DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə43/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   281

Економиксин принсипляри 

 

93 



«Tarazlıq»  sözünün  lüğəvi  mənası  «müxtəlif  istiqamətli  qüvvələrin 

bərabərləşdiyi  vəziyyət»  kimi  başa  düşülür.  Bu  tərif  bazar  tarazlığını  da  əks 

etdirir.  Tarazlı  qiymətdə  alıcıların  istədikləri  və  əldə  etmək  imkanına  malik 

olduqları  əmtəələrin  miqdarı  satıcıların  istədikləri  və  satmaq  imkanına  malik 

olduqları  əmtəələrin  miqdarına  uyğun  gəlir.  Bəzən  tarazlıq  qiymətini  xalis 

bazar  qiyməti  adlandırırlar,  ona  görə  ki,  o,  bazarda  bütün  iştirakçıların 

tələbatını  ödəyir;  alıcı  almaq  istədiklərinin  hamısını  alır,  satıcılar  isə  satmaq 

istədikləri bütün əmtəələri reallaşdırır.  

Alıcıların  və  satıcıların  hərəkəti  təbii  olaraq  bazarda  tələb  və  təklifin 

tarazlığına doğru aparır. Bu müddəanın düzgünlüyünə əmin olmaq üçün əmtəə-

nin  bazar  qiymətinin  tarazlıq  qiymətinə  uyğun  gəlmədikdə  nə  baş  verdiyinə 

baxaq. 


Fərz  edək  ki,  əmtəənin  bazar  qiyməti  tarazlıq  qiymətindən  yüksəkdir 

(şəkil  4.8.  (a)  qrafiki).  1  stəkan  dondurmanın  qiyməti  2,50  doll.  Olduqda, 

əmtəə  təklifinin  həcmi  (10  stəkan)  tələbin  həcmini  keçir  (4  stəkan).  Nəticədə 

məhsul  artıqlığı  yaranır:  qoyulmuş  qiymət  satıcılara  istədikləri  dondurmanın 

hamısını  satmağa  imkan  vermir.  Bu  vəziyyət  artıq  təklif  adlanır.  Dondurma 

satıcıları  istədikləri  qədər  dondurmanı  reallaşdıra  bilmədikləri  üçün  soyu-

ducuda hazır məhsulun artıq hissəsinin yığılıb qallmasının şahidi olurlar. Onlar 

təklifin  artıqlığına  qiymətlərin  aşağı  salınması  ilə  cavab  verir  və  bazarda 

tarazlıq vəziyyəti yaranana qədər bu vəziyyəti davam etdirirlər. 



 

 

 

 

 

 

 

 

 



 

1 стякан донду-

рманын гиймяти 

$2,5


2,00 


Артыг тяклиф 

Тяклиф 


Тяляб 

Дондурма стяканлары-

нын мигдары 

 0                          4                         7                   10 

Тяклифин щяжми 

Тялябин щяжми 

а)

 



Н. Грегори Менкйу 

 

 



94 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ġəkil 4.8. Tarazlı olmayan bazar vəziyyəti  

 

İndi  isə  müəyyənləşmiş  bazar  qiyməti  (1  stəkanın  qiyməti  1,50  doll.) 



tarazlıq  qiymətindən  aşağı  olduğu  hala  baxaq.  Ödənilməmiş  bazar  tələbi  bu 

zaman 4.8. cədvəlinin (b) qrafikində əks olunmuşdur. Belə ki, 1,50 doll. bazar 

qiyməti  tarazlıq  qiymətindən  aşağı  olduğundan,  tələbin  həcmi  (10  stəkan) 

təklifin həcmini (4 stəkan) keçir. Madam ki, çoxsaylı alıcılar məhdud miqdarda 

dondurmanı almaq istəyirlər, bu çatışmazlıqdan istifadə edən satıcılar qiyməti 

qaldırırlar. Hər iki halda qiymətin dəyişməsi tələb və təklifin tarazlığına doğru 

bazarı hərəkətə gətirir. 

Müəyyənləşmiş  bazar  qiyməti  (1,5  doll.)  tarazlıq  qiymətindən  aşağı 

olduqda,  əmtəəyə  olan  tələb  təklifdən  çox  olur.  Bu  halda  bazarda  əmtəə 

çatıĢmazlığı  yaranır:  alıcıların  cari  qiymətə  istədikləri  qədər  əmtəə  almaq 

imkanı olmur. Alıcılar istədikləri qədər dondurma ala bilmək üçün dondurma 

çatışmadığından  uzun  növbələrə  dayanırlar  və  ödənilməmiş  tələb  yaranır. 

Çoxsaylı  alıcı  kütləsi  məhdud  miqdarda  əmtəə  dalınca  qaçır,  satıcılar  isə 

təklifin  səviyyəsini  saxlayaraq,  qiymətləri  yüksəltməklə  ödənilməli  tələbə 

cavab verirlər. Elə ki, qiymət qalxır, bazarın tarazlığa doğru hərəkəti başlayır.  

Beləliklə, çoxlu satıcı və alıcıların birgə fəaliyyəti avtomatik olaraq əm-

təənin bazar qiymətini tarazlıq qiymətinə doğru hərəkətə gətirir. Elə ki, bazarda 

1 стякан дондур- 

манын гиймяти 

$ 2,00 

1,50 


Тяклиф 

Тяляб 


 

Дондурма стяканлары-

нын мигдары 

0                              4                7               10 

Юдянилмямиш тяляб 

Тяклифин щяжми 

Тялябин щяжми 

б




Економиксин принсипляри 

 

95 



tarazlıq  yaranır,  alıcı  və  satıcıları  razılıq  hissi  bürüyür,  qiymətə  aşağıdan  və 

yuxarıdan  təzyiq  yox  olur.  Tarazlığın  yaranma  sürəti  bazarda  qiymətlərin 

dəyişməsi  tezliyindən  asılı  olur.  Əksər  azad  bazarlarda  qiymət  tarazlığa  meyl 

etdiyindən,  təklif  artıqlığı  və  ödənilməmiş  tələb  müvəqqətidir.  Çünki  qiymət 

aydındır  ki,  tarazlıq  səviyyəsinə  cəhd  edir.  Bu  fenomen  hər  şeyi  əhatə 

etdiyindən, bəzən onu tələb və təklif qanunu  adlandırırlar. Hər bir  əmtəənin 

qiyməti elə bir səviyyəyə çatır ki, əmtəə təklifi və ona olan tələb bərabərləşir.  

 

Tarazlığın dəyiĢməsinin təhlilinin üç mərhələsi 

Biz  tələb  və  təklifin  qarşılıqlı  əlaqədə  bazar  tarazlığını  necə  təmin  etməsinə, 

bunun  da  öz  növbəsində  qiyməti,  istehsal  olunan  və  alınan  əmtəələrin 

miqdarını  müəyyənləşdirməsinə  baxdıq.  Tarazlı  qiymət  və  məhsulun  həcmi 

tələb və təklif əyrilərinin vəziyyətindən asılıdır. Nə vaxt ki, hər hansı bir hadisə 

əyrilərdən  birinin  dəyişməsinə  səbəb  olur,  bazar  tarazlığı  pozulur  və  yeni 

səviyyədə  o,  bərpa  olunur.  Belə  dəyişikliklərin  təhlili,  köhnə  və  yeni  tarazlıq 

şərtlərinin müqayisəsi müqayisəli statika adlandırılır. 

Bazardakı şəraitə təsir  göstərən hadisələrin təhlili üç mərhələni birləş-

dirir. Birinci mərhələdə baxılan hadisənin tələb və təklif əyrisinin dəyişməsinə 

və  ya  hər  iki  əyrinin  birləşməsinə  təsirini  müəyyən  etmək  lazımdır.  İkinci 

mərəhələdə  biz  əyrilərin  hərəkət  istiqamətini  (sağa  və  sola)  müəyyən  edirik. 

Üçüncü  mərhələdə  biz  tarazlı  qiymətə,  təklif  olunan  və  alınan  əmtəələrin 

həcminə  təsir  edən  dəyişmənin  başa  düşülməsini  asanlaşdıran  tələb  və  təklif 

əyrisinin qrafikindən istifadə edirik. Bu mərhələlərin ardıcıllığı cədvəl 4.7.- də 

verilmişdir. Dondurma bazarındakı vəziyyətə təsir göstərən müxtəlif hadisələrə 

münasibətdə bu üsulların tətbiqinə baxaq. 



cədvəl 4.7. 

Müqayisəli statikanın üç mərhə

ləsi 

Tələb və təklif əyrisinin (hər iki əyrinin də ola bilər) dəyişməsinin müəyyən edilməsi 



Əyrilərin dəyişməsi istiqamətinin müəyyən edilməsi 

Tələb və təklif əyrilərinin qrafiklərindən istifadə edilməsi və bu dəyişmənin bazar 



tarazlığına təsirinin təhlili 

 

Misal:  tələbin  dəyiĢməsi.  Fərz  edək  ki,  isti  yay  günüdür.  Belə  hava 

şəraiti dondurma bazarına necə təsir edir? 

1.  İsti  hava  tələbə  belə  təsir  edir:  dondurmaya  münasibətdə  insanların 

zövqü  dəyişir.  Başqa  sözlə,  hər  bir  mümkün  qiymətdə  insanların  almaq  istə-

dikləri dondurmanın miqdarı artır. Belə hava şəraiti dondurma istehsalçılarına 

– firmalara birbaşa təsir göstərmədiklərindən, təklif əyrisi dəyişmir. 

2.  İsti  havalar  insanların  dondurma  əldə  etmək  arzusunun  artmasına 

gətirib  çıxarır,  tələb  əyrisi  sağa  doğru  dəyişir.  Dondurmaya  olan  tələb  əyrisi 

D

1

-dən D



2

-yə doğru yerini dəyişir (şəkil 4.9.). Dəyişmə onu göstərir ki, hər bir 

mümkün qiymətdə tələb olunan dondurmanın miqdarı artır.  



Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə