DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə60/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   281

Н. Грегори Менкйу 

 

 



138 

satışına  vergi  qoymağı  qərara  alır  –  1  pay  dondurma  üçün  0.50$.  Şəhər  idarə 

orqanlarının  bu  elanı  2  rəqib  qrupu  ―oyatdı‖.  Milli  Dondurma  İstehsalçıları 

Təşkilatı iddia edir ki, onun üzvləri güclü rəqabət şəraitində  yaşamaq uğrunda 

mübarizə aparırlar və bu da o deməkdir ki,  yeni  vergini alıcılar ödəməlidirlər. 

Amerika Dondurma İstehlakçıları Assosiasiyası bəyan edir ki, alıcılar onsuz da 

güclə  dolanırlar  və  vergini  satıcılar  ödəməlidirlər.  Şəhər  meri  razılaşma  əldə 

etməyə  çalışaraq  təklif  edir  ki,  verginin  yarısını  satıcılar,  o  biri  yarısını  isə 

alıcılar ödəsinlər. 

Tərəflərin təkliflərini analiz etmək üçün biz sadə, ancaq gizli mənası olan 

sualı  verməliyik:  Dövlət  əmtəəyə  vergi  qoyduqda,  onun  əsas  ağırlığı  kimin 

üzərinə  düşür?  İstehlakçıların,  ya  istehsalçıların?  Və  yaxud,  əgər  alıcılar  və 

satıcılar  vergini  birgə  ödəyirlərsə,  onların  hər  birinin  üzərinə  düşən  yükü 

(bölgünü)  nə  təyin  edir?  Yerli  orqanlar  vergiqoymanın  bölgüsünü  qanunla 

təyin  edə  bilərmi  ?  Bu  merin  təklif  etdiyi  kimi,  yoxsa  digər  fundamental 

iqtisadi  qüvvələrin  təsiri  ilə  formalaşır?  İqtisadçılar  əhalinin  müxtəlif  qrup-

larının  və  istehsalçıların  üzərinə  düşən  vergi  yükünü  öyrənərkən,  ―Vergi 

yükünün bölüşdürülməsi‖ terminindən istifadə edirlər. 

 

Alıcılara vergi qoyulması və bazarın fəaliyyətinin nəticələri 

Əvvəlcə biz alıcılardan əmtəə üçün alınan vergilərə nəzər salaq. Fərz edək ki, 

yerli hakimiyyət orqanları alıcıların 1 pay dondurma üçün dövlətə 0.50$ vergi 

vermək  haqqında  qanunu  qəbul  edirlər.  Qəbul  olunan  yeni  vergiyə  dondurma 

alıcılarının  və  satıcılarının  münasibəti  necə  olacaq?  Bu  suala  cavab  vermək 

üçün biz tələb və təklifin analizinin 3 addımını ataq (IV Fəsil):  

 1.verginin tələb və təklif əyrilərinə təsir etdiyini həll edirik;    

 2.əyrilərin səmtini təyin edirik; 

 3.əyrilərin  hərəkətinin  bazar  tarazlığına  göstərdiyi  təsiri  nəzərdən 

keçiririk. 

Aydındır  ki,  yeni  vergi  dondurmanın  tələbinə  də  təsir  göstərir.  Təklif 

əyrisinə o, təsir etmir. Belə ki dondurmanın istənilən qiymətində şirniyyat təc-

hizatçılarının fikrincə, dəlilləri dəyişməzdir. Alıcılar isə bütün hallarda dondur-

ma  alarkən,  dövlətə  vergini  (satıcılara  isə  dondurmanın  qiymətini)  verməli-

dirlər.  Beləliklə,  yeni  vergi  dondurmaya  olan  tələbin  əyrisinin  dəyişməsinə 

aparır. 

Əyrinin istiqamətini təyin etmək heç də çətin deyil. Alıcıların ödədikləri 

vergi  dondurmaya  olan  tələbatı  azaldır,  istənilən  qiymətdə  istehlakçılara  daha 

az  miqdarda  dondurma  lazım  olur.  Nəticədə  tələbi  göstərən  əyri  şəkil  6.6-da 

göstərildiyi kimi, sola tərəf hərəkət  edir (və ya müvafiq olaraq aşağı enir). 

Bizim  nəzərdən  keçirdiyimiz  bu  halda  əyrinin  istiqamətini  daha  dəqiq 

təyin  edə  bilərik.  0.50$  vergisi  alıcılardan  alındığından,  onlar  üçün  dondur-

manın  qiyməti  bazarda  olan  qiymətdən  0.50$  artıqdır.  Məsələn,  əgər  dondur-




Економиксин принсипляри 

 

139 



manın bazar qiyməti 2$-sa, alıcılar üçün olan effektiv qiymət 2.50$-dır. Vergi-

ləri əlavə etməklə alıcıları dondurmanın ümumi qiyməti maraqlandırır. Əslində 

olduğundan  fərqli  olaraq,  onlar  bazar  qiymətlərinə  uyğun  0.50$  bahasına, 

özlərinə  lazım  olan  miqdarda  məhsul  əldə  edirlər.  Başqa  sözlə,  istənilən 

qiymətdə dondurmaya olan tələbat dəyişməsin deyə, onun bazar qiyməti 0.50$-

a  azalmalıdır  ki,  verginin  təsirini  kompensasiya  etsin.  Beləliklə,  vergi  tələbi 

göstərən əyrini aşağı salır. Verginin miqdarı – 0.50$ qədər D

1

 vəziyyətindən D

2

 

vəziyyətinə düşür. 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



ġəkil 6.6 Alıcıların ödədikləri vergi 

 

Verginin  təsirini  analiz  etmək  üçün  dondurma  bazarında  ilkin  tarazlığı 



yeni  tarazlıq  ilə  müqayisə  edək.  Dondurmanın  tarazlı  qiyməti  3$-dan  2.80$-ə 

düşür, onun tarazlı miqdarı isə 100-dən 90-a dəyişir (şəkil 6.6). Yeni tarazlıqda 

satıcılar az miqdarda dondurma satdıqları, alıcılar isə daha az pay məhsul əldə 

etdikləri üçün verginin qoyulması dondurma bazarının ölçülərini ixtisar edir.   

İndi gəlin, verginin qoyulması məsələsinə qayıdaq: faktiki olaraq, vergini 

kim  ödəyir?  Dövlət  formal  olaraq  alıcıların  ödədikləri  vergi  şəklində  pul  əldə 

edir, ancaq verginin yükü həm alıcıların, həm də satıcıların üzərinə düşür. Ba-

zar  qiyməti  3$-dan  2.80$-a  düşdüyündən,  satıcılar  verginin  təyin  olunmadığı 

dövrdən 0.20$ az pul əldə edirlər. Beləliklə, verginin qoyulması təchizatçı-fir-

maların  vəziyyətinə  mənfi  təsir  göstərir.  Vergi  həddinin  müəyyənləşdirilməsi 

alıcıların vəziyyətinə də neqativ təsir göstərir. Buradan belə nəticə çıxır: 

- vergilər bazarın fəaliyyətini ―dondururlar‖. Əmtəələrə vergilərin qoyul-

ması  ona  gətirib    çıxarır  ki,  yeni  tarazlıq  şəraitində  satılmış  malların  həcmi 

azalır. 


Верэи ($ 

0,50) 


S

1

 



Тяклиф 

Таразлыг 

(верэисиз)  

Алыжыларын 

юдядиткляри  

D

1



 

D



1

0



9



Дондурма 

пайынын сайы  

Додур-

манын 


гиймяти

, $  


 

3,

30



 

 

3,



00

 

 



2,

80

 



Алыжыларын юдядикляри  

гиймят 


Верэи гойулмадан 

яввял олан гиймят 

Сатыжыларын юдядикляри 

гиймят 


Таразлыг 

(верэи иля)

 



Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə