Ġdeya və layihə müəllifi



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə35/138
tarix01.08.2018
ölçüsü4,78 Mb.
#60575
1   ...   31   32   33   34   35   36   37   38   ...   138

76 
 
adam  gəlib.  Pusquda  duranlar  dəstəsinin  başçısı  atlanır  və  hadisə  Səhl  ibn 
Sumbatın dağlarında baş verdiyi üçün gedir Səhlin yanına. Səhl və onun adamları 
atlanıb Babək tərəfə yönəldilər. Səhl ibn Sumbat atdan düşüb Babəkin qarşısında 
yeri öpüb, dedi: "Ey mənim ağam! Yolun harayadır?" Babək dedi" "Ruma!" Səhl 
ibn  Sumbat  dedi:  "Səni  mənim  kimi  başa  düşən  heç  yerdə  tapmazsan.  Bizim 
münasibətlərin xəlifəyə heç bir dəxli yoxdur. Yanıma da heç kəs gəlmir. Sən mənim 
vəziyyətimdən  xəbərdarsan.  Bu  qışı  mənim  qalamda  keçir,  sonra  da  nə  lazım 
gələcək baxarıq. Axı, mən sənin qulunam!" 
Babək Səhlin dediklərinə inanıb onun qalasında qaldı (138, 315). 
Qalası tar-mar olmuĢ, qoĢunu dağılmıĢ Babək anası, arvadı, qardaĢı və digər 
yaxınları  olmaqla,  20-yə  qədər  adamla  xəlvətcə,  tanınmasın  deyə  əyin-baĢını 
dəyiĢib,  çayqırağı  dərə  ilə  gündüz  gizlənərək,  yalnız  gecələr  yol  gedir.  Babək 
Ruma  gedir.  Deməli,  cənuba,  Ģimala,  Ģərqə  deyil,  qərbə  -  Ruma  gedir.  Ruma 
deyəndə  indiki  Roma  Ģəhərini  düĢünmək  lazım  deyil,  о  dövrdə  ərəb  və  fars 
mənbələri  Rumu  Bizans  mənasında,  Konstantinopol  (indiki  Ġstanbul)  mənasında, 
Qərbi Anadolu mənasında baĢa düĢürdülər. Ruma-qərbə tərəf gedən Babəki Səhl 
Sumbatın  adamları  Sisyan,  Qafan,  Gorus,  Meğri,  Ordubad  ərazilərinin 
birində, Araza yaxın Bazar çayın axarı boyu dərələrin birində görə bilərdilər. 
Çünki bu ərazilər о vaxtkı Sünik  knyazlığının torpaqları sayılırdı və  Darvazatəpə 
dağının üstündəki ġəki qalasının hakimi Səhl Sumbatın tabeliyində idi. 
Babəkin  dövrünü  və  mübarizəsini  qələmə  alan  müəlliflərin  çoxu  AfĢinlə 
Xürrəmdinlər  arasındakı  həlledici  döyüĢlərin  aparıldığı  ərazilərdən  bəhs  edərkən 
Kalanrud çayı, Rud-ər-Rud qalası, Davalrud və Darvaz Sadarabsa kəndlərinin 
adlarını çəkirlər. 
Babəkin  sonuncu  döyüĢünü  və  Bəzz  qalasının  süqutunu  olduqca  geniĢ  və 
dəqiqliklə  qələmə  alan  Ət-Təbəri  "Tarix  ər-Rüsül  və-l-Mülük"  əsərində  yazır: 
"Afşin səfərə çıxdı və Kəlanrud adlı yerə gəlib burada səngər tutdu... 
Afşin Əbu Səidin iki komandiri olan Zəfər ibn əl-Əla əs-Sədini və əl-Hüseyn 
ibn  Xalid  əl-Mədainini  bir  dəstə  atlı  və  dağlı  ilə  göndərdi.  Onlar  gecə 
Kəlanruddan çıxıb getdilər və nəhayət, elə bir dar dərəyə düşdülər ki, bir nəfər atlı 
güclə  keçə  bilirdi.  Adamların  çoxu  öz  atlarını  yedəkləyib  bir-birinin  ardınca 
gedirdilər,  çünki  о  (Afşin),  onlara  əmr  etmişdi  ki,  səhər  açılanadək  Rud  ər-Ruda 
çatsınlar.  Dağlılar  sıraya  düzülüb,  piyada  gedirdilər,  çünki  atlılar  oradan  keçə 
bilmirdilər. Onlar dağa dırmaşıb (əmr edildiyi kimi) səhər açılanadək Rud ər-Ruda 
çatdılar. Bundan sonra о (Zəfər) özü ilə gedən atlılara əmr etdi, yaxınlaşıb atdan 
düşsünlər  və  öz  paltarlarını  çıxartsınlar,  buna  görə  onların  hamısı  atdan  düşüb 
çayı keçdilər, dağlılar da onlarla birlikdə çayı keçib dağa qalxdılar. Onlar Adinin 
ailəsini və bəzi oğlanlarını tutub, onlarla birlikdə geri qayıtdılar (138, 222). 
Babək və onun mübarizəsi, döyüĢ yolu haqqında dəyərli tədqiqatlar aparan, 
ən  dolğun  və  əsaslı  məlumatların  ortaya  çıxarılmasında  misilsiz  xidmətləri  olan 
mərhum  akademik  Ziya  Bünyadov  bir  sıra  ərəb,  fars,  ingilis,  erməni  və  s.  dilli 


77 
 
mənbələri araĢdırdıqdan sonra  belə bir nəticəyə  gəlmiĢdir ki,  Bəzz  qalası Ərdəbil 
yaxınlığındadır.  Kalanrud  Bəzzin  yaxınlığından  axan  gur  sulu  ("Kalanrud" 
sözünün  farscadan  tərcüməsi  "böyük  çay"  deməkdir)  bir  çay,  Rud-ər-Rud  isə 
Kalanruddan bir gecəlik yol məsafəsində yerləĢən qala və dağdır. 
Dünya Ģöhrətli akademikin, nüfuzlu alimin fikirlərinə etiraz etməyə, yaxud 
bu  fikirləri  Ģübhə  altına  almağa  əsasımız  və  haqqımız  yoxdur.  Ancaq  baĢqa 
həqiqətlər də vardır. Bu həqiqət mənim (M.U) doğulub, boya-baĢa çatdığım, qarıĢ-
qarıĢ gəzdiyim, hər daĢını, hər cığırını gözüyumulu tanıdığım Urud kəndi və onun 
ətrafı ilə bağlıdır. BaĢlayaq Kalanrud çayından; "Kalanrud" sözü farsca böyük çay, 
gursulu  çay,  yəni  "suyu  kalan  olan"  çay  deməkdir.  Bəs  "Bazarçay"  nə  deməkdir? 
"Bazar" qədim   türk dilində, elə bol, kalan, böyük, səsli-küylü deməkdir. Bəs onda 
niyə  "Kalanrud=Bazarçay"  teoremini  ortaya  qoymayaq?  Axı,  Kalanrud  kimi 
Bazarçay da Rud-ər-Rud qalasının (və dağının) yanından keçir! 
Bəs  Rud-ər-Rud  qalası  ilə  Rud-ər-Rud  dağı  arasındakı  Sədarabsa 
məntəqəsinin  indiki  Urud  kəndindən  10-12  km  aralıda  dağın  döĢündə  yerləĢən 
1918-ci ilə qədər azərbaycanlılar  yaĢamıĢ Darabas  kəndi olduğunu  söyləsək,  necə 
olar? 
Axı, Darabas kəndi Urud kəndi ilə Urud dağının (Qafan rayonu ərazisində) 
arasında yerləĢir və Urud qədər qədim bir kənddir! 
Axı,  Qafan  rayonunda  uca  dağ  kəndi  olan  Kurud  kəndinin  və  kəndin 
yerləĢdiyi dağın adı - Urud dağıdır və həmin dağın Ģimal üzündə Sisyanın Darabas, 
daha aĢağıda isə Urud qalası və Urud kəndi yerləĢir. Ġzahat üçün bildirək ki, "Kuh" 
farsca dağ deməkdir. 
"Kurud"  toponiminin  izahını  Q.Qeybullayev  və  B.Budaqov  "Ermənistanda 
Azərbaycan  mənĢəli  toponimlərin  izahlı  lüğəti"ndə  belə  göstərirlər:  Kurud  sözü 
ehtimal  ki,  fars dilində  kuh  -  "dağ" və  Urud toponimindən  ibarətdir. "Urud dağı" 
mənasındadır (46, 309). 
Yenə qayıdaq Kalanruddan bir gecə ərzində Rud-ər-Rud qalasına gedənlərin 
izinə:  "...  Onlar  gecə  Kalanruddan  çıxıb  getdilər  və  nəhayət,  elə  bir  dar  dərəyə 
düşdülər ki, bir nəfər atlı güclə keçə bilirdi. Adamların çoxu öz atlarını yedəkləyib 
bir-birinin ardınca gedirdilər, çünki Afşin onlara əmr etmişdi ki, səhər açılanadək 
Rud-ər-Ruda çatsınlar". 
Bəlkə  ərəblər  Kalanrud  deyəndə  Bazarçayın  aĢağı  axarını,  onun  Həkəriyə 
qarıĢan yerini nəzərdə tuturlar. Oradan çay boyu üzü yuxarı - Tatev kəndi ilə ġam 
kəndi arasındakı məsafəni piyada bir gecəyə ancaq gəlmək olar. Bu hissədə Bazar 
çayın  yatağı  dar,  qamıĢlı  ("ġam"  toponimi  də  buradandır)  bir  dərədən  keçir.  Bu 
dərənin elə yerləri var ki, doğrudan da, bir adam ancaq keçə bilər. 
Qəribəsi  budur  ki,  Tatev  və  ġam  arasındakı  bu  dərənin  də  adı  Gığı 
dərəsidir  və  bu  dərədən  dağa  qalxıb  2-3  km  gedəndən  sonra  Urud  qalasına 
yetiĢmək olur. 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə