Ġdeya və layihə müəllifi



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə47/138
tarix01.08.2018
ölçüsü4,78 Mb.
#60575
1   ...   43   44   45   46   47   48   49   50   ...   138

100 
 
Növbəti  mərhələdə  erməni  din  xadimləri  tez-tez  Ģah  dərgahına  müraciət 
edərək, saraya nümayəndələr göndərərək, müxtəlif hədiyyə və bəxĢiĢlər apararaq, 
kilsə  və  monastrlara  bir  sıra  iqtisadi  və  vergi  güzəĢtləri  verən  fərmanların  qəbul 
edilməsinə  nail  olmuĢlar.  Bundan  sonra  vəqf  torpaqlarında  yeni  erməni  kəndləri 
salınmıĢ, ermənilərin bu kəndlərdə kompakt yaĢayıĢı təmin olunmuĢdur. 
Üçüncü  mərhələdə  isə  kilsə  II  ġah  Abbasın  fərmanları  ilə  Səfəvi 
xanədanından  bir  sıra  hüquqi  və  təĢkilati  imtiyazlar  alaraq  erməni  icmasının 
idarəetmə mərkəzinə çevrildi. 
 
ZƏNGƏZUR OSMANLILAR DÖVRÜNDƏ 
 
Əsrlər  boyu  xalqımız  böyük  tarixi  yol  keçibdir.  Tariximizin  hər  səhifəsi 
bizim üçün əzizdir. Şübhəsiz ki, tariximizin parlaq səhifələri də, qaranlıq səhifələri 
də var, təntənəli səhifələri də, faciəli səhifələri də var. 
Heydər ƏLĠYEV 
 
Zəngəzur  bütün  tarixi  boyu  qanlı  müharibələr,  amansız  döyüĢlər  meydanı 
olmuĢ,  bir  əldən  baĢqa  ələ  keçmiĢdir.  Bu  müharibələr  zamanı  Zəngəzurun  bütün 
əhalisi,  xüsusən  türk-müsəlman  əhalisi  görünməmiĢ  məhrumiyyətlərə  düçar 
olmuĢdur.  Bu  müharibələr  əsasən  dini  zəmində  olmuĢ  və  iĢğalçılıq  xarakteri 
daĢımıĢdır.  Zəngəzurun  azərbaycanlı  əhalisinin  qanla  yazılmıĢ  tarix  dəftərində 
Osmanlı-Səfəvi müharibələri, bu müharibələr zamanı törədilmiĢ qardaĢ qırğınları, 
xüsusilə,  amansız  və  kədərli  səhifədir.  Ən  dəhĢətlisi  bu  idi  ki,  Səfəvi-Osmanlı 
müharibəsi  zamanı  döyüĢlər  türk  ilə  türk  arasında,  müsəlman  ilə  müsəlman 
arasında  getmiĢdir.  Evi  dağılan  da,  yurdu  talan  olan  da,  nəsli  kəsilən  də,  əsir 
aparılan  və  doğma  torpağından  didərgin  salınan  da  Zəngəzurun  etnik  əhalisi, 
Azərbaycan türkləri olmuĢlar. 
XVI  əsrin  sonlarında  Səfəvi  dövlətində  yaranmıĢ  qeyri-sabit  vəziyyətdən 
istifadə  edən  Osmanlı  imperiyası  yenidən  dağıdıcı  müharibəyə  baĢlayaraq, 
Səfəvilər dövlətinin bir sıra ərazilərini iĢğal etmiĢdir. 1578-ci ildə baĢlayan və bir 
neçə  mərhələdə  davam  edən  Osmanlı-Səfəvi  müharibəsi  əsasən  Azərbaycan 
torpaqlarında  aparılmıĢdır.  Bu  müharibədə  ilk  hücuma  məruz  qalan  Qərbi 
Azərbaycan  torpaqları  olmuĢdur.  1578-1586-cı  illərdə  aparılmıĢ  müharibələr 
nəticəsində  Qərbi  Azərbaycanın  tərkib  hissəsi  olmuĢ  Zəngəzur  osmanlıların  əlinə 
keçir. 
Zəngəzuru ələ keçirmiĢ osmanlılar bu bölgəni idarə etmək məqsədilə xüsusi 
hesabat  dəftərləri  tərtib  edirlər.  Zəngəzura  aid  məlumatlar  ayrı-ayrı  dövrlərdə  bu 
yerlərin inzibati tabeçiliyində olduğu Ġrəvan, Naxçıvan, həmçinin Urut və Ġskəndər 
qalası  livaları  ilə  bağlı  dəftərlərdə  əks  olunmuĢdur.  Bunlardan  biri  1593-cü  ildə 
hazırlanmıĢ "Ġrəvan vilayətinin müfəssəl dəftəri", digəri - təxminən 1593-cü ildə 
hazırlanmıĢ  və  Ģərti  olaraq  "Urut  və  Ġskəndər  qalası  livalarının  müfəssəl 


101 
 
dəftəri"  adlandırılan  dəftər,  üçüncüsü,  1595-ci  ildə  hazırlanmıĢ  "Ġrəvan 
vilayətinin icmal dəftəri"dir. Bundan əlavə 1603-cü il tarixli "Ġrəvan əyalətinin 
sicil dəftəri", 1727-ci ildə hazırlanmıĢ "Naxçıvan sancağının müfəssəl dəftəri" 
və  1728-ci  ildə  tərtib  olunmuĢ  "Ġrəvan  əyalətinin  icmal  dəftəri"ndə  Zəngəzur 
diyarının  inzibati  bölgüsü,  yaĢayıĢ  məskənləri,  əhalisi,  əhalinin  məĢğuliyyəti  və 
torpaq  sahibkarlığı  barədə  geniĢ  məlumatlar  verirlər.  Naxçıvan  və  Ġrəvan 
sancaqlarının  sicil  dəftərləri  mərhum  akademik  Ziya  Bünyadov  və  tarixçi  alim 
Hüsaməddin Məmmədov tərəfindən ətraflı araĢdırılmıĢ, tərcümə edilmiĢ, Ģərhlər və 
qeydlərlə çap olunmuĢdur. 
XVI əsrin sonlarında hazırlanmıĢ "Ġrəvan vilayətinin müfəssəl dəftəri"nə və 
"Ġrəvan  vilayətinin  icmal  dəftəri"nə  görə  Zəngəzur  torpaqları  Naxçıvan  qəzasına 
tabe  olan  Sisyan,  Bazarçayı,  Ġrəvan  livasına  tabe  olan  Zar  və  Zebil  nahiyələrinə 
(32,  156,  324-328,  330-333,  360-365;  33,  259-272,  310-323),  tabeçiliyi  məlum 
olmayan  Urut  və  Ġskəndər  qalası  livalarına  bölünmüĢdür.  Öz  növbəsində  Urut 
livası  Urut,  Gığı,  Muğancıq,  Zəngəzur  nahiyələrindən  (35,113b-128a),  Ġskəndər 
qalası  livasına  tabe  olan  Qapan  qəzası  isə  Kekeberd,  Kəhrami-əyrinci,  Kəhrami-
saçlı,  Masırı,  Bağaberd,  Mədəni-mis,  Gelaberd,  Çavundur,  Əmlaki-xənazır, 
Mincivan, BərgüĢad, Əcənan və Kəhparə nahiyələrindən ibarət olmuĢdur (35,128b 
- 191b). 
Bu  dəftərlərin  hazırlandığı  XVI  əsrin  sonlarında  Naxçıvan  qəzasına  tabe 
olan  Sisyan  nahiyəsində  32  kənd  və  5  məzrəə  (vaxtilə  yaĢayıĢ  məskəni  olmuĢ, 
lakin  sonralar  əhalisi  köçdüyünə  görə  əkin  yeri  kimi  istifadə  olunan  yerlər), 
Bazarçayı  nahiyəsində  13  kənd  və  1  məzrəə,  Zar  nahiyəsində  25  kənd  və  
məzrəə, Zebil nahiyəsində isə 24 kənd olmuĢdur. 
Bunlardan əlavə Zebil nahiyəsində 18 yaylaq da qeydə alınmıĢdır (32, 156, 
324-328, 330-333, 360-365). 
Urut livasına tabe olan nahiyələrdə 104 kənd və 5 məzrəə, o cümlədən Urut 
nahiyəsində  33  kənd  və  3  məzrəə,  Giği  nahiyəsində  12  kənd,  Muğancık 
nahiyəsində 41 kənd və 1 məzrəə, Zəngəzur nahiyəsində isə 18 kənd və 1 məzrəə 
qeydə alınmıĢdır (35,113b-128a). 
Ġskəndər qalası livasına tabe olan Qapan qəzasının nahiyələrində 385 kənd 
və 43 məzrəə olmuĢdur. Bunlardan 21 kənd və 1 məzrəə Kekeberd nahiyəsində, 
22  kənd  və  3  məzrəə  Kəhrami-əyrinci  nahiyəsində,  20  kənd  və  13  məzrəə 
Kəhramı-saçlı  nahiyəsində,  23  kənd  və  2  məzrəə  Masırı  nahiyəsində,  28  kənd 
Bağaberd  nahiyəsində,  4  kənd  və  1  məzrəə  Mədəni-mis  nahiyəsində,  36  kənd 
Əcənan nahiyəsində, 15 kənd və 2 məzrəə Gelaberd nahiyəsində, 45 kənd və 10 
məzrəə  Çavundur  nahiyəsində,  14  kənd  və  1  məzrəə  nahiyəsində,  6  kənd 
Mincivan  nahiyəsində,  58  kənd  BərgüĢad  nahiyəsində,  93  kənd  və  5  məzrəə 
Kəhparə nahiyəsində idi (35,128b-191b). 
1578-ci  ildə  osmanlılarla  səfəvilər  arasında  baĢlamıĢ  müharibənin  acı 
nəticələrindən  biri  də  Azərbaycan  torpaqlarında,  o  cümlədən  Zəngəzur 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə