DərslġK / TƏLƏBƏLƏR ÜÇÜn n. Qreqorġ menkyu



Yüklə 6,69 Mb.
Pdf görüntüsü
səhifə46/281
tarix05.02.2018
ölçüsü6,69 Mb.
#25127
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   281

Н. Грегори Менкйу 

 

 



102 

əsaslanaraq,  tələbin  qiymət  elastikliyini  müəyyən  edən  bəzi  ümumi  qaydaları 

göstərə bilərik. 

Ən zəruri məhsullar və zinət əĢyaları. Ən zəruri əmtəələrə olan tələb 

tələbin  qiymət  elastikliyinin  aşağı,  zinət  əşyalarına  olan  tələb  isə  elastikliyin 

yüksək olması ilə xarakterizə olunur. Tibbi xidmətin qiyməti daim yüksəldikdə 

belə  xəstələr  həkimə  müraciət  etməyi  çətin  ki,  azaltsınlar.  Əksinə,  yaxtanın 

qiymətinin artması tələbin həcmini əhəmiyyətli dərəcədə azaldar. Səbəb ondan 

ibarətdir  ki,  əksər  insanlar  həkimə  getməyə  bir  zərurət  kimi,  yaxtaya  sahib 

olmağa isə cah-calal kimi baxırlar. Əlbəttə, bizim məhsulları ən zəruri əmtəə-

lərə  və  zinət  əşyalarına  aid  etməyimizi  onların  daxili  keyfiyyətləri  deyil, 

istehlak əhəmiyyəti müəyyən edir. Möhkəm sağlamlığa malik olan həris dəniz 

gəzintisi həvəskarı üçün qeyri-elastik tələblə ən zəruri əşya  yelkənli qayıqdır, 

yüksək elastikliklə xarakterizə olunan israfçılıq isə həkimə getməkdir. 

Bir-birini  əvəz  edən  yaxın  əmtəələrin  mövcudluğu.  Bir-birinə  yaxın 

olan əmtəələr daha elastik tələblə fərqlənir, çünki istehlakçılar heç bir çətinlik 

çəkmədən bir məhsulun yerinə digərindən istifadə edə bilirlər. Məs: bir-birini 

asan  əvəz  edə  bilən  məhsullar  kərə  yağı  və  marqarindir.  Maarqarinin  dəyəri 

dəyişmədiyi  halda  kərə  yağının  qiymətinin  cüzi  artması  onun  satış  həcmini 

əhəmiyyətli dərəcədə azaldacaq. Əksinə, yaxın əvəzedicisi olmayan yumurtaya 

olan tələb yəqin ki, yağa olan tələbə nisbətən az elastikdir. 

Bazarın  müəyyən  olunması.  Əmtəəyə  olan  tələbin  elastikliyi  hər  bir 

bazarın hüdudlarını bizim müəyyən etməyimizdən asılıdır. Məhdud bazar bir-

birini  əvəzləyən  əmtəələrin  asan  tapıldığı  geniş  bazarla  müqayisədə  tələbin 

daha elastikliyi ilə seçilir. Məs: geniş əmtəə kateqoriyası kimi qida məhsulları 

əvəzləyiciləri  olmadığından,  praktiki  olaraq  qeyri-elastik  tələbə  malikdir. 

Məhdud  əmtəə  kateqoriyasına  aid  olan  dondurma  isə  başqa  desert  məhsulları 

ilə  asan  əvəz  oluna  bildiyindən,  daha  elastik  tələbə  malikdir.  Daha  məhdud 

kateqoriyaya  aid  olan  vanilli  dondurma  tamamilə  elastik  tələblə  xarakterizə 

olunur,  çünki  dondurmanın  başqa  növləri  praktiki  olaraq  onun  təkmilləşmiş 

əvəzləyicisidir. 



Müvəqqəti  mənzərə.  Uzun  vaxt  kəsiyində  əmtəələrin  qiymətinə  görə 

tələbin elastikliyinin əhəmiyyəti yüksəlir. Benzinin qiyməti qalxdıqda ona olan 

tələb ilk aylarda bir qədər azalır, müəyyən vaxtdan sonra insan daha qənaətcil 

avtomobil  alır,  tez-tez  ictimai  nəqliyyatdan  istifadə  edir  və  ya  iş  yerinə  yaxın 

yerə  köçür.  Bir  neçə  il  ərzində  benzinə  olan  tələbin  dinamikasına  baxdıqda 

görürük ki, onun istehlakı əhəmiyyətli dərəcədə azalmışdır. 



 

Qiymətə görə tələbin elastikliyinin hesablanması 

İqtisadçılar  tələbin  qiymət  elastikliyini  faiz  ifadəsində  tələbin  həcminin 

dəyişməsinin faiz ifadəsində qiymətin dəyişməsinə nisbəti kimi hesablayırlar. 

Tələbin qiymət elastikliyi =

 

%

  



дяйишмяси,

  

гиймятин



%

  

дяйишмяси,



  

щяжминин


  

тялябин


 


Економиксин принсипляри 

 

103 



Fərz edək ki, 1 stəkan dondurmanın qiyməti 2,00 dollardan 2,20 dollara 

qalxmışdır,  indi  ayda  10  stəkan  deyil,  8  stəkan  dondurma  alırsız.  Biz  faizlə 

ifadə olunmuş qiymətin dəyişməsini hesablayaq. 

Qiymətin dəyişməsi = 

%

10

100



00

,

2



)

00

,



2

20

,



2

(



 



Uyğun  olaraq,  faiz  ifadəsində  dondurmaya  olan  tələbin  həcmini 

dəyişməsini müəyyən edirik. 

Tələbin həcminin dəyişməsi = 

%

20



%

100


10

)

8



10

(



 



Bu halda qiymətə görə tələbin elastikliyi təşkil edəcəkdir: 

Tələbin qiymət elastikliyi = 

2

%

10



%

20



 

Bizim misalda qiymətə görə tələbin elastikliyi 2-dir. Bu o deməkdir ki, 

tələbin  həcminin  dəyişilməsi  əmtəənin  qiymətinin  dəyişməsindən  2  dəfə 

çoxdur. 


Beləliklə, əmtəəyə olan tələbin həcmi onun qiymətinə əks mütənasibdir, 

faiz  ifadəsində  tələbin  həcminin  dəyişməsi  həmişə  faiz  ifadəsində  qiymətin 

dəyişməsinə əksdir. Bizim misalda faiz ifadəsində əmtəənin qiymətinin dəyiş-

məsi  müsbət  10%  (qiymətin  artması),  faiz  ifadəsində  tələbin  həcminin 

dəyişməsi  mənfi 20% (tələbin azalması) təşkil edir. Bu səbəbdən də qiymətə 

görə  tələbin  elastikliyi  bəzən  mənfi  ədəd  hesab  olunur.  Bu  kitabda  biz  təcrü-

bədə  ümumi  qəbul  olunmuş  qaydanı  əsas  götürərək,  qiymət  elastikliyini 

müsbət  ədəd  hesab  edəcəyik  (riyaziyyatçılar  bunu  mütləq  qiymət  adlandırar-

dılar).  Belə  bir  şəraitdə  qiymətə  görə  tələbin  elastikliyinin  böyük  əhəmiyyəti 

qiymət  dəyişkənliyi  ilə  müqayisədə  tələbin  həcminin  daha  çox  dəyişməsinə 

mütənasibdir. 

 

 

Tələb əyrilərinin növləri 

Adətən  iqtisadçılar  tələb  əyrilərini  onların  elastikliyinə  uyğun  olaraq  təsnifl 

edirlər.  Əgər  elastiklik  1-dən  yuxarıdırsa,  əmtəəyə  olan  tələb  elastik  kimi 

qiymətləndirilir. Yəni, faiz ifadəsində əmtəənin miqdarının dəyişməsi faiz ifa-

dəsində onun qiymətinin dəyişməsindən nisbətən yüksəkdir. Tələbin elastikliyi 

1-dən aşağı olduqda, tələb qeyri-elastik adlanır. Başqa sözlə, əmtəənin miqda-

rının  dəyişməsi  onun  qiymətinin  dəyişməsindən  nisbətən  aşağıdır.  Əgər  elas-

tiklik  1-ə  bərabərdirsə,  əmtəənin  miqdarı  onun  qiymətinin  dəyişməsinə  tam 

uyğun olaraq dəyişir və tələb vahid elastiklik kimi xarakterizə olunur. 

Qiymətə  görə  tələbin  elastikliyi  əmtəəyə  olan  tələbin  həcminin  qiy-

mətin dəyişməsindən asılılığını göstərir və o, tələb əyrisinin meylliliyi ilə sıx 

bağlıdır (II fəslə əlavədə əyrinin meylliyi və elastik məsələlərin izahına bax). 

Burada böyük barmaq qaydasına əməl etmək sərfəlidir: həmin nöqtədən keçən 

tələb əyrisi nə qədər çox maillidirsə, tələbin elastikliyi bir o qədər  yüksəkdir; 




Yüklə 6,69 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə