DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə59/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   281

Економиксин принсипляри 

 

135 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

ġəkil 6.5 (a,b) 

 

İqtisadiyyatda müxtəlif peşə sahibləri üçün əmək bazarları və orada mini-



mal  əmək  haqqının  təyin  olunması  işçinin  təcrübəsi  və  ixtisasından  asılıdır: 

böyük  təcrübəyə  malik  ixtisaslı  işçilər  demək  olar  ki,  təyin  olunmuş  minimal 

əmək haqqından asılı deyillər, belə ki,onların tarazlı əmək haqqı minimumdan 

xeyli artıqdır. Belə işçilər üçün minimal əmək haqqı təyin olunmur.   

Ancaq  minimum  əmək  haqqının  təyin  olunması  yeniyetmə  əməyi 

bazarına  böyük  təsir  göstərir.  Onların  tarazlı  əmək  haqları  aşağı  həddə  olur, 

çünki  yeniyetmələr  təcrübəsi  olmayan  aşağı  ixtisaslı  işçi  kateqoriyasına 

aiddirlər. Bundan başqa, yeniyetmələr bir çox hallarda müəyyən təcrübəni əldə 

etmək  üçün  aşağı  əmək  haqqının  miqdarına  razı  olurlar.  (Bəzi  yeniyetmələr 

pulsuz  olaraq  ―praktikant‖  kimi  işləməyə  razı  olurlar)  Nəticədə,  yeniyetmələr 

üçün  əmək  haqqının  minimal  miqdarı  başqa  işçilərdən  fərqli  olaraq  təyin 

olunur. 


―Minimum  əmək  haqqı‖  haqqında  olan  qanunun  yeniyetmələrin  əmək 

bazarına,  onun  dəyişməsinin  yeniyetmələrin  məşğulluğuna  olan  təsirini 

iqtisadçılar  müqayisə  edərək  təsdiq  etmişlər.  Tədqiqatlar  göstərir  ki,  minimal 

əmək  haqqının  10%  artması  yeniyetmələrin  məşğulluğunu  1-3%  azaldır.  Nə-

zərə alın ki, minimal əmək haqqının 10% artması yeniyetmələrin əmək haqqı-

nın  çox  cuzi  miqdarda  artımına  gətirib  çıxarır  ki,  bu  da  minimal  əmək  haq-

qından bir qədər artıq maaş alan yeniyetmələrə aid deyil. Minimal əmək haqqı 

Ямяйин тяклифи 

Ямяк 

щаггы 


Минимал ямяк 

щаггы 


Тяклифин 

щяжми  

Ямяйин мигдары 



Ямяйя 

олан тяляб 

Тялябин 

щяжми  


Ишсизлик 


Н. Грегори Менкйу 

 

 



136 

haqqında  qanunun  yerinə  yetirilməsinə  nəzarət  mükəmməl  olmadığına  görə, 

yeniyetmələrin məşğulluğunun 1-3% azalması olduqca mühüm bir məsələdir. 

Minimal əmək haqqının təyin olunması nəinki əməyin tələbinin həcminə, 

həm  də  onun  təklifinin  həcminə  təsir  göstərir.  Minimal  əmək  haqqının 

reqlamentləşdirilməsi yeniyetmələrin alacaqları əmək haqqının artmasına səbəb 

olur  ki.  bunun  nəticəsində  iş  axtaran  yeniyetmələrin  sayı  artır.  Tədqiqatlar 

göstərdi  ki,  minimal  əmək  haqqının  səviyyəsinin  artması  işləyən  gənclərin 

strukturunda  dəyişikliyə  aparır:  bəzi  şagirdlər  tədrisi  atır,  işsizlər  sırasına 

qatılaraq, iş axtarmağa başlayırlar. 

Minimal  əmək  haqqının  təyin  olunmasında  yaranan  problemlər  siyasi 

diskussiyaların  populyar  mövzusudur.  Bu  qanunun  tərəfdarları  bu  siyasətə 

əhalinin  kasıb  təbəqəsinin  nümayəndələrinin  gəlirlərinin  artmasının  bir  üsulu 

kimi baxırlar. Onlar qeyd edirlər ki, onların aldığı minimal əmək haqqı onlara 

ancaq  yetir.Məsələn,  1999-cu  ildə  ABŞ-da  minimal  əmək  haqqı  1  saat    üçün 

5.15$  olduğundan,  həftədə  40  saat  işləyən  2  adamın  aldığı  illik  əmək  haqqı 

21424$-dır. Bu da orta səviyyəli amerikalı ailənin gəlirinin yarıdan azını təşkil 

edir.  Minimal  əmək  haqqının  təyin  olunmasını  tələb  edənlər  bu  siyasətin, 

işsizlik  də  əlavə  olunmaqla,  mənfi  cəhətlərinin  olması  ilə  razılaşırlar.  Lakin 

onların  təsirinin  cüzi  olduğunu    etiraf  edirlər.  Onlar  əmindirlər  ki,  minimal 

əmək haqqının  yüksək olması əhalinin  kasıb təbəqəsinin  yaşayış səviyyəsinin 

artmasına imkan yaradır. 

Minimal  əmək  haqqının  əleyhdarları  iddia  edirlər  ki,  onun  təyini 

kasıbçılıq ilə mübarizədə heç də yaxşı üsul deyil. Onlar  qeyd edirlər ki, yüksək 

minimal əmək haqqı işsizliyə aparır, yeniyetmələri tədrisi atmağa məcbur edir 

və  ixtisası  olmayan  işçiyə  lazım  olan  təcrübəni  qazanmağa  imkan  yaratmır. 

―Əmək  minimumunun‖  əleyhdarları  deyirlər  ki,  minimum  əmək  haqqı  alan 

işçilərin  heç  də  hamısı  ―yoxsulluq‖  səviyyəsindən  qalxmaq  istəyən  ailə 

başçıları deyillər. Minimal əmək haqqı alan bir çox işçilər – yeniyetmələr, orta 

sinfə mənsub olanlar, cib xərci qazanmaq istəyənlərdir. 

 

Qiymətlər  üzərində  nəzarətin  təyin  olunması  siyasətinin 

qiymətləndirilməsi 

Ekonomiksin  10 prinsiplərindən birində  (fəsil 1) iddia olunur ki,  bazar adətən 

iqtisadi  fəaliyyətin  təşkili  üsullarındandır.  Elə  buna  görə,  iqtisadçılar  qiy-

mətlərin aşağı və  yuxarı həddinin təyin olunmasının əleyhinə çıxırlar. Onların 

fikrincə, qiymət heç də təsadüf nəticəsində deyil, tələb və təklif əyrilərini təyin 

edən, alıcıların və şirkətlərin qəbul etdikləri milyonlarla qərarların nəticəsində 

yaranır.  Qiymətlər  tələb  və  təklifin  tarazlaşmasında  əsas  rol  oynamaqla, 

iqtisadi  fəaliyyətin  uyğunlaşmasının  effektivliyini  müəyyən  edir.  Qiymətin 

qanunvericiliklə  təyin  edilməsi  cəmiyyətin  vəsaitlərinin  bölüşdürülməsi 

siqnallarına əhəmiyyət vermir. 




Економиксин принсипляри 

 

137 



İqtisadi nəzəriyyənin 10 prinsiplərindən biri də ondan ibarətdir ki, dövlət 

bəzən  bazarın  fəaliyyətində  nəticələri  təkmilləşdirmək  (yaxşılaşdırmaq)  imka-

nına malikdir. Siyasətçilər qiymət üzərində nəzarət  yaratmağa  çalışırlar, çünki 

onlar hesab edirlər ki, bazar nəticələri ədalətsizdir. Bu nəzarət əhalinin  yoxsul 

təbəqəsinin  vəziyyətini  yaxşılaşdırmaq  üçündür.  Məsələn,  ―Renta  üzərində 

nəzarət‖  haqqında  qanun  mənzillərin  kirayələnməsinin  miqdarını  artırmağa, 

minimum  əmək  haqqının  təyini  isə  -  insanları  yoxsulluqdan  qurtarmağa 

yönəldilib. 

Lakin  çox  vaxt  qiymətlər  üzərində  nəzarətin  təyini  nəticələri  siyasət-

çilərin kömək göstərməyə çalışdıqları kəslərə əks təsir göstərir. Renta üzərində 

nəzarət  mənzilin  kirayə  haqqını  aşağı  səviyyədə  saxlayır,  amma  o,  binaları 

yaxşı  vəziyyətdə  saxlamağa  stimul  yaratmır  və  mənzil  axtarışını  çətinləşdirir. 

Minimum  əmək  haqqı  haqqında  qanun  bəzi  işçilərin  gəlirini  artırır,  lakin 

nəticədə işsizlik artır. 

Ehtiyacı  olanlara  köməklik  göstərmək  üçün  heç  də  qiymətlərə  nəzarət 

etmək lazım deyil. Dövlət kasıb ailələrə icarə haqqının müəyyən hissəsini ödə-

mək  üçün  subsidiyalar  verməklə,  mənzilin  icarəsini  mümkün  edə  bilər.  İcarə 

haqqı  üzərində  nəzarətdən  fərqli  olaraq,  renta  subsidiyaları  mənzil  təklifini 

azaltmır,  yəni  mənzil  qıtlığı  yaranmır.  Analoci  olaraq,  əmək  haqqının  sub-

sidiyası  əhalinin  yoxsul  təbəqəsindən  olan  işçilərin  həyat  tərzini  yaxşılaşdırır, 

firmaların da onların işə qəbulu zamanı rədd cavab verməyə səbəbi olmur. Belə 

subsidiyalara  aid  nümunə  -  qazanılan  gəlirə  vergi  kreditidir  ki,  bu  da  ABŞ 

dövlətinin azmaaşlı işçilərin gəlirinin artırılmasına yönəldilmiş proqramıdır. 

Subsidiya  siyasətinin  (qiymət  üzərində  nəzarətlə  müqayisədə)  daha 

effektiv olmasına baxmayaraq o da təkmil  deyil. Renta subsidiyaları və əmək 

haqqına olan subsidiyalar  üçün dövlətə  pul  lazımdır. Deməli, bu da vergilərin 

artmasını tələb edir. Lakin biz belə qənaətə gəldik ki, vergiqoyma böyük xərclə 

bağlıdır. 

 

 Vergilər  



Dövlətin  bütün  idarələri  –  ABŞ-ın  Vaşinqtondakı  federal  hökumətindən  və 

ştatlardakı  dövlət  orqanlarından  başlayıb,  kiçik  şəhərlərdəki  yerli  hakimiyyət 

orqanlarına  kimi  –  ictimaiyyət  üçün  lazımi  məqsədlər  həyata  keçirmək 

məqsədilə  lazım  olan  resursları  artırmaq  üçün  vergilərdən  istifadə  edirlər. 

Vergilər  iqtisadi  siyasətin  əsas  alətidir.  Onların  bizim  həyatımıza  göstərdiyi 

təsir müxtəlif və  birmənalı  deyil.  Vergi  sisteminin  öyrənilməsi  bizim bir neçə 

müraciət  edəcəyimiz  mövzudur.Bu  fəsildə  biz  vergilərin  iqtisadiyyata  təsirini 

öyrənmək sahəsində ilk addımları atırıq. 

Təsəvvür edin  ki,  yerli  icra hakimiyyəti  ildə  bir  dəfə dondurma bayramı 

keçirməyi qərara alır. Bu bayramda parad, atəşfəşanlıq və şəhər məmurlarının 

çıxışları  olacaq.  Bu  tədbiri  həyata  keçirmək  üçün  yerli  orqanlar  dondurma 



Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə