Ġdeya və layihə müəllifi



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə32/138
tarix01.08.2018
ölçüsü4,78 Mb.
#60575
1   ...   28   29   30   31   32   33   34   35   ...   138

69 
 
Həqiqət  odur  ki,  erməni  xalqı  iki  min  ildən  çoxdur  ki,  Bizans,  Parfiya, 
Ġran,  Osmanlı  və  rus  imperiyasının  təbəələri  olublar  və  indi  də  Rusiyanın  bir 
muxtar vilayəti kimi yaĢamaqdadırlar. 
Həqiqət  odur  ki,  əsl  erməni  xalqı  həyatının  ən  varlı,  ən  dinc,  ən  xoĢbəxt 
dövrünü  böyük  türk  və  Azərbaycan  xalqı  ilə  dostluq  Ģəraitində  olduğu  vaxtlarda 
yaĢayıbdır. Və Ermənistan nə qədər ki, Türkiyə və Azərbaycana düĢmən mövqedə 
dayanacaq - erməni xalqı həmiĢə qıyıq üstündə oturmuĢ kimi yaĢayacaqdır. 
Təkrar  da  olsa,  qeyd  etmək  istəyirəm  ki,  mənim  erməni  xalqına  nifrətim 
yoxdur  və  bu  kitab  da  nifrət  yaratmaq  məqsədi  daĢımır.  Nifrət  -  gücsüzlərin 
silahıdır.  Bizə  isə  nifrət  etmək  bacarığı  deyil,  güclü  olmaq  bacarığı  lazımdır.  Biz 
iqtisadi, siyasi, hərbi və mənəvi cəhətdən güclü olmalıyıq, buna borcluyuq, sadəcə 
olaraq, buna məhkumuq. 
TapdanmıĢ  həqiqəti  biz  dikəltməliyik,  haqqın  əyilmiĢ  mizan-tərəzisini  biz 
düzəltməliyik. 
Qafqazda  ədaləti,  sülhü,  əmin-amanlığı  biz  təmin  etməliyik.  Çünki 
Qafqazın ən güclü və ən böyük xalqı bizik. Azərbaycan (eləcə də erməni) xalqının 
xoĢbəxtliyi bizim qüdrətimizdən asılıdır. 
Gec-tez Rusiya da çəkilib gedəcək, Ġran da. Qafqazda isə biz qalacağıq: 
Azərbaycanlılar və onun qonĢuları! 
 
 
 


70 
 
II HĠSSƏ  
 
NĠġANÇI ÖZÜMÜZ, HƏDƏF ÖZÜMÜZ 
 
BABƏKĠN AYAQ SƏSLƏRĠ 
 
Cavanşir və Babək kimi sərkərdələrin qəhrəmanlıqları böyük vətənpərvərlik 
məktəbinə çevrilmiş, Vətənin bütövlüyü, xalqın birliyinin təcəssümü olmuşdur. 
Heydər ƏLĠYEV 
 
Zəngəzur  bütün  tarixi  boyu  irili-xırdalı  müharibələr,  mübarizələr, 
qəhrəmanlıqlar və uğursuzluqlar meydanı olmuĢdur. 
Zəngəzurun coğrafi mövqeyi və relyef Ģəraiti buranın təbii istehkama - özü 
boyda qalaya və müdafiə üçün çox əlveriĢli bölgəyə çevrilməsini ĢərtləndirmiĢdir. 
Zəngəzurun tarixini ardıcıllıqla izləyərkən bu torpaqlarda gedən döyüĢlərin əsasən 
hakimiyyət  uğrunda,  dini  və  milli  zəmində  baĢ  verdiyinin  Ģahidi  oluruq. 
Hakimiyyət  uğrunda  müharibələr  bu  torpaqda  insanlar  məskunlaĢandan,  yəni 
eradan  əvvəl  VII  əsrdə  sakların  və  kimmerlərin  (qəmərlərin)  buraya  gəliĢindən 
baĢlayaraq,  XX  əsrə  qədər  davam  etmiĢdir.  Zəngəzurda  hökmranlıq  etmiĢ 
dövlətlərin adlarını əvvəldə xronoloji ardıcıllıqla çəkdiyimizdən burada bir daha bu 
məsələyə qayıtmadan onu qeyd etmək istəyirəm ki, bu bölgədə uzun illər türk və 
müsəlman imperiyaları hökmran olmuĢdur. 
Zəngəzurda  milli  zəmində  mübarizələr  yalnız  son  dövrə  -  bu  ərazilərin 
Rusiyaya ilhaq edilməsindən sonra Ġrandan və Türkiyədən ermənilərin köçürülüb, 
Zəngəzurda  yerləĢdirilməsi  dövrünə  təsadüf  edir.  XVIII  əsrin  əvvəllərindən 
baĢlayaraq,  Zəngəzura  köçürülən  ermənilər  həmiĢə  milli  azlıqda  olmalarına 
baxmayaraq, Rusiya imperiyasının təhriki və dəstəyi ilə burada yaĢayan  aborigen  
əhali    -    Azərbaycan  türklərinə  qarĢı  milli  zəmində  silahlı  çıxıĢlar  etmiĢlər.  Bu 
çıxıĢlar çox vaxt Ģiddətli və uzun sürən qanlı qırğınlara çevrilmiĢlər (milli zəmində 
müharibələr barədə sonrakı fəsillərdə ətraflı məlumat verəcəyik). 
Zəngəzurda  dini  etiqad,  inamla  bağlı  mübarizələr  islamın  bu  ərazilərə 
gəlməsi ilə bağlıdır. 
Səkkizinci  yüz  ilin  ortalarında  Əməvilər  sülaləsinin  siyasətinə  qarĢı  həm 
Xilafət sarayında, həm də onlara tabe olan asılı ölkələrdə kəskin mübarizə gedirdi. 
Xəlifə sülalənin taleyi üçün yaranmıĢ siyasi böhranı və təhlükəni aradan qaldırmaq 
iqtidarında  deyildi.  Xilafətə  qarĢı  Azərbaycanda  çıxıĢlar  748-752-ci  illərdə  geniĢ 
vüsət  aldı.  Üsyanda  əhalinin  bütün  təbəqələri  iĢtirak  edirdi  və  onlara  yerli  feodal 
əyanlar  baĢçılıq  edirdilər.  Bu  səbəbsiz  deyildi.  Ərəblər  Azərbaycanda 
möhkəmləndikcə  feodalları  dövlət  aparatından  uzaqlaĢdırır,  onların  torpağını, 
kəndlilər  üzərindəki  hüququnu  və  digər  imtiyazlarını  məhdudlaĢdırırdı.  Ona  görə 
də  feodallar  Xilafətdən  daha  çox  narazı  idilər.  Azərbaycanda  olan  ərəb  mənsəb 


71 
 
On beĢ aĢırımlı Xudafərin körpüsü. VII əsr. 
 
sahiblərinin  xeyli  hissəsi  də  Əməvilərin  siyasətindən  razı  deyildi.  Onlar  da 
üsyançılarla həmrəy idilər. 
748-ci  ildə  Beyləqanda  baĢlanmıĢ  üsyan  tezliklə  digər  vilayətləri,  xüsusilə 
Bərdəni və  Ərdəbili əhatə etdi (Akademik Z.Bünyadov Xilafətə qarĢı bu çıxıĢları 
Pavlikanların təsiri ilə əlaqələndirir). Beyləqandakı üsyana yerli hökmdar Vard ibn 
Səfvan baĢçılıq edirdi. 
VII  əsrdə  meydana  gəlmiĢ  və 
tarixdə Pavlikian hərəkatı adı ilə tanınmıĢ 
antifeodal  hərəkatı  bütün  Zaqafqaziyada, 
о  cümlədən,  Zəngəzurda  da  geniĢ 
yayılmıĢdı  (42,  256).  Pavlikian  hərəkatı 
bəzi  mənbələrin  göstərdiyinə  görə 
Arranda,  Beyləqanda  о  dövrdə  gedən 
antifeodal  hərəkatı  Pavlikian  bidətçi 
təliminin  təsiri  altında  yaransa  da,  daha 
çox milli azadlıq xarakteri daĢıyırdı. 
M.Kalankatuklu  bildirir  ki,  830-
831-ci  illərdən  bir  az  əvvəl  balasakanlılar  Bercor  mahalına  və  Arsax  əyalətinin 
Ureas, KarnakaĢ, Xakari və Tapat kəndlərinə hücum etdilər, lakin Babəkin köməyi 
ilə Stepannos Ablasad tərəfindən darmadağın edildilər". 
Ġlk  monoteist  din  sayılan  iudaizmdən  və  xristianlıqdan  fərqli  olaraq 
islam artıq rəqabət Ģəraitində yayılırdı. 
Təkallahlılığı  və  səma  kitabını  ("Bibliyanı")  təbliğ  edən  xristianlıq 
Fələstindən və Suriyadan, demək olar ki, heç bir dini rəqabət olmadan yayılmağa 
baĢladı. 
Yalnız təbliğat, inandırma, müxtəlif möcüzəli görünən səhnələr (illüziyalar) 
göstərmək  yolu  ilə  xristian  apostolları  insanları  yerdəki  (yaxud  göydəki)  cansız 
cisimlərə (bütlərə, oda, suya, günəĢə, iĢığa) deyil, dünyanı yaradan, əbədi-əzəli var 
olan  müqəddəs  ruha  və  onun  müqəddəs  kitabına  (kəlamlarına)  sitayiĢ  etməyə 
çağırır və buna nail olurdular. 
Ancaq  islamın  yayılması  bir  qədər  fərqli  idi.  Çünki  islam  dini 
xristianlıqdan  7  əsr  sonra  yaranmıĢdı  və  bu  vaxta  qədər  xristianlıq  artıq  özünə 
möhkəm kök salmıĢ, özünün ideoloji təbliğat sistemini qurmuĢ, bir çox dövlətlərdə 
isə hakim mövqe əldə etmiĢdi. 
Ġslam  xristianlığın  güclü  olduğu  və  ümumiyyətlə,  yayıldığı  ərazilərdə 
qəbul edilmirdi, ərəblər özləri də buna səy göstərmirdilər. Onlar xristianları və 
yəhudiləri  "əhli  əl-kitab",  yəni  "kitab  əhli"  adlandırır,  onların  dininə  hörmətlə 
yanaĢır,  əsas  gücü  buddizm,  atəĢpərəstlik  və  zərdüĢtiliklə  mübarizəyə 
yönəldirdilər. 
Tarixi  mənbələrdən  məlumdur  ki,  Zəngəzurun  əhalisinin  bir  hissəsi 
xristianlığın  alban  qanadını  qəbul  etsə  də,  bir  hissəsi  (xüsusilə  Araz  boyu, 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə