Ġdeya və layihə müəllifi



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə29/138
tarix01.08.2018
ölçüsü4,78 Mb.
#60575
1   ...   25   26   27   28   29   30   31   32   ...   138

63 
 
zəncirlə  basdırsınlar.  Nerses  ġeroya  lənət  yağdırdı,  çünki  hakimiyyət  üstündə 
ġeroy  və  Sprama  arasında  baĢlayan  çəkiĢmədə,  o  (ġeroy),  Nerseslə  Spramanın 
məhv  olmasına  səbəb  oldu.  Nerses  pravoslav  məzhəbinin  patriarx  taxtında  14  il 
oturdu və 3 il yarım günahkar qaldı (688-704-cü illər). 
Bütün  bunlardan  sonra  dini  yığıncaq  həlim  adam  Simeonu  seçdi  və  onu 
Albaniyanın  katolikosu  etdi.  O,  ölkədə  Nersesin  hərc-mərcliyini  dayandırdı  və 
yolunu azmıĢ kilsəyə çoxlu həqiqi etiqad qərarı verdi. O, özünün Berdakor adlanan 
yay  iqamətgahında  əmr  etdi  ki,  Nersesin  bidət  dolu  bütün  kitablarını  sandıqlara 
doldurub Trtu (Tərtər) çayına atsınlar. 
Bu əhvalatı IX əsrin baĢqa (erməni) mənbəyi də təsdiq edir. "Böyük Yegiya 
öz  hikmət  və  mərdliyi  ilə  ismaililərin  amirapeti  (xəlifəsi  -  Z.B.)  Ömərə  məktub 
yazıb  ərz  etdi  ki,  "bizim  ölkədə  bir  yepiskop  və  onun  kimi  bir  qadın  (I  Varaz 
Trdatın arvadı Sprama - Z.B.) vardır; bunlar sizin böyük dövlətinizə tabe olmaqdan 
boyun  qaçırıb,  oxuduğumuz  dualarda  sizin  adınızı  çəkmək  məsələsində  bizimlə 
(erməni  kilsəsi  ilə  -  Z.B.)  bir  deyildirlər,  əksinə,  yunan  padĢahının  adını  çəkib 
ölkəmizi  onlara  vermək  fikrindədirlər.  Əgər,  təcili  surətdə  onları  aramızdan 
götürüb məhv etməsəniz, onlar vergi məsələsində və digər iĢlərdə tez bir zamanda 
böyük imarətə (Bizansa) tərəf keçərlər". 
Sonra  amirapet  bunu  oxudu  və  böyük  patriarxın  elçisinə  minnətdarlıqla 
hörmət  etdi  və  xadimlərindən  birini  göndərib  əmr  etdi  ki,  dərhal  həmin  Nersesi 
böyük qadınla birlikdə onun yanına göndərsinlər. 
O  gəldi,  hər  ikisini  tutub  zəncirlə  bağladı,  dəvələrə  mindirib  amirapetin 
yanına apardı. 
Az  sonra  xəlifənin  nümayəndələri knyaz ġeroyu və  Arranın bir çox knyaz 
və əyanlarını Suriyaya apardılar. 
Ərəb  xilafətinin  dəstəyi  ilə  erməni  kilsəsi  705-ci  ildə  Alban  kilsəsini 
monofizitləĢdirdi  və  özündən  asılı  vəziyyətə  saldı.  Alban  katolikosluğu  Bərdədən 
Amarasa köçürüldü, əhalinin tədricən qriqoriyanlaĢdırılması prosesi baĢlandı (106, 
16). 
Sonralar erməni kilsəsi Alban ruhanilərini tutduqları mövqelərdən sıxıĢdırıb 
çıxarmıĢ  və  ölkədə  ərəblərin  əlləri  çatmayan  dağlıq  yerlərdə  yaĢayan  albanları 
qriqoriyanlaĢdırmağa baĢlamıĢdı. Erməni ruhaniləri Arran kilsəsinin nüfuzunu yerli 
əhali arasında tədricən heçə çıxarmıĢ və ərəb hakimlərinin əli ilə albanların bütün 
ədəbi  abidələrini  dağıdıb  Alban  mədəniyyətini,  heç  olmazsa,  azacıq  xatırlada 
biləcək  hər  Ģeyi  məhv  etmiĢlər.  Bütün  bu  iĢlər,  təkrar  edirik,  əvvəlcə  xilafətin 
köməyi ilə, sonralar isə digər istilaçıların icazəsi və dəstəyi ilə görülmüĢdür. 
Xilafətin Bizans imperiyası kimi qüdrətli bir rəqibi var idi və bu rəqibə 
qalib  gəlmək  üçün  Xəlifə  Müaviyyənin  erməni  naxararlarının  və 
katolikosatının köməyinə ehtiyacı var idi. 
Məhz buna görə də VII əsrdə ərəb xilafəti erməni knyazlığına yumĢaq, belə 
demək mümkündürsə, dostcasına münasibət bəsləyirdi (169, 48). 


64 
 
661-ci  ildə  erməni  katolikosu  Nersesin  iĢtirakı  ilə  naxararların  yığıncağı 
çağırıldı  və  həmin  iclasda  ermənilər  ərəblərin  xeyrinə  fəaliyyət  göstərəcəklərini 
qərara aldılar (169, 48). 
Xəlifə  Əbd  ül-Malikin  fərmanı  ilə  VII  əsrin  sonunda  Alban  (və  Sünik) 
kilsəsi  erməni  Qriqorian  kilsəsindən  asılı  vəziyyətə  düĢdü  və  Alban  (eləcə  də 
Sünik) katolikoslarının təyinatı hüququ Dvin Qriqorian kilsəsinə verildi. 
Bununla da Albaniya çökdü! 
Bununla da Qarabağ erməniləĢdi! 
Bununla da Göyçəyə və Zəngəzura erməni ayağı dəydi! 
Bununla  da,  dədə-baba  torpaqlarımızda  halala  haram  qarıĢdı,  xeyir-
bərəkət  itdi,  torpaq  qanla,  səma  ah-nalə  ilə  doldu,  bununla    da  faciəmiz 
baĢladı. 
Qriqorianlığın  nüfuzunu  artırmaq  adı  ilə  xilafətin  razılığı  əsasında  Qərbi 
Ərməniyyədən  indiki  Göyçə,  Zəngəzur  və  Qarabağ  torpaqlarına  ermənilər 
köçürülməyə  baĢladı.  Bu  ərazilərdə  nəinki  kilsədə,  hətta  məiĢətdə  belə  albanca 
danıĢmaq  yasaq  edildi.  Alban  yazısı  unutduruldu.  Albanların  müsəlmanlığı  qəbul 
etməyən  hissəsi  qriqorianlaĢdıqca  erməniləĢməyə  baĢladı.  Müsəlmanlığı  qəbul 
edən  albanlar  isə  bölgənin  digər  müsəlmanları  ilə  yanaĢı,  səlcuq  oğuzlarına 
qaynayıb-qarıĢaraq  türkləĢdilər,  daha  doğrusu,  türklüyün  yeni  son  mərhələsinə 
qədəm qoydular. 
Alban ədəbi abidələrinin yox olmasını heç də bununla əsaslandırmaq olmaz 
ki, "Alban dili daha dini ibadət dili deyildi" və yaxud "Alban kilsəsi dini cəhətdən 
erməni kilsəsinə mənsub idi". Alban dili ərəb istilası dövründə ərəblərin nüfuz 
dairəsindən  kənarda  qalan  vilayətlərin  əhalisinin  qriqoriyanlaĢdırılması 
nəticəsində  yox  olmuĢdur;  bu  hal  ermənilərin  kütləvi  surətdə  yuxarıda 
göstərilən  bölgələrə  köçürülməsindən  sonra  baĢ  vermiĢdi;  ərəblərin  iĢğal 
etdiyi digər vilayətlərdə isə Alban dili X əsrdən sonra yox olmağa baĢladı. 
Lakin qriqoriyanlaĢdırma prosesi albanların kəskin müqavimətinə rast gəldi, 
buna görə də bu, çox uzun sürdü. XIII əsrdə Gəncədə yaĢamıĢ Kirakos Qandzaketsi 
yazır  ki,  "...erməni  dilini  yalnız  Alban  "rəislərinin  "  əksəriyyəti,  yəni  zadəganlar 
bilir  və  bu  dildə  danışırdılar"  (26).  Deməli,  hətta  XIII  əsrdə  Arran  əhalisinin 
hamısı  erməni  dilini  bilmir  və  öz  ana  dilində  danıĢırdı.  Bunu  S.T.Yeremyan  da 
təsdiq edir və nəticəyə gəlir ki, "Alban ədəbiyyatı" yenə də (!) yaĢayırdı". 
Ġ.P.PetruĢevski  haqlı  olaraq  göstərir  ki,  erməni  kilsəsi  Albaniyada  "ölkəni 
erməniləĢdirmək aləti olmuĢdur. Onun bu rolu VIII əsrin baĢlanğıcından etibarən, 
xüsusilə nəzərə çarpır, yəni o zamandan sonrakı erməni monofizit katolikosu Yegi 
xalkedonçuluq edən Alban katolikosu Nersesi (Bakuru) ərəb xəlifəsinin köməyi ilə 
devirmiĢdi və  Albaniyada  ruhanilər  və  knyazların bir hissəsinin,  Alban  kilsəsinin 
erməni  kilsəsindən  müstəqilliyini  qorumaq  cəhdini  əks  etdirən  xalkedonçuluq 
(pravoslav, yunanpərəst, gürcüpərəst) monofizitlər tərəfindən yatırılmıĢdır". 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə