Ġdeya və layihə müəllifi


diyarının  türk-müsəlman  əhalisinin  yaĢadığı  kəndlərini  tərk  etmələri



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə48/138
tarix01.08.2018
ölçüsü4,78 Mb.
#60575
1   ...   44   45   46   47   48   49   50   51   ...   138

102 
 
diyarının  türk-müsəlman  əhalisinin  yaĢadığı  kəndlərini  tərk  etmələri 
olmuĢdur.  1590-cı  il  "Ġrəvan  vilayətinin  müfəssəl  dəftəri"nə  görə  Sisyan, 
Bazarçayı,  Zar və  Zebil  nahiyələrində  qeydə  alınmıĢ 94 kənddən  yalnız  beĢinin  - 
ermənilər  yaĢayan  Tulus  (Dulus),  Ənkləberd,  Pirnəqut  kəndlərinin,  əhalisi 
qarıĢıq, yəni türklərdən və ermənilərdən ibarət olan Əxlətiyan kəndinin və türklərin 
yaĢadığı Qarakilsə kəndinin əhalisi öz yerlərini tərk etməmiĢdilər. 
Ermənilərin bu müharibə illərində öz yerlərini tərk etməmələrini təbii qəbul 
etmək  lazımdır,  çünki  müharibə  ərəfəsində  osmanlı  sultanı  III  Muradın  (1574-
1595) 28 aprel 1578-ci (20 səfər 986) ildə verdiyi  fərmana  əsasən ermənilərə  heç 
bir  zərərin  vurulmaması  xüsusi  olaraq  tapĢırılmıĢdır.  Ələ  keçiriləcək  torpaqlarda 
yerli əhali ilə necə rəftar olunması ilə əlaqədar verilmiĢ bu fərmanda müsəlman və 
xristian  (erməni)  əhaliyə  fərqli  münasibət  göstərilməsi  cidd-cəhdlə  vurğulanan 
məqamlardan ən baĢlıcası idi. Müqayisə edək: müsəlman əhalisi ilə bağlı fərmanda 
deyilirdi ki, "nizə və qılıncın hədəfi olduqlarına (yəni kiĢilərin məhv edilmələri ilə 
bağlı qərar verildiyinə - M.U.) görə onların övladları və zövcələri əsir götürülməli, 
məmləkət və vilayətləri istila olunmalı...malları qazi qullarımın qəniməti olmalı...". 
Halbuki  elə  həmin  fərmanda  ermənilərlə  bağlı  olaraq,  "...  rəayadan  xarac-güzar 
erməni tayfasının isə mallarına ziyan vurmayasan, canlarına xəsarət yetirməyəsən", 
deyə  yazılmıĢdır  (37).  Göründüyü  kimi,  Azərbaycanın  digər  diyarları  kimi, 
Zəngəzurun türk-müsəlman əhalisi, onların osmanlılar üçün Səfəvi Ģahının təbəəsi, 
qızılbaĢ  (Ģiə)  olmalarına  görə  osmanlıların  daima  hədəfində  olmuĢdular.  Məhz 
ehtimal  olunan  təqiblərdən  qurtulmaq  üçün  Zəngəzurun  türk-müsəlman  əhalisi 
yeganə  çıxıĢ  yolu  kimi  öz  yerlərini  tərk  etməkdə  görmüĢ  və  buna  görə  də 
Zəngəzurun  nahiyələrinin  təsviri  hazırlanarkən,  bu  diyarın  azərbaycanlı  kəndləri 
heç kimin yaĢamadığı yerlər kimi qeydə alınmıĢdılar. 
Əgər  Zəngəzur  nahiyələrinin  94  kəndindən  yalnız  dördündə  ermənilərin 
yaĢadığını nəzərə alsaq, XVI əsrdə bu diyarın əhalisinin demək olar ki, əksəriyyəti 
türk-müsəlman  əhalisindən  ibarət  olmuĢ,  ermənilər  isə  XVII  əsrin  ortalarından 
etibarən  bu  yerlərə  kütləvi  Ģəkildə  köç  etməyə  və  yayılmağa  baĢlamıĢlar. 
Söylədiklərimizi  belə  bir  fakt  da  təsdiq  edir:  1593-cü  ildə  dörd  kənddə  qeydə 
alınmıĢ  ermənilər,  1727-ci  ildə  tərtib  olunmuĢ  "Naxçıvan  sancağının  müfəssəl 
dəftəri"nə görə artıq Zəngəzurun 18 kəndində yaĢayırdılar. Adlarını yuxarıda qeyd 
etdiyimiz  kəndlərlə  yanaĢı,  1727-ci  ildə  ermənilər  Zəngəzurun daha  14 kəndinə  - 
Uz, Qızılca, Talibabad, Ərikli, Pul, Qalacıq, Ortagir, Benis, Dəsdgird, ġəki, Kivas, 
ġələt, Sənkar və Berdi kəndlərinə yerləĢmiĢdilər (8, 253-287). Daha bir misal. XVI 
əsrin  sonlarında  Qapan  qəzasına  tabe  olan  BərgüĢad  nahiyəsində  ermənilər 
yaĢamadığı  halda,  1727-ci  ildə  Gəncə-Qarabağ  əyalətinin  tərkibində  olan  bu 
nahiyəyə  artıq  52  erməni  ailəsi  köçüb  yerləĢmiĢdir  (31,  489-530).  Fikrimizcə, 
burada  yerləĢmiĢ  ermənilər  yerli  əhali  deyil,  vaxtilə  I  Ģah  Abbasın  Ġranın  iç 
əyalətlərinə köçürdüyü ermənilərin təkrar geri qayıtmalarına icazə verilərkən, onlar 
öz yerlərinə, yəni ġərqi Anadolu ilə həmsərhəd olan nahiyələrə deyil, Naxçıvan və 


103 
 
Zəngəzur  nahiyələrinə  yerləĢmiĢ  ermənilər  olmuĢlar.  Aydınlıq  üçün  onu  da  qeyd 
etmək  lazımdır  ki,  o  dövrün  hadisələrini  Ģərh  edən  erməni  tarixçilərinin  çığır-
bağırına  rəğmən  I  ġah  Abbas  Anadolu,  Qars,  Naxçıvan  və  qismən  Zəngəzur 
ərazilərindən yalnız erməniləri deyil, orada yaĢayan bütün əhalini Ġranın içərilərinə 
köçürmüĢdür.  Belə  köçürülmə  siyasəti  o  dövrün  müharibələrində  döyüĢ  taktikası 
kimi  həyata  keçirilirdi.  Belə  ki,  hücum  edən  Osmanlı  əsgərləri  tutduqları  ərazini 
bomboĢ  görüb,  orda  möhkəmlənməyin  ərzaq,  qida,  yem  təminatının 
mümkünsüzlüyünü  görərək  geriyə  qayıdırdılar.  Məhz  I  ġah  Abbas  torpaqları 
Osmanlı  iĢğalına  verməməkdən  ötrü  bu  ərazilərdəki  əhalini  Ərdəbil  ətrafına 
köçürmüĢ,  yaĢayıĢ  evlərini,  bağları  və  əkin  sahələrini  yandırmıĢdır.  Bir  balaca 
ictimai-siyasi  sakitlik  yaranan  kimi  Zəngəzurun  azərbaycanlı  əhalisi  yenidən  öz 
yerlərinə qayıtmıĢlar. 
1595-ci  il  tarixli  "Ġrəvan  vilayətinin  icmal  dəftəri"  Zəngəzur  diyarında 
osmanlıların tətbiq etdiyi torpaq sahibliyi və torpaq sahiblərinin etnik mənsubiyyəti 
haqqında  geniĢ  məlumat  verir.  Osmanlı  torpaq  sahibliyi  ilə  bağlı  qaydalara  görə 
dövlətin maliyyə idarəsi hər bir kəndi, həmçinin vaxtilə yaĢayıĢ məskəni olmuĢ və 
sonradan heç kimin yaĢamamasına baxmayaraq, əkin yerləri əkinçilik üçün istifadə 
olunan kəndləri (məzrəələri) gəlir mənbəsi kimi icmal dəftərlərinə salmıĢdır. Ġllik 
gəlirin  həcmindən  asılı  olaraq,  torpaq  sahibliyi,  xas,  timar  və  zeamət  kimi 
bölünmüĢdülər. Ġllik gəliri 3 mindən 20 min ağçaya qədər olan gəlir mənbəsi timar, 
20 mindən 100 minə qədər olan gəlir mənbəsi isə zeamət adlanırdı. Əgər illik gəlir 
100 min ağçadan artıq olurdusa, bu torpaq sahibliyinə xas deyilir və əsasən sultan 
və onun ailə üzvlərinə, bəylərbəylərə, sancaqbəylərinə və yüksək vəzifəli və rütbəli 
Ģəxslərə verilirdi. Nəzərdən keçirdiyimiz 1595-ci il tarixli "Ġrəvan vilayətinin icmal 
dəftəri"nə  görə,  Sisyan  nahiyəsində  12  zeamət  və  32  timar,  Bazarçayı 
nahiyəsində  13  timar,  Zar  və  Zebil  nahiyələrində  isə,  5  zeamət  və  46  timar 
mövcud olmuĢdur (33, 259-272, 310-323). 
Adını yuxarıda qeyd etdiyimiz icmal dəftərinə görə, zeamətlərə və timarlara 
adətən bir və ya bir neçə kəndin gəliri aid edilmiĢdir. Bundan əlavə, bir neçə torpaq 
sahibi bir və ya bir neçə kəndin gəlirini bölüĢdürürdülər. Beləliklə də, Zəngəzurun 
osmanlı  dövrü  tarixində  bir  kəndin  idarə  edilməsində  bir  neçə  torpaq  sahibinin 
iĢtirak etdiyinin Ģahidi oluruq. Heç Ģübhəsiz ki, bu keçici xarakter daĢımıĢ və sırf 
osmanlılar  dövrü  ilə  əlaqədar  olmuĢdur.  Lakin  bizim  üçün  daha  maraqlısı, 
Zəngəzur  diyarının  kəndlərinin  torpaq  sahiblərinin  hamısının  türk-müsəlman 
əhalisindən ibarət olmalarıdır (bax: Əlavə 2). 
1728-ci  ildə  tərtib  olunmuĢ  "Ġrəvan  əyalətinin  icmal  dəftəri"nə  görə  isə, 
Zəngəzur  diyarının  kəndlərinin  torpaq  sahibliyində  ciddi  dəyiĢikliklər  baĢ  vermiĢ 
və onların hamısı sultan xaslarına aid edilmiĢdilər (29, 120-124, 150-152). 
ġübhəsiz  ki,  Osmanlı  idarəçiliyi  dövründə  də,  Zəngəzurun  yerli  hakimləri 
müsəlmanlar  olmuĢ,  ərazinin  həm  azərbaycanlı,  həm  də  qeyri-azərbaycanlı 
kəndlərinin  idarə  edilməsi  bu  hakimlər  tərəfindən  həyata  keçirilmiĢdir.  Zəngəzur 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə