Ġdeya və layihə müəllifi


Oxçu  qalası  Zəngəzurdakı  beĢ  Babək  qalasından  biridir



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə26/138
tarix01.08.2018
ölçüsü4,78 Mb.
#60575
1   ...   22   23   24   25   26   27   28   29   ...   138

57 
 
Oxçu  qalası  Zəngəzurdakı  beĢ  Babək  qalasından  biridir.  Böyük 
Azərbaycan  sərkərdəsinin  son  döyüĢlərindən  birinin  bu  qalada  baĢ  verdiyi 
söylənilir. Qalanın tədqiqi göstərir ki, bu, istehkam xarakterli tikili olmuĢdur. 
Son  vaxtlara  kimi  Oxçu  qalasının  17  bürcü  qalmaqda  idi.  Ümumiyyətlə, 
qalanın  26-27  bürcü  olduğu  güman  edilir.  Qalanın  iki  tərəfi  sıldırım,  digər  iki 
tərəfi  isə  ikiqat  hasar  divarları  vasitəsilə  ətraf  ərazilərdən  ayrılır.  Oxçu  qalası 
vulkanik  yonulmamıĢ  daĢlarla,  əhəng  məhsulu  vasitəsilə  tikilmiĢdir.  Bu  qala  ilə 
üzbəüz  Oxçu  çayının  digər  sahilində  baĢqa  bir  (çox  güman  ki,  keĢikçi)  qalanın 
qalıqları vardır (64, 17). 
Oxçu  qalası  uzun  illər  Sünikin  mərkəzi  kimi  fəaliyyət  göstərmiĢdir.  Qala 
1170-ci ildə Səlcuq türkləri tərəfindən alınan zaman dağıdılsa da, sonralar yenidən 
bərpa olunmuĢdur (183). 
 
SÜNĠKDƏ XRĠSTĠANLIĞIN YAYILMASI 
 
Gərək biz tariximizi heç vaxt unutmayaq, onun hər bir səhifəsinə hörmətlə, 
ehtiramla yanaşaq. 
Heydər ƏLĠYEV 
 
Dördüncü  əsrin  əvvəllərində  xristianlıq  Qafqaza  gəlib  çıxdı.  Təkallahlılıq 
artıq bir sıra ölkələrdə qəbul edilir, hakim dinə və  güclü ideoloji amilə çevrilirdi. 
Qafqazda  xristianlıq  ilk  olaraq  Albaniyada  özünə  kök  saldı,  yalnız  xeyli 
müddətdən sonra Ərməniyyə və Ġberiyaya da nüfuz etməyə baĢladı. 
Xristianlıq Albaniyada iki mərhələdə təĢəkkül tapdı. Birinci mərhələ Sirofil 
(yəni  Suriyapərəst),  yaxud  apostol  mərhələsi,  ikinci  isə  qrekofil  (yəni 
yunanpərəst), yaxud Müqəddəs Qriqorinin fəaliyyəti ilə bağlı mərhələ. 
Qeyd  etmək  lazımdır  ki,  monofizit  təriqətli  (yəni  Xristosu  bir  mahiyyətli-
ilahi  mahiyyətli  qəbul  edən)  erməni  qriqorian  məhzəbindən  fərqli  olaraq,  alban 
xristianları diofizit (yəni Ġsa Məsihin ikili-insan və ilahi mahiyyətli olmasını qəbul 
edən) məhzəbli idilər və Roma ilə yaxın münasibət saxlayırdılar (146, 217). 
Qədim  tarixi  mənbələrdə  Sünikdə  xristianlığın  Ermənistandan  əvvəl 
yarandığı,  72  müqəddəs  apostoldan  ikisi  -  Faddey  və  Varfolomeyin  missioner 
fəaliyyəti nəticəsində burada müxtəlif xristian məbədlərinin tikildiyi qeyd edilir. 
XIII  əsr  Sünik  salnaməçisi  Stepanos  Orbelyani  yazırdı: "Bunu hər  şeydən 
əvvəl  söyləmək  lazımdır  ki,  Ermənistan  əhalisindən  əvvəl  süniklilər  xristianlığa 
inam  gətirdilər  və  müqəddəs  Apostol  Varfolomey  vasitəsilə  Müqəddəs  Bibliyanın 
təliminə tabe oldular (211, V fəsil). 
Varfolomey İrandan qayıdarkən öz şagirdləri ilə Atrapatkandan keçib, Araz 
çayını adlayaraq Sisakana gəldi və Ordubad kəndində, Arevik vilayətində, Baqk və 
Qoxtan  mülkində  moizə  oxudu,  xristian  təbliğatı  apardı,  nəticədə  əhali  Bibliya 
təlimini  qəbul  edərək  xristian  oldu.  Müqəddəs  Apostol  (elçi)  buradan  sonra 


58 
 
Qədim  türklərin  Tibetdəki  ibadətgahları 
olan müqəddəs Kaylisa dağı (Tanrı dağı). 
 
Ermənistanın paytaxtı Dvin şəhərinə getdi" (211, V fəsil). Suriya  müəllifi  Zaxari 
Ritor 555-ci ildə yazırdı:  
"... Aran (Albaniya) diyarının öz dili, dindar və xaç suyuna salınmış xalqı, 
fars  şahının  tabeliyində  olan  hökmdarı  vardır.  Sisqan  (Süni)  həmçinin 
özünəməxsus  dili  və  dindar  xalqı  olan  diyardır,  lakin  orada  bütpərəstlər  də 
yaşayır" (42, 220). Qaynağın müəllifi müəyyən dərəcədə erməni xristian ənənəsinə 
meyl göstərmiĢdir. Birincisi, Aran (Albaniya) Armeniyanın tərkibinə daxil deyildi. 
Ġkincisi,  VI  əsrin  ortalarında  artıq  müstəqil  alban  hakimiyyəti  ləğv  edilmiĢdi  və 
ölkə  Sasani  Ģahlarının  təyin  etdiyi  mərzbanlar  tərəfindən  idarə  olunurdu  (94,  38). 
Üçüncüsü də,  Albaniyada  bu  zaman xaçpərəstlər azlıq təĢkil edirdi,  əhalinin əsas 
qismi köhnə dini etiqadlarını saxlayırdı. Qaynağın məlumatına görə Aranın öz dili 
və  xalqı  var  idi.  Belə  nəticəyə  gəlmək  olur  ki,  Aranda  artıq  vahid  dili  olan  xalq 
yaĢayırdı. Bu ərəblər tərəfindən arran dili adlandırılan alban dili idi. 
Zaxari  Ritorun  məlumatına  görə  Süni  (Sisqan)  xalqının  da  özünəməxsus 
dili,  xaçpərəst  və  bütpərəst  əhalisi  vardı.  Süni  əhalisi  baĢda  hökmdar  Vasak 
olmaqla  V  əsrin  ortalarında  xristianlığın  yayılmasına  müqavimət  göstərirdi.  Eyni 
zamanda  Vasak  hunlarla  gizli  ittifaqa  girmiĢdi.  Hun  məskənlərindən  biri  də 
Balasakan  vilayəti  idi.  Süni  isə  Balasakanın  təsiri  altına  düĢmüĢdü.  Süni  etnik  və 
dil cəhətdən albanlara yaxın idi. 
Qaynaqda  deyilir  ki,  X  əsrin 
əvvəlində  bu  vilayətdə  Qor  və  Qazan 
qardaĢları 
böyük  ordu  ilə  gəlib 
məskunlaĢdılar  (88,  31).  Bunlar  da  türk 
etnoslarına mənsub idilər. Lakin Moisey 
Kalankatuklu 
onların 
etnik 
mənsubiyyətini  göstərmir.  Ancaq  onu 
bildirir  ki,  Qor  və  Qazan  möcüzələrdən 
heyrətlənərək  xristian  dinini  qəbul 
etdilər və hərəsi öz adamları ilə Süninin 
bir  kəndində  məskən  saldılar.  Qaynaq 
digər  xristian  mənbələri  kimi,  türk 
etnoslarının dili barədə heç bir məlumat 
vermir. Lakin bu məlumat öz-özlüyündə 
onu  göstərir  ki,  Süni  vilayətində  türk  etnik  birliyi  üstünlük  təĢkil  edirdi  və  eyni 
mənĢəli  etnoslar  gəlib  burada  məskunlaĢırdılar.  Məhz  buna  görə  IX-X  əsr  ərəb 
müəllifləri yazırdılar ki, Aran və Sisəcan (Syuni) Xəzər-türk padĢahlığına daxildir. 
Xristianlığın  Apostol mərhələsi Sünikdə (eləcə də  Albaniyada) Ərməniyyə 
və  Ġberiyaya  nisbətən  daha  uğurla  həyata  keçdi.  Bunu  müxtəlif  səbəblərlə  izah 
edirlər.  Fikrimizcə,  əsas  səbəbi  indiyə  qədər  heç  kəs  deməyib...  Türkün  böyük 
tarixini inamla yazan, cəsarətli axtarıĢlar aparan və valehedici faktlar ortaya qoyan 
qıpçaq soylu tarixçi-alim, yazıçı Murad Adcıdan savayı. 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə