Ġdeya və layihə müəllifi


Oxçu qalası -Zəngəzurdakı beĢ Babək



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə34/138
tarix01.08.2018
ölçüsü4,78 Mb.
#60575
1   ...   30   31   32   33   34   35   36   37   ...   138

74 
 
Oxçu qalası -Zəngəzurdakı beĢ Babək 
qalasından biri. 
 
Yazılı mənbələrə müraciət edək: 
Orta əsr mənbələrində bildirildiyi kimi, əvvəlcə Cavidanın, sonra isə iyirmi 
ildən  artıq  Babəkin  baĢçılıq  etdiyi  xürrəmilərin  Azərbaycandakı  mərkəzi  və  ya 
paytaxtı qala Ģəhəri olan Bəzz idi. Təbəri deyir ki, Bəzz "Babəkin vilayəti və Ģəhəri 
idi"  (138,  229).  Məsudi  yazır  ki,  Babək  "Azərbaycan  ölkəsində  olan  Bəzzəyn 
dağlarında" üsyan qaldırmıĢdı. Onun əsərində deyilir ki, "Babəkin ölkəsi Bəzzəyn 
Azərbaycan,  Arran  və  Beyləqandadır", Bəzzəyndə, Arranda, "Babəkin ölkəsində" 
olan  dağdır  (138,  225).  Yaquta  görə  "Bəzz  -  Azərbaycanla  Arran  arasında  bir 
vilayətdir" (138, 230). Biruni yazır ki, "Bəzz, Babək əl-Xürrəminin ölkəsidir" (138, 
230). 
Adı  çəkilən  Bəzzeyn  dağları  çox 
güman  ki,  Qaradağ  silsiləsi,  Zəngəzur 
silsiləsi  və  onun  davamı  BərguĢad  sıra 
dağlarıdır. 
Çünki 
Məsudi 
"Bəzzeyn 
dağında",  -  (yəni  bir  dağda)  yazmır, 
"Bəzzeyn dağlarında" - yazır. Və bu dağlar о 
dövrün  bölgüsü  ilə  Azərbaycan  (Burada 
Arazın cənub üzü nəzərdə tutulur), Arran (bu 
Zəngəzurun  da  daxil  olduğu  Albaniya 
dövlətidir) və Beyləqan (bu BərguĢad silsiləsi 
qurtardıqdan  sonra  baĢlanan  düzəngahın 
sərhədidir)  bölgələrini  əhatə  edən  dağlar 
indiki Zəngəzurun ərazisindən kənarda ola bilməz və yoxdur. 
Məsudi  baĢqa  bir  əsərində  ("Kitabi  Muruğ  əz-Zəhəb")  Bəzzeyn  dağlarının 
yerini  daha  da  konkret  göstərərək  yazır:  "О  Ər-Ran  ölkəsində  Əl-Bəzzeyn  adı  ilə 
məĢhur olan dağlarda gizləndi: bu da Babəkin ölkəsidir ki, indiyədək onun adı ilə 
məĢhurdur" (138, 305). 
Türkiyədə  nəĢr  olunan,  "Ġslam  ensiklopedisi"ndə  Babəklə  əlaqədar  olan 
səhifədə  deyilir:  "Babek  kardeĢi  Abd  Allah  ilə,  dağlık  mintakalarda 
dolaĢarkən,  nihayet  bir  köylü  tarafından  tanınarak,  keyfiyet  Aran  hakimi 
Sahl b. Sunbata bildirildi (72, 172). 
Gün kimi aydındır ki, Ər-Rən - Aran ölkəsi Alban dövlətinin digər adıdır və 
bu dövlətin cənub sərhədi Ər-Ras - Araz çayı ilə hüdudlanırdı. Deməli, Məsudiyə 
inansaq,  onda  Bəzzeyni  Arazın  cənubunda  Ərdəbil  ətrafında  deyil,  Arazdan 
Ģimalda,  daha  konkret  desək,  Qarabağ  yaylası  və  Zəngəzur  silsiləsində 
axtarmaq  lazımdır.  Çox  güman  ki,  bu  dağlar  (Bəzzeyn)  Albaniyanın  Sünik 
ucqarında idi. Bu fikrə dəstək olaraq Dinəvəridən sitat gətirmək yerinə düĢərdi: "O 
zaman (837-ci ildə) Araz boyunca uzanan torpaqlara Səhl Ġbn Sunbat sahib idi". 
Təbii  ki,  Səhl  Ġbn  Sumbat  Sünikin  hakimi  olaraq  Albaniyanın  qərb 
torpaqlarına sahiblik edirdi və Araz boyunca uzanan dağlar Qarabağ yaylası deyil, 
Zəngəzur silsiləsi olmalıdır.  Deməli,  Bəzzeyni  Zəngəzur  dağlarında axtaranlar 


75 
 
müəyyən  əsaslardan  məhrum  deyillər.  Digər  faktlara  keçməzdən  əvvəl  qeyd 
etmək  istəyirik  ki,  Bəzzeyn  dağlarının  bir  yerdə  deyil,  bir  neçə  yerdə  olması  da 
istisna  edilməməlidir.  Bu  kontekstdə  "Bəzzeyn  dağları",  fikrimizcə,  coğrafi 
anlamdan daha çox hərbi - istehkam mənasında iĢlədilmiĢdir. 
Qafanda,  Meğridə,  Zəngilanda,  Sisyanda  və  Ordubadda  "Babək  qalası" 
deyilən  qalalar  vardır.  Bu  qalaları  ya  Xürrəmilər  tikdirmiĢ,  ya  da  əvvəldən 
mövcud  olan  qalalardan  Xürrəmilər  uzun  illər  istehkam,  sığınacaq  kimi  istifadə 
etmiĢlər.  Ola  bilsin  ki,  bu  qalaların,  eləcə  də  Cənubi  Azərbaycanda  Qaradağ 
silsiləsi üzərində yerləĢən qalaların hamısı "Babək qalası" adlandırıldığı kimi, həm 
Qaradağ silsiləsi,  həm də  Zəngəzur silsiləsi Bəzzeyn dağları  adlandırılmıĢdır. 
BaĢqa  sözlə,  Babəkin  qoĢunu  olan  dağlar  Bəzzeyn  dağları,  buradakı  qalalar  isə 
Bəzzeyn qalası, yaxud  Babək qalası adlandırılmıĢdır. 
Ancaq  Babəkin  Bazar  çayın  hövzəsində,  Darvazatəpə  dağı  ətrafında 
tutulması,  Sünik  hakimi  Səhl-Sumbatın  iqamətgahı  olan  ġəki  qalasına 
aparılaraq əsir edilməsi bir fakt olaraq təsdiqlənmiĢdir, hazırda heç bir Ģübhə 
doğurmur və müzakirə obyekti də deyildir. 
Əhməd  ibn  Əsəm  əl-Küfi  "Kitab  əl-Fütuh"  əsərində  yazır:  "Babək 
Ərməniyyə tərəfə qaçdı. Əl-ƏfĢin ətrafdakı hakim və patriklərə məktublar göndərib 
əmr  etdi  ki,  öz  vilayətlərində  yollara  nəzər  salıb,  heç  kəsi  buraxmayıb,  müayinə 
edilmək  üçün  yoldan  keçən  Ģəxsləri  tutsunlar.  Əl-ƏfĢinin  yanına  gələn  casuslar 
xəbər verdilər ki, Babək bir dərədə filan yerdədir. Bu, böyük, içərisi qalın yaĢıllığı 
və ağacları çox olan dərə idi. Dərənin bir ucu Ərməniyyəyə, digəri isə Azərbaycana 
çıxırdı.  Atlı  bu  dərədən  keçə  bilməzdi  və  Babək  qalın  meĢədə  bataqlığın  içində 
gizlənmiĢdi" (138, 315). 
Gəlin  birlikdə  düĢünək:  AfĢinin  adamları  Babəki  böyük,  içərisi  yaĢıllıqla, 
ağaclarla  dolu,  bir  ucu  Ərməniyyəyə,  bir  ucu  Azərbaycana  çıxan  bir  dərədə 
görürlər. 
О  dövrün  inzibati  xəritəsini  gözümüzün  önünə  gətirək:  Azərbaycan  Araz 
çayının sağ sahili boyunca Urmiya gölündən Xəzər dənizinə qədər olan bir ərazini 
əhatə  edir.  Ərməniyyə  isə  Van  gölü  hövzəsi  və  indiki  Türkiyənin  Ərzurum 
vilayətinin  Ģərq  hissəsini  tuturdu.  Deməli,  bir  ucu  Ərməniyyəyə,  bir  ucu 
Azərbaycana  çıxan  dərə  (əgər  belə  bir  dərə  varsa)  yalnız  Araz  çayının,  yaxud 
Bazar  çayın  axarı  boyunca  olmalıdır.  "Kitab  əl-Fütuh"u  oxumaqda  davam  edək: 
"Babək  həmin  qalın  meşədə  ərzağı  qurtaran  vaxta  qədər  gizləndi.    Əl-Əfşinin 
silahlı adamları isə ətraf yolları kəsdirməkdə idilər. Babəki aclıq taqətdən saldı və 
o, ətrafları seyr etməyə  başladı.  Birdən bir çəməndə bir cüt öküzlü kəndli gördü. 
Babək öz qulamına dedi: "Özünlə bir neçə dinar götürüb, düş bu kəndlinin yanına. 
Əgər onun çörəyi varsa, al!" 
Kəndlinin  bir  şəriki  də  var  idi.  O,  uzaqdan  gördü  ki,  Babəkin  adamı 
kəndlidən  çörək  alır  və  düşündü  ki,  həmin  adam  çörəyi  güclə  alır.  Şərik  gedir 
pusquda duranların yanına və onlara xəbər verir ki, bəs bizim yanımıza bir silahlı 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə