Н. Грегори Менкйу
110
olduqda, tələb qeyri-elastikdir, qiymətin 2 dollara qalxması satışdan ümumi
gəlirin artması ilə nəticələnir. Əmtəənin qiyməti 5 dollar olduqda, tələb
elastikdir, qiymət 6 dollara yüksəldikdə isə satışdan ümumi gəlir aşağı düşür.
Qiymət 3 dollardan 4 dolllara çatdıqda, tələbin elastikliyi vahidə bərabər olur,
satışdan ümumi gəlir isə hər bir qiymətdə dəyişməz qalır.
cədvəl 5.1.
Xətti tələb əyrisinin elastikliyinin hesablanması
Qiy-
mət
doll.
Miq-
dar
Məcmu mə-
daxil
(qiymət x
miqdar)
Qiymətin
dəyişməsi,
%
Tələbin
həcminin
dəyişməsi, %
Elas-
tiklik
Tələbin
xarakteris-
tikası
0
14
0
200
15
0,1
qeyri-elastik
1
12
12
67
18
0,3
qeyri-elastik
2
10
20
40
22
0,6
qeyri-elastik
3
8
24
29
29
1,0
vahid elastik
4
6
24
22
40
1,8
elastik
5
4
20
18
67
3,7
elastik
6
2
12
15
200
13,0
elastik
7
0
0
IV fəsildə qeyd etdiyimiz kimi, əmtəələrin əksəriyyəti normal əmtəələr
kateqoriyasına aiddir: istehlakçıların gəlirlərinin artması onlara olan tələbi artı-
rır. Belə ki, tələbin həcmi və gəlir bir istiqamətdə dəyişir, normal əmtəələr
gəlirə görə müsbət elastikliklə xarakterizə olunur. Bir sıra əmtəə və xidmətlər,
məsələn, avtobusda gəzinti, ən aşağı əmtəələrə aiddirlər: istehlakçıların gəlir-
lərinin artması tələbin həcminin azalmasına səbəb olur. Beləliklə, tələbin həcmi
və gəlir müxtəlif istiqamətlərdə dəyişir, ən aşağı əmtəələr gəlirə görə mənfi
elastikliklə xarakterizə olunur.
Normal əmtəələrin gəlirə görə elastikliyi əhəmiyyətli dərəcədə
fərqlənir. İstehlakçı pul gəlirlərinin həcmindən asılı olmayaraq, onlardan bir
neçəsini əldə etməyə məcbur olduğundan, geyim və qida məhsulları kimi ən
zəruri əmtəələr gəlirə görə aşağı elastikliklə xarakterizə olunur. Balıq kürüsü
və xəz kimi təmtəraqlı əşyalar isə gəlirə görə böyük elastikliklə xarakterizə
olunurlar, çünki istehlakçıların gəlirləri azaldıqda onlar fikirləşirlər ki, bahalı
olmayan əmtəələrsiz də keçinə bilərlər.
Qiymətə görə tələbin çarpaz elastikliyi. Bir əmtəəyə tələbin həcminin
başqa məhsulların qiymətinin dəyişməsindən asılılığını müəyyən etmək üçün
iqtisadçılar qiymətə görə tələbin çarpaz elastikliyi göstəricisindən istifadə
edirlər. O, birinci əmtəəyə olan tələbin həcminin faizlə dəyişməsinin ikinci
əmtəənin qiymətinin faizlə dəyişməsinə nisbəti kimi hesablanır. Beləliklə:
Qiymətə görə tələbin çarpaz elastikliyi =
əmtəəyə olan tələbin həcminin faizlə
dəyişməsi
:
əmtəəyə olan tələbin həcminin faizlə dəyişməsi
Економиксин принсипляри
111
Çarpaz elastikliyin kəmiyyəti götürülmüş əmtəələrin bir-birini əvəz
etməsindən və ya onların bir-birini tamamlamasından asılıdır. IV fəsildə qeyd
etdik ki, bir-birini əvəz edən əmtəələr – qamburqer və ya xotdoq kimi biri
digərinin əvəzində istifadə oluna bilən əmtəələrdir. Xotdoqun qiymətinin art-
ması insanları daha çox qamburqer almağa vadar edir. Xotdoqun qiymətinin
qalxması ilə qamburqerə olan tələb bir istiqamətdə dəyişənə qədər bu əmtəələr
üçün qiymətə görə çarpaz elastiklik müsbət olacaqdır. Eyni zamanda, kompüter
və proqram təminatı kimi adətən birgə istifadə olunan əmtəələr
kompleksləşdirici əmtəələr adlanır. Belə əmtəələr üçün qiymətə görə çarpaz
elastiklik mənfi olacaqdır. Bu, öz əksini kompüterin qiyməti qalxdıqda
proqram təminatına olan tələbin azalmasında tapır.
Təklifin elastikliyi
Əmtəə təklifini müəyyən edən amillərə baxarkən (IV fəsil) qeyd etdik ki,
məhsulların qiyməti yüksəldikdə, ehtiyatların qiyməti aşağı düşdükdə və ya
texnologiya təkmilləşdikdə təklifin həcmi artır. Təklifin keyfiyyət təhlilindən
kəmiyyət təhlilinə keçdikdə, biz elastiklik konsepsiyasından istifadə edirik.
Qiymətə görə təklifin elastikliyi və onu müəyyən edən amillər
Təklif qanununa görə, əmtəənin qiymətinin artması təklifin həcminin artmasına
gətirib çıxarır. Qiymətə görə təklifin elastikliyi qyimətin dəyişməsi ilə təklifin
həcmindəki dəyişikliyin dərəcəsini əks etdirir. Əgər qiymətin dəyişməsi
təklifin həcminin əhəmiyyətli dəyişməsinə səbəb olarsa, əmtəə təklifi elastik
adlanır. Əgər qiymətin dəyişməsi əmtəə təklifinin həcminə az təsir edərsə, bu
zaman təklif qeyri-elastik olacaqdır.
Təklifin qiymət elastikliyi satıcıların istehsal olunan məhsulların həcmi-
nin asanlıqla dəyişdirilə bilməsi imkanlarından asılıdır. Məsələn, sahilyanı
zolaqda yerləşən torpaqlar qeyri-elastik təkliflə xarakterizə olunurlar, çünki
onları genişləndirmək praktiki olaraq mümkün deyil. Əksinə, kitab, avtomobil,
televizor kimi əmtəələr isə elastik təkliflə xarakterizə olunurlar, çünki firma-
istehsalçılar məhsulun qiyməti artdıqda, məhsul buraxılışını əhəmiyyətli
dərəcədə artırmaq imkanına malikdirlər.
Əksər bazarlarda təklifin qiymət elastikliyini müəyyən edən əsas deter-
minantlara qısa dövrdə baxılır. Qısamüddətli dövrlə müqayisədə uzunmüddətli
dövrdə təklif daha elastikdir. Şirkətlərə istehsal güclərini məhdudlaşdırmaq və
ya genişləndirmək üçün müəyyən müddət tələb olunur. Beləliklə, qısa dövrdə
təklifin həcmi qiymət dəyişkənliyinə zəif reaksiya verir. Əksinə, kifayət qədər
uzun vaxt kəsiyi şirkətlərə yeni istehsalın qurulması və ya köhnələrin
bağlanması üçün imkan verir və deməli, uzun müddət dövründə təklifin həcmi
qiymətin dəyişməsinə əhəmiyyətli reaksiya verir.