Ġdeya və layihə müəllifi



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə116/138
tarix01.08.2018
ölçüsü4,78 Mb.
#60575
1   ...   112   113   114   115   116   117   118   119   ...   138

244 
 
Vağudi kəndi 
 
Vağudi kəndi Sisyan rayonunun ən böyük kəndlərindən biridir. 1988-ci ildə 
kənddə 700 ev olmuĢ və 3500 adam yaĢamıĢdır. Bunlardan 1500 nəfəri ermənilər, 
2000 nəfəri isə azərbaycanlılar olmuĢlar. Vağudi kəndi rayon mərkəzindən 12 km 
cənub-Ģərqdə,  Ağudi,  Noravan  və  Urud  kəndlərinin  əhatəsində,  Bazarçay  çayının 
sol  sahilində,  çay  yatağından  bir  qədər  Ģimal  tərəfdə  yastı  təpəliyin  üzərində 
yerləĢir. 
Vağudi  sözünün  mənası  tam  dəqiqliyi  ilə  izah  olunmamıĢdır;  bəzi 
mənbələrdə  Vaqadeh,  bəzilərində  isə  Vaqatni,  yaxud  Vaqadi  Ģəklində  iĢlənən  bu 
terminə XIII - XIV əsrlərdən baĢlayaraq, Vaqudi Ģəklində rast gəlinir. Fikrimizcə, 
Urud  və  Ağudi  toponimləri  ilə  eyni  kökdən  olan  və  xalq  arasında  "Vağədi" 
Ģəklində tələffüz edilən Vağudi sözü də, "Ud" tayfalarının adı ilə bağlıdır. 1991-ci 
ildə ermənilər kəndin adını dəyiĢdirib Vaqxatin qoymuĢlar. 
Bazarçayın  sol  sahilində  Vağudi  kəndinə  məxsus  XIII  əsrə  aid  erməni 
kilsəsinin  burada  olması  heç  də  aborigen  əhalinin  ermənilərdən  ibarət  olduğunu 
sübut  edən  əlamət  deyildir.  Məsələ  burasındadır  ki,  Vağudi  kəndi  orta  əsrlərdə  3 
para  kənddən  (Dərəkənd,  AĢağı  Vağudi,  yaxud  Vağudi  Vəng  və  Yuxarı  Vağudi 
kəndləri)  ibarət  olmuĢdur.  Bu  kəndlərdən  yalnız  AĢağı  Vağudidə  ermənilər 
yaĢamıĢlar.  Eyni  zamanda  qeyd  etmək  lazımdır  ki,  XVIII-XIX  əsrə  aid  statistik 
məlumatlarda  Vağudi  kəndində  yalnız  azərbaycanlıların  yaĢadığı  qeyd  olunur. 
Kənddə  1873-cü  ildə  669  nəfər,  1886-cı  ildə  926  nəfər,  1897-ci  ildə  1286  nəfər 
azərbaycanlı əhalisi olmuĢdur (206, 182). 
Vağudi  kəndindəki  bulaqların  (Hovuz  arxı,  Səfəralı  bulağı,  Zorzor 
bulağı,  Əcdaha  bulağı,  Öküz  bulağı)  əkin  və  örüĢ  yerlərinin  (Hovuz  düzü, 
Paxla yeri, Çöplü çuxur, QayabaĢı, Mərcanlı, Haçaqaya, Gölcük güneyi, Arpa 
çuxuru və s.) dərə və dağların (Allahqulu dərəsi, Əcdaha dərəsi, QamıĢlı, Ağzı 
açığın  dərəsi,  Qızıl  qaya,  ĠĢıqlı  dağ,  Yalzəmi  dağı,  DaĢarxac,  Qurban  təpəsi, 
Quzu kahası, ġalvarlı dərə) adları da təmiz Azərbaycan türkcəsində olmaqla, 
bu yerlərin qədim sakinlərinin kimliyi barəsində dolğun məlumat verən əsaslı 
dəlillərdəndir.  Yeri  gəlmiĢkən  qeyd  edək  ki,  Vağudi  kəndinin  yaxınlığında 
Alıbəyli  dərəsinin  sol  kənarında  böyük  sal  daĢların  üzərində  çoxlu  sayda  iri  at 
ləpiri formasında çuxurlar var idi. Kənd camaatının əski inamına  görə bu ləpirlər 
Həzrət Əlinin atı Düldülün ləpirləri idi və müqəddəs sayılırdı. 
1905  və  1918-ci  illərdə  Vağudi  kəndi  ermənilər  tərəfindən  dağıdılıb, 
yandırılmıĢ,  kənd  əhalisi  kütləvi  Ģəkildə  qətlə  yetirilmiĢdir.  Xüsusilə  1918-ci  ilin 
avqustunda  Andronikin  quldur  dəstələri  Vağudi  kəndində  2000-dən  çox  adamı 
görünməmiĢ  qəddarlıqla  qətlə  yetirmiĢlər.  O  dövrdəki  hadisələrin  Ģahidi  olan 
insanların  Ģəhadətinə  görə,  eləcə  də  arxiv  sənədlərinə  əsasən,  məlum  olur  ki, 
daĢnaklar  Vağudi  kəndində  400  nəfər  qadın,  uĢaq  və  qocalardan  ibarət  olan 
müsəlmanları  məscidə  yığaraq,  yandırmıĢ,  92  nəfər  kənd  sakinini  50  metr 


245 
 
hündürlüyündə qayadan diri-diri aĢağıya ataraq öldürmüĢ, cavan qız-gəlinləri misli 
görünməmiĢ təhqirlərə və iĢgəncələrə məruz qoymuĢlar. 
Vağudi camaatının bir hissəsi Kilsəli dağdan aĢaraq, Minkəndə, bir hissəsi 
isə Gölcük Güneyindən aĢaraq, Qara göl ətrafına gəlmiĢ, oradan isə Laçın, Füzuli, 
Qubadlı rayonlarına yayılmıĢlar. 
1922-ci  ilin  yayında  doğma  kəndlərinə  qayıdan  Vağudi  camaatı  artıq 
kənddə ermənilərin məskunlaĢdığının Ģahidi olmuĢlar. Sisyan rayonunun Darabas, 
Lsen,  Lor,  Axlatyan  və  Bnunis  kəndlərindən,  Gorus  rayonunun  Yaycı  və  Tatev 
kəndlərindən Vağudiyə köçən ermənilər kəndi qarıĢıq kəndə çevirmiĢlər. 
1922-ci  ildə  bu  kənddə  131  nəfər,  1931-ci  ildə  336  nəfər  azərbaycanlı 
yaĢamıĢdır.  1954-cü  ildə  Vağudi  kəndində  154  azərbaycanlı  ailəsi  və  52  erməni 
ailəsi  yaĢayırdı.  Kənddə  1930-cu  ildə  kolxoz  yaradılmıĢ,  azərbaycanlılar  üçün 
əvvəl  7  illik,  sonra  isə  orta  məktəb  açılmıĢdır  ki,  burada  Sisyan  rayonunun  ġəki, 
Qızılcıq, Urud, Ağudi, Ərəfsə, Comərdli azərbaycanlı kəndlərindən, habelə Gorus 
 Qafan rayonlarından azərbaycanlı balaları təhsil alırdılar. 
Böyük  Vətən  müharibəsində  Vağudi  kəndindən  77  nəfər  azərbaycanlı 
iĢtirak  etmiĢdir  ki,  onlardan  45  nəfəri  geriyə  qayıtmamıĢdır.  Qarabağ 
döyüĢlərində  Vağudi  kəndindən  iki  nəfər  -  Əsədov  Kamil  ġükür  oğlu  və 
Əsədov Novruz ġahnəzər oğlu Ģəhid olmuĢlar. 
Kənddə  mədəniyyət  evi,  kitabxana, poçt-rabitə  Ģöbəsi,  400 nömrəlik  ATS, 
məiĢət  evi,  uĢaq  bağçası  və  xəstəxana,  iki  yeməkxana,  iki  su  dəyirmanı  fəaliyyət 
göstərirdi.  80-ci  illərin  sonlarına  yaxın  Vağudi  kəndində  hərbi  xarakterli  detallar 
istehsal edən mini zavod iĢə salınmıĢdı. 
Vağudi  azərbaycanlıları  1988-ci  ildə  üçüncü  dəfə  erməni  millətçiləri 
tərəfindən  öz  doğma  yurdlarından  deportasiya  olundular.  Kəndin  əhalisi 
Azərbaycanın  müxtəlif  bölgələrinə,  o  cümlədən  Bakı,  Sumqayıt  və  Naxçıvan 
Ģəhərlərinə, Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Xızı və s. rayonlarına səpələnmiĢlər. 
Azərbaycan  Milli  Akademiyasının  müxbir  üzvü  Telman  Ağayev  və  Sosialist 
Əməyi Qəhrəmanı Saməddin ġükürov bu kənddə anadan olmuĢlar. 
(Kənd  haqqında  məlumatların  toplanmasında  göstərdiyi  köməyə  görə 
Abbasov  Namaz  Emin  oğluna  təĢəkkürümüzü  bildirir,  dünyasını  vaxtsız  dəyiĢən 
Abbasova Gülbir Sabah qızına Allahdan rəhmət diləyirik - müəll.). 
 
GORUS RAYONU 
 
Azərbaycan  Rusiyaya  birləĢdirildikdən  sonra  o  dövrün  ərazi  inzibati 
bölgüsünə  görə  yaradılmıĢ  Yelizavetpol  quberniyasının  Zəngəzur  qəzasının 
mərkəzi  Gorus  Ģəhəri  olmuĢdur.  Zəngəzur  Ermənistana  verildikdən  sonra  isə 
Ermənistan  SSR-in  tərkibində  1930-cu  il  sentyabrın  9-da  Gorus  rayonu 
yaradılmıĢdır. Rayonun ərazisi 752 km
2
, mərkəzi Gorus Ģəhəridir. 
 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə