Ġdeya və layihə müəllifi



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə114/138
tarix01.08.2018
ölçüsü4,78 Mb.
#60575
1   ...   110   111   112   113   114   115   116   117   ...   138

240 
 
indinin özündə də o təsəvvür məni tərk etməyib. "Zor-zor"un suyu ilə Urudun və 
qonĢu  Vağədi  kəndinin  bağ-bostanları  sulanırdı.  1970-ci  ilin  əvvəllərində  "Zor-
zor"un  gözündən  kəndə  iri  boru  kəməri  çəkilmiĢ  və  demək  olar  ki,  bütün  evlərə 
Ģaxələnən kəmərlə kənd büsbütün içməli su ilə təchiz olunmuĢdu. 
"ġor  bulaq"  –  kəndin  yuxarı  (Ģimal-qərb)  hissəsində,  Pürül  bağları  tərəfdə 
iri  gil  kahanın  içindən  qaynayıb  axırdı.  Gil  qatlarının  içindən  qaynadığına  görə 
tamı Ģor dadırdı. 
"Dəyirman arxı" - kəndin ayağında, Bağların qurtaracağından axan bol sulu 
bulaq idi. Suyun üstündə hələ 100 il əvvəl dəyirman tikilmiĢdi və adı bu tikili ilə 
bağlı idi. Bu dəyirmanda Urudun və qonĢu azərbaycanlı kəndlərinin camaatı əmək 
gününə aldıqları taxılını növbə ilə üyüdür, bütün qıĢ üçün ruzi tədarük edirdilər. 
Bunlardan savayı, kəndin xeyli sayda irili-xırdalı çeĢmələri və bulaqları var 
idi: "Cəfər bulağı", "Qarğa bulağı", "Hamam bulağı", "Baldırqanlı bulaq", "Kəklik 
bulağı", "Soltan bulağı", "Qara bulaq" və s. 
Ġsti Su - Urudun simvollarından biri idi. Fəvvarə ilə yerin dərin qatlarından 
çıxan bu təbii dərman bir neçə növ mineral süxurların arasından qaynadığına görə 
tərkibində  həmin  mineralların  və  onlarca  mikroelementlərin  müəyyən  (əslində 
bizim  üçün  qeyri-müəyyən)  nisbətdə  toplanması  nəticəsində  böyük  müalicəvi 
əhəmiyyət  daĢıyırdı.  "Ġsti  su"yun  tərkibində  dəmir,  mis,  kobalt  və  s.  əlvan 
metalların  olması  səbəbindən  ətrafdakı  daĢlar  kəklik  dırnağı  kimi  narıncı  xınayla 
xınalanmıĢdı.  Hərarəti  45-50°C  dərəcə,  bir  qədər  turĢ  dadlı  və  bir  qədər  kükürd 
qoxulu  bu  təbiət  möcüzəsi  minlərlə  mədə  -  bağırsaq,  əzələ-oynaq,  əsəb  ruhi  və 
digər qəbildən olan xəstələrə Ģəfa vermiĢdi. 
Urudlu üçün almagelin də, karvalolun da, reopirinin də, eleniumun da və s. 
onlarla əcaib-qəraib sözlərin həm bir baĢa, həm də dolayısı mənada tərcüməsi eləcə 
"ĠSTĠ SU" demək idi. 
Urudluların  uzun  illər  tək  bircə  apteki  olmuĢdu;  bağayarpağı,  kəklik  otu, 
dağ nanəsi, quĢ əppəyi, əmənkömənci, mərəvcə, çaĢır, qıppığan, yemlik, qazayağı, 
quzu  qulağı,  çobanyastığı  və  s.  dərmanları  yetiĢdirən  ana  təbiət  və  "Ġsti  su".  Bu 
mənada urudlular dərdin də, dərmanın da yalnız Allahın əlində olması inamlarında 
empirik mənada da, fəlsəfi mənada da haqlı idilər. 
"Ġsti  su"  yerin  dərin  qatlarında  gedən  naməlum  proseslərin  və  yerin 
üstündəkilərin məlum naqis əməlləri nəticəsində bir neçə dəfə öz yerini dəyiĢmiĢdi. 
Ġlk əvvəllər Bədir qayasının yanından, sonralar "Ada bağı"ndan, lap son illərdə isə 
Bazar  çayın  qırağında,  kolxozun  qaracının  ərazisindən  fəvvarə  vurub  çıxmağa 
məcbur  edilmiĢ  "Ġsti  su"  xüsusən  yay  aylarında  qadınlı-kiĢili  bütün  kənd 
camaatının  və  qonaqların,  hətta  ancaq  bu  məqsədlə  ətraf  kəndlərdən  və 
qonĢuluqdakı Naxçıvandan, Laçından, Qubadlıdan, Qafandan, Gorusdan gələnlərin 
müalicə və istirahət guĢəsinə çevrilərdi. 


241 
 
Urud  ta  bineyi-qədimdən  bağlı-meyvəli  kənd  kimi  tanınmıĢdır.  Urud 
bağlarında cəviz, alma, armud, Ģaftalı, ərik, gilas, gilənar, alça, gavalı, tut, heyva, 
bəzi həyətlərdə üzüm becərilər, yaxĢı da bar verərdi. 
Urud meyvələrinin və ağaclarının Ģahı, sözsüz ki, CƏVĠZ sayılırdı. 250-300 
yaĢı olan azman 3-4  m-lik diametri,  50-70  m. hündürlüyü  olan, hər çırpımda  6-8 
kisə  məhsul  verən  Ģaqqalı  cəviz  ağaclarının,  Ģübhəsiz  ki,  Ģahlıq  etməyə  hər  cür 
əsası var idi. 
Urud  qalasının  dalında,  ġam  yolundan  yuxarı  ilk  örüĢ  yeri  "Taxtalar" 
sayılırdı.  Burada  və  burdan  yuxarıdakı  "Pambıqlı"  deyilən  yerdə  30-cu  illərdə 
eksperiment  kimi  bir  neçə  "taxta"  pambıq  əkilmiĢ,  nəticəsi  olaraq  isə  yuxarıda 
göstərilən adlar yaranmıĢdı. 
Taxtalardan örüĢ yeri iki istiqamətdə haçalanırdı: 
1).  Bazar  çay  sırası  ilə  kəndə  baxan  yal  -  "BənövĢəli  dərə", "Sarı  güney", 
"Çömçə yer", "Armudlu dərə", "Ġy itən". 
2).  Taxtalardan  yalın  Ġrmis  və  Bəhrülü  meĢələrinə  baxan  üzü    Təgəzür, 
Dövlət çedi. 
Kənd ətrafı örüĢ yerləri də  var idi ki, burada da əsasən, həmin məhəllənin 
qoyun-quzusu,  qazı-ördəyi,  toyuq-cücəsi  otlayırdı.  Bu  örüĢlər  qəbiristanlıqdan 
baĢlayaraq belə sıralanırdı: Qara qaya, Gur-gur, ġirvanəkən, Çadır daĢ, Ağ yastan, 
Ġlan qayası və Vəli qayası. 
Urud ta bina olandan çörəkli kənd olmuĢdur. Çörəyi daĢdan çıxsa da (kənd 
çox daĢlı  yerdə  olduğundan əkin  yerlərinin altı da, üstü də  daĢ idi və  adətən,  yer 
əkilməmiĢdən  əvvəl  onun  daĢının  arıtlanması  lazım  idi  ki,  bu  da  olduqca  ağır  və 
yorucu bir iĢ idi.), urudlular cütçülüyü, əkinçiliyi öz dədə-baba sənəti kimi həmiĢə 
qiymətləndirmiĢ və qoruyub saxlamıĢlar. 
"Bir  öküzlü  ilə  bir  oğullunun  ürəyində  yağ  olmaz",  "Öküz  öldü,  ortaq 
ayrıldı", "Əppək atdıq-it tutduq", "xıĢın kötüyə dirənsin", "təndir torpağı", "vəl"," 
xıĢ",  "kotan",  "cüt",  "samı",  "hodax"  və  s.  kimi  zərb-məsəllərin,  bədduaların, 
ifadələrin  və  sözlərin  urudluların  leksikonunda  çox  geniĢ  yayılması  və  genetik 
yaddaĢa  verilərək,  bu  gün  də  iĢlədilməsi  əkinçiliyin  bu  kəndin  taleyində  mühüm 
yer tutduğuna və böyük tarixi keçmiĢə malik olduğuna sübutdur. 
Əkin  sahələri  kimi  "AĢağı  və  Yuxarı  Meydanlar"  (qəbiristanlığın  üstü), 
"üçtəpələr",  "Bitli  bulaq",  "Güllü  yurdu"  yerləri  istifadə  olunurdu.  Burada  arpa, 
buğda, qismən xəĢə əkilirdi. 
Kəndin  əsas  məhəllələri  bunlar  idi:  "Vəli  qayası  məhləsi",  "ġor  bulaq 
məhləsi",  "Çökəklər  məhləsi",  "ġirvan  əkən  məhləsi",  "Təzə  məhlə",  "AĢağı 
məhlə", "Orta məhlə". 
1950-ci  illərdə  Urudda  yaĢayıĢ  evlərinin  sonuncu  nəsli-ikimərtəbəli  evlər 
tikilməyə baĢladı. 1988-ci ilin deportasiyasına qədər (tək-tük adamı çıxmaq Ģərtilə) 
Urudda demək olar ki, hamı elektrikləĢdirilmiĢ, telefonlaĢdırılmıĢ, kömür sobası və 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə