Ġdeya və layihə müəllifi



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə42/138
tarix01.08.2018
ölçüsü4,78 Mb.
#60575
1   ...   38   39   40   41   42   43   44   45   ...   138

90 
 
qoydum,  ehtiyac  və  zülm  içərisində  çabalayan  xalqları  birləşdirdim,  etməli 
olduğum  işlərin  böyük  bir  hissəsini  yerinə  yetirdim.  İndi  isə  mən  cismimə  və 
ruhuma dinclik vermək istəyirəm". ("Ümumdünya Tarixi".) 
MəĢhur  orta  əsr  salnaməçisi  RəĢid-əd-Din  tatarları  və  moğolları  qohum 
tayfalar adlandırır və onları köçəri türk xalqlarının sırasına aid edir. RəĢid-əd-Dinə 
görə  oğuz  türklərinin  əcdadı  Oğuzun  atası  Qara  xan  Nuh  peyğəmbərin  bir  oğlu, 
tatar və moğolların babası Dib-Yakuy (Bakuy) isə digər oğludur (27, 76). 
XVII  əsrdə  yaĢamıĢ  görkəmli  özbək-türkmən  salnaməçisi  Əbdülqazi 
Bahadır xanın "ġəcəreyi  -  Tərakimə"  -  "Türkmənlərin  soy kitabı"  adlı o dövrə 
qədərki  tarixi  qaynaqlara  və  Ģifahi  söyləmələrə  əsaslanaraq,  yazdığı  kitab  türk 
xalqlarının soy-kökünün öyrənilməsində xüsusi əhəmiyyətə malikdir. Əbdülqaziyə 
görə  Nuh  peyğəmbərin  üç  oğlundan  biri  Yafəsin  törəmələri  məhz  türkdilli 
xalqlardır. Yafəsin Ģəcərəsi isə belədir. 
Yafəs - Türk - Tütək - Amulca xan - Dib Bakuy - Gök xan - Alınca xan. 
Alınca xanın iki oğlu olmuĢdur: 
Tatar və Moğol. Ġndiki oğuzlar məhz Moğol xanın törəmələridirlər (54, 50-
51). 
Uzun  illər  moğolları  monqollar  kimi  təqdim  edən  Sovet  tarixĢünaslığı  isə 
bunu  bilərəkdən  qədim  türkün  qüdrətini  sarsıtmaq  məqsədilə  etmiĢdir.  Moğollar 
Qafqaza  gələn  zaman  bütpərəstliyə  sitayiĢ  edirdilər  və  öz  hakimiyyətlərinin 
təxminən  30-40  ili  ərzində  onlar  tutduqları  ərazilərdə  bütpərəstliyi  yaymağa 
çalıĢdılar. Bu məqsədlə birinci növbədə, hakim din olan islam dinini sıxıĢdırmağa 
baĢladılar.  Bizans,  gürcü  və  xüsusilə  erməni  kilsəsi  islama  qarĢı  təbliğatda  moğol 
hakimlərinin  fəal  məsləhətçilərinə  və  köməkçilərinə  çevrildilər.  Bu  proses 
Zəngəzur  türklərinin  taleyindən  də  yan  keçmədi.  Ġslamın  sıxıĢdırılmasından 
istifadə edən ermənilər Tatev kilsəsinin fəaliyyətini gücləndirməyə baĢladılar. 
Elxanilərin  dini  siyasəti  yerli  əhali  ilə  gəlmələrin  arasında  ziddiyyətin 
artmasına, son nəticədə, baĢqa amillərlə yanaĢı, ölkənin daxili və xarici siyasətinin  
gərginləĢməsinə  gətirib  çıxarırdı.  Moğol  Ģahzadələri  taxt-tac  uğrunda  apardıqları 
mübarizələrində  bu  və  ya  digər  dindən  istifadə  edir  və  bu  vasitə  ilə  öz 
məqsədlərinə nail olmağa çalıĢırdılar.  Məhz bu baxımdan, ciddi addım atan Qazan 
xan  (1295-1304)  hakimiyyətə  yiyələnmək  naminə,  uĢaqlıqdan  itaət  etdiyi 
bütpərəstlikdən üz döndərib islamı qəbul etdi və onu yenidən dövlət dini elan etdi 
(42, 339). 
Bu  islahat  moğol-erməni  münasibətlərinə  ciddi  zərbə  vurdu.  Ġslam  dini 
böyük  türk  ailəsini  –  moğol-tatar  türklərini  oğuz  türkləri  ilə  bir  daha  birləĢdirdi, 
yerli  türklərlə  gəlmə  türklər  qaynayıb  qovuĢaraq,  yenidən  Qara  dənizlə  Xəzər 
dənizi  arasındakı  ərazilərin  tam  səlahiyyətli  hökmranlarına  çevrildilər. 
Ġslamın  yüksəliĢi  ilə  30  ilə  qədər  bir  müddətdə  yarım  müstəqil  knyazlıq  kimi 
mövcud olan Kilikiya erməni çarlığı da süqut etdi (116, 49). Bu knyazlıq tarixdə 


91 
 
sonuncu  erməni  dövləti  olmuĢdur  (təbii  ki,  1991-ci  ildə  yaranmıĢ  Ermənistan 
Respublikası istisna olmaqla). 
Sonra Qafqaza Əmir  Teymur gəldi. Bu böyük türk sərkərdəsi 1395-ci 
ildə Süniki tutdu və burada yeni islam türk dövləti yarandı (202, 473). 
Öz  müstəqilliyini  və  azadlığını  həmiĢə  qoruyub  saxlamaq  əzmi  ilə  seçilən 
Sünik və Albaniya xalqları Əmir Teymur kimi qüdrətli bir cahangirə də müqavimət 
göstərməyə,  vaxtaĢırı  üsyan  qaldırmağa  baĢladılar.  Əmir  Teymurun  göstəriĢi  ilə 
Sünikdən  və  Qarabağdan  xeyli  insan  indiki  Əfqanıstan  ərazisinə  köçürüldü. 
"Əfqan tarixi" əsərində  deyilir ki,  Əğfan tayfası  Xəzər dənizi sahilində,  Dağıstan 
yaxınlığındakı ġirvan ölkəsində, yaxud qərbi Babül-Ərbabın (Dərbənd) kənarında 
yaĢayan xəzər  və  ya  alanlardan ibarət  bir tayfadır. Əfqan  (puĢtu) tayfasının adını 
albanlar (ağvanlar) ilə əlaqələndirən digər mənbələr də vardır (95, 23). 
Albanların Əmir Teymur tərəfindən indiki Əfqanıstan ərazisinə köçürülməsi 
faktı  Yesai  Həsən  Cəlalın  "Alban  ölkəsinin  qısa  tarixi"  əsərində  də  qeyd  olunur. 
Müəllif  Xorasan  və  Qəndaharda  əfqan  tayfalarının  yaĢadığını  və  onların  xristian 
albanları  olduqlarını,  Albaniyadan  Əmir  Teymur  tərəfindən  bu  ərazilərə 
köçürüldüklərini vurğulayır (104, 21-22). 
Zəngəzurun  orta  əsrlərdə  sonrakı  taleyi  də  türklərlə  bağlı  olmuĢdur.  Bu 
qədim  diyar  1410-1468-ci  illərdə  Qaraqoyunluların,  1468-1502-ci  illərdə 
Ağqoyunluların  hakimiyyəti  altında  olmuĢdur.  Bu  dövrün  yadigarları  kimi, 
Zəngəzurda  onlarla  qəbiristanlıqlar  son  dövrlərə  qədər  qalmaqda  idi.  Məhz  qoç 
heykəli abidələri, öz bayraqlarında qara (Qaraqoyunlu) və ağ (Ağqoyunlu) qoçları 
simvol  kimi  qəbul  edən  bu  türk  dövlətlərinin  sitayiĢ  və  inam  simvolu  idi. 
Zəngəzurda üstü ərəb əlifbası ilə türk dilində yazılmıĢ yüzlərlə qoç heykəlli qəbir 
daĢları ulu babalarımızdan bizə qalan çox qiymətli  yadigarlar idi,  lakin təəssüflər 
olsun ki, bu abidələri qoruyub saxlaya bilmədik. 
Heyif! Min heyif! 
... Tarixçilərin şəhadətinə görə Əmir Teymur 1396-cı ilin yazında Dərbəndə 
qayıtdı, Kürün sahili boyunca qərbə doğru irəliləməyə başladı. 
Ağdama gələrək o, Qarabağda Dərbənddən Bağdada və Həmədandan orta 
Asiyaya qədər ərazilərdəki hakimiyyətinin idarə olunmasını oğlu Miranşaha həvalə 
etdi.  Özü  isə  Sultaniyyədən  keçərək  Səmərqəndə  qayıtdı...  (A.  Bakıxanov, 
"Gülüstani-Ġrəm"). 
1502-ci ildə ġah  Ġsmayıl  Xətai öz qızılbaĢ  qoĢunları ilə  Zəngəzuru fəth 
etdi,  Zəngəzurun  iri  Ģəhər  və  qalalarında  Səfəvi  Azərbaycan  dövlətinin  yerli 
nümayəndəlikləri təsis edildi. 
1512-ci  ildə  isə  Osmanlı  Türkiyəsi  ilə  Səfəvi  xanədanı  arasında  uzun 
sürən qanlı müharibə baĢlandı. Ġki qardaĢ xalq, iki din bir, dil bir, soy-kökü bir olan 
millət  biri-birinə  düĢmən  kəsildi.  Vətən  torpağı  dəfələrlə  əldən-ələ  keçdi.  Gah 
Osmanlı türkü, əcəmi türkünü, gah da əcəmi türkü osmanlı türkünü məğlubiyyətə 
uğratdı.  Bu  barədə  çox  kiçicik,  lakin  ibrətamiz  bir  sənədin  surətini  -  Urud  qalası 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə