Ġdeya və layihə müəllifi



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə115/138
tarix01.08.2018
ölçüsü4,78 Mb.
#60575
1   ...   111   112   113   114   115   116   117   118   ...   138

242 
 
ya  suisitmə  sistemi  ilə  qızdırılan,  isti-soyuq  su  sistemi,  ayrıca  mətbəxi,  hamamı, 
yardımçı təsərrüfat tikililəri olan ikimərtəbəli evlərdə yaĢayırdı. 
Urudda  hər  evin  yanında  böyük  bağ  və  bostan  sahəsi  var  idi,  hər  həyət 
qonĢu  həyətdən  və  yoldan  70-ci  illərə  qədər  yumru  daĢlardan  hörülmüĢ  enli 
divarlar  və  divarın  üstündəki  çəpərlə  ayrılardı.  70-ci  illərdən  baĢlayaraq,  daĢ 
hörgülü  divarlar  ensiz  beton  hasarlar  və  hasarın  üstündən  çəkilən  metal  torlarla 
əvəz edilmiĢdi. Hasarlar iri ikitaylı dəmir darvazalarla tamamlanırdı. 
1918-ci ilin avqustunda Urud camaatı Hacallıda yaylaqda idi (elə yaylaqda 
olmağı  bu  kəndi  böyük  qırğından  qurtarmıĢdı).  DaĢnakların  kəndi  dağıtması 
xəbərini  alan  yaylaq  əhli  Hacallıdan  "Qannıca"  yaylağına,  oradan  "Qara  göl"ə 
enərək Laçına gəldi. 
Qohum-qardaĢ  biri-birini  axtardı,  soraq  aldı,  soraq  verdi,  tapılan  tapıldı, 
tapılmayanın da günahı naqis zamanın axsaq ayağına yazıldı. 
"Dərd  gələndə  batmannan  gəlir"  -  deyiblər.  Çalbayırın  çölündə  təzəcə 
toxtayan qaçqın köçünü yeni bir bəla - TAUN yaxaladı. Ailələr ev-ev, çadır-çadır 
batdı.  Bir  neçə  həftənin  içində  yüzlərlə  adam  qırıldı,  meyitlərini  basdırmağa  yer 
tapmayan qaçqın camaat  kütləvi psixoz vəziyyətinə düĢdü, hər kəs baĢını  götürüb 
bir yana qaçdı. Camaatın bir hissəsi Laçının Zabıx kəndinə, bir hissəsi Qubadlının 
Mahmudlu kəndinə, bir hissəsi Zəngilanın Ağalı kəndinə, bir qalanı isə Cəbrayılın 
DaĢkəsən kəndinə pənah apardı və bu kəndlərdə 1922-23-cü illərədək yaĢadılar. 
Sovet  hökuməti  qurulduqdan  sonra  1922-23-cü  illərdə  vardan  -  yoxdan 
çıxmıĢ,  daĢnak  qırğınlarını  və  talanlarını  yaĢamıĢ,  qaçqınlığın,  vətənsizliyin 
zillətini  çəkmiĢ  Urud  camaatı  yavaĢ-yavaĢ  doğma  yurda  dönərək  gün-güzəranını 
qurmağa  baĢladı.  Əkinlər  yenidən  əkildi,  bağlar  təzələndi,  mal-qoyun  çoxalmağa 
baĢladı. 
Camaat təzəcə dirçəlməyə baĢlayırdı ki, kolxoz oyunu ortaya atıldı. Əvvəlcə 
yalnız könüllülük əsasında qurulmağı tövsiyə edilən bu yeni təsərrüfat formasının 
özülü  Urudda  1929  -  cu  ildə  qoyuldu,  kəndin  sayılıb-seçilən  kiĢilərindən  olan 
Ġskəndərov  Salman  Ġskəndər  oğlu  cəmi  7  üzvü  olan  Urud  kolxozunun  ilk  idarə 
heyətinin sədri seçildi. 
Kolxoz  kasıbların  ümidini  doğrultmadı,  bir  ildə  heç  bir  müvəffəqiyyət 
qazanmadı və 1930-cu ildə öz-özünə dağıldı. Ancaq Sovet hökuməti də tutduğunu 
buraxan  korlardan  deyildi  və  dovĢanı  araba  ilə  tuturdu.  Bir  ildən  sonra  daha 
mütərəqqi forma - Artel təĢkil olundu. 
Hökumətin maliyyə və təsərrüfat vasitələri ilə köməklik göstərdiyi artel ilk 
əvvəllər  müəyyən  uğurlar  qazandı  və  camaatın  əksəriyyəti  artelə  üzv  yazıldı. 
Gəncəliyev Məhəmmədəli Məhərrəm oğlu artelin sədri oldu. 
Ancaq Sovet hökuməti arteli tək təsərrüfatdan kolxoza keçid mərhələsi kimi 
nəzərdə  tutmuĢdu  və  1935-ci  ildə  artelə  verdiyi  kreditləri  yüksək  faizlə  geri 
istəməklə və artelin gəlirinə yüksək vergi qoymaqla artel üzvlərini "könüllü" ərizə 
yazıb kolxoza girməyə vadar etdilər. 


243 
 
Urudda  on  altıncı  əsrin  axırlarından  molla  məktəbi,  1905  -  ci  ildən  isə  4 
siniflik  rus-tatar  məktəbi  (Ģkol)  fəaliyyət  göstərmiĢdir.  Əsrin  əvvəllərində  çox  da 
böyük olmayan bir dağ kəndində dünyəvi təmayüllü rus-tatar məktəbinin açılması 
çox böyük bir uğur idi və Nəcəfdə Ali Ruhani təhsil almıĢ, elmi,  mədəni, ictimai 
proseslərdən  fəal  baĢ  açan  və  iĢtirak  edən  Urudlu  ziyalılar  Molla  Bağırın,  Molla 
Fətullahın,  Mirzə  Hüseynin,  Mirzə  Səmədin  öz  həmyerliləri  qarĢısında  misilsiz 
xidmətinin  nəticəsi  idi.  Bu  məktəb  1918-ci  ilə  qədər  fəaliyyət  göstərmiĢ,  onlarca 
Urudlu və ətraf kəndlərdən olan uĢağın təhsil almasına və sonrakı inkiĢafına güclü 
təkan vermiĢdir. 
Urudda  1925-ci  ildə  ilk  4  siniflik  sovet  məktəbi  açıldı.  Gəncəliyev 
Məhəmmədəli  Məhərrəm  oğlu  məktəbin  müdiri  təyin  edildi.  Məhərrəmov 
Nurməmməd,  Cəfərov  Bəhrəm,  ġahverənov  Yusifəli,  Hüseyn  müəllim,  onlardan 
bir az sonra Quliyeva Hafizə ilk kənd müəllimləri olaraq urudluların həm gündüz, 
həm  gecə  kurslarında  təhsil  alaraq  cəhalət  qaranlığından  ellikcə  çıxmaları  üçün 
əllərindən gələni etmiĢlər. Urudda ikinci dünya müharibəsindən sonra səkkiz illik, 
1978-ci ildə isə orta məktəb açılmıĢdır. 
Ötən əsrin axırları, bu əsrin iki onilliyində yaĢamıĢ və geniĢ ictimai - siyasi, 
maarifçi  fəaliyyəti  ilə  diqqəti  cəlb  edən  Urud  ziyalılarından  Molla  Fətullahın, 
Molla  Bağırın,  Molla  Səmih  bəyin,  Mirzə  Hüseynin,  Məmməd  Sadıq  Aranın 
(Mirzə Sadığın), Əbdülmanaf Hacıyevin adlarını çəkmək olar. 
Urud  kəndi  Azərbaycan  elminə  40-dan  çox  alim  vermiĢdir.  Azərbaycan 
Milli Elmlər Akademiyasının müxbir üzvləri Sabir Hacıyev, Vladimir Tahirov 
və Yaqub Yolçuyev Urud kəndindəndirlər. 
Onu da qeyd etmək yerinə düĢərdi ki, Ermənistan SSR tarixində yeganə KP 
MK  Siyasi  büro  üzvü,  Ermənistan  KP  MK-nın  ideologiya  üzrə  katibi,  Yerevan 
Ģəhər  Partiya  komitəsinin  birinci  katibi,  Azərbaycan  KP  MK-da  ideologiya 
Ģöbəsinin  müdiri,  Marksizm-Leninizm Ġnstitutunun direktoru iĢləmiĢ tarix elmləri 
doktoru Məmməd Salman oğlu Ġskəndərov Urud kəndində doğulub böyümüĢdür. 
1988-ci  ilə  qədər  Urudda 115  ev  var  idi  və  bu  evlərdə  1000-ə  qədər  adam 
yaĢayırdı.  Deportasiya  zamanı  bu  evlərin  bir  qismi  Bakıda,  Sumqayıtda  yaĢayan 
ermənilərin  evləri  ilə  dəyiĢdirildi,  bir  qismi  çox  ucuz  qiymətə  (5-6  min  rubl.) 
Sisyan ermənilərinə satıldı, bir hissəsi isə əvəzsiz olaraq yağıya qaldı. 
Böyük  Vətən  müharibəsində  Urud  kəndindən  55  nəfər  iĢtirak  etmiĢ, 
onlardan 30 nəfəri geriyə qayıtmamıĢdır. 
Qarabağ  uğrunda  gedən  döyüĢlərdə  qəhrəmanlıqlar  göstərib  Ģəhidlik 
zirvəsinə ucalan Azərbaycanın Milli Qəhrəmanları Aqil Quliyev və Fəxrəddin 
Nəcəfov,  Ģəhid  oğullarımız  Ramin  Abdullayev,  Sərxan  Həsənov,  Vaqif 
Tahirov,  Cahangir  Kərimov,  Fariz  Gəncəliyev,  Vüqar  ġahverənov  Urud 
kəndinin yetirmələridirlər. 
 
 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə