Ġdeya və layihə müəllifi



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə40/138
tarix01.08.2018
ölçüsü4,78 Mb.
#60575
1   ...   36   37   38   39   40   41   42   43   ...   138

86 
 
qılıncdan keçirmirdi, əksinə, o öz əqidəsi və öz torpaqları, öz məmləkəti uğrunda 
mübarizə aparırdı. Babək öz xalqının ərəblərə qarĢı ümumi etirazının simvolu idi. 
Xürrəmdinlər  hərəkatının  fəal  iĢtirakçısı  olan  Zəngəzur  əhalisi  üçün 
Babəkin  süqutu  çox  acınacaqlı  oldu.  Məhz  Babəkin  süqutundan  sonra 
Zəngəzurun  (eləcə  də  bütünlükdə  Sünikin  və  Arsağın)  milli-etnik  tərkibi  və  dini 
zorla  dəyiĢdirilməyə  baĢladı.  Bu  proses  iki  istiqamətdə  aparılırdı.  Zəngəzurda  (və 
Arsaqda)  yaĢayan  aborigen  əhalinin  (prototürklərin)  hər  bir  hissəsinin  baĢqa 
yerlərə (xüsusilə, xilafətə daha da yaxın ərazilərə) köçürülməsi bununla da, inqilabi 
ruhlu  insanların  gələcək  üsyanlarının  qarĢısının  alınması  ərəblərin  Babəkdən 
sonrakı siyasətinin bir istiqaməti idisə, ikinci istiqamət oda və günəĢə sitayiĢ edən 
insanların, eləcə də onlara qoĢulmuĢ təkallahlılığı -xristianlığın diofizit məhzəbini 
(alban kilsəsi) qəbul edən din ayrı  qardaĢların köhnə  əlaqələrini qırmaq və  onları 
yadlaĢdırmaq siyasəti idi. 
Bu siyasətin həyata keçirilməsi üçün ərəblər xilafətə loyal, bəzi hallarda isə 
isti münasibət göstərən ermənilərdən və onların ibadət etdikləri qriqorian kilsəsinin 
xidmətlərindən  olduqca  səmərəli  istifadə  etdilər.  Minlərlə  erməni  ailəsi 
Ərməniyyədən  (indiki  ġərqi  Anadolu  və  Kilikiya  ərazilərindən)  Sünikə,  yəni 
Göyçə gölü ətrafına və Zəngəzura köçürüldü (143, 110). 
Bu proses Arsaqdan da yan keçmədi. Qədim alban kilsələrinin əksəriyyəti 
qriqorianlaĢdırıldı,  bununla  yanaĢı,  yeni  qriqorian  kilsələri  də  tikilməyə 
baĢladı.  Alban  yazısı  məhv  edildi  və  qadağan  olundu.  Kilsədə,  dövlət 
idarəçiliyində və məiĢətdə albanca danıĢanlar təqib edildi. 
Təkallahlılığı  qəbul  etməyənlər  qılıncdan  keçirildi.  Uzun  illər  ərəblərə  və 
islama  qarĢı  vuruĢmuĢ  minlərlə  xürrəmdin və  onların övladları düĢmənin dinini  - 
islamı  qəbul  etməkdənsə,  xristianlığı  qəbul  etməyə  üstünlük  verirdilər.  Çünki 
xristianlıq Zəngəzur albanları arasında IV əsrdən baĢlayaraq yayılmıĢdı və ərəblər 
"əhli  əl-kitab"  olanlara  toxunmurdular.  Zəngəzurun  qeyri-müsəlman  əhalisinin 
bir hissəsi isə ərəb zülmündən və getdikcə fəallaĢmaqda olan erməni qriqorian 
kilsələrinin  təqibindən  baĢ  götürərək  Bizansa  qaçdılar,  xristianlığı  qəbul 
edərək orada yaĢamağa baĢladılar. 
BoĢalan  münbit  torpaqlarda  və  yaĢayıĢ  üçün  əlveriĢli  ərazilərdə  isə 
ermənilərin  məskunlaĢdırılması  davam  edirdi.  MəskunlaĢmanın  təxmini 
mexanizmi belə idi: Alban kilsəsi yaxınlığında, ərəb xilafətinin razılığı və dəstəyi 
ilə  erməni  qriqorian  kilsəsi  tikilir,  bu  kilsəyə  çoxlu  imtiyazlar  və  üstünlüklər 
verilirdi (38, X fəsil). 
Ətrafdakı  kəndlər  qriqorian  kilsəsinə  bağıĢlanır,  onların  vergisi  azaldılır, 
yaxud bu kəndlər müəyyən müddətə vergidən tamamilə azad olunurdular. 
Bu üstünlüklər fonunda isə erməni din xadimləri kənd-kənd gəzərək xristian 
albanları  diofizit  məzhəbdən  imtina  edərək  qriqorianlığı  qəbul  etməyə  sövq 
edirdilər. 


87 
 
Kəndlərin  qriqorian  kilsəsinin  tabeçiliyinə  verilməsi  və  kəndlilərin  zorla 
qriqorianlaĢdırılması bir çox yerlərdə etirazlarla və üsyanlarla qarĢılaĢırdı. 
Əvvəl  alban  kilsəsi  kimi  nəzərdə  tutulan  və  bir  məbədi  də  bu  cür  tikilən 
Tatev  kilsəsi  909-cu  ildə  erməni-qriqorian  kilsəsinə  çevrildi.  Dvində  yerləĢən 
erməni-qriqorian  kilsəsinin  baĢ  məbədinin  güclü  ideoloji  və  maliyyə,  ərəb 
xilafətinin  isə  siyasi  dəstəyi  ilə  Tatev  kilsəsi  qısa  müddət  ərzində  bölgədə  böyük 
güc  və  nüfuz  mərkəzinə  çevrildi (143, 137). Yeri gəlmiĢkən,  "Tatev" sözü türk 
mənĢəli  sözdür.  Qədim  türklər  baĢqa  dinə  mənsub  olan  gəlmə  əhalini  "tat" 
adlandırırdılar  (Sonradan  bu  ifadə  müsəlman  gəlmələrə  də  aid  edilmiĢdir)  (107, 
21). Yeri gəlmiĢkən, qeyd edək ki, "monastr" sözü də qədim türklərdən gəlmədir: 
"Manas" və "tır" sözlərindən ibarət olub, "Manas" ibadət edən Ģəxs, "tır" isə cəm, 
toplum deməkdir. 
Xəlifənin xeyir-duası ilə Sünik knyazı Vasak ətrafdakı bütün kəndləri Tatev 
monastrına bağıĢladı. Erməni  mənbələrində (203, 539) belə kəndlərin sayı 1000-ə 
yaxın göstərilir, lakin bu rəqəm inandırıcı deyildir, çünki o dövrdə həmin bölgədə 
bu qədər kəndin olması mümkün deyildi. Çox güman ki, Tatev monastrına 1000-ə 
yaxın ev, mülk sahibliyi bağıĢlanıb. 
Tatev kilsəsi onun tabeliyinə verilən kəndlərin əhalisinin qriqorianlığı qəbul 
etməklə yanaĢı, kilsəyə müxtəlif adda vergilər verməsi tələbi ilə çıxıĢ edir. Kilsənin 
bu haqsız və ədalətsiz tələbi Sünikin yerli sakinlərinin güclü etirazına səbəb olur. 
Ġlk  öncə  Qalacıq  və  Qaladərəsi  (erməni  mənbələrində  Tsuraberd),  Taməlik, 
AveldaĢ  kəndləri  üsyan  etdilər.  Üsyançılar  qısa  müddət  ərzində  Tatev  kilsəsinin 
torpaqlarını  zəbt  edərək,  kilsəni  ələ  keçirdilər.  Az  sonra  Tatev  kilsəsinin 
yaxınlığındakı Qoroz qalasını (indiki Gorus) tutdular. Bir neçə il Tatevi və Qorozu 
öz  əllərində  saxlayan  üsyançı  türkləri  Sünik  hökmdarı  Vasak  böyük  çətinliklə 
məğlub edərək Qaladərəsi kəndini bünövrəsinə qədər dağıdır. 
Qaladərəlilərin  Tatev  kilsəsinə  qarĢı  mübarizəsi  əlli  ildən  artıq  davam 
etmiĢdir (143, 137). 
 
SƏLCUQDAN BAġLAYAN YOL 
 
Azərbaycan xalqı aciz deyil, onun qəhrəmanlıqla dolu keçmişi var. 
Heydər ƏLĠYEV 
 
XI  əsr  Azərbaycan  xalqının  tarixində  ən  mühüm  mərhələlərdən  biridir. 
Məhz XI-XII əsrlərdə Qafqaza Ģimaldan hun və qıpçaqların, cənubdan isə Səlcuq 
türklərinin  axını  baĢladı,  daha  sonra  isə  bu  türk  yürüĢü  Çingiz  xanın  və 
Teymurləngin basqıları ilə davam etdi. Bu dövr bəlkə də Qafqazın türklə nəfəs 
aldığı,  türk  hayqırtısı,  türk  qüdrəti,  türk  hökmranlığı  ilə  dolub-daĢdığı  bir 
dövr, Qafqazda nəinki bütün xalqların, eləcə də bütün canlı və cansız aləmin 
türk  ahənginə  kökləndiyi  bir  dövr  idi.  Bu  dövr  min  ildən  artıq  bir  zaman 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə