DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə45/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   281

Економиксин принсипляри 

 

99 



 

 

 

 

 

 

 

 

 

ġəkil 4.11. Tələb və təklifin dəyiĢməsi 

 

Xülasə.  Biz  tarazlıq  vəziyyətinin  dəyişməsinin  təhlili  üçün  tələb  və 

təklif əyrilərindən istifadə edilməsinin 3 misalına baxdıq.  

Hər  hansı  bir  hadisənin  bu  əyrilərdən  birinin  və  ya  hər  ikisinin  eyni 

vaxtda  dəyişməsinə səbəb  olmasına  baxmayaraq,  tarazlıq nöqtəsində  reallaşan 

əmtəələrin  həcminə  və  qiymətinə  mövcud  hadisənin  necə  təsir  edəcəyini 

qabaqcadan görmək üçün sizə məlum olan təhlil üsulunu tətbiq edə bilərsiniz. 

 

Nəticə: ehtiyatların qiyməti və yerləĢdirilməsi 

Biz  bir  əmtəə  –  ancaq  dondurma  bazarına  tələb  və  təklifin  qarşılıqlı  əlaqəsini 

təhlil  etdik.  Əldə  etdiyimiz  nəticələr  başqa  əmtəə  bazarlarına  da  tətbiq  oluna 

bilər.  Sizin  hər  bir  alqınız  konkret  əmtəəyə  olan  tələbinizin  miqdarına  şəxsi 

payınızdır.  Əgər  siz  iş  axtarmaqla  məşğulsunuzsa,  əməyin  təklifində  iştirak 

edirsiniz. Beləliklə, tələb və təklif tamamilə geniş yayılmış iqtisadi fenomendir, 

tələb  və  təklif  modeli  isə  digər  fəsillərdə  daim  istifadə  edəcəyimiz  ən  gözəl 

analitik vasitədir. 

I  fəsildə  haqqında  danışılan  ekonomiksin  on  prinsipindən  biri  belə 

səslənir:  bazarlar  adətən  iqtisadi  fəaliyyətin  təşkilinin  ən  gözəl  üsuludur. 

Hələlik  bazarların  fəaliyyət  mexanizmini  yenicə  öyrənməyə  başladığımızdan, 

onun  fəaliyyətinin  nəticələrini  qiymətləndirmək  üçün  ciddi  əsaslara  malik 

deyilik. Hər bir iqtisadi sistemdə rəqabətin məqsədlərinə çatmaq üçün məhdud 

ehtiyatları müəyyən şəkildə yerləşdirmək zəruridir. Bazar iqtisadiyyatında belə 

yerləşdirmə  əmtəə  və  xidmətlərin  qiymətlərinin  səviyyəsini  müəyyən  edən 

tələb  və  təklifin  təsiri  altında  baş  verir:  qiymətlər  isə  öz  növbəsində,  resurs 

axınının həcmi və istiqaməti haqqında siqnaldır.  

İndi  isə  çimərlik  zolağı  kimi  ehtiyatın  yerləşdirilməsi  misalına  baxaq. 

Sahilyanı zolaqların sahəsi məhdud olduğundan, heç də arzu edənlərin hamısı 

dəniz  sahilinin  gözəlliklərindən  ləzzət  almaq  imkanına  malik  olmurlar.  Bu 

ehtiyatı  kim  əldə  edir?  O  şəxslər  ki,  onu  arzulayır  və  ona  görə  haqq  ödəmək 

imkanındadır.  Sahildəki  torpaq  sahələrinin  qiyməti  onlara  olan  tələbin  həcmi 

təklifin  həcminə  tamamilə  uyğun  gəlməyənə  qədər  dəyişəcəkdir.  Bazar 




Н. Грегори Менкйу 

 

 



100 

iqtisadiyyatında  qiymət  ehtiyatların  səmərəli  bölgüsü  mexanizminin  mühüm 

tərkib hissəsidir.  

Analoci  olaraq,  hər  bir  əmtəənin  kim  tərəfindən  və  hansı  miqdarda 

istehsal  edilməsini  də  qiymət  müəyyən  edir.  Fermerlərin  fəaliyyəti  misalına 

baxaq.  Hər  bir  şəxsin  həyat  fəaliyyətini  saxlamaq  üçün  lazım  olan  qida 

məhsulları  əhalinin  müəyyən  hissəsinin  kənd  təsərrüfatı  istehsalı  ilə  məşğul 

olmasını  çox  zəruri  edir.  Kimin  fermerliklə,  kimin  isə  başqa  sahə  ilə  məşğul 

olmasını  nə  müəyyən  edir?  Azad  cəmiyyətlərdə  bu  cür  qərarların  qəbul 

olunması və qida məhsullarına təklifi təmin edən məsul dövlət plan orqanları 

mövcud  deyildir.  Bazar  iqtisadiyyatında  işçilərin  bölgüsü  bu  seçimdə  iştirak 

edən milyonlarla azad insanın qərarından asılıdır və onlara belə səlahiyyətlərin 

verilməsi  özünü  təsdiq  etmişdir.  Hər  şeydən  əvvəl,  ona  görə  ki,  qərarlar 

qiymətlərin  təsiri  altında  qəbul  olunur.  Qida  məhsullarının  qiymətinin  və 

fermerlərin  əmək  haqqının  dəyişməsi  aqrar  bölmədə  məşğulluğun  lazımi 

səviyyəsinə təminat verir. 

Belə  bir  ideya  bazar  iqtisadiyyatının  təsirini  öz  üzərində  hiss  edə 

bilməyən  insanlara  mənasız  görünə  bilər.  İqtisadiyyat  bir-biri  ilə  qarşılıqlı 

asılılıqda fəaliyyət göstərən sahələrdə məşğul olan insanların böyük qrupudur. 

Nə  üçün  vahid  mərkəzdən  qəbul  olunmayan  qərarlar  ümumi  hərc-mərcliklə 

nəticələnmir?  İstəkləri  və  imkanları  daim  dəyişən  milyonlarla  insanın  fəaliy-

yətini  kim  və  ya  nə  əlaqələndirir?  Kim  edilən  hər  bir  şeyin  təkmil  olacağına 

təminat verə bilər? Bütün bu sualların bir dəqiq cavabı vardır – qiymət. Əgər 

hesab  etsək  ki,  bazar  iqtisadiyyatı  A.Smitin  ifadəsi  ilə  desək,  «bazarın 

görünməz  əli»  ilə  idarə  olunur,  onda  qiymət  sisteminə  bu  «görünməz  əl»də 

yerləşən  və  iqtisadi  «orkestrin»  iştirakçılarının  fəaliyyətini  istiqamətləndirən 

«diricor çubuğu» kimi baxıla bilər. 

 

   «İki dollar»                                                          «və yetmiş beş sent»



 

Fəsil 5 

ELASTĠKLĠK VƏ ONUN TƏTBĠQĠ 

 

 

 



 

 



Економиксин принсипляри 

 

101 



Təsəvvür  edin  ki,  siz  buğda  becərilməsi  ilə  məşğul  olan  fermersiniz.  Sizin 

bütün  gəliriniz  buğda  satışından  əldə  olunan  puldan  ibarət  olduğundan,  sizə 

məxsus olan torpağın gəlirliyini artırmaq üçün bütün gücünüzlə çalışırsınız. Siz 

havanın və torpağın vəziyyətini izləyir, sahədə xəstəliklərin və ziyanvericilərin 

olmasını yoxlayır, kənd təsərrüfatı sahəsində son yeni nailiyyətləri öyrənirsiniz. 

Bilirsiniz ki, nə qədər çox buğda yetişdirsəniz, daha çox buğda satacaqsınız və 

sizin gəlirinizlə həyat səviyyəniz bir o qədər yüksək olacaqdır. 

Bir  gün  siz  mühüm  bir  kəşf  haqqında  eşidirsiniz.  Yerli  universitetin 

aqronomçuluq  fakültəsinin  tədqiqatçıları  taxıl  yığımının  20%  artırılmasına 

imkan  verən  yeni  buğda  sortu  kəşf  etmişlər.  Siz  bu  yeniliyə  necə  reaksiya 

verirsiniz? Bu yeni növdən istifadə etməlisinizmi? Bu, sizin həyat səviyyənizə 

necə təsir  edər? Bu  fəsildə ekonomiksin əsas vasitələri olan tələb və təklifdən 

istifadə edərək, sadə görünən suallara təəccüblü cavablar alacağıq. 

Rəqabətli taxıl bazarında  yüksələn təklif  əyrisi satıcıların davRanışını, 

enən tələb əyrisi isə istehlakçıların davranışını əks etdirir. Məhsulun qiyməti o 

vaxta qədər dəyişir ki, ona olan tələb və təklifin həcmi bazarda bərabərləşmir. 

Taxıl  bazarına  toxumçuluq  mütəxəssislərinin  kəşfinin  təsirini  qiymətləndir-

məyə  imkan  verən  vasitə  kimi  tələb  və  təklifin  təhlili  metodundan  istifadə 

olunması mühüm əlavəni – elastiklik konsepsiyasını tələb edir. Bazar şəraitinin 

dəyişməsinə  alıcıların  və  satıcıların  reaksiyasını  ölçən  elastiklik  anlayışının 

tətbiqi tələb və təklifin təhlilinin dəqiqliyini aparmağa imkan verir. 

 

Tələbin elastikliyi 

Tələb determinantlarına baxarkən (IV fəsil) biz qeyd etdik ki, alıcıların gəlirləri 

artdıqda,  əvəzləyici  əmtəələrin  qiyməti  yüksəldikdə  və  ya  bir-birini 

tamamlayan  məhsulların  qiyməti  aşağı  düşdükdə,  istehlakçılar  daha  aşağı 

qiymətlə  çox  miqdarda  əmtəə  əldə  etmək  istəyirlər.  Biz  həmçinin,  tələbə 

kəmiyyət  tərəfindən  deyil,  keyfiyyət  tərəfindən  baxdıq,  onun  miqdarının yox, 

həcminin  dəyişməsi  istiqamətində  təhlil  apardıq.  İqtisadçılar  tələbi  müəyyən 

edən amillərin dəyişməsinə tələbin reaksiyasını ölçərkən, elastiklik konsepsiya-

sından istifadə edirlər. 

 

Tələbin qiymət elastikliyi və onun determinantları 

Tələb  qanunu  təsdiq  edir  ki,  əmtəənin  qiymətinin  aşağı  düşməsi  tələbin 

həcmini  artırır.  Tələbin  qiymətə  görə  elastikliyi  tələbin  həcminin  əmtəənin 

qiymətinin dəyişməsinə olan reaksiyasını müəyyən edir. Əgər qiymət dəyişdik-

də  tələbin  həcmi  əhəmiyyətli  dərəcədə  dəyişərsə,  əmtəəyə  olan  tələb  elastik 

adlanır.  Əksinə,  qiymət  dəyişdikdə  tələbin  həcmi  nəzərəçarpmayacaq  ölçüdə 

dəyişərsə, tələb qeyri-elastik adlanır. 

Əmtəəyə  olan  tələbin  elastik  və  qeyri-elastik  olmasını  nə  müəyyən 

edir?  Hər  bir  əmtəəyə  olan  tələb  istehlakçıların  istəyindən  daha  çox  asılı 

olduğundan,  qiymət  elastikliyi  insanın  istəyini  formalaşdıran  bir  çox  iqtisadi, 

sosial  və  psixoloci  amillərlə  müəyyən  olunur.  Bununla  belə,  təcrübəyə 



Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə