Ġdeya və layihə müəllifi


ZƏNGƏZURUN ALBAN - OĞUZ ABĠDƏLƏRĠ



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə21/138
tarix01.08.2018
ölçüsü4,78 Mb.
#60575
1   ...   17   18   19   20   21   22   23   24   ...   138

45 
 
ZƏNGƏZURUN ALBAN - OĞUZ ABĠDƏLƏRĠ 
 
Biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq 
olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı 
olan  ölkəmizin  həm  dünəninə,  həm  bu  gününə,  həm  də  gələcəyinə  dərin  bir 
məsuliyyət hissi ilə yanaşmalıdır. 
Heydər ƏLĠYEV 
 
Qədim  Sünik  vilayətinin  əhalisi  təkallahlılığı  qəbul  edənədək  müxtəlif 
dinlərə  -  bütpərəstliyə  (ata,  tibet  öküzünə,  qurda,  qartala,  daĢa,  ağaca  sitayiĢ), 
atəĢpərəstliyə (oda, iĢığa və günəĢə sitayiĢ) və ZərdüĢtiliyə etiqad edirdilər. Onu 
qeyd  etmək  lazımdır  ki,  zərdüĢtlik  ilk  tanrıçılıq  dini  kimi  meydana  çıxsa  da, 
dünyəvi dinə çevrilə bilmədi, o cümlədən Zəngəzurda çoxsaylı  tərəfdarlar toplaya 
bilmədi.  Əksinə,  xristianlığın  və  islamın  gəliĢinə  qədər,  bu  yerlərdə  atəĢpərəstlik 
geniĢ  yayılmıĢdı.  AtəĢpərəstlik  tək  Qafqaz  Albaniyasında,  Sünikdə  və 
Atropatenada  deyil,  o  cümlədən  Ərməniyyə  və  Ġberiyada  da  yerli  əhali  arasında 
böyük nüfuza malik din sayılırdı. AtəĢpərəstliyin niĢanələri bütün Qafqazda olduğu 
kimi,  Zəngəzurda  da  indiyədək  qalmaqdadır.  Zəngəzurda  elə  bir  hündür  dağ 
yoxdur  ki,  orada  pir,  ocaq  olmasın.  Sisyan  rayonunun  Murxuz  kəndində  Qırxlar 
piri,  Qala  pir,  Ərəfsə  kəndində  Salvartı  piri,  Qafan  rayonunda  Pirhəmzə  dağı, 
Pirdavidan dağı, Çiləxana piri, Körpü qayası piri müqəddəs ziyarətgah sayılırdı. 
Onu  da  qeyd  etmək  lazımdır  ki,  Zəngəzurda  pirləri  müsəlmanlarla 
yanaĢı, ermənilər də ziyarət edər, nəzir qoyar, niyyət tutar, qurban kəsərdilər. 
Fikrimizcə,  xristianların  kilsədə  Ģam  yandırmaq  adətləri  də  atəĢpərəstlik  kultu  ilə 
bağlıdır.  Zəngəzurda  atəĢpərəstliyin  ən  geniĢ  yayılmıĢ  və  artıq  milli  ənənəyə 
çevrilmiĢ atributu, Ģübhəsiz ki, Novruz və axır çərĢənbə tonqallarının yandırılması 
idi. 
Zəngəzurda  mərhumu  dəfn  edən  axĢam  qəbrinin  üzərində  od  qalayardılar. 
Bu  da  çox  güman  ki,  atəĢpərəstlikdən  gələn  bir  ayin  idi.  "Od  haqqı",  "Çıraq 
haqqı", "Ocaq qənim olsun" deyimləri, günəĢə, aya salavat çevirmək adəti və s. 
də Zəngəzurun əhalisinin atəĢpərəstliklə bağlı genetik yaddaĢında kodlaĢmıĢ inam 
və rituallar idi. 
Zəngəzurda  Ģaman  kultu,  tibet  öküzünə,  qurda,  qartala,  ata  və  s. 
onqonlara  sitayiĢ  buradakı  insanların  ulu  əcdadlarının  prototürklərlə 
bağlılığını göstərən birbaĢa dəlillərdir. Çünki at, tibet öküzü (yak), qurd və qartal 
Altay,  Tibet  türklərinin  hələ  eradan  əvvəl  sitayiĢ  etdiyi  müqəddəs  sayılan  canlılar 
idi.  Bütün  bunları,  eləcə  də  Ģamanizmlə  bağlı  ayinlərin  həyata  keçirilməsi 
səhnələrini  özünün  daĢ  sinəsində  həkk  edərək,  daĢ  yaddaĢında  saxlayaraq  bu 
günümüzə  gətirib  çıxaran  çox  qiymətli  tarixi  abidə  Sisyan  rayonunun  Urud 
kəndindəki orta əsr qəbiristanlığıdır. XIV-XV əsrə aid olan, əsasən sənduqə və qoç 


46 
 
Di gəl ki, yarı gördüm gözü yaĢlı, sözü qanlı 
Yoxdu bu dərdimə çarə... 
Ağvan nəslindən Ġftixar. 986-cı il. Urud kəndi. 
 
heykəli  Ģəklində  100-ə  yaxın  qəbir  daĢları  təkcə  öz  dövrünü  deyil,  dövründən 
1000-1500 il öncəni də zəmanəmizə gətirib çıxaran kitabədir. 
 
Urud qəbiristanlığı 
 
Sisyan  rayonunun  Urud  kəndinin  qənĢərində,  qalanın  qarĢısında,  Bədir 
qayasının yanında, Bazar çayın sol sahilində tarixi 500 ildən yuxarı sayılan Urud 
qəbiristanlığı yerləĢirdi. 
Qəbiristanlıq  hər  yerdə  və  bütün  zamanlarda  müqəddəs  yer  sayılmıĢdır. 
Qəbiristanlıq  dünyanın  əbədiliyi  qədər  də  vəfasızlığının,  insanların  qüdrətli 
olduqları qədər gücsüz və əlacsız olduqlarının ən əyani nümayiĢ yeridir. 
Bəlkə 
də  sənət  və  elm 
korifeylərinin, 
fatehlərin 
və 
hökmdarların  məqbərələri  buna  görə 
möhtəĢəm  və  əzəmətli  tikilir,  ibrət 
üçün qorunur ki, bu məbədləri ziyarət 
edən  hər  kəs  özünü  həmin  dahilərlə 
müqayisə  edə  bilsin,  gedəriliyini  hiss 
etsin,  bir  daĢdan,  bir  ağacdan,  bir 
qarıĢqadan  və  bir  adamdan  yuxarıda 
dayanmağın  tam  nisbiliyini  dərk 
etsin. 
Qəbiristanlıq 
yeddi 
arxa 
dönənlərimizin  sakinlik  tapdıqları, 
yolumuzu  gözləyən  müqəddəslikdir 
və bu mənada həm də tarixdir. 
Urud  qəbiristanlığı  isə  tarixi-etnoqrafik  əhəmiyyəti  baxımından  təkcə  bir 
kəndin deyil, bütöv mahalın keçmiĢi haqqında ən geniĢ məlumatı və tutarlı dəlilləri 
qoruyub - saxlamıĢ bir məbədgah idi. 
Urud  qəbiristanlığındakı  orta  əsr  və  orta  əsrə  qədərki  qəbir  daĢlarının 
tədqiqatı  hələ  bu  əsrin  iyirminci  illərində  Azərbaycan  alimlərinin  diqqətini  cəlb 
etmiĢdi. 
1926-cı  ildə  Urud  kəndində  olmuĢ  etnoqraf  alim  Ə.Ələkbərov  Urud 
qəbiristanlığı  haqqında  ilk  elmi  məlumat  dərc  etdirmiĢdir.  1959-cu  ildə 
Urudda  olan  akademik  Ziya  Bünyadov  Urud  qəbiristanlığındakı  qəbir 
daĢlarının  dini-milli  mənsubiyyəti  və  tarixi  əhəmiyyəti  barədə  dəyərli  fikir 
söyləmiĢdir. 
Urud  abidələrinə  sözün  əsl  mənasında  ikinci  həyat  verən,  onları  dünya 
epiqrafiya  elminin  dəyərli  nümunələri    səviyyəsində    səciyyələndirən    tarixçi    -  
epiqraf  alim,  Azərbaycan  Milli  Elmlər  Akademiyasının  müxbir  üzvü,  professor 
MəĢədixanım  Nemətova  olmuĢdur.  M.Nemətova  1961-ci  ildə  Urud  kəndində 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə