Н. Грегори Менкйу
102
əsaslanaraq, tələbin qiymət elastikliyini müəyyən edən bəzi ümumi qaydaları
göstərə bilərik.
Ən zəruri məhsullar və zinət əĢyaları. Ən zəruri əmtəələrə olan tələb
tələbin qiymət elastikliyinin aşağı, zinət əşyalarına olan tələb isə elastikliyin
yüksək olması ilə xarakterizə olunur. Tibbi xidmətin qiyməti daim yüksəldikdə
belə xəstələr həkimə müraciət etməyi çətin ki, azaltsınlar. Əksinə, yaxtanın
qiymətinin artması tələbin həcmini əhəmiyyətli dərəcədə azaldar. Səbəb ondan
ibarətdir ki, əksər insanlar həkimə getməyə bir zərurət kimi, yaxtaya sahib
olmağa isə cah-calal kimi baxırlar. Əlbəttə, bizim məhsulları ən zəruri əmtəə-
lərə və zinət əşyalarına aid etməyimizi onların daxili keyfiyyətləri deyil,
istehlak əhəmiyyəti müəyyən edir. Möhkəm sağlamlığa malik olan həris dəniz
gəzintisi həvəskarı üçün qeyri-elastik tələblə ən zəruri əşya yelkənli qayıqdır,
yüksək elastikliklə xarakterizə olunan israfçılıq isə həkimə getməkdir.
Bir-birini əvəz edən yaxın əmtəələrin mövcudluğu. Bir-birinə yaxın
olan əmtəələr daha elastik tələblə fərqlənir, çünki istehlakçılar heç bir çətinlik
çəkmədən bir məhsulun yerinə digərindən istifadə edə bilirlər. Məs: bir-birini
asan əvəz edə bilən məhsullar kərə yağı və marqarindir. Maarqarinin dəyəri
dəyişmədiyi halda kərə yağının qiymətinin cüzi artması onun satış həcmini
əhəmiyyətli dərəcədə azaldacaq. Əksinə, yaxın əvəzedicisi olmayan yumurtaya
olan tələb yəqin ki, yağa olan tələbə nisbətən az elastikdir.
Bazarın müəyyən olunması. Əmtəəyə olan tələbin elastikliyi hər bir
bazarın hüdudlarını bizim müəyyən etməyimizdən asılıdır. Məhdud bazar bir-
birini əvəzləyən əmtəələrin asan tapıldığı geniş bazarla müqayisədə tələbin
daha elastikliyi ilə seçilir. Məs: geniş əmtəə kateqoriyası kimi qida məhsulları
əvəzləyiciləri olmadığından, praktiki olaraq qeyri-elastik tələbə malikdir.
Məhdud əmtəə kateqoriyasına aid olan dondurma isə başqa desert məhsulları
ilə asan əvəz oluna bildiyindən, daha elastik tələbə malikdir. Daha məhdud
kateqoriyaya aid olan vanilli dondurma tamamilə elastik tələblə xarakterizə
olunur, çünki dondurmanın başqa növləri praktiki olaraq onun təkmilləşmiş
əvəzləyicisidir.
Müvəqqəti mənzərə. Uzun vaxt kəsiyində əmtəələrin qiymətinə görə
tələbin elastikliyinin əhəmiyyəti yüksəlir. Benzinin qiyməti qalxdıqda ona olan
tələb ilk aylarda bir qədər azalır, müəyyən vaxtdan sonra insan daha qənaətcil
avtomobil alır, tez-tez ictimai nəqliyyatdan istifadə edir və ya iş yerinə yaxın
yerə köçür. Bir neçə il ərzində benzinə olan tələbin dinamikasına baxdıqda
görürük ki, onun istehlakı əhəmiyyətli dərəcədə azalmışdır.
Qiymətə görə tələbin elastikliyinin hesablanması
İqtisadçılar tələbin qiymət elastikliyini faiz ifadəsində tələbin həcminin
dəyişməsinin faiz ifadəsində qiymətin dəyişməsinə nisbəti kimi hesablayırlar.
Tələbin qiymət elastikliyi =
%
дяйишмяси,
гиймятин
%
дяйишмяси,
щяжминин
тялябин
Економиксин принсипляри
103
Fərz edək ki, 1 stəkan dondurmanın qiyməti 2,00 dollardan 2,20 dollara
qalxmışdır, indi ayda 10 stəkan deyil, 8 stəkan dondurma alırsız. Biz faizlə
ifadə olunmuş qiymətin dəyişməsini hesablayaq.
Qiymətin dəyişməsi =
%
10
100
00
,
2
)
00
,
2
20
,
2
(
Uyğun olaraq, faiz ifadəsində dondurmaya olan tələbin həcmini
dəyişməsini müəyyən edirik.
Tələbin həcminin dəyişməsi =
%
20
%
100
10
)
8
10
(
Bu halda qiymətə görə tələbin elastikliyi təşkil edəcəkdir:
Tələbin qiymət elastikliyi =
2
%
10
%
20
Bizim misalda qiymətə görə tələbin elastikliyi 2-dir. Bu o deməkdir ki,
tələbin həcminin dəyişilməsi əmtəənin qiymətinin dəyişməsindən 2 dəfə
çoxdur.
Beləliklə, əmtəəyə olan tələbin həcmi onun qiymətinə əks mütənasibdir,
faiz ifadəsində tələbin həcminin dəyişməsi həmişə faiz ifadəsində qiymətin
dəyişməsinə əksdir. Bizim misalda faiz ifadəsində əmtəənin qiymətinin dəyiş-
məsi müsbət 10% (qiymətin artması), faiz ifadəsində tələbin həcminin
dəyişməsi mənfi 20% (tələbin azalması) təşkil edir. Bu səbəbdən də qiymətə
görə tələbin elastikliyi bəzən mənfi ədəd hesab olunur. Bu kitabda biz təcrü-
bədə ümumi qəbul olunmuş qaydanı əsas götürərək, qiymət elastikliyini
müsbət ədəd hesab edəcəyik (riyaziyyatçılar bunu mütləq qiymət adlandırar-
dılar). Belə bir şəraitdə qiymətə görə tələbin elastikliyinin böyük əhəmiyyəti
qiymət dəyişkənliyi ilə müqayisədə tələbin həcminin daha çox dəyişməsinə
mütənasibdir.
Tələb əyrilərinin növləri
Adətən iqtisadçılar tələb əyrilərini onların elastikliyinə uyğun olaraq təsnifl
edirlər. Əgər elastiklik 1-dən yuxarıdırsa, əmtəəyə olan tələb elastik kimi
qiymətləndirilir. Yəni, faiz ifadəsində əmtəənin miqdarının dəyişməsi faiz ifa-
dəsində onun qiymətinin dəyişməsindən nisbətən yüksəkdir. Tələbin elastikliyi
1-dən aşağı olduqda, tələb qeyri-elastik adlanır. Başqa sözlə, əmtəənin miqda-
rının dəyişməsi onun qiymətinin dəyişməsindən nisbətən aşağıdır. Əgər elas-
tiklik 1-ə bərabərdirsə, əmtəənin miqdarı onun qiymətinin dəyişməsinə tam
uyğun olaraq dəyişir və tələb vahid elastiklik kimi xarakterizə olunur.
Qiymətə görə tələbin elastikliyi əmtəəyə olan tələbin həcminin qiy-
mətin dəyişməsindən asılılığını göstərir və o, tələb əyrisinin meylliliyi ilə sıx
bağlıdır (II fəslə əlavədə əyrinin meylliyi və elastik məsələlərin izahına bax).
Burada böyük barmaq qaydasına əməl etmək sərfəlidir: həmin nöqtədən keçən
tələb əyrisi nə qədər çox maillidirsə, tələbin elastikliyi bir o qədər yüksəkdir;