdə  (a)  qiymət  P

1

-ə  bərabər  olanda  istehlak  gəliri  ABc 



üçbucağının sahəsidir. 

Güman    edək  ki,  malın  qiyməti  P

1

-dən  P


2

-dək  azalır  (qrafik  b)  istehlak 

gəliri ADF üçbucağının sahəsinə bərabər olur. Daha aşağı qiymətlə bağlı olan 

istehlak gəlirinin artması – BcFD trapesiyasının sahəsidir. 

İstehlak  gəlirinin  artması  iki  hissədən  ibarətdir.  Birinci,  Q

1

  həcmində 



əmtəəni  əldə  edən  alıcıların  rifahı  artır,  çünki  onlar  əmtəəyə  az  pul  verirlər. 

Mövcud  olan  alıcıların  istehlak  gəlirinin  artması  onlar  tərəfindən  malın 

müəyyən  həcminin  əldə  edilməsi  üçün  verilən  məbləğin  azalmasından 

ibarətdir;  o,  BcED  düzbucağının  sahəsinə  bərabərdir.  İkinci,  bazarda  yeni 

alıcılar olur, onların malı daha aşağı qiymətə əldə etməyə həm istəkləri, həm də 

imkanı  var.  Nəticədə  tələbatın  həcmi  Q

1

-dən  Q


2

-dək  artır.  Təzə  alıcılar 

tərəfindən əldə edilən istehlak gəliri cEF üçbucağının sahəsi ilə ifadə edilir. 

 

Ġstehlak gəliri nə ilə ölçülür? 

İstehlak  gəliri  konsepsiyasının  əsas  məqsədi  bazar  fəaliyyətinin  istənilən 

nəticələrinin  normativ  qiymətləndirilməsindən  ibarətdir.  İndi  isə  istehlak 

gəlirinin təbiətini öyrəndikdən sonra iqtisadi rifahın köməyi ilə onun ölçülmə 

imkanını aydınlaşdıraq. 

Təsəvvür edin ki, siz ədalətli iqtisadi sistemin yaradılması ilə məşğul olan 

siyasətçisiniz.  Onda  istehlak  gəliri  sizi  hansı  dərəcədə  maraqlandıra  bilər? 

İstehlak  gəliri  həqiqətən  də  verilən  məbləği  çıxmaqla  əmtəəyə  istehlakçılar 



Економиксин принсипляри 

 

153 



tərəfindən  verilən  məbləğdir,  o,  məhsulun  istifadəsindən  alıcılar  tərəfindən 

alınan  xeyiri  təyin  edir,  elə  xeyri  ki,  alıcılar  onu  özləri  təsəvvür  edirlər. 

Beləliklə,  istehlak  gəliri  iqtisadi  rifahın  yaxşı  göstəricisidir  (əgər  siyasətçilər 

alıcıların üstün tutmalarına hörmətlə yanaşırlarsa). 

Bəzi  hallarda  siyasətçilər  istehlak  gəlirinə  laqeyd  yanaşa  bilərlər,  çünki 

bəzi  mallar  alıcıların  hərəkəti  əsasında  olan  üstüntutmalarını  neqativ 

qiymətləndirirlər. Məsələn, narkomanlar heroinin bir dozasına yüksək məbləğ 

verməyə hazırdırlar, onların narkotiki aşağı qiymətə almağa imkanları olsa da, 

əhəmiyyətli  xeyir  əldə  etdiklərini  demək  olmaz.  cəmiyyətin  nöqteyi-

nəzərindən, bu halda pulvermə hazırlığı heç də iqtisadi rifahın göstəricisi deyil, 

çünki narkomanlar yalnız öz maraqlarını güdürlər. 

Buna  baxmayaraq,  bazarların  çoxunda  istehlak  gəliri  iqtisadi  rifahın 

səviyyəsini  əks  etdirir.  Adətən,  iqtisadçılar  alıcıları  səmərəli  fərdlər  kimi 

qiymətləndirir və onların üstünlük tutmalarına hörmətlə yanaşmalıdırlar. 

Bu  halda  istehlakçı  malın  əldə  edilməsindən  alınmış  xeyirin  ölçüsünü 

qiymətləndirən ən yaxşı hakimdir. 

 

Ġstehsalçıların gəliri 

Biz  bazarın  digər  tərəfinə  tədavül  edirik  və  bazarın  fəaliyyəti  nəticəsində 

satıcılar tərəfindən alınan xeyiri təhlil edirik. Satıcılar rifahının  təhlili alıcılar 

rifahının təhlilinə uyğundur. 

 

Xərclər və pulvermə istəyi 

Təsəvvür  edin  ki,  siz  ev  sahibisiniz  və  evinizi  rəngləmək  lazımdır.  Siz  Meri, 

Frida, corciya və Qrendma adında rəngsazlara müraciət edirsiniz. Əgər qiymət 

əlverişli  olsa,  onlardan  hər  biri  təklif  edilən  işə  başlayarlar.  Siz  onlardan  hər 

birinin xidmətlərinin qiymətini və təklif edilən ən aşağı qiyməti öyrənmək üçün 

qadın rəngsazlar arasında auksion aparmaq qərarına gəlirsiniz. 

Əgər  alınan  məbləğ  onların  xərclərindən  artıq  olsa,  rəngsazların  hamısı 

işə  başlamaq  istəyər.  Burada  «xərclər»  termini  kimi  rəngsazın  alternativ 

xərcləri başa düşülür: buraya rəngsazın xərcləri (rəng, fırçalar) və vaxtın dəyəri 

daxil olur. İşçilərin hər birisinin xərcləri 7.3 cədvəlində verilir. 



 

 

cədvəl 7.3. 

Dörd mümkün olan satıcının xərcləri 

 

Satıcı 

 

Xərclər, $ 

Meri 


900 

Frida 


800 

corciya 


600 

Qrendma 


500 


Н. Грегори Менкйу 

 

 



154 

 

Rəngsazın xərcləri ən aşağı qiymət olduğundan,  bu qiymətə qadınlar işi 



yerinə  yetirməyə  razılaşarlar.  Xərclər  –  öz  xidmətlərini  satmaq  üçün  Meri, 

Frida, corciya və Qrendmanın istəklərinin göstəricisidir. Rəngsazlardan hər biri 

öz xidmətlərini xərclərə üstün gələn qiymətə satmaq istəyir. Qiymət xərclərdən 

aşağı  olsa,  onlar  öz  xidmətlərini  satmaqdan    imtina  edərlər.  Əgər  qadın  öz 

xidmətlərini xərclərə dəqiq bərabər olan qiymətə satırsa, o, təkliflə razılaşır. 

İlk  əvvəl  rəngsazlar  tərəfindən  təklif  olunmuş  qiymət  çox  yüksək 

görünür,  lakin  hərrac  vaxtı  o,  tez  aşağı  düşür,  çünki  qadınlar  iş  almaqda 

maraqlıdırlar.  Bir  neçə  vaxtdan  sonra  Qrendma  yeganə  iddiaçı  qalmışdır,  o 

$600  almağa  şad  olar,  çünki  onun  xərcləri  yalnız  $500-a  bərabərdir.  Meri, 

Frida  və  corciya  600,01$  aşağı  olan  qiymətə  evin  rənglənməsi  ilə  məşğul 

olmaq  istəmirlər.  Göründüyü  kimi,  xərcləri  minimal  olan  rəngsaz  bütün  işi 

yerinə yetirir. 

İş alan Qrendma hansı xeyri əldə edir? O, işi 500$-a  görə bilərdi, lakin 

görülən iş üçün o 600$ alır, yəni o, $100-a bərabər olan istehsalçı gəlirini alır. 

İstehsalçı gəliri istehsal xərcləri çıxmaq şərti ilə satıcı tərəfindən alınan məblə-

ğdir.  İstehsalçının  gəliri  bazarın  fəaliyyəti  nəticəsində  təchiz  edən  firmalarla 

əldə edilən xeyiri təyin edirlər. 

Digər  situasiyanı  aydınlaşdıraq.  Güman  edək  ki,  siz  iki  evin  sahibkarı-

sınız, onlardan hərəsinin rənglənmkdə ehtiyacı var. Siz dörd rəngsaz  arasında 

auksion  keçirirsiniz.  Sadələşdirmək  üçün  təsəvvür  edək  ki,  heç  bir  rəngsaz 

evlərin  ikisini  də  rəngləyə  bilməz  və  siz  hər  bir  evin  rənglənməsinə  eyni 

məbləğ  verirsiniz.  Deməli,  rəngsazlara  təklif  edilən  qiymət  o  vaxtadək  azalır 

ki, axırda iki iştirakçı qalır. 

corciya və Qrendma işi 800$-a yerinə yetirməyə razılıq verirlər və hərrac 

bununla  qurtarır.  corciya  və  Qredma  işi  təklif  edilən  qiymətə  yerinə  yetirmək 

istəyirlər, Meri və Frida isə daha çox pul qazanmaq istəyirlər. Qiymət 800$-a 

bərabər  olanda,  Qrendma  adlı  istehsalçının  gəliri  300$  olur,  corciyanın  isə  - 

200$ olur. Bazarda istehsalçıların ümumi gəliri 500$-ə bərabər olur. 

 

 

 



Ġstehsalçı gəlirinin təyini üçün təklif əyrisinin istifadə edilməsi 

İstehlak gəliri tələb əyrisi, istehsalçı gəliri isə təklif əyrisi ilə sıx bağlıdır. Buna 

əmin olmaq üçün öz misalımızın müzakirəsini davam etdirək. 

İlk  əvvəl  biz  dörd  rəngsazın  xərcləri  haqqında    məlumatlardan  istifadə 

edərək,  evin rənglənməsi  üçün xidmətlərin təklif cədvəlini tərtib edək. cədvəl 

7.4  cədvəl  7.3-də  verilən  xərclər  haqqında  məlumatların  əsasında  qurulmuş, 

təklif cədvəli təqdim edilmişdir. 

 



Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə