Ġdeya və layihə müəllifi



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə43/138
tarix01.08.2018
ölçüsü4,78 Mb.
#60575
1   ...   39   40   41   42   43   44   45   46   ...   138

92 
 
haqqında Sultan fərmanından çıxarıĢı hörmətli oxucularımızın diqqətinə çatdırmağı 
gərəkli hesab edirik: 
"Bitlis  hakimi  ġərəf  xan  ilə  Maku  sancaqbəyisi  Əvəz  bəy  Sultana  məktub 
göndərib,  bildirdilər  ki,  Naxçıvan  əyanından  Əmir  Ziyaülmülkün  övladlarından 
olan  mövlana  Məhəmməd  bəd  əməlli  qızılbaĢlardan  üz  döndərib,  öz  adamları  ilə 
gəlib  Urud  qalasına  yerləĢmiĢdir.  Urud  qalasında  olduğu  müddət  ərzində 
qızılbaĢlarla  dəfələrlə  vuruĢmuĢ  və  onları  məhv  etmiĢdir.  Qalanın  hakimi  Urud  
qalasını zəbt etmək məqsədilə üzərinə hücum etmiĢdirsə də, döyüĢləri uduzub geri 
çəkilmiĢdir.  Urud  qalasını  lazımınca  müdafiə  etmiĢ  mövlana  Məhəmməd  sultan 
üçün  də  böyük  xidmətlər  göstərmiĢdir.  Deyilənləri  nəzərə  alaraq,    mövlana 
Məhəmmədə  məxsus  və  Naxçıvanın  Cəhrik,  Qıvraq  adlı  kəndlərindən  və  Türküt 
adlı  məzrədən  ibarət  övlad  vəqfinin  yenə  də  onun  istifadəsində  qalması  üçün 
Sultandan xahiĢ olunmuĢ, Sultanın cümadüləvvəl ayı 995-ci il tarixində bu barədə 
fərmanı (əmri-Ģərif) verilmiĢdir (89, 51-52). 
Nəhayət,    Osmanlı    Türkiyəsi    ilə    Ġran    arasında  1639-cu  ildə  sülh  saziĢi 
imzalandı  və  bu  sülh  müqaviləsinə  görə  bir  çox  Azərbaycan  torpaqları  kimi, 
Zəngəzur da Ġranın hakimiyyəti altına keçdi. 
Burada  ermənilərin  böyük  hay-küylə  təbliğ  etdikləri  və  milli-azadlıq 
hərəkatı adlandırdıqları bir üsyan haqqında - 1722-1728-ci illərdə Zəngəzurda baĢ 
verən üsyan haqqında danıĢmaq yerinə düĢərdi. 
Qeyd  etdiyimiz  kimi,  Qafqazı  öz  nüfuz  dairəsində  saxlamaq  uğrunda 
Osmanlı və Ġran dövlətləri arasında uzun illər mübarizə getmiĢdir. Bu mübarizədə 
gah bir tərəf, gah da digər tərəf üstünlük qazanmıĢdır. 
1720-ci  ilin  əvvəllərində  I  Təhmasibin  Ģahlığı  dövründə  Ġran  dövləti 
tənəzzül keçirirdi. Böyük dövlətin zəifliyini görən ermənilər həmiĢə olduğu kimi, 
yenə  də  baĢ  qaldırmıĢdılar.  Tiflis  ermənisi  David  bəy  (erməni  mənbələrində 
Davidbek)  1722-ci  ildə  Kapana  gələrək  orada  hərbiləĢdirilmiĢ  dəstə  yaratdı.  Ġran 
xanədanının  yerli caniĢinlərini qovan ermənilər 1723-cü ildə  Kapanda  "müstəqil" 
erməni knyazlığının yarandığını elan etdilər. David bəy Kapandakı Babək qalasını 
istehkama çevirərək orada möhkəmləndi (143, 167). 
1723-25-ci  illərdə  Ġran  tərəfindən  müqavimət  görməyən  Davidbek  yerli 
hakimləri  özünə  tabe  etdirərək,  Zəngəzurun  bir  çox  məntəqələrini,  o  cümlədən 
Urud qalasını ələ keçirir (200, 650-651). 
Ġran ordusunu Cənubi Qafqazdan sıxıĢdırıb çıxaran Türk qoĢunları 1725-ci 
ildə Zəngəzura daxil olaraq David bəyi Urud qalasından vurub çıxarırlar. 1726-cı 
ildə isə David bəy Qafandakı iqamətgahından qovularaq Meğri rayonu ərazisindəki 
Əlidərə qalasına sığınır (143, 168). 
Türk  ordusunun  qarĢısında  davam  gətirə  bilməyən  David  bəy  yenidən  Ģah 
Təhmasibə  üz  tutaraq  onun  hakimiyyətini  qəbul  etdiyini  bildirir  və  müttəfiqlik 
təklif  edir.  Lakin  bu  müttəfiqlik  bir  nəticə  vermir  və  David  bəy  1728-ci  ildə 
xəstəlikdən ölür. Onun baĢladığı hərəkatı davam etdirən ermənilərin daha bir "milli 


93 
 
qəhrəmanı"  Mxitar  Sparapet  isə  daha  iki  il  türk  qoĢunlarına  qarĢı  partizan 
müharibəsi aparır və 1730-cu ildə öz silahdaĢlarının biri tərəfindən öldürülür. 
Bu da ermənilərin Zəngəzurda apardıqları "milli-azadlıq hərəkatı"nın tarixi. 
Gürcüstandan gəlmiĢ David bek adlı bir erməninin rəhbərliyi ilə kiçik bir ərazidə 
cəmi  8  il  davam  edən  balaca  bir  üsyanı  ermənilər  az  qala  bütün  dünyaya  milli-
azadlıq  hərəkatının  simvolu  kimi  qələmə  verirlər:  David  bek  haqqında  onlarla 
əsərlər yazırlar, filmlər çəkirlər, yalançı tarixlər uydururlar. 
Ancaq  bir  tərəfdən  də  bu  erməniləri  də  qınamalı  deyil.  Yazıqların  baĢqa 
sərkərdələri yoxdur, axı! Ayrı azadlıq hərəkatları olmayıb, axı! 
Əgər  ermənilərin  də  22  il  böyük  bir  xilafətə  qarĢı  mərdliklə  mübarizə 
aparan Babəkləri olsa idi, Koroğlu, Qaçaq Nəbi, Qaçaq Kərəm kimi qəhrəmanları 
olsa  idi,  onlar  da  yəqin  ki,  Tiflisli  David  bekin  6  illik  mübarizəsinə  o  qədər  də 
önəm verməzdilər. 
Sonrakı  yüz  ilə  yaxın  bir  müddətdə  Zəngəzur  ərazisi  Naxçıvan 
bəylərbəyinin  tabeliyində  oldu.  1748-ci  ildə  Pənahəli  xan  Qarabağ  xanlığının 
yaradılmasını  elan  etdi.  Xanlığın  hüdudlarını  geniĢləndirən  Pənahəli  xan  Bayat 
1750-ci  ildə  BərguĢada  qədər  uzanan  torpaqları  -  Tatev,  Sisyan,  Qafan,  Meğri, 
Güney mahallarını Naxçıvan hakimlərindən aldı (42, 536). 
...Gündən-günə öz hakimiyyətini gücləndirən Pənah xan Qarabağ əyalətinin 
Meğri və Güney, Naxçıvan əyalətinin Tatev və Sisian, Təbriz əyalətinin Zəngəzur 
və Qafan torpaqlarını öz hakimiyyətinə tabe etdirdi... (A. Bakıxanov, "Gülüstani-
Ġrəm". 
 
MATENADARAN SƏNƏDLƏRĠ NƏ DEYĠR? 
 
Tariximiz bizim üçün dərs olmalıdır. 
Heydər ƏLĠYEV 
 
Əgər  Bizans  və  Ġran  imperiyalarının  hakimiyyəti  dövründə  ermənilər 
Qafqazda  az  da  olsa  söz  sahibi  idilərsə,  Səlcuq  türklərinin  Qafqaza  gəliĢindən 
sonra bu yerlərdə uzun müddət davam edən türk dövlətlərinin heç birinin dövründə 
ermənilər ərazi və milli muxtariyyət əldə edə bilmədilər. HəmiĢə olduğu kimi, bu 
dəfə də erməni qriqorian kilsəsi bütün ermənilərin baĢ məbədi olmaqla yanaĢı, həm 
də  onların  siyasi  idarəetmə  mərkəzi,  milli  ideologiyanı  qoruyub  saxlayan  bir 
mərkəz rolunu oynadı. 
Ermənilərin  dövlətçiliyi  olmadığından,  etnokulturoloji  və  dini 
tərəfdaĢları  olmadığından  bu  kiçik  xalq  həmiĢə  özünü  təcrid  vəziyyətində 
yaĢamıĢ,  öz  mövcudluğunu  qorumaq  üçün,  ətrafındakılara  həmiĢə  düĢmən 
kimi  baxmıĢ,  kilsəni  qalaya  çevirərək  mifik  düĢmənə  qarĢı  daim  səngər 
dalında  birləĢmiĢlər.  Orta  əsrlərdə  də  ermənilər  belə  bir  siyasi-ideoloji  tənəzzül 
dövrü keçirmiĢlər. 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə