“Deviant” davranış və onun elmi izahına fərqli yanaşmalar



Yüklə 67,81 Kb.

tarix28.08.2018
ölçüsü67,81 Kb.


 

- 1 - 


                                                                                

dos. Nuralı Çələbiyev  

           AMİ-nin Şəki filialı       

                                                                                       

 

“DEVİANT” DAVRANIŞ FORMALARI VƏ ONLARIN ELMİ İZAHINA 

YANAŞMALARIN MÜXTƏLİFLİYİ  

                                                                         

 

Açar sözlər: deviant davranış, sosial norma, deviasiya, addiksiya, delikvient davranış. 

 

Ключевые слова: девиантное поведение, социальная норма, девиация, аддуикция,  

                                             дeкликвентное поведения 

 

 



Key words: Deviant behaviors, social norm, deviously, addiksiya, deficient behaviors. 

 

 



 

 

“Deviant” 



davranış 

(latınca-“deviation”-“kənara 

çıxma”) 

elmi 


ədəbiyyatlarda  XX  əsrin  60-cı  illərindən  sonra  işlənməyə  başlanılmış,  XX  əsrin 

sonlarında  isə  sosiologiya,  korreksiyaedici  psixologiya  və  pedaqogika  elmlərinin 

sərhəddində “deviantologiya” adlı müstəqil elm sahəsi meydana gəlmişdir. 

 

R.K.Merton, E. Dyurkheym, Ç.Lombrozzo, Z.Freyd, Q.Tard,  V.V.Kovalev, 



F.Rataki,  T.P.Korolenko,  T.A.Donskix,  V.H.İvanov,  Y.A.Kreyberq,  E.V.Zma-

novskaya,  N.V.Maysak,  İ.S.Kon  və  bir  sıra  digər  alimlər  “deviant”  davranış 

problemini  sosioloji,  tibbi,  pedaqoji  və  psixoloji  aspektlərdə  tədqiq  etmiş  və  bir 

sıra əsərlər yazmışlar. 

Müasir elmi pedaqoji və psixoloji ədəbiyyatlarda (M.İ.Rojkov, M.A.Koval-

çuk,  V.Q.Bajenov,  M.İ.Buyanov,  V.Klayn,  A.İ.Zaxarov  və  b.)  uşaq  və  yeniyet-

mələrin  rəftar  və  davranışında  müşahidə  olunan  normadankənar,  qusurlu 

davranışın bütün təzahürlərini “deviant davranış”  adlandırırlar. “Deviant” davranış 

dedikdə  insanın  əməl  və  hərəkətlərinin  onun  yaşadığı  cəmiyyətdə  faktiki  olaraq 

bərqərar  olmuş  norma  və  standartlara  uyğunsuzluğu  nəzərdə  tutulur.  “Deviant” 

davranış  (o  cümlədən  sosial  deviasiya)  müəyyən  cəmiyyətlərdə  və  onların 

inkişafının müəyyən dövrlərində ümumi qəbul edilmiş və daha çox geniş yayılmış 

davamlı  davranış  normalarından  yayınmadır.  Bir  qrup  alimlər  deviant  davranışın 

subyektləri sırasına gənc asketləri, inqilabçıları, qedonistləri (həyatda zövq-səfa ilə 

yaşamağı  üstün  tutanları  –  N.Ç.),  psixi  xəstələri,    müqəddəsləşdirilən  şəxsləri, 

dahiləri və s. də aid edirlər. 

 Neqativ  deviant  davranış  cəmiyyətdə    müəyyən  (təcrid  etmə,  müalicə, 

davranış  normalarını  pozanın  reablitasiyası,  korreksiyası,  cəzalandırılması  və  s.)  

formal  və  qeyri-formal  sanksiyaların  tətbiqinə  gətirib  çıxarır.  Neqativ  deviant 

davranışın addiktiv (asılı) və delikvient (hüquqa zidd) kimi formaları fərqləndirilir. 

Onlara  sərxoşluq  və  alkoqolizm,  narkomaniya,  cinayətkarlıq,  intihar,  fahişəlik, 

korrupsiya,  terrorizm,  habelə  oğurluq  və  qarət,  kimyəvi  və  sosial  asılılığa  səbəb 

olan  (məsələn,  sosial  şəbəkələrdən,  qumar  oyunlarından  asılılıq)  davranışlar  aid 

edilir. 


Deviasiya  özündə  3  elementi  birləşdirir:  1.  İnsanın  dəyərlərə  və  normalara 

(siyasi, mənəvi, hüquqi) münasibəti; 2. İnsanı qiymətləndirən qrup və ya təşkilat; 

3. İnsanın davranışı. 

“Deviant”  davranış  problemi  sosiologiya  elminin  meydana  gəlməsinin 

başlanğıc  mərhələsində  diqqət  mərkəzində  olmuşdur.  Fransız  sosioloqu  Emil 

Dyurkheym  1897-ci  ildə  yazdığı  “Özünəqəsd”  adlı  klassik  əsəri  ilə  müasir 




 

- 2 - 


deviantologiyanın  əsasını  qoymuş  alimlərdən  biri  hesab  edilir.  O,  sosiologiya 

elminə  “anomiya”  anlayışını  daxil  etmiş  və  bununla  cəmiyyətdə  böhranlar  və 

radikal  sosial  dəyişikliklər  zamanı  yaranan  qarışıqlıq  və  çaşqınlıq  vəziyyətlərini 

ifadə  etmişdir.  Dyurkheym  bunu  cəmiyyətdə  gözlənilməz  iqtisadi  tənəzzül  və 

yüksəliş  dövrlərində  intiharların  sayının  artması  nümunəsində  təhlil  etmişdir. 

Dyurkheymin  davamçısı,  amerikan  sosioloqu  Robert  Merton  özünün  struktur 



funksionalizm  nəzəriyyəsi  çərçivəsində  insanın  davranış  reaksiyalarının  sosioloji 

təsnifatlarından birini yaratmışdır. 

Deviant  davranışların  motivasiyasını  sosial  və  psixoloji  amillərlə  bağlayan 

rus  alimi  M.İ.Rojkov  onları  4  əsas  qrupa  ayırır:  “1)  huquqi  və  əxlaqi  şurdakı 

qüsurlar;  2)  şəxsiyyətin  tələbatlarının  məzmunu;  3)  xarakterin  xüsusiyyətləri;  4) 

iradi-emosional aləmin xüsusiyyətləri”. [1,s.12] 

Müxtəlif  elmlər  “deviant”  davranışa  fərqli  mövqelərdən    yanaşırlar.  Sosial 

elmlər  “deviant”  davranışa  insanın  sosial  mühitdə,  yaxın  sosial  əhətədə, 

kollektivdə  fiziki  və sosial  mövcudluğuna  real  təhlükə kimi  baxır, sosial–mənəvi 

normaların, mədəni dəyərlərin, habelə  insanın mənsub olduğu cəmiyyətdə həmin 

norma  və  dəyərlərin  mənimsənilməsinə  və  yaradılmasına,  özünüinkişaf  və 

özünüreallaşdırma prosesinin pozulmasının nəticəsi hesab edirlər. Onların fikrincə, 

“deviant” davranışlar fərdlərin həyatında müəyyən xüsusiyyətləri ilə səciyyələnən 

və  sosial  sferaya  heç  də  yad  olmayan  davranışların  məcmusudur.  Deviantizmin 

əsas mənbəyi geniş sosial spektrə malik sosial sistem. Sosial sistem yeniləndikcə, 

köhnəsi yenisi ilə əvəzləndikcə, yaranan transformasiyaların fərdlərin psixikasına, 

şüuruna  təsiri  də  böyük  olur.  Müasir  Azərbaycan  cəmiyyətində  narkomaniyanın, 

korrupsiya,  intihar,  oğurluq  və  qarət  hallarının,  habelə  mənəviyyata  zidd 

hərəkətlərin artmasının səbəblərini məhz qeyd olunan amillərdə axtarmaq lazımdır. 

Hollandiya  alimi  M.de  Vinter  qeyd  edirdi  ki,  “1970-1990-cı  illər  ərzində 

müxtəlif davranış qüsurları olan uşaq və yeniyetmələrin sayı xeyli artmışdır,  indi 

də  durmadan  artır  və  onlar  18  yaşadək  yeniyetmə  və  gənclərin  20%-ni  təşkil 

edirlər”. [1,s.6] 



Tibbi-bioloji  yanaşmada  “deviant”  davranış  cəmiyyətdə  qəbul  edilmiş 

şəxsiyyətlərarası  qarşılıqlı  təsir  formalarını  -  əməlləri,  hərəkətləri,  mühakimələri 

psixi  sağlamlıq  səviyyəsində,  habelə,  sinir-psixi  patologiya,  səviyyəsində 

normadan  kənaraçıxma  kimi  qiymətləndirilir.  Deviantizmin  mahiyyətinə  tibbi-

bioloji  mövqedən  yanaşan  italyan  həkim-psixiatrı  Çezare  Lombrozzo qeyd  edirdi 

ki,  deviantlar  cinayətkarlardır,  deviantizm  cinayətkarlıqdır.  Cəmiyyətin  bu  və  ya 

digər,  düz  və  ya  dalğavari  xətt  üzrə  inkişafı  zamanı  ortaya  çıxan  atavizmlərdir. 

Onlar ya anadan belə doğulur, ya da bu, onlarda mühitin təsiri altında formalaşır. 

Deviantlığı şəxsiyyətin tipi ilə əlaqələndirən ABŞ psixiatrı Vilyam Şeldona görə, 

şəxsiyyətin tipi ilə cinayətin tipi arasında bu və ya digər formada əlaqə mövcuddur. 

Deviantizmin  kökündə  şəxsiyyətin  daxilindən,  bəlkə  də  onun  genindən 

qaynaqlanan bəzi məsələlər durur. 



Psixoloji  yanaşmada  sosial-psixoloji və mənəvi normalardan kənaraçıxma  

ya  konfliktin həllinin  yanlış,  antisosial  həlli nümunəsində,  ya  da  ictimai  və  şəxsi 

rifaha  əngəl  olan  davranış  normalarının  pozulması  kimi  izah  olunur  və 

“deprivasiya” termini ilə ifadə olunur.  




 

- 3 - 


 

“Psixoloji  çətinliklərə,  habelə  müvəqqəti  emosional  və  davranış 

pozğunluqlara    uşaqların  əksəriyyətində  təsadüf  olunur.  Bu,  inkişafın  ayrılmaz 

tərkib hissəsidir”. [8,s.45] 

 

Deviantlığı  psixoloji  aspektdə  izah  edən  Avstriya  psixiatrı  Ziqmund  Freyd 



özünün psixoanalizinə əsaslanaraq yazırdı ki, cinayətin əsasında onu törədənin zəif 

“eqo”su  dayanır.  Bu,  insanı  normal  sosial  davranışlardan  kənara  sapmalara  sövq 

edir.  Burada  digər  psixoloji  faktların  da  rolu  vardır.  Bunlar  insanın  idrak 

qabiliyyəti, cəmiyyət həyatından “görüb-götürdüyü” mənfiliklər və şəxsiyyətindən 

qaynaqlanan xüsusiyyətləridir.  

 

Rus  psixoloqu  V.V.Korolyov  belə  nəticəyə  gəlmişdir  ki,  “yeniyetmə  və 



gənclər tətəfindən  törədilən cinayətlərin 33,1 %-i baş beyndə pozğunluqlar olan,       

20,1  %-i xəstə  oliqofrenlər  , 4,1  %-i xarakter  potologiyası  olanlar, yalnız 2,6  %-i 

nevrozlu xəstələr tərəfindən törədilir”. [ 1,s.11] 

 

Mürəkkəblik  dərəcəsinə  və  məzmun  baxımından  da  deviant  davranışın 



təsnifatına  fərqli  yanaşmalar  mövcuddur.  Həmin  təsnifatlardakı  fərqlər  əsasən 

onunla  bağlıdır  ki,  sosiologiya,  psixologiya,  tibb,  kriminologiya  və  s.  kimi    elm 

sahələri  və  elmi  məktəblər  davranışın  hansı  formalarının  deviasiya  hesab 

olunduğuna  eyni  mənada  yanaşmır,  normanın  deviasiyadan  fərqləndirilməsinə  və 

ya davranış deviasiyasının konstruktiv (müsbət) və ya yalnız destruktiv (dağıdıcı) 

xarakterdə olması məsələsini eyni kriteriyalardan izah edirlər.   

 

“Gərginlik”  nəzəriyyəsinin  banisi,  ABŞ  sosioloqu  Robert  Merton    qeyd 



edirdi ki, deviant hərəkətlər bir növ şəxsin bloklaşdırılan hərəkətləridir. İnsan fərd 

olaraq  cəmiyyətə  uyğunlaşır  və  bu  zaman  onun  deviant  hərəkətləri  ictimai  qınaq 

obyektinə  çevrilir.  Deviant  hərəkətlərə  ən  çox  gənclər  arasında  təsadüf  olunur. 

Onun  modelində  fərdin  cəmiyyət  həyatına  adaptasiyasının  5  üsulu  qeyd 

olunmuşdur.  Merton  öz  yanaşmasında  irəli  sürdüyü  həmin  kriteriyaların  hər 

birində  fərdin  cəmiyyətdə  öz  məqsədlərinə  çatmasının  vasitələrini  xarakterizə 

etmişdir ki, bu reyaksiyaların da bir hissəsi öz mahiyyətinə görə deviant davranış 

tipindədir. 

-    Tabeçilik  (öz  məqsədlərini  cəmiyyətin  məqsəd  və  vasitələrinə  tabe  

etmək); 


-    İnnovasiya  –  (fəaliyyəti  cəmiyyətin  məqsədlərinin  əldə  edilməsi 

vasitələrinə deyil, öz məqsədlərinə tabe etmək); 

-    Ritualizm  (  məqsədə  çatmağın  ənənəvi  üsulları  mümkünsüz  hesab  edilir, 

lakin ənənələrin izləri qalır); 

-    Retretizm  (cəmiyyətdən  qaçma,  məqsədə  çatmağın  vasitələrini  qəbul 

etməmək); 

-  Qiyam  (yeni  sosial  qaydaları  tətbiq  etmək,  məqsəd  və  vasitələri 

dəyişdirmək cəhdi). 

 

Rus  psixoloqu  V.V.Kovalev  öz  təsnifatında  deviasiyanın  3  tipini 



fərqləndirir.  O,  sosial-psixoloji  deviasiyalara  antidistiplinar  davranışı,  asosial 

davranışı, hüquqa zidd davranışı, autoaqressiv davranışı;  kliniki – psixopatoloji 



deviasiyalara  isə  (patoloji  və  qeyri-patoloji);  şəxsi-dinamik  deviasiyalara  isə 

“reaksiyaları”, inkişafı və vəziyyətləri aid etmişdir.  




 

- 4 - 


 F.Patakinin  öz  təsnifatında  deviant  davranışın  “nüvəsini”  təşkil  edən 

davamlı  formaların  sırasına  cinayətkarlığ,  alkoqolizm,  narkomaniyan,  intihar 

(özünəqəsd),  “deviantöncəsi  sindrom”lara  insanı  davamlı  deviant  davranış 

formalarına  sürükləyən  affektiv  davranış  tipini,  ailə  konfliktlərini,  aqressiv 

davranış tipini, ilkin antisosial davranış formalarını, təlimə mənfi münasibəti, aşağı 

intellekt səviyyəsini aid etmişdir.  

Rus  sosioloqu  T.P.Korelenko  və  T.A.Donskix  davranış  deviasiyalarının 

aşağıdakı təsnifatını təklif etmişlər: 

- qeyri-standart davranış (sosial davranış stereotipləri çərçivəsindən kənara çıxan,  

    lakin cəmiyyətin  inkişafında  pozitiv rol oynayan hərəkətlər); 

-  zahiri destruktiv davranış (sosial normaların pozulmasına yönəlmiş destruktiv  

   davranış) . 

-

 

addiktiv  davranış  (hər  hansı  kimyəvi  və  ya  qeyri  kimyəvi  maddədən  və  ya 



xüsusi  aktivlik  yaradan  vasitələrdən  istifadə  etməklə,  reallıqdan  qaçmağa  və 

arzu edilən emosiyanı əldə etməyə yönəlmiş davranış). 

-

 

antisosial davranış (qanunların və başqa adamların hüquqlarının pozulması) 



-

 

daxili  destruktiv  (öz  şəxsiyyətinin  dezinteqrasiyasına  (suisidal,  konformist, 



narsistik, fanatik, autistik) yönəlmiş davranış; 

V.N.İvanov  isə,  insan  və  cəmiyyət  üçün  təhlükəlilik  səviyyəsinə  görə 

deviasiyanın iki səviyyəsini fərqləndirir: 

-

 



kriminallığaqədərki  səviyyə  -  əxlaq  normalarının    və  davranış  qaydalarının 

ictimai yerlərdə kiçik pozulması halları; ictimai-faydalı fəaliyyətdən yayınma, 

psixikaya  dağıdıcı  təsir  göstərən  alkoqollu,  narkotik,  toksiki  maddələrdən 

istifadə və ciddi ictimai təhlükə törətməyən digər davranış formaları; 

-

 

kriminogen səviyyə -  cinayət-cəza tandemində əks olunan cinayətkar əməl və 



hərəkətlər. 

Y.A.Kreyberq  deviasiyaları  neqativ  (məsələn,  narkotiklərdən  istifadə), 



pozitiv  (məsələn,  sosial  yaradıcılıq)  və  sosial-neyteral  (məsələn,  dilənçilik) 

olmaqla üç əsas qrupa ayırmışdir. 

 

Müxtəlif  davranış  deviasiyalarının  tipologiyalarını  ümumiləşdirən  rus 



psixoloqu  –  E.V.  Zmanovskaya  normaların  pozulması  növlərinin  və  normadan 

kənar  davranışın  neqativ  nəticələrinin    əsas  meyarlarını  müəyyənləşdirmişdir. 

Onun  təsnifatında  normadankənar,  qüsurlu  davranışın  üç  əsas  qrupu  diqqəti  cəlb 

edir:  


-

 

antisosial (delikvient) (hüquq normaları ilə ziddiyyət təşkil edən, sosial asayişi 

və ətrafdakı insanların əmin-amanlığını pozmağa yönəlmiş davranış); 

-

 



asosial  (amoral,  əxlaqi-mənəvi  normaları  yerinə  yetirməkdən  yayınan, 

şəxsiyyətlərarası münasibətləri korlayan davranış); 

-

 

autodestruktiv  (özünü  məhv  etməyə  yönəlmiş),  (suisidal,  fanatik,  autik, 



viktim, riskli, qida asıllığı, kimyəvi asillıq yaradan davranış və s.) 

Sosial deviasiyaların matrisini tərtib edən  N.V.Maysak çoxsaylı nümunələr 

əsasında deviant davranışın öz daxilində bir-biri ilə kəsişən ikiölçülü və çoxsaylı 

formalarını fərqləndirmişdir: 

-

 

istiqamətinə  və  təzahür  xüsusiyyətlərinə  görə  deviasiyalar:  konstruktiv, 



yaradıcı davranış (bədii, elmi, texniki, təşkilatçılıq, kompyuter yaradıcılığı); 


 

- 5 - 


-

 

autodestruktiv  davranış:  addiktiv  (qeyri-kimyəvi  və  kimyəvi  asılılıq), 

suisidal, parasuisidal davranış və suisid); 

-

 



zahiri  destruktiv,  hüquqazidd  davranış  (inzibati  hüquq  pozğunluğu, 

delikvient, kriminal davranış); 

-

 

kommunikativ  deviasiyalar:  sosial  cəhətdən  təqdir  edilmə  dərəcəsinə  görə: 



sosial  cəhətdən  bəyənilən  və  prososial  davranış  (müəyyən  sosial  qrupun 

normalarına uyğunlaşmış); 

-

 

sosial-neyteral  davranış  (ictimai  cəhətdən  təhlükə  doğurmayan  və  ya 



birqiymətli dəyərləndirilməyən); 

-

 



sosial  cəhətdən  bəyənilməyən:  asosial  (mənəvi-etik  normalardan  kənara 

çıxan) və antisosial (hüquq normalarından kənara çıxan) davranış. 

“Deviant”  davranış  anlayışına  münasibət  bildirən  rus  psixoloqu  İ.S.Kon 

yazırdı:  “Deviant  davranış  ümumən  qəbul  edilmiş  və  ya  nəzərdə  tutulan  psixi 

sağlamlıq, hüquq,  mədəniyyət  və  ya  əxlaq  kimi  normalardan kənara  çıxmanı  əks 

etdirən  hərəkətlər  sistemidir.  İ.S.Kon  deviant  davranışı  iki  əsas  kateqoriyaya 

ayırmış və onlara birincisi, psixi sağlamlıq normalarını, ikincisi, hər hansı  sosial 

və  mədəni normaları,  xüsusilə  hüquq normalarının pozulması ilə  müşayət  olunan 

antisosial  davranış  formalarını  aid  etmişdir.  “Sərxoşluq,  narkotika  qəbulu, 

aqressivlik  və  hüquqa  zidd  davranışlar  vahid  blok  yaradırlar.  Belə  ki,  gəncin 

deviant davranışın bir formasına cəlb edilməsi onun digərlərinə də cəlb ediləcəyi 

ehtimalını yaradır”. [5,s.251] 

Beləliklə,  qeyd  etmək  olar  ki,  şəxsiyyətin  davranış  qüsurları  və  ya 

deviantizm  cəmiyyətdə  ümumən  qəbul  edilmiş  və  ya  rəsmən  qəbul  edilmiş  sosial 

normalardan kənaraçıxma hallarıdır. Adətən, deviant davranışlı şəxsin əməlləri bir 

qayda  olaraq,  ətrafdakı  digər  adamlar  tərəfindən  neqativ  qiymətləndirilir,  onların 

sosial  sanksiyaları  ilə  üzləşir.  Deviant  davranış  yalnız  şəxsiyyətin  özünə  deyil, 

ətrafdakı adamlara da real zərbə vurur. Bu cəhətdən  qeyd etmək olar ki, “deviant” 

davranış ilk növbədə destruktiv və ya autodestruktiv davranışdır. 

“Psixi  inkişafda  ləngimələr  adətən,  davranış  qüsurları  ilə  çulğalaşır...  belə 

uşaq və yeniyetmələr pedaqoji korreksiyaya yetərincə davam gətirmirlər”. [7,s.187] 

Deviant davranışı dayanıqlı, dəfələrlə və uzun  müddət təkrarlanan davranış 

tipi  kimi  də  səciyyələndirmək  olar.  Belə  davranış  şəxsiyyətin  istiqaməti,  sərvət 

meyli və ya motivlər sahəsi ilə sıx şəkildə bağlıdır və onun təzahürüdür.  

 

 

İstifadə olunmuş ədəbiyyat: 



 

1.

 



Воспитание трудного ребенка. Дети с девиантными поведениями./Под 

ред. М.И.Рожкова М: «Владос», 2003,239 стр. 

2.

 

Глинский    Я.И.  Девиантология  –  2-е  изд.  исп.  и  доп.  –  СПЬ:  М; 



Издательство Р. Асанова «Юридических центр Пресс», 2007, 528 стр. 

3.

 



Змановская 

Е.В. 


Девиантология. 

(Психология 

отклоняющего 

поведения) Учеб. пособие для студентов высших учеб. заведений, 2-ое 

изд. исп. – М; Издательский центр «Академия» 2004, 288 стр. 



 

- 6 - 


4.

 

Ковальчук  М.А.  Профилактика  девиантного  поведения  старшеклас-



сников:  Монография,  Ярославль:,  Изд.-  во  ЯГПУ  им  К.Д.Ушинского, 

2002, 242 стр. 

5.

 

Кон И.С. Психология ранней юности. М., «Просвещение»,1989,255 стр. 



6.

 

Остапенко  Т.С.,  Остапенко  Р.И.  Анализ  особенностей  личности  



подростков  с    девиантным  поведением.  M.,//Перспективы  науки  и 

образования – 2013, №1. стр. 54-60. 

7.

 

Педагогика здоровья. М., «Педагогика-Пресс», 1992, 288стр. 



8.

 

Раттер М. Помощь трудным детям. М., «Педагогика», 1987, 246 стр. 



 

 

 



 

 

 



 

 

 



 

 

Н.З.Чалабиев 



«Девиантные формы поведения и разные подходы к их научным объяснениям. 

 

Резюме 

 

В статье обсуждается проявление будучи социально негативные  поведения людей 



а  обществе,  разные  девиантные  формы  поведения  и  особенный  подходы  к  их  научным 

объяснениям. 

 

 

 



 

 

 



 

 

 



 

N.Z.Chalabiev 

“Deviant” behaviors forums and their diver city of Scientific explanation approaches. 

 

 



 

 

 



 

Summary 

This    article  deals  with  the  negative  appearance  of  social  behaviors’  of  the-people  in 

society  and  the  deterrent  forms  of  deviants  behaviors,  their  classification  and  diver  city  of 

scientific explanation approaches. 





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə