DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə49/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   281

Н. Грегори Менкйу 

 

 



110 

olduqda,  tələb  qeyri-elastikdir,  qiymətin  2  dollara  qalxması  satışdan  ümumi 

gəlirin  artması  ilə  nəticələnir.  Əmtəənin  qiyməti  5  dollar  olduqda,  tələb 

elastikdir, qiymət 6 dollara yüksəldikdə isə satışdan ümumi gəlir aşağı düşür. 

Qiymət 3 dollardan 4 dolllara çatdıqda, tələbin elastikliyi vahidə bərabər olur, 

satışdan ümumi gəlir isə hər bir qiymətdə dəyişməz qalır. 



cədvəl 5.1. 

Xətti tələb əyrisinin elastikliyinin hesablanması 

Qiy-

mət 

doll. 

Miq-

dar  

Məcmu mə-

daxil 

(qiymət x 

miqdar) 

Qiymətin 

dəyişməsi, 



Tələbin 

həcminin 

dəyişməsi, % 

Elas-

tiklik  

Tələbin 

xarakteris-

tikası 

14 



200 


15 

0,1 


qeyri-elastik 

12 



12 

67 


18 

0,3 


qeyri-elastik 

10 



20 

40 


22 

0,6 


qeyri-elastik 



24 

29 


29 

1,0 


vahid elastik 



24 

22 


40 

1,8 


elastik 



20 

18 


67 

3,7 


elastik 



12 

15 


200 

13,0 


elastik 



 

 



 

 

 



 

IV fəsildə qeyd etdiyimiz kimi, əmtəələrin əksəriyyəti normal əmtəələr 

kateqoriyasına aiddir: istehlakçıların gəlirlərinin artması onlara olan tələbi artı-

rır.  Belə  ki,  tələbin  həcmi  və  gəlir  bir  istiqamətdə  dəyişir,  normal  əmtəələr 

gəlirə görə müsbət elastikliklə xarakterizə olunur. Bir sıra əmtəə və xidmətlər, 

məsələn,  avtobusda  gəzinti,  ən  aşağı  əmtəələrə  aiddirlər:  istehlakçıların  gəlir-

lərinin artması tələbin həcminin azalmasına səbəb olur. Beləliklə, tələbin həcmi 

və  gəlir  müxtəlif  istiqamətlərdə  dəyişir,  ən  aşağı  əmtəələr  gəlirə  görə  mənfi 

elastikliklə xarakterizə olunur. 

Normal  əmtəələrin  gəlirə  görə  elastikliyi  əhəmiyyətli  dərəcədə 

fərqlənir.  İstehlakçı  pul  gəlirlərinin  həcmindən  asılı  olmayaraq,  onlardan  bir 

neçəsini  əldə  etməyə  məcbur  olduğundan,  geyim  və  qida  məhsulları  kimi  ən 

zəruri  əmtəələr  gəlirə  görə  aşağı  elastikliklə  xarakterizə  olunur.  Balıq  kürüsü 

və  xəz  kimi  təmtəraqlı  əşyalar  isə  gəlirə  görə  böyük  elastikliklə  xarakterizə 

olunurlar,  çünki  istehlakçıların  gəlirləri  azaldıqda  onlar  fikirləşirlər  ki,  bahalı 

olmayan əmtəələrsiz də keçinə bilərlər. 



Qiymətə görə tələbin çarpaz elastikliyi. Bir əmtəəyə tələbin həcminin 

başqa  məhsulların  qiymətinin  dəyişməsindən  asılılığını  müəyyən  etmək  üçün 

iqtisadçılar  qiymətə  görə  tələbin  çarpaz  elastikliyi  göstəricisindən  istifadə 

edirlər.  O,  birinci  əmtəəyə  olan  tələbin  həcminin  faizlə  dəyişməsinin  ikinci 

əmtəənin qiymətinin faizlə dəyişməsinə nisbəti kimi hesablanır. Beləliklə: 

Qiymətə görə tələbin çarpaz elastikliyi = 

 əmtəəyə olan tələbin həcminin faizlə 



dəyişməsi : 



 əmtəəyə olan tələbin həcminin faizlə dəyişməsi 




Економиксин принсипляри 

 

111 



Çarpaz  elastikliyin  kəmiyyəti  götürülmüş  əmtəələrin  bir-birini  əvəz 

etməsindən və ya onların bir-birini tamamlamasından asılıdır. IV fəsildə qeyd 

etdik  ki,  bir-birini  əvəz  edən  əmtəələr  –  qamburqer  və  ya  xotdoq  kimi  biri 

digərinin  əvəzində  istifadə  oluna  bilən  əmtəələrdir.  Xotdoqun  qiymətinin  art-

ması  insanları  daha  çox  qamburqer  almağa  vadar  edir.  Xotdoqun  qiymətinin 

qalxması ilə qamburqerə olan tələb bir istiqamətdə dəyişənə qədər bu əmtəələr 

üçün qiymətə görə çarpaz elastiklik müsbət olacaqdır. Eyni zamanda, kompüter 

və  proqram  təminatı  kimi  adətən  birgə  istifadə  olunan  əmtəələr 

kompleksləşdirici  əmtəələr  adlanır.  Belə  əmtəələr  üçün  qiymətə  görə  çarpaz 

elastiklik  mənfi  olacaqdır.  Bu,  öz  əksini  kompüterin  qiyməti  qalxdıqda 

proqram təminatına olan tələbin azalmasında tapır. 

 

Təklifin elastikliyi 

Əmtəə  təklifini  müəyyən  edən  amillərə  baxarkən  (IV  fəsil)  qeyd  etdik  ki, 

məhsulların  qiyməti  yüksəldikdə,  ehtiyatların  qiyməti  aşağı  düşdükdə  və  ya 

texnologiya  təkmilləşdikdə  təklifin  həcmi  artır.  Təklifin  keyfiyyət  təhlilindən 

kəmiyyət təhlilinə keçdikdə, biz elastiklik konsepsiyasından istifadə edirik. 



 

Qiymətə görə təklifin elastikliyi və onu müəyyən edən amillər 

Təklif qanununa görə, əmtəənin qiymətinin artması təklifin həcminin artmasına 

gətirib çıxarır. Qiymətə görə təklifin elastikliyi qyimətin dəyişməsi ilə təklifin 

həcmindəki  dəyişikliyin  dərəcəsini  əks  etdirir.  Əgər  qiymətin  dəyişməsi 

təklifin  həcminin  əhəmiyyətli  dəyişməsinə  səbəb  olarsa,  əmtəə  təklifi  elastik 

adlanır. Əgər qiymətin dəyişməsi əmtəə təklifinin həcminə az təsir edərsə, bu 

zaman təklif qeyri-elastik olacaqdır.  

Təklifin qiymət elastikliyi satıcıların istehsal olunan məhsulların həcmi-

nin  asanlıqla  dəyişdirilə  bilməsi  imkanlarından  asılıdır.  Məsələn,  sahilyanı 

zolaqda  yerləşən  torpaqlar  qeyri-elastik  təkliflə  xarakterizə  olunurlar,  çünki 

onları genişləndirmək praktiki olaraq mümkün deyil. Əksinə, kitab, avtomobil, 

televizor  kimi  əmtəələr  isə  elastik  təkliflə  xarakterizə  olunurlar,  çünki  firma-

istehsalçılar  məhsulun  qiyməti  artdıqda,  məhsul  buraxılışını  əhəmiyyətli 

dərəcədə artırmaq imkanına malikdirlər.  

Əksər bazarlarda təklifin qiymət elastikliyini müəyyən edən əsas deter-

minantlara qısa dövrdə baxılır. Qısamüddətli dövrlə müqayisədə uzunmüddətli 

dövrdə təklif daha elastikdir. Şirkətlərə istehsal güclərini məhdudlaşdırmaq və 

ya  genişləndirmək  üçün  müəyyən  müddət  tələb  olunur.  Beləliklə,  qısa  dövrdə 

təklifin həcmi qiymət dəyişkənliyinə zəif reaksiya verir. Əksinə, kifayət qədər 

uzun  vaxt  kəsiyi  şirkətlərə  yeni  istehsalın  qurulması  və  ya  köhnələrin 

bağlanması üçün imkan verir və deməli, uzun müddət dövründə təklifin həcmi 

qiymətin dəyişməsinə əhəmiyyətli reaksiya verir.  

 



Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə