DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə55/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   281

Н. Грегори Менкйу 

 

 



124 

Fəsil 6 

TƏKLĠF, TƏLƏB VƏ HÖKUMƏTĠN  

SĠYASƏTĠ 

 

 

 

 

 

İqtisadçılar daim 2  rol oynamağa məcburdurlar:  elm adamları kimi  onlar bizi 

əhatə  edən  dünyanı  izah  edən  nəzəriyyəni  tərtib  edir  və  onları  isbat  etməyə 

çalışırlar;  siyasətçi  kimi  isə  nəzəri  konsepsiyalara  əsaslanaraq  dünyanı  yaxşı-

lığa  doğru  dəyişməyə  çalışırlar.  Son  2  fəsildə  biz  bu  məsələyə  tədqiqatçı 

nöqteyi-nəzərindən yanaşırıq. Biz gördük ki, tələb və təklif əmtəənin qiymətini 

və kəmiyyətini təyin edir. Tələb və təklifin necə təsir göstərdiyini, eyni zaman-

da,  malın  qiymətinin  və  həcminin  tarazlığına  müxtəlif  hadisələrin  də  təsirini 

təhlil etdik. 

Bu  fəsildə  biz  diqqətimizi  siyasətə  yönəldəcəyik  və  yalnız  tələb  və 

təklifin  qanunauyğunluqlarından  istifadə  edərək,  dövlətin  iqtisadi  siyasətini 

təhlil  edəcəyik.  Əvvəlcədən  xəbərdarlıq  edirik:  bu  analiz  bizə  bəzi  sürprizlər 

təqdim edəcək. çünki, heç də həmişə dövlət əvvəlcədən öz iqtisadi siyasətinin 

gözlənilməz və arzuedilməz nəticələrini görə bilmir. 

Biz  birbaşa  qiymətlərə  nəzarətin  təyin  olunmasına  yönələn  siyasətdən 

başlayırıq.  Məsələn,  ABŞ-da  ―Renta  üzərində  nəzarət‖  haqqında  qanun  ev 

sahiblərinin  kirayəşinlərdən  alınan  kirayə  haqqının  maksimal  həddini  təyin 

edir.  ―Minimum  əmək  haqqı‖  haqqında    qanun  isə  işçilərin  aldıqları  əmək 

haqqının  ən  aşağı  həddini  təyin  edir.  Adətən  hökümət  qiymətlər  üzərində 

nəzarəti  o  vaxt  təyin  edir  ki,  siyasətçilərin  fikrincə,  əmtəənin  və  ya  xidmətin 

bazar  qiyməti  satıcı  və  ya  alıcı  üçün  ədalətsiz  olur.  Bundan  başqa,  biz 

görəcəyik ki, bu ədalətsizliyə səbəb də elə dövlətin siyasətidir. 

Sonra biz vergilərin iqtisadi rolunu araşdıracağıq. Siyasətçilər vergilərdən 

ona  görə  istifadə  edirlər  ki,  ictimai  məqsədlərə  çatmaq  üçün  lazım  olan 

resursları artırsınlar və fəaliyyət göstərən bazarın nəticələrinə təsir göstərsinlər. 

İqtisadiyyatda vergilərin rolu  şübhəsizdir, lakin istehsalçılara və istehlakçılara 

vergiqoyulmanın  təsiri  daim  diskussiyaların  predmetidir.  Əmək  haqqı  vergisi-

nin əsas yükü kimin üzərindədir – firmanın, yoxsa işçinin? Buna cavab vermək 

heç  də  asan  deyil.  Tələb  və  təklifin  təhlil  vasitələrinə  müraciət  etmədən,  bu 

suala cavab vermək heç də asan deyildir. 

 



Економиксин принсипляри 

 

125 



Qiymətlər üzərində nəzarət 

 Gəlin,  bir  daha  dondurma  bazarına  müraciət  edək.  IV  fəsildə  gördüyümüz 

kimi, dövlət tərəfindən tənzimlənməyən bazarda dondurmanın qiyməti müxtəlif 

amillərın  təsiri  altında  dəyişərək,  tələb  və  təklifi  tənzimləyir:  alıcıların  almaq 

istədikləri  qiymətə  uyğun  olaraq,  dondurmanın  tarazlı  qiyməti  satıcıların  bir 

pay  dondurma  üçün  təklif  etdiyi  qiymətə  tam  uyğundur.  Modeli  

konkretləşdirərək təsəvvür edək ki, 1 pay dondurmanın tarazlı qiyməti 3$-dır. 

Azad  bazarın  fəaliyyətinin  nəticələri  heç  də  onun  bütün  iştirakçılarını 

fərəhləndirmir. Belə ki, Amerika İstehlakçıları Assosiasiyası belə hesab edir ki, 

3$ çox yüksək qiymətdir və heç də hər bir kəsə gündə 1 dəfə  dondurma yemə-

yə imkan vermir (onlar tərəfindən tövsiyə olunan norma). Eyni zamanda, Milli 

Dondurma  İstehsalçıları    şikayətlənirlər ki,  3$  -  rəqabət  nəticəsində təyin  olu-

nan qiymət, firmaların gəlirini məhdudlaşdırır. Bu qruplardan hər biri öz nüfu-

zundan istifadə edərək, dövlətə təsir göstərməyə çalışırlar. Onların fikrincə, o, 

(dövlət)  qiymətlərə  birbaşa  nəzarət  etməklə,  bazar  fəaliyyətinin  nəticələrini 

dəyişdirməlidir. 

Əlbəttə, həmişə istənilən malı alan alıcı az pul ödəmək, satıcı isə əksinə, 

çox qazanmaq istəyir. 2 qrupun maraqları bir-biri ilə ziddiyyət təşkil edir. Əgər 

dondurma  istehlakçıları  siyasətçiləri  istehlakçıların  maraqlarına  uyğun  qanun 

qəbul  etməyə  məcbur  etsələr, hökümət qiymətin  maksimum  həddini müəyyən 

qiymət təyin edir ki, qiymətin ―yüksək həddi‖ ilə dondurma satılır. 

          Əgər  dondurma  istehsalçıları  müvəffəqiyyət  qazansalar,  dövlət  rəsmi 

minimal qiyməti təyin edir ki, bu da qiymətin ən aşağı minimal həddi adlanır. 

Gəlin, qəbul ediləcək hər bir qərarın nəticələrini nəzərdən keçirək. 

 

Qiymətin yuxarı həddinin bazarın fəaliyyətinə təsiri 

Əgər  hökumət  dondurma  istehlakçılarının  şikayətinə  əsasən,  ən  yüksək 

(maksimal) qiyməti təyin edirsə, onun bazara təsiri bazar və  dövlət  tərəfindən 

qoyulmuş  qiymətlərin  nisbətindən  asılıdır.  Əgər  hökümət  qiymətin  maksimal 

həddini  4$  təyin  edərsə,  (tələb  və  təklifi  tarazlaşdıran  3$-dan  yuxarı  qiymət) 

bazarda  şəkil  6.1-dəki  (a)  qrafikində  göstərilən  vəziyyət  yaranır.  Belə  halda, 

qiymətin yuxarı həddi əlaqəsiz qiymət adlanır. Bazar qüvvələri təbii ki, iqtisa-

diyyatı  tarazlığa  doğru  yönəldir,  təyin  olunan  maksimal  qiymət  bu  halda 

mühüm təsir göstərmir. 

         

 

 

 



                                                                                                                                       

 (a) Əlaqəsiz yuxarı hədd qiyməti 




Н. Грегори Менкйу 

 

 



126 

           

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

b) Əlaqəli yuxarı hədd qiyməti 



 

 

 



 

 

 



 

 

 



                    Şəkil 6.1(a, 

 

 



 

 

 



 

 

ġəkil 6.1.  Bazarda qiymətin yüksək həddinin  quulması 

 

         Şəkil  6.1-də  verilən  (b)  qrafiki  isə  daha  maraqlı  variantı  göstərir.Bu 



halda,  dövlət  1  pay  dondurma  üçün  yuxarı  hədd  qiyməti  2$  təyin 

Qiymяtin 

aшaьы hяddi 

         Tяklif 

1 pay dondurmanыn 

qiymяti, $ 



Tarazlы qiymяt 



100 


tarazlы miqdar 

Dondurma payыnыn  

          miqdarы 

 Tяlяb 


Qiymяtin 

yuxarы hяddi 

   

Tяklif 


1 pay 

dondurmanыn 

qiymяti, $ 

Tarazlы qiymяt 



125 


Tяlяbin 

hяcmi 


Dondurmanыn 

miqdarы 


Tяlяb 

Dеfisit 


75 


Tяklifin hяcmi 

 



Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə