DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə57/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   281

Економиксин принсипляри 

 

129 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

ġəkil 6.2 (a,b) 

 

Nəticədə,  benzinin  qiymətinin  tənzimlənməsi  ləğv  olundu.  Qanun-



vericilər  anladılar  ki,  amerikalıların  benzindoldurma  məntəqələrində  saatlarla 

növbədə  dayanmalarına  görə  şəxsi  məsuliyyət  daşıyırlar.  Əgər  bu  gun  xam 

neftin  qiyməti  dəyişərsə,  tələb  və  təklifin  tarazlaşmasına  uyğun  olaraq, 

benzinin qiyməti dəyişəcəkdir. 

 

Praktikum  

Müxtəlif mövsümlərdə renta üzərində nəzarət 

Qiymətin  yüksək  həddinin  təyin  olunmasında  ən  çox  yayılmış  nümunə    renta 

üzərində  nəzarətdir.  Bir  çox  Amerika  şəhərlərində  yerli  inzibati  orqanlar  ev 

sahiblərin kirayənişinlərdən almasına hüquq verən rentanın ən  yüksək həddini 

təyin  edirlər.  Belə  siyasətin  məqsədi  əhalinin  kasıb  təbəqəsinə  kömək  edərək, 

onu  mənzil  ilə  təmin  etməkdir.  İqtisadçılar  renta  üzərində  nəzarəti  tənqid 

edərək təsdiq edirlər ki, bu, sosial yardımın ən səmərəsiz metodlarından biridir. 

Tədqiqatçıların birinin söylədiyi kimi, renta üzərində nəzarət bombardmandan 

sonra şəhərin dağıdılmasının ən effektiv üsuludur. 

Renta üzərində nəzarətin nəticəsi əhali üçün çox da aydın deyil. Belə ki, o 

―uzun  müddəti  əhatə  edir‖.  Qısamüddətli  dövrdə  ev  sahibləri  qazanc  əldə 

etmək  üsün,  müəyyən  sayda  mənzillərini  kirayəyə  verirlər.  Bazar  şəraiti 

dəyişdikdə.  onlar  tez  bir  zamanda  təklifi  artırmaq  və  ya  azaltmaq  imkanına 

malik deyillər.Bundan başqa, qısa müddətli dövrün arenda haqqının dəyişməsi 

zamanı  şəhərdə  mənzilə  ehtiyacı  olan  insanların  sayı  yəqin  ki,  sabit  olacaq. 



Н. Грегори Менкйу 

 

 



130 

Belə ki, kirayənişinlərə müqavilələrdə düzəlişlər etmək üçün vaxt lazım olacaq. 

Beləliklə, mənzilə olan  qısamüddətli tələb və təklif nisbətən qeyri-elastikdir. 

Şəkil  6.3-dəki  qrafikdə  mənzil  bazarında  renta  üzərində  nəzarətin  qısa-

müddətli  təsiri  göstərilir. Hər hansı  bir  yüksək qiymət  həddi  təyin olunduqda, 

renta  üzərində  nəzarət  defisitin  yaranmasına  səbəb  olur.  Qısamüddətli  dövrdə 

tələb  və  təklif  elastik  olmadığına  görə,  ilk  dövrlərdəki  rentanın  nəzarət 

olunması  ilə  yaranan  çatışmazlıq  cuzidir.  Qısamüddətli  dövrdə  renta  üzərində 

nəzarətin əsas nəticəsi – daşınmaz əmlak sahiblərinin gəlirinin azalmasıdır. 

(a) 


 

    


 

 

 



 

 

 



 

 

 



 

 

(b) 



 

 

   



 

 

 



 

 

 



 

 

 



 

Tяlяb 


Defisit 

   Tяklif 

Renta  

Rentanыn nяzarяt 



olunan sяviyyяsi 

Mяnzillяrin miqdarы 

Tяlяb 


 

Defisit 


Tяklif 

Renta 


Rentanыn nяzarяt olunan 

sяviyyяsi 

    Mяnzillяrin miqdarы 




Економиксин принсипляри 

 

131 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

ġəkil 6.3 (a,b) 

 

Lakin uzunmüddətli dövrdə vəziyyət dəyişir. Belə ki, zaman keçdikcə alı-



cıların və satıcıların reaksiyaları daha qabarıq şəkildə ifadə olunur. Təklifə görə 

sahibkarlar  gəlirin  azalmasına    cavab  olaraq,  yeni  mənzillərin  tikintisinə 

qoyulan  investisiyaları  azaldırlar,  mövcud  mənzillərin  də  vəziyyəti  müəyyən 

müddətdən sonra pisləşir. Tələbə görə ödənişlərin azalması insanlarda özlərinə 

mənzil  axtarmağa  həvəs  yaradır  (onlar  valideynləri  ilə  yaşamaq,  mənzili  yol-

daşları  ilə  bölüşdürmək  istəmirlər)  və  köçkünlərin  axınını  stimullaşdırırlar. 

Buradan  belə  aydın  olur  ki,  uzunmüddətli  dövrdə  mənzilə  olan  tələb  və  təklif 

daha elastikdir. 

Uzunmüddətli dövrdə mənzil bazarında vəziyyətin qrafiki (b) şəkil 6.3-də 

göstərilib.  Renta  üzərində  nəzarət  onun  ölçüsünü  tarazlaşdırıcı  qiymətdən  də 

aşağı  salır,  təklif  olunan  mənzillərə  olan  təklif  əhəmiyyətli  dərəcədə  azalır, 

onlara  olan  tələb  isə  hiss  olunacaq  dərəcədə  artır.  Nəticədə,  kəskin  mənzil 

çatışmazlığı yaranır. 

Alınan renta üzərində nəzarəti həyata keçirən şəhərlərdə mənzil sahibləri 

mənzillərin  paylanmasında  müxtəlif  mexanizmlərdən  istifadə  edirlər.  Bəzi  sa-

hibkarlar  növbədə  duranların  siyahısını  tuturlar.  Digərləri  uşağı  olmayan 

kirayənişinlərə  üstünlük  verirlər.  Dərisinin  rənginə  görə  də  ayrı  seçkiliyə  yol 

verilir. Bəzən mənzilləri evlərin müdirləri əlavə haqq/ rüşvət verənlər arasında 

paylayırlar.  Bu  zaman  verilən  rüşvət  mənzilin  ümumi  dəyərini  onun  real 

qiyməti səviyyəsinə qaldırır. 

Gəlin,  ―Ekonomiksin  10  əsasları‖ndan  birini  yada  salaq  (fəsil1):  İnsan 

stimullara reaksiya verir. Müasir bazarlarda sahibkarlar binanı səliqəli saxlayır, 

onların  təhlükəsizliyini  təmin  edirlər,  belə  ki,  daha  çox  ehtiyac  duyulan 

mənzillər  üçün  yüksək  qiymət  müəyyən  etmək  olar.  Əksinə,  renta  üzərində 




Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə