DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə61/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   281

Н. Грегори Менкйу 

 

 



140 

-vergi yükü alıcı və satıcıları bir-birindən uzaqlaşdırır.Yeni tarazlıq şərai-

tində  alıcılar  əldə  etdikləri  mallara  görə  daha  böyük  məbləğdə  pul  ödəyirlər, 

satıcılar isə daha az qazanc əldə edirlər. 

 

Satıcılardan alınan vergi və bazarın fəaliyyətinin nəticələri 

İndi  gəlin  təchizatçıdan  alınan  vergini  müzakirə  edək.  Fərz  edək  ki  yerli 

orqanlar  satılan  hər  1  pay  dondurma  üçün  0.50$  vergi  təyin  edir.  Verginin 

qoyulmasının nəticəsi necə olacaq? 

Bu  zaman  vergi  ilk  növbədə  dondurmanın  təklifinə  təsir  göstərəcək. 

Mümkün olan hər bir qiymətdə ona olan tələbin həcmi və həmçinin tələbi gös-

tərən  əyrinin  vəziyyəti  dəyişməz  qalır.  Satıcılardan  alınan  vergi  dondurmanın 

satışının xərclərini  artırır, bu da mümkün olan qiymətdə  malın təklifinin  azal-

masına  aparır  və  təklifi  göstərən  əyri  sola  hərəkət  edir  (və  müvafiq  olaraq, 

yuxarı). 

Biz  əyrinin  vəziyyətini  daha  dəqiq  təyin  etmək  imkanına  malikik.  Don-

durmanın  hər  bir  bazar  qiymətində  onun  səmərəli  olan  qiyməti  vergini  ödə-

dikdən  sonra  təchizatçıların  əldə  etdikləri  puldur.Vergi  qoyulmamışdan  əvvəl 

0.50$ az. Məsələn, əgər 1 pay dondurmanın bazar qiyməti 2$-sa, firmalar üçün 

malın  səmərəli  qiyməti  1.50$-dir.  Bazar  qiyməti  nə  olursa  olsun,  satıcılar 

dondurmanı  elə  satacaqlar  ki,  guya  onun  qiyməti  əslində  olduğundan  0.50$ 

azdır.  İstehsalçıların  malı  istənilən  miqdarda  tədarük  etmələri  üçün  bazar 

qiyməti  (vergini  kompensasiya  etmək  üçün)  0.50$  artıq  olmalıdır.  Beləliklə, 

(şək.6.7) təklifi göstərən əyri S

1

 vəziyyətindən S



2

 vəziyyətinə verginin miqdarı 

qədər (0.50$) yuxarı hərəkət edir. 

 

 



 

 

 



 

 

 



ġəkil 6.7 

 

 

 

 

 



 

 

 



ġəkil 6.7. Satıcılara qoyulan vergi 

Bazar  ilkin  tarazlıq  vəziyyətindən  yenisi  ilə  əvəz  olunduqda,  don-

durmanın  tarazlı  qiyməti  3$-dan  3.30$-a  qədər  artır.  Dondurmanın  tarazlı 

Верэи ($ 0,50) 

S

1

 



Верэи  иля олан таразлыг  

Сатыъылар

 цчцн 

верэи


 

Тяляб  


D

1

 



100 

90 


Дондурманын мигдары  

1 пай 

дондурма


-нун 

гиймяти, $  

 

3,30 


 

3,00 


 

2,80 


Алыжынын юдядийи 

гиймят 


Верэисиз гиймят 

Сатыжынын ялд етдийи 

гиймят 

S



Верэи  

олмадыгда 

олан 

таразлыг 




Економиксин принсипляри 

 

141 



həcmi  isə  100  paydan  90  paya  qədər  azalır.  Verginin  qoyulması  yenə  də 

dondurma bazarının həcminin azalmasına gətirib çıxarır. Həm alıcılar,

 

həm də 


satıcılar  verginin  ağırlığını  (yükünü)  bölüşdürürlər.  Bazar  qiyməti  artdığına 

görə alıcılar hər paya görə 0.30$ artıq pul ödəyirlər. Satıcılar vergiyə görə artıq 

pul alırlar, ancaq dondurmanın qiyməti (vergi ödədikdən sonra) 3$-dan 2.80$-a 

qədər azalır. 

Şəkil 6.6 və 6.7-nin müqayisəsi zamanı biz qəribə bir nəticəni əldə edirik: 

vergilər alıcı və satıcılar üçün eynidir. Hər iki halda vergi alıcıların ödədikləri 

və satıcıların əldə etdikləri qiymətin fərqidir. Alıcıların ödədikləri və satıcıların 

aldıqları  qiymət  üçün  verginin  qədəri,  kimdən  alınmasından  asılı  olmayaraq, 

eynidir. Bütün hallarda vergi tələb və təklifin əyrilərinin vəziyyətini dəyişir və 

yeni  tarazlıqda  verginin  yükünü  həm  istehlakçılar,  həm  də  istehsalçılar 

bölüşdürürlər.  Alıcı  və  satıcı  üçün  verginin  fərqi  ondadır  ki,  pulu  dövlətə 

onlardan hansı ödəyir.     

Bu  2  verginin  hər  mağazada  0.50$  qədərindəki  vergini  xüsusi  qablarda 

toplamaqla  daha  asanlıqla  başa  düşə  bilərik.  Dövlət  alıcılara  vergi  qoyarkən, 

onlar hər dəfə 1 pay dondurma alarkən, 0.50$-ı o qablara qoymalıdırlar. Əgər 

dövlət  vergini  istehsalçılara  qoyarsa,  dondurmanın  qablara  doldurulmasını 

satıcı öz üzərinə götürür. Bu 0.50$-ın istər birbaşa, istərsə də dolayı yolla alıcı 

tərəfindən  ödənilməsinin  fərqi  yoxdur.  Bazarda  yeni  tarazlıq  vəziyyəti 

yaranana  kimi  alıcılar  və  satıcılar  verginin  alınma  üsulundan  asılı  olmayaraq, 

onun yükünü bərabər daşıyırlar. 

 

Praktikum 

Amerika  Konqresi  əmək  haqqının  vergi  yükünü  ədalətli    bölüĢdürmək 

iqtidarındadırmı? 

Maaş alarkən yəqin ki, hiss etmisiniz ki, çıxılan vergiyə görə sizin əlinizə 

aldığınız məbləğ azdır. İşləyən amerikalının ödədiyi vergilərdən biri də FİCA-

dır (Federal Sığorta  ödəniĢ Aktı). Federal hökümət FİCA vergisindən alınan 

gəliri  yaşlı amerikalılara göstərilən tibbi  xidmətlər proqramına, tibbi  və  sosial 

sığortanın  maliyyələşməsinə  xərcləyir.  FİCA  əmək  haqqından  tutulan  vergi 

növündən  biridir.  1995-ci  ildə  FİCA-nın  1  fəhlənin  hesablanmış  əmək 

haqqından tutulan məbləği 15.3% təşkil edirdi. 

Sizin  fikrinizcə,  əmək  haqqına  qoyulan  verginin  yükünü  kim  daşıyır: 

firmalar  və  ya  işçilər?  ABŞ  Konqresi    müvafiq  qanun  qəbul  edərkən,  vergi 

yükünü  bərabər  bölüşdürməyə  çalışır.  Qanuna  görə,  FİCA  vergisinin  yarısı 

firmanın  gəlirindən,  digər  yarısı  isə  işçilərin  əmək  haqqından  tutulur.  Əmək 

haqqından tutulan məbləğ  kompaniyanın işçisinin şəxsi töhfəsidir.   

Bizim  vergiqoyma  üzrə  apardığımız  analizlər  göstərir  ki,  qanunvericilər 

çətin ki, vergi yükünü bərabər bölüşdürə bilirlər. Bu tezisi aydınlaşdırmaq üçün 

gəlin,  əmək  haqqından  tutulan  vergiyə  əmtəəyə  qoyulan  vergi  nöqteyi-




Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə