DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə53/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   281

Н. Грегори Менкйу 

 

 



120 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ġəkil 5.9. Dünya bazarında neftin təklifinin azalması 

 

Neftin təklifi azaldıqda bazarın reaksiyası müvəqqəti şəraitdən asılıdır. Qısa 

müddət ərzində tələb və təklif nisbətən qeyri-elastikdir 



qrafik (a)



. Beləliklə, 

təklif  əyrisi  S

1

  vəziyyətindən    S

2

-yə  doğru  dəyişdikdə,  neftin  qiyməti 

əhəmiyyətli  dərəcədə  artır.  Əksinə,  uzun  müddət  ərzində  tələb  və  təklif 

nisbətən  elastikdir 



qrafik  (b)



.  Bu  halda,  təklif  əyrisinin  analoci 

yerdəyişməsi  (S

1

  vəziyyətindən    S

2

-yə  doğru)  qiymətin  cüzi  artımı  ilə 

nəticələnir

Uzun müddət ərzində vəziyyət köklü surətdə dəyişir. OPEK üzvü olma-

yan  neft  istehsalçılarının  qiymətin  artmasına  reaksiyası  neft  yataqlarının  kəşfi 

və yeni neft hasilatı güclərinin işə salınması üzrə qüvvələrinin intensivləşdiril-

məsindən ibarətdir. Alıcılar isə qiymət artımına məhsulun istehlakını azaltmaq-

la,  köhnə  səmərəsiz  avtomobilləri  yeniləri  ilə  əvəz  etməklə  cavab  verirlər. 

Beləliklə, 5.9. şəklinin (b) qrafikinin göstərdiyi kimi, tələb və təklif əyrisi uzun 

müddət ərzində daha elastikdir. Uzun müddət ərzində təklif əyrisinin S

1

 vəziy-


yətindən  S

2

-ə  doğru  yerini  dəyişməsi  əmtəənin  qiymətinin  qismən  artmasına 



səbəb olur. 

Apardığımız  təhlil  göstərir  ki,  OPEK  neftin  qiymətini  nə  üçün  ancaq 

qısa müddət ərzində saxlaya bilmişdir. Təşkilata daxil olan ölkələrin neft hasi-

latını azaltması təklif əyrisinin sola doğru yerdəyişməsinə gətirib çıxarır. Təşki-

latın üzvü olan ölkələrin hər biri neft satışını azaltsa da, qısa müddət  ərzində 



Економиксин принсипляри 

 

121 



qiymətlər  o  qədər  qalxır  ki,  onların  gəliri  əhəmiyyətli  dərəcədə  artır.  Əksinə, 

uzun  müddət  ərzində  tələb  və  təklif  daha  elastik  olduğundan,  təklif  əyrisinin 

üfüqi istiqamətdə  yerdəyişməsilə müəyyən olunan təklifin analoci məhdudlaş-

ması  qiymətin  qismən  artmasına  gətirib  çıxarır.  Beləliklə,  OPEK  tərəfindən 

uzun müddət ərzində qiymətin aşağı salınması az mənfəətlidir.  

OPEK bu gün də mövcuddur və əvvəlki kimi müəyyən vaxtlarda neftin 

təklifini  aşağı  salmağa  və  müvafiq  olaraq  qiyməti  artırmağa  çalışır.  Ancaq 

neftin qiyməti (inflyasiyanı nəzərə almaqla) 1981-ci ildəki ən yüksək nöqtəsinə 

qayıda bilmədi. Hazırkı dövrdə bu təşkilatın rəhbərləri başa düşürlər ki, uzun 

müddətlə  müqayisədə  qısa  müddət  ərzində  qiymət  artımını  təmin  etmək daha 

asandır.  

 

Narkotiklərin qadağan olunması onunla əlaqədar olan 

cinayətləri azaldırmı? 

Müasir cəmiyyətin ən kəskin problemlərindən biri narkotiklərdən gizli istifadə 

olunmasıdır.  Xüsusilə  bu,  narkomanların  həyatını  təhlükə  altına  qoyur  və 

onların ailələrini dağıdır. Başqa nəticə isə ondan  ibarətdir ki, narkomanlar bu 

zəhəri almaq üçün lazım olan pulu əldə etmək məqsədilə cinayətlər törədirlər. 

Narkotiklərdən  gizli  istifadəni  məhdudlaşdırmaq  üçün  ABŞ  hökuməti  hər  il 

milyard  dollar  sərf  edir.  Tələb  və  təklifdən  istifadə  edərək,  narkotiklərin 

qadağan olunması siyasətini təhlil edək. 

Fərz edək ki, hökumət narkotika ilə mübarizə aparan federal agentlərin 

miqdarını  artırır.  Qeyri-qanuni  narkotiklər  bazarında  nə  baş  verir?  Adəti  üzrə 

bu suala cavab vermək üçün üç mərhələni təhlil edək. Birinci, tələb və ya təklif 

əyrisinin  yerdəyişməsinə  baxaq.  İkinci,  yerdəyişmənin  istiqamətini  müəyyən 

edək. Üçüncü, bu yerdəyişmənin əmtəənin tarazlıq qiymətinə və onun tarazlıq 

həcminin tarazlığına necə təsir etməsinə baxaq.  

Narkotiklərin  qadağan  olunmasında  məqsəd  onlardan  istifadəni  azalt-

maq  olduğundan,  onun  satıcılara  birbaşa  təsiri  alıcılardan  fərqlənir.  Hökumət 

ölkəyə  narkotiklərin  daxil  olduğu  bütün  kanalları  bağladıqda  və  qaçaqmalçı-

ların  yaxalanmasını  aktivləşdirdikdə,  narkotiklərin  dəyəri  artır  və  deməli,  hər 

bir  mümkün  qiymətdə  onların  təklifinin  həcmi  məhdudlaşır.  Hər  bir  mümkün 

qiymətdə bu zəhəri almaq istəyən alıcıların miqdarı – narkotiklərə tələb dəyiş-

mir. Şəkil 5.10.-dakı qrafikdən (a) göründüyü kimi, narkotiklərin daxil olmas-

ının  məhdudlaşdırılması  təklif  əyrisin  S

1

  vəziyyətindən  S



2

  vəziyyətinə  doğru 

yerini dəyişir, tələb əyrisi isə dəyişməz qalır. Narkotikin daxil olmasının məh-

dudlaşdırılması onlardan istifadəni azaltdığından, narkotiklərin tarazlıq qiyməti 

P

1

-dən P



2

-yə qədər artır, əmtəənin tarazlıq həcmi Q

1

-dən Q


2

-yə qədər azalır.  

Bu dəyişiklik narkotiklə əlaqədar olan cinayətlərin miqdarına necə təsir 

göstərir?  Bu  suala  cavab  vermək  üçün  onların  istehlakçılarının  ümumi  sayın-

dakı dəyişikliyə baxaq. Qiymətin artması narkomanların çox az bir hissəsini bu 

öldürücü  vərdişdən  ayırır,  bu  da  narkotik  maddələrə  olan  tələbin  qeyri-elastik 




Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə