Ġdeya və layihə müəllifi



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə18/138
tarix01.08.2018
ölçüsü4,78 Mb.
#60575
1   ...   14   15   16   17   18   19   20   21   ...   138

39 
 
peyğəmbərin nəslindən sayırlar və bu fikrin isbatı üçün Bibliyanı Ģəhadət gətirirlər, 
əsl həqiqət isə bir az baĢqa cürdür. 
Ġlk  hay  salnaməçisi  Moisey  Xorenski  (V  əsrdə  yaĢamıĢdır,  ancaq  bəzi 
mənbələr  onun  V  əsrdə  deyil,  VII  əsrdə  yaĢadığını  bildirirlər)  "Erməni 
coğrafiyası" əsərində (23, I kitab, XII fəsil) ermənilərin soy Ģəcərəsini Bibliyaya 
əsasən belə göstərir: 
Nuh - Yafet - Qamer - Tiras - Torqom - Hayk. Guya ki, Haykdan törəyənlər 
hay adlanmıĢ və bir millət kimi sonradan formalaĢmıĢdır. 
Əslində bu Ģəcərədə bir "balaca" yanlıĢlıq, yaxud baĢqa sözlə desək, erməni 
saxtakarlığı  vardır.  Məsələ  burasındadır  ki,  IV  əsrdə  ermənilər  xristianlığın 
qriqorian  məzhəbini  qəbul  etdikdən  sonra  Bibliyanı  erməni  dilinə  tərcümə 
edərkən  oraya  Torqom  sözündən  sonra  hayk  sözünü  əlavə  etmiĢlər.  Çünki, 
Bibliyanın yəhudi və yunan dilindəki nüsxələrində nə hayk adı, nə də hay sözü 
yoxdur. 
Təsdiq  olunmuĢ  tarixi  faktdır  ki,  Fərat  çayının  mənbəyində  və  Van  gölü 
ətrafında  yaĢayan  ərmənlər  (türk  boylu  -  arme  -  mitan,  subar,  qəmərlərə  qohum 
tayfadır)  və  e.ə  VII-VI  əsrlərdə  Balkan  yarımadasından  Suriyanın  Ģimalına  və 
Urartuya  (Van  gölü  ətrafına)  köçmüĢ  friqlərin  bir  qolu  sayılan  protohaylar 
etnogenez baxımından tamamilə baĢqa-baĢqa etnoslardır. 
Herodot  və  Strabon  kimi  qədim  tarixçilərin  məlumatlarına  əsaslanan  prof. 
F.Ağasıoğlu erməni adının mənĢəyini və hay erməni münasibətlərini belə izah edir: 
Mana  və  Mada  ərazilərindən  əli  çıxan  asurlar  darmadağın  etdikləri  Subar 
ölkəsini  möhkəmlətmək  üçün  Arme  bölgəsini  də  bura  qatıb  iki  böyük  əyalət 
düzəltdilər,  əhalinin  etnik  tərkibini  dəyiĢmə  siyasəti  aparıb,  quzey-batı  Suriya  və 
güney  Friqiya  bölgələrindən  gətirdikləri  aramey,  muĢk  və  s.  tayfaları  burada 
yerləĢdirdilər. Bu əsirlərin içində  hay tayfaları da  ola  bilərdi,  çünki,  sonrakı  hay-
erməni  mənbələri  buradakı  yerləĢmə  barədə  məlumat  verir.  Buradan  quzeyə 
çəkilən  subar,  mitan-armi  və  urmə  tayfaları  isə  saqa-qamərlərlə  qovuĢub  yeni 
qüvvəyə  çevrildi  və  əvvəllər  Urartu  əyaləti  olan  bu  ərazidə,  Fərat  çayının  yuxarı 
axarında  e.ə.  VII  əsrin  sonunda  yeni  kiçik  Ermen  (tarixi  Ərməniyə)  bölgəsi 
yarandı. Bu bölgənin döyüĢçüləri Asur dövlətinə qarĢı 615-ci ildə baĢlanan böyük 
müharibədə  Mada  ordusuna  qoĢuldu  və  Mada  çarı  Kiaksar  Asur  dövlətini 
dağıdandan  sonra  Ermən  bölgəsini  müttəfiq  ölkə  kimi  nisbətən  müstəqil  bəylik 
statusunda  Mada  vilayətinə  çevirdi  və  saqa  boyundan  Parur  bəyi  bura  hökmdar 
(caniĢin)  təyin  etdi.  Beləliklə,  ilk  "Erməni  çarlığı"  612-ci  ildə  əhalisi  əsasən  türk 
(armi-mitan,  urmu,  qaĢqay,  subar,  saqa-qamər)  və  hurri-urartu  boylarından  ibarət 
olan bu Mada əyalətində yarandı. Xristianlığın yayıldığı çağlarda bu bölgəyə sızan 
azsaylı hay tayfaları da sonralar buranın əhalisinə çevrildi (55, 333). 
Erməni  dövlətinin  varlığı  haqqında  isə  e.ə  III  əsrə  qədər  heç  bir  məlumat 
yoxdur. Yalnız e.ə III əsrdə Kiçik Asiyada, Van gölü hövzəsində yerləĢən Armini 


40 
 
dövləti  haqqında  məlumat  verilir.  Bu  ölkədə  yaĢayanlar  isə  friqlər  və  haylarla 
yanaĢı, arme - subarlar, kimmerlər, saqatlar və s. türk boyları idilər. 
Haylar  tədricən  digər  tayfaları  assimillyasiyaya  məruz  qoydular. 
Xristianlığın yaranmasından sonra isə haylar Suriyadan və Bizansdan dəstək alaraq 
öz hakim mövqelərini möhkəmləndirirdilər. Bu vaxta kimi hett, urartu, hurri, subar 
dilləri  ilə  yanaĢı  iĢlənən  erməni  (hay)  dili  digər  dillərdən  xeyli  elementlər 
mənimsəyərək onları sıxıĢdırıb aradan çıxardı. Beləliklə, qədim erməni dili - qrabar 
yarandı. 
Bu  tarixi  ekskursiyanı  etməkdə  məqsədimiz  onu  göstərməkdir  ki,  hazırkı 
erməni xalqının dilində, mədəniyyətində, mətbəxində olduğu kimi, etnogenezində 
də, türk xalqının yeri və rolu danılmazdır. Bu, bir tarixi proses, ermənilərin taleyi 
ilə bağlı bir məsələdir. Təəssüf ki, bu adi həqiqətləri erməni siyasətçiləri dərk etmir 
və yaxud sadə erməni xalqına bu həqiqətləri dərk etməyə imkan vermirlər. 
Bir neçə kəlmə də erməni dövlətçiliyi haqqında. 
Erməni tarixçilərinin və digər ermənipərəst alimlərin uydurmalarının əksinə 
olaraq, tarixdə yalnız iki dəfə müstəqil erməni dövləti olmuĢdur. 
Ġlk  müstəqil  erməni  dövləti  haqqında  Amerika  ĢərqĢünasları  Castin  və 
Karolin Makkartilər belə yazırdılar: "Независимое армянское государство было 
создано  при  Тигране  Великом  (95-56  гг.  до  н.э).  После  Тиграна  на 
протяжении  многих  веков  армян  были  вассалами  других  стран,  включая 
Римскую, Персидскую, Сасанидскую и Византийскую" (135, 13). 
Ġkinci  müstəqil  erməni  dövləti  isə  1991-ci  ildə  -  SSRĠ  dağıldıqdan  sonra 
yaranmıĢ Ermənistan respublikasıdır. 
Hazırkı  Ermənistanın  siyasi,  iqtisadi  və  hərbi  "müstəqilliyi"  hamıya  aydın 
olduğundan,  hətta  Ġrəvanın  özündə  belə  Ermənistanı  Rusiya  Federasiyasının  bir 
vilayəti adlandırdıqlarından ermənilərin indiki "müstəqilliyindən" danıĢmayacağıq. 
Bir də ki, nесə deyərlər, "görünən dağın dibi yaxın olar", - tarixi boyu dövlətçiliyi 
olmayan,  baĢ  əyməklə  baĢ  saxlayan  ermənilər  bundan  belə  də  müstəqil  yaĢaya 
bilməyəcəklər  və  yəqin  ki,  gec-tez  ya  Rusiyanın,  ya  Ġranın,  ya  da  ki,  bu  gün 
düĢmən kəsildikləri Azərbaycanın himayəsinə sığınacaqlar.  Bunu yaxın dövrün 
tarixi göstərəcəkdir. 
Hələ  isə  gəlin  qədim  Yunan  salnaməçisi  Strabonun  bələdçiliyi  ilə  tarixə 
ekskursiyamızı davam edək: 
II  Tiqran  Parf  hökmdarının  (ArĢakilər)  sarayında  girov  saxlanılırdı 
(ArĢakilər türkmən mənĢəli ərsaq tayfalarından idilər – müəl:). О Parf hökmdarı II 
Mitridata söz verdi ki, əgər Ərməniyyə taxtına çıxmasına köməklik göstərsə, onda 
Tiqran  Parfiyaya  70  vadi  bağıĢlayar.  Beləliklə,  II  Mitridatın  köməkliyi  və  hərbi 
dəstəyi  ilə      Tiqran  e.ə  95-ci  ildə  Ərməniyyənin  hökmdarı  oldu.  Van  gölü 
yaxınlığında Tiqranakert Ģəhərini saldı və buranı Ərməniyyənin paytaxtı elan etdi. 
Qısa  müddət  ərzində  iĢğalçı  müharibəyə  baĢladı  və  Atropatenanın  böyük  bir 
hissəsini,  Finikiyanı,  ġimali  Mesopatomiyanı,  Kordienanı,  Suriyanı,  ġərqi 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə