DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə52/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   281

Н. Грегори Менкйу 

 

 



118 

Ola  bilər  ki,  bu  misalı  siz  fərziyyə  kimi  qəbul  edəsiniz,  lakin  bu,  XX 

əsrdə  Amerika  iqtisadiyyatında  baş  verən  əsas  dəyişiklikləri  izah  etməyə  kö-

mək edir. İyirmi il bundan öncə əksər amerikalılar fermalarda yaşayırdı. Kənd 

təsərrüfatının  inkişafı  metodları  haqqında  elmi  biliklər  aşağı  səviyyədə  oldu-

ğundan, əksər amerikalılar özlərini və vətəndaşlarını qida məhsulları ilə təmin 

etmək  üçün  torpaqda  çalışmışlar.  Sonralar  kənd  təsərrüfatı  istehsalının  texno-

logiyasının  təkmilləşdirilməsi  hər  bir  fermer  tərəfindən  istehsal  olunan  məh-

sulun  həcminin  artmasına  səbəb  oldu.  Qida  məhsullarının  təklifinin  artması 

onlara  olan  qeyri-elastik  tələblə  birlikdə  fermerlərin  gəlirlərinin  azalmasına 

gətirib  çıxardı.  Bu  da  öz  növbəsində,  aqrar  sahədə  çalışanları  şəhərlərə  köç-

məyə vadar etdi. 

Bu  proses  aşağıdakı  statistik  məlumatlarla  əyani  təsvir  oluna  bilər. 

1950-ci  ildə  ABŞ-da  fermerlərin  sayı  10  mln.  nəfər  və  ya  əmək  qabiliyyətli 

ölkə  əhalisinin  17%-ni  təşkil  edirdi.  1993-cü  ildə  aqrar  sahədə  çalışanlar  3 

milyona  qədər  ixtisar  olundu  (əmək  qabiliyyətli  əhalinin  2%-i).  Mövcud 

dəyişiklik  kənd  təsərrüfatında  əmək  məhsuldarlığının  əhəmiyyətli  artımı  ilə 

əlaqədardır:  fermerlərin  sayının  70%  azalmasına  baxmayaraq,  1998-ci  ildə 

taxıl və ət istehsalı 1950-ci ilin səviyyəsindən 2 dəfə yüksək olmuşdur.  

Kənd  təsərrüfatı  məhsulları  bazarının  təhlili  dövlət  siyasətinin  zahiri 

təzahürünü izah etməyə imkan verir: fermerlərə kömək üçün nəzərdə tutulmuş 

kənd  təsərrüfatı  proqramları  istehsalda  istifadə  olunan  torpaqların  ixtisar 

edilməsini stimullaşdırır. Bu nə üçün baş verir? Bu cür proqramların məqsədi 

kənd  təsərrüfatı  məhsullarının  təklifini  azaltmaqdan  və  beləliklə,  onun 

qiymətini qaldırmaqdan ibarətdir. Məhsullara olan tələb qeyri-elastik olduğun-

dan, fermerlər bazara az taxıl təklif etməklə, satışdan ümumi gəlir əldə edirlər. 

Müstəqil olaraq hər bir fermer bazar qiymətini olduğu kimi qəbul etdiyindən, 

öz  sahəsini  əkilməmiş  qoymağa  razı  olmaz.  Ancaq  bütün  fermerlər  məhsul 

təklifini azaltsalar, onların hər birinin həyat səviyyəsi yüksələrdi.  

Kənd  təsərrüfatı  texnologiyasının  tətbiqini  və  ya  aqrar  siyasətin 

nəticələrini  təhlil  edərkən  yadda  saxlamaq  lazımdır  ki,  fermerlər  üçün  nə 

yaxşıdırsa,  bütövlükdə  cəmiyyət  üçün  də  onun  yaxşı  olması  vacib  deyil. 

Əməyə  olan  tələb  fasiləsiz  olaraq  azaldığından,  yeni  texnologiyanın  tətbiqi 

fermerlərə mənfi təsir göstərir, lakin qida məhsullarına xərcləri azaltdığı üçün 

şübhəsiz  ki,  əhali  üçün  xeyirlidir.  Analoci  olaraq,  kənd  təsərrüfatı 

məhsullarının  təklifinin  azaldılmasına  yönəldilmiş  siyasət  istehlakçıların 

hesabına fermerlərin gəlirlərini artırmağa imkan verir. 

 

Nə  üçün  OPEK  neftin  qiymətini  yüksək  səviyyədə  saxlamağa 



müyəssər olmadı? 

Son  bir  neçə  on  ildə  dünya  iqtisadiyyatının  ən  həyəcanlı  hadisələri  yəqin  ki, 

neft  bazarında  baş  vermişdir.  1970-ci  ildə  neft  ixrac  edən  ölkələrin  təşkilatı 



Економиксин принсипляри 

 

119 



(OPEK) neftin dünya qiymətini qaldırmaq haqqında qərar qəbul etdilər. Bu da 

istehsalçı 

dövlətlərin  gəlirlərini  kəskin  artırdı.  Neftin  qiymətinin 

qaldırılmasının əsas üsulu neftçıxaran ölkələrin əlaqələndirilmiş şəkildə satışa 

çıxarılan  neftin  miqdarını  məhdudlaşdırılması  olmuşdur.  1973-cü  ildən  1974-

cü ilə qədər olan müddətdə neftin qiyməti  (inflyasiya hesaba alınmaqla təshih 

olunmuş) 50%-dən çox artmışdır. Bir neçə ildən sonra OPEK bu üsulu yenidən 

təkrar etmişdir: 1979-cu ildə neftin qiyməti 14%, 1980-cı ildə 34% və 1981-ci 

ildə  isə  34%  artmışdır,  ancaq  OPEK  ölkələri  gördülər  ki,  neftin  qiymətini 

yüksək həddə saxlamaq onu qaldırmaqdan daha çətindir. 1982-1985-ci illərdə 

neftin  qiyməti  ildə  10%  azaldı.  Bir  vaxtlar  sıraları  sıx  olan  OPEK  üzvləri 

arasında inamsızlıq yarandı. 1986-cı ildə onların birgə fəaliyyətlərini əlaqələn-

dirmək mümkün olmadı və neftin qiyməti 45% aşağı düşdü, 1990-cı ildə neftin 

qiyməti  (inflyasiyanın  ümumi  səviyyəsi  nəzərə  alınmaqla  təshih  olunmuş) 

1970-ci ilin səviyyəsinə qayıtdı və 1990-cı illər ərzində qorunub saxlanıldı.  

Bu,  qısa  və  uzunmüddətli  dövrdə  tələb  və  təklifin  dinamikasını  əyani 

təsvir etmək üçün yaxşı misaldır. Qısamüddətli dövrdə neftə olan tələb və təklif 

nisbətən qeyri-elastikdir. Təklif ona görə qeyri-elastikdir ki, kəşf olunmuş neft 

ehtiyatlarının  miqdarını  və  onun  hasil  güclərini  sürətlə  dəyişmək  mümkün 

olmur.  Tələb  isə  ona  görə  qeyri-elastikdir  ki,  neftin  qiymətinin  dəyişməsinə 

istehlakçıların  reaksiyası  zəif  olur.  Məsələn,  çoxlu  benzin  işlədən  köhnə 

avtomobillərin  əksər  sürücüləri  sadəcə  olaraq,  yanacağa  görə  daha  çox  pul 

ödəyəcəklər.  Beləliklə,  5.9.  şəklinin  (a)  qrafikinin  göstərdiyi  kimi, 

qısamüddətli dövrdə tələb və təklif əyrisi kifayət qədər dikdir. Neftin təklifinin 

S

1

-dən  S



2

-yə  qədər  dəyişməsi  qiymətin  P

1

-dən  P


2

-yə  qədər  əhəmiyyətli 

dərəcədə artmasına gətirib çıxarır.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

1. Тяляб вя тяклифин гейри-еластик олдуьу 

гыса мцддят ярзиндя тяклифин 

дяйишмяси…  

Нефтин 

гиймяти 


Тяляб  

П

2



 

 

П



1

 

 



2. …гиймятин 

ящямиййятли дяряжядя   

артмасына эятириб 

чыхарар 


 

Нефтин мигдары 



 

а) 


С

2

 



 

С

1



 

 

1. Тяляб вя тяклиф еластик олдуьу узун 



мцддят ярзиндя тяклифин дяйишмяси…  

Нефтин 


гиймятии 

Тяляб  


П

2

 



 

П

1



 

 

2. …гиймятин жцзи 



артмасына эятириб 

чыхарыр  

б)

 

С



2

 

 



С

1

 



 


Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə