DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə56/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   281

Економиксин принсипляри 

 

127 



edir.Tarazlaşdırıcı qiymət –(3$) dövlətin təyin etdiyi qiymətdən yuxarı olduğu 

üçün bazarı məhdudlaşdıran  qiymət adlanır. Tələb və təklif qüvvələri qiyməti 

tarazlığa  doğru  aparır,  lakin  bazar  qiyməti  ona  mane  olan  ―ən  yuxarı  hədd 

qiymət‖ ilə toqquşur və onun artmasının qarşısını almaq üçün maksimal qiymət 

təyin  olunur.  Bu  qiymətdə  dondurmaya  olan  tələb  (125  stəkan)  təklifdən  (75 

stəkan)  artıq  olur.  Dondurma  qıtlığı  yaranır,  deməli,  dondurma  almaq  istəyən 

bəzi istehlakçılar mövcud qiymətlə bunu edə bilirlər. 

Belə ki, qiymətin yuxarı həddinin müəyyən edilməsi qıtlığın yaranmasına 

səbəb  olur,  dondurmanın  təbii  rasional  paylanma  mexanizmi    uzun  növbələr 

yaradır. Tez  gəlib növbədə  gözləmək imkanına  malik  olan alıcılar arzuolunan 

payı ala biləcəklər, vaxtını itirmək arzusunda və iqtidarında olmayanlar isə heç 

nə  əldə  edə  bilməyəcəklər.  Satıcılar  dondurmanı  öz  istəklərinə  görə  paylaş-

dırırlar: onu dost və qohumlara və ya eyni irqə və millətə mənsub olan alıcılara 

satırlar.  Qeyd  etmək  lazımdır  ki,  dövlətin  yuxarı  hədd  qiymətinitəyin  etməsi 

alıcılara kömək etmək məqsədilə edilsə də, heç də bütün alıcılar bunun xeyrini 

görmürlər.  Onlardan  bəziləri  dondurmanı    növbələrdə  durmaqla  ucuz  qiymətə 

alır, digərləri isə ümumiyyətlə, arzuolunan məhsulu ala bilmirlər. 

Beləliklə,  biz  belə  bir  nəticəyə  gəlirik  ki,  hökümət  rəqabətli  bazarda 

məhdudlaşdırıcı  yuxarı  hədd  qiyməti  təyin  edirsə,  bunun  nəticəsində  əmtəə 

qıtlığı  yaranır,  təchizatçılar  məhdud  miqdarda  olan  malı  çoxlu  sayda  olan 

potensial  alıcılar  arasında  rasional  paylaşdırmağa  məcbur  olurlar.  Normal 

şəraitdə  maksimal  qiymət  zamanı  yaranan  rasionallaşdırma  mexanizmi 

arzuolunmazdır.  Uzun  növbələr  səmərəli  deyildir,  çünki  alıcılar  növbədə  vaxt 

itirirlər. Satıcıların istəyinə görə malların paylanması zamanı yaranan diskrimi-

nasiya,  ortaya  çıxan  ayrı-seçkilik  qeyri-səmərəli  və  ədalətsizdir  (ona  görə  ki, 

alıcılar çox zaman arzu etdikləri məhsulu ala bilmirlər). Əksinə, sərbəst rəqabət 

qabiliyyətli  bazarlarda  bölgü  mexanizmi  səmərəlidir,  lakin  ayrı-ayrı  şəxslərin 

təsirinə  məruz  qalırlar.  Dondurma  bazarı  tarazlaşdıqda,  dondurma  üçün  bazar 

qiymətini  ödəmək  istəyən  hər  bir  kəs  problemsiz  öz  payını  alır.  Azad  bazar 

malı qiymətin köməyilə paylaşdırır. 



 

Praktikum  

Benzindoldurma məntəqələrində növbələr 

Əvvəlki fəsildə biz neft ixrac edən ölkələrin (OPEK) 1973-cü ildə dünya 

bazarında xam neftin qiymətini necə qaldırmasını təhlil etdik. Belə ki, xam neft 

benzin emalında əsas xammal olduğundan, yüksək qiymət sonuncuya (benzinə) 

olan  tələbatın  azalmasına  gətirib  çıxartdı.  ABŞ-ın  benzindoldurma 

məntəqələrində  uzun  növbələr  yarandı,  sürücülər  10  litr  yanacaq  əldə  etmək 

üçün saatlarla gözləməli oldular. 

Benzin  növbələri  niyə  yarandı?  İstehlakçıların  çoxu  OPEK-i  günah-

landırdılar. Bəli, əgər neft ixrac edənlər məhsulun qiymətini qaldırmasaydılar, 



Н. Грегори Менкйу 

 

 



128 

benzin  qıtlığı  yaranmazdı.  Lakin  iqtisadçılar  Amerika  hökümətini  də 

günahlandırırdılar,  çünki  o,  neft  şirkətlərının  benzin  üçün  təyin  etdikləri 

qiymətə hədd/məhdudiyyət/ qoydu. 

Şəkil  6.2-yə  baxaq.  (a)  qrafikindən  görünür  ki,  OPEK  xam  neftin 

qiymətini  qaldırmamışdan  əvvəl  benzinin  tarazlı  qiyməti  P

1

  qiymətin  yuxarı 



həddindən  aşağı  idi.  Beləliklə,  qiymətin  tənzimlənməsı  bazarın  vəziyyətinə 

təsir  etmədi.  Neftin  qiymətinin  qalxmasından  sonra  vəziyyət  dəyişdi.  Xam 

neftin  qiymətinin  qalxması  benzinin  istehsal  xərclərinin  artmasına  və  ona 

təklifin  azalmasına  gətirib  çıxardı.  (b)  qrafikindən  göründüyü  kimi,  təklifi 

göstərən  əyri  sola  S

1

  vəziyyətindən  S



2

  vəziyyətinə  dəyişib.  İdarə  olunmayan 

bazarda təklifin dəyişməsi taraz P

1

 qiymətini P



2

-yə artırardı, bazarda da tarazlıq 

olardı.  Lakin  təyin  olunan  ən  yüksək  qiymət  benzinin  qiymətinin 

tarazlaşmasına  yol  vermədi.  Ən  yüksək  qiymətdə  istehsalçılar  Q

s

-i  təklif 



edirdilər,  ancaq  istehlakçılar  benzini  Q

d

-yə  əldə  etmək  istərdilər.  Beləliklə, 



qiymətlərin  tənzimlənməsi  şəraitində  təklifin  əyrisinin  dəyişməsi  kəskin 

yanacaq qıtlığına səbəb oldu. 

(a) Benzinin əlaqəsiz yuxarı hədd qiyməti 

 

 



                                                                                                                                                       

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

(b) benzinin əlaqəli yuxarı hədd qiyməti 

 

 

4. ...vя yanacaq 



qыtlыьы yaranыr 

Q



1

 

Benzinin 



qiymяti 

Р



Qiymяtin yuxarы 

hяddi 


2. ... lakin tяklifin azalmasы... 

Tяlяb 


Benzinin miqdarы 

Q



Q

Р



S



S

3. ... qiymяtin yuxarы hяddini 



яlaqяli olmasыna aparыr... 

 

1.Яn яvvяl qiymяtin yuxarы hяddi 



яlaqяsizdir... 

Q



1

 

Benzinin 



qiymяti 

Р



Qiymяtin yuxarы 

hяddi 


Tяklif, S

1

 



Tяlяb 

 

Benzinin miqdarы 




Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə