DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə51/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   281

Економиксин принсипляри 

 

115 



üçün əmtəənin qiyməti əhəmiyyətli dərəcədə artmalıdır, buna görə də təklif az 

elastik olur. 

Şəkil 5.7.-yə nəzər salaq. Əmtəənin qiyməti 3 dollardan 4 dollara qalx-

dıqda (29%, orta nöqtə üsulundan istifadənin nəticəsinə uyğun olaraq) təklifin 

həcmi  100  vahiddən  200  vahidə  (artım  67%  təşkil  edir)  qədər  artır.  Əmtəə 

təklifinin həcmi onun qiymətinə nisbətən daha yüksək tənasübdə artır; qiymətə 

görə  təklif  əyrisinin  elastikliyi  1-dən  çox  olur.  Əksinə,  əmtəənin  qiyməti  12 

dollardan  15  dollara  qalxdıqda  (+22%),  təklifin  həcmi  500-dən  525  vahidə 

(+5%) qədər  yüksəlir.  Bu halda, təklifin həcmi qiymətə nisbətən az tənasübdə 

artır, buna görə də elastiklik vahiddən aşağı olur. 

 

 

 



 

 

 



 

 

 



 

 

 

 



 

 

 

 

ġəkil 5.7. Qiymətə görə təklif əyrisinin elastikliyinin  

mümkün dəyiĢikliyi 

 

Şirkətlər  istehsal  güclərini  maksimum  yüklənməyə  cəhd  etdiklərindən, 

təklifin  həcmi  cüzi  olduqda  onun  elastikliyi  çox  yüksək,  əksinə,  təklifin 

həcmi  çox  olduqda  isə  onun  elastikliyi  az  ola  bilər.  Bizim  misalda 

qiymətin 3 dollardan 4 dollara yüksəlməsi təklifin həcminin 100-dən 200 

vahidə  artmasını  göstərir.  Belə  ki,  təklifin  həcminin  artımı  100%  təşkil 

edir, qiymət isə 33% artmışdır. Bu arada təklif əyrisi elastikdir. Əksinə, 

qiymət  12  dollardan  15  dollara  yüksəldikdə,  təklifin  həcmi  ancaq  500-

dən 525-ə qədər artır. Təklifin həcmi 5%, qiymət isə 25% artmışdır. Bu 

hissədə təklif əyrisi qeyri-elastik olacaqdır. 

Еластиклик бюйцк 

( 1-дян  чохдур ) 

Еластиклик кичикдир 

(1-дян аздыр) 

Гиймят 


 

 



15 

 

 



12 

 

 



 

 

 



 

 



0                          100                                   200                                                        500     525   Мигдар  




Н. Грегори Менкйу 

 

 



116 

 

 

Tələb anlayıĢı və elastikliyin praktiki tətbiqinə dair üç misal 

Taxılın  məhsuldarlığının  yüksəlməsi  haqqında  xəbər  fermerlərdə  həyəcan 

yarada bilərmi? Nə üçün neft ixrac edən ölkələrin təşkilatları (OPEK) çıxarılan 

xam neftin qiymətini yüksək səviyyədə saxlaya bilmədilər? Narkotiklərə qoyu-

lan  qadağalar  bu  əsasda  törədilən  cinayətkarlığı  artırır  və  ya  azaldır?  Sizə  elə 

gələ bilər ki, bu sualların heç bir ümumi əlaqəsi yoxdur. Lakin bunların hər biri 

tələb  və  təklifin  qarşılıqlı  fəaliyyət  göstərdiyi  bazarlara  aiddir.  Bu  suallara 

cavab vermək üçün biz tələb, təklif və elastikliyin çevik vasitələrindən istifadə 

edirik. 

 

Məhsuldarlığın  yüksəlməsi  haqqında  xəbər  fermerlərdə 



həyəcan yarada bilərmi?  

Bunun üçün fəslin əvvəlində qoyulan məsələyə qayıdaq. Taxıl becərilməsi üzrə 

ixtisaslaşdırılmış fermerlərə və taxıl bazarına yeni yüksək məhsuldarlıqlı taxıl 

növünün  meydana  çıxması  necə  təsir  edir?  Yadınızdadırsa,  bu  cür  suallara 

cavab  tapılması  üç  addımı  birləşdirməlidir  (fəsil  IV).  Birincisi,  biz  tələb  və 

təklif əyrilərinin dəyişməsinə baxırıq. İkincisi, biz bu əyrilərin dəyişmə istiqa-

mətləri  haqqında  suala  cavab  veririk.  Üçüncüsü,  biz  bazar  tarazlığındakı 

dəyişikliyi  əyani  təsəvvür  etmək  üçün  tələb  və  təklif  qrafiklərindən  istifadə 

edirik. 

Hər şeydən əvvəl, biz belə bir nəticəyə gəlirik ki, buğdanın yeni növü 

təklif  əyrisinə  təsir  edir.  Belə  ki,  hər  hektardan  əldə  olunan  buğdanın  həcmi 

artır və fermerlər hər bir mümkün qiymətdə bazara daha çox buğda çıxarırlar. 

Başqa  sözlə,  təklif  əyrisi  sağa  doğru  yerini  dəyişir.  Bu  hadisə  istehlakçıların 

hər bir mümkün qiymətdə buğda məhsulları almaq istəyinə heç bir təsir etmə-

diyindən,  tələb  əyrisinin  vəziyyəti  dəyişmir.  Beləliklə,  təklif  əyrisi  S

1

 



vəziyyətindən S

2

 vəziyyətinə doğru hərəkət  edir, buğda satışının miqdarı 100-



dən 110-a artır, buğdanın qiyməti isə 3 dollardan 2 dollara düşür (şəkil 5.8.). 

 

 

 

 

 

 

 

 

 

 

 

 



1. Тяляб гейри-еластик олдуьундан 

тяклифин артмасы… 

Буьданын 

гиймяти,  

Тяляб  


 



 

2. … гиймятин ящямиййятли 

дяряжядя ашаьы дцшмясиля 

нятижялянир 

 

0

 



 

11

0



 

 

Буьданын 



мигдары, 

$  


 

3.  …сатышын  щяжминин  нисбятян  аз  артмасына. 

Нятижядя  сатышдан  цмуми  эялир  300  доллардан 

220 доллара дцшцр 

 

10

0



 

 

С



2

 

 



С

 




Економиксин принсипляри 

 

117 



 

ġəkil 5.8. Buğda bazarında təklifin artımı 

Yeni  texnologiyanın  tətbiq  edilməsi  ilə  buğda  təklifi  S

1

-dən  S

2

-yə  doğru 

artır,  onun  qiyməti  isə  düşür.  Belə  ki,  buğdaya  olan  tələb  qeyri-elastik 

olduğundan, satış həcminin 100-dən 110-a yüksəlməsi qiymətin 3 dollardan 2 

dollara  enməsinə  mütənasib  deyildir.  Fermerlərin  satışdan  ümumi  gəliri  300 

dollardan (3 doll.x100) 220 dollara (2 doll.x110) enir

Yeni texnologiyanın tətbiq olunması fermerlərin vəziyyətində necə əks 

olunur?  Buğdanın  qiymətinin  onun  satışının  həcminin  hasilinə  bərabər  olan 

PxQ  kimi  müəyyən  olunan  aqrarçıların  satışdan  ümumi  gəlirində  nə  baş 

verdiyinə  baxaq.  Yeni  növ  buğda  növünün  yaranması  onun  istehsalını 

artırmağa  imkan  verir  (Q  artır),  lakin  buğdanın  hər  bir  kiloqramının  qiyməti 

azalır (P azalır). 

 

 



 

Satışdan  ümumi  gəlirin  artması  və  ya  azalması  tələbin  elastikliyi  ilə 

əlaqədardır. Real həyatda buğda kimi əsas qida məhsullarına olan tələb adətən 

qeyri-elastikdir. Çünki bu əmtəələr nisbətən baha deyil və çoxlu əvəzedicilərə 

malikdirlər.  Tələb  əyrisinin  qeyri-elastikliyi  (şəkil  5.8.)  məhsulun  qiymətinin 

artmasının  satışdan  ümumi  gəlirin  azalması  ilə  nəticələndiyini  göstərir:  buğ-

danın qiyməti satılmış buğdanın miqdarına nisbətən daha çox azalır. Satışdan 

ümumi gəlir 300 dollardan 220 dollara qədər azalır. 

Əgər  yeni  texnologiyanın  tətbiqi  fermerlərin  fəaliyyətinin  iqtisadi 

göstəricilərini  pisləşdirirsə,  onda  nə  üçün  fermerlər  onu  tətbiq  edirlər?  Bu 

sualın  cavabı  rəqabətli  bazarın  fəaliyyəti  ilə  əlaqədardır.  Belə  ki,  hər  bir 

fermerə  buğda  bazarının  az  bir  hissəsi  məxsusdur,  o,  buğdanın  qiymətini 

olduğu  kimi  qəbul  edir.  Aqrarlar  belə  hesab  edirlər  ki,  məhsulun  istənilən 

qiymətində  buğdanın  yeni  növündən  istifadə  etmək  və  çox  buğda  satmaq 

sərfəlidir.  Onun  düşüncəsi  buğdanın  təklifinin  artması,  məhsulun  qiymətinin 

aşağı  düşməsi,  hər  bir  istehsalçının  həyat  səviyyəsinin  aşağı  düşməsi  kimi 

əksər fermerlərin gəldiyi nəticədən heç nə ilə fərqlənmir.  



Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə